Rusiya Xəzər donanmasında aviasiya eskadrilyası yaradacağını bəyan edib.
Maraqlıdır, Rusiyanın Xəzər dənizində bunca hərbi qüvvə cəmləməsi birbaşa və ya dolayısı ilə Azərbaycan üçün təhdid təşkil edirmi?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Rusiyanın Xəzərədki hərbi mövcudluğunun yalnız Azərbaycan üçün deyil, digər Xəzəryanı ölkələr üçün də təhlükə kəsb etdiyini söylədi:
“Rusiyaya Xəzərdə hərbi donanma saxlamağa razılıq verilməsi diplomatiyamızın ən böyük uğursuzluğudur. Rusiya yalnız Azərbaycan üçün deyil, İran, Türkmənistan, Qazaxıstan üçün də real təhlükədir. Qapalı su hövzələrində bu cür hərbi qüvvələr saxlamağa kimsənin ixtiyarı yoxdur. Bu baxımdan Rusiyanın Xəzərdəki hərbi mövcudluğunu Xəzər hövzəsindəki bütün dövlətlər üçün təhlükə hesab edirəm”.
Seymur ƏLİYEV