Bu gün 1992-ci ilin 8 may tarixində Şuşaya hücum edən erməni dəstələrinə rəhbərlik edən general Arkadi Ter-Tadevosyanın ad günü düşmən tərəfindən təntənəli şəkildə qeyd edilib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, ad günü ərəfəsində A.Ter-Tadevosyanla bağlı erməni mediasında maraqlı informasiyalar yer alıb. Erməni mətbuatının yazdığına görə, Tiflisdə doğulan erməni generalı Bakıda hərbi təhsil alıb və daha sonra Sank-Peterburqda hərbi akademiyada öz təhsilini davam etdirib.
A.Ter-Tadevosyana ermənilər içərisində şöhrət qazandıran isə onun Şuşanın işğalına rəhbərlik etməsi olub. Erməni mediası qeyd edir ki, məhz onun Şuşanı işğal etməsi “Qarabağ savaşının taleyini dəyişdi”.
Xatırladaq ki, yalnız hərbçilərə deyil, mülki insanlara münasibətdə də xüsusi qəddarlıq sərgiləyən və bununla ad çıxardan A.Ter-Tadevosyanın 80 yaşı tamam olur.
Seymur ƏLİYEV