Xəbər lenti
19/06/2019 [17:22]:
Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ
19/06/2019 [16:35]:
Ölkənin ən varlı şəhəri: "yeriyən kapitallar", intellekt cəngavərləri və “sifarişli gələcək”...
19/06/2019 [16:25]:
“Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır
19/06/2019 [16:22]:
Nadir şah Əfşara həsr olunmuş beynəlxalq konfrans olacaq
19/06/2019 [16:21]:
"Azərbaycanda minimum əməkhaqqı Ermənistan və Gürcüstandan yüksək olacaq" -Hadi Rəcəbli
19/06/2019 [16:18]:
Qüdsdə 60 erməni iki yəhudini döydü
19/06/2019 [16:09]:
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - RƏSMİ
19/06/2019 [16:02]:
İnvestisiya müsabiqəsinin nəticəsi açıqlandı: Daha bir istehsal müəssisəsi yenidən qurulacaq
19/06/2019 [15:58]:
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19/06/2019 [15:57]:
Deputat silah təmizləyərkən özünü güllələdi
19/06/2019 [15:49]:
Avropa dövlətləri Türkiyəyə qarşı birləşdi
19/06/2019 [15:42]:
Ermənistan körpü tikir: Avropanın pulu, İran şirkətinin icraçılığı hesabına...
19/06/2019 [15:41]:
Notariat kontoruna hücum: iki min manat oğurlandı
19/06/2019 [15:39]:
“Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır”
19/06/2019 [15:32]:
Hərbi çağırışçılara xəbər var: İyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək
19/06/2019 [15:31]:
“Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi
19/06/2019 [15:28]:
Dünyanın zirvəsindəki Potala sarayı -FOTOLAR...
19/06/2019 [15:24]:
"Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
19/06/2019 [15:21]:
“Yox, bu dəfə Amerika Qarabağı Azərbaycana qaytaracaq...”
19/06/2019 [15:19]:
Yerevanın Rusiyanın xoşuna gəlmək cəhdi - Moskva Paşinyanın göz yaşlarına inanmır - ŞƏRH
19/06/2019 [15:19]:
“Türkiyəylə ABŞ arasında münasibətlərin gərginləşməsi təkcə “S-400” zenit-raketlərinə görə deyil...”
19/06/2019 [15:17]:
Zakir Qaralov qəbul keçirəcək
19/06/2019 [15:15]:
İmzanı Azercell ilə tanıt!
19/06/2019 [15:10]:
"Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir" -Baş Nazirin müavini
19/06/2019 [15:06]:
Bu dəfə Yusif Mustafayev canlı efirdə söyüş söydü VİDEO
19/06/2019 [15:05]:
Yerevanın Rusiyanın xoşuna gəlmək cəhdi -- Moskva Paşinyanın göz yaşlarına inanmır
19/06/2019 [15:02]:
Məktəbdəki öpüş ərəb dünyasında qalmaqal yaratdı
19/06/2019 [14:54]:
“Qarabağ alınana qədər qarabağlıyam” – Meyxana ustadından hər kəsə örnək yanaşma!
19/06/2019 [14:19]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
19/06/2019 [14:14]:
Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?
19/06/2019 [14:04]:
“Demək olar ki, tam sağalmışam...” -Onkoloji xəstəlikdən əziyyət çəkən jurnalistdən xoş xəbər...
19/06/2019 [14:03]:
Səfər Mehdiyevin vətəndaşlarla görüşü təxirə salınıb
19/06/2019 [14:02]:
Tanış olduqları gün ayrıldılar - Uşaq üstündə
19/06/2019 [13:59]:
Rusiyadan gələn “Mercedes”də qanunsuz mallar aşkarlandı - Foto
19/06/2019 [13:54]:
Azərbaycanlı sürücü generalı yarı yolda qoyub soydu
19/06/2019 [13:47]:
Prezident maaşları bir ildə 3 dəfə qaldırdı - İnfoqrafika
19/06/2019 [13:40]:
Yol polisində yeni - TƏYİNAT
19/06/2019 [13:39]:
Zakir Həsənov: "Hər bir zabit düşmənə nifrət hissi ilə xidmət etməlidir"
19/06/2019 [13:35]:
Elton Məmmədovun oğlu baş müşavir oldu... - SƏRƏNCAM
19/06/2019 [13:33]:
SOCAR daha iki yanacaqdoldurma məntəqəsi açacaq
19/06/2019 [13:31]:
"İlham Əliyev sözünün sahibi olan siyasətçilərdəndir"
19/06/2019 [13:29]:
Sabah əsl çimərlik havası olacaq
19/06/2019 [13:29]:
Ağzından güllələnən "kriminal avtoritet" məşhur şəxsin oğludur
19/06/2019 [13:28]:
Məmmədyarov Vaşinqtondadır: erməni həmkarı ilə görüşəcək
19/06/2019 [13:26]:
SOCAR Türkiyədə yeni şirkət yaratdı
19/06/2019 [13:25]:
Bu gün saat 2-də Kəlbəcərdə konsert  veriləcək...- Bizim başqatan manıslar da qatıla bilər...
