Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 101-ci ildönümü gəlir. Bəs Cümhuriyyət dönəminin mediası yetərincə araşdırılıbmı? Bu istiqamətdə araşdırmaların davam etdirilməsinə ehtiyac varmı?
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı bu sahədə müəyyən araşdırmaların aparıldğını qeyd etməklə yanaşı, bu araşdırmaların davam etdirilməsinə də ehtiyac olduğunu bildirdi:
“Əgər desəm ki, Cümhuriyyət dövrünün mediası öyrənilməyib, yalan demiş olaram. Lakin iş orasındadır ki, istənilən halda hər bir məsələ, hər bir dövr heç vaxt sonuna qədər öyrənilib bitmir. Yəni bu proses davamlı prosesdir. Ona görə də Cümhuriyyət dövrünün mediası tədqiq edilsə də, hələ də bu sahənin tədqiqinə ehtiyac var. Bu tədqiqatların davam və inkişaf etdiriməsi faydalı olar”.
Seymur ƏLİYEV