19/06/2019 [13:00]:
ABŞ dolları Ukraynanı Rusiya təhlükəsindən xilas edə biləcəkmi?
19/06/2019 [12:53]:
"1 aydan çoxdur valideyn komitəsi yalvarır ki..." - Sumqayıt Təbiət Elmləri Gimnaziyası haqqında ilginc iddia
19/06/2019 [12:42]:
“Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib
19/06/2019 [12:41]:
"Yalnız Rotşildlər deyil, bütün güclü maliyyə-bank qurumları dəvət olunmalıdır"
19/06/2019 [12:40]:
Müəllimlərin yerdəyişməsinin nəticələri AÇIQLANIB
19/06/2019 [12:35]:
“Bu gecə də istidən yatmamışam...” - Yazıçı “Samsung” mağazalarından şikayət etdi
19/06/2019 [12:33]:
"Dəfn edilməmiş ölülər" Sumqayıt Dövlət Dram Teatrında... - FOTOLAR
19/06/2019 [12:25]:
“Zəhmətim öz bəhrəsini verdi və iki tələbəm müsabiqədə qalib oldu…”
19/06/2019 [12:24]:
"Sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını təsdiq edir"
19/06/2019 [12:18]:
Azərbaycanda efirdə qızın nişanlı oğlanla WhatsApp yazışması hər kəsi qəzəbləndirdi - VİDEO
19/06/2019 [12:07]:
"Erməni zindanında səkkiz gün" kitabının təqdimat mərasimi keçiirləcək
19/06/2019 [11:59]:
"Təəssüf ki, Ramiz Mehdiyevin məqaləsindən sonra da AAK öz bildiyini etdi" - İTTİHAM...
19/06/2019 [11:56]:
“Mənə çılpaq şəkillərini atırdı…”
19/06/2019 [11:55]:
İrəvan bu qüvvələri meydana çıxartdı: yerini isə açıqlamadı
19/06/2019 [11:47]:
Sahil Babayev Kollerlə görüşdü
19/06/2019 [11:46]:
Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...
19/06/2019 [11:44]:
Kardaşyanın atası kimdir? - Xəyanət qalmaqalı
19/06/2019 [11:39]:
Dövlət qulluqçularının maaş artımı ilə bağlı -Deputatdan açıqlama
19/06/2019 [11:37]:
Azərbaycan MDB-də ikinci yerə yüksəlir
19/06/2019 [11:37]:
İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı
19/06/2019 [11:30]:
Prezident sərəncamları ilə 160 min müəllimin maaşı artdı - 600 manat olacaq
19/06/2019 [10:56]:
Azərbaycanla ABŞ arasındakı ticarət dövriyyəsi bu il ilk dəfə artıb
19/06/2019 [10:47]:
“İkinci yerə layiq görülməyim mənim üçün çox sevindirici oldu…” -Gənc ifaçı…
19/06/2019 [10:41]:
Türkiyədə təhlükəli terrorçu Şerif Yakut məhv edilib
19/06/2019 [10:38]:
Prezident pensiyaçıları sevindirəcək – Bu tarixdən minimum pensiya 200 manat olacaq
19/06/2019 [10:20]:
Mübariz İbrahimovun anım günüdür
19/06/2019 [10:16]:
Bağlıdı çimərliyin qapısı üzümüzə-Pirşağıdan - REPORTAJ, FOTOLAR
19/06/2019 [10:11]:
Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib
19/06/2019 [10:09]:
Bakıda kişi binalardan qadın alt paltarları oğurlayır - ŞOK VİDEO
19/06/2019 [10:08]:
Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək
19/06/2019 [10:02]:
Aysun geyimi ilə Zauru efirdə çətin vəziyyətə saldı: "Ay qız, balacalar baxır" - VİDEO
19/06/2019 [09:58]:
Uşaqları cəzalandırmaq qadağan edildi - Yaponiyada
19/06/2019 [09:48]:
Babək prospektində maşın aşdı, tıxac yarandı - YENİLƏNİB
19/06/2019 [09:46]:
Şabranda 21 yaşlı qadın itkin düşdü - FOTO
Bütün arxiv bir sırada
23/05/2019 [10:55] - Müsahibə - ( 922 dəfə baxılıb)

Bahar Muradova: “Münasibətlərimiz Rusiyaya və onun maraqlarına qarşı yönəlməyib”

“Müddətlərin uzanmasına baxmayaraq, Azərbaycan tərəfi danışıqları uğurlu sonluğa qədər davam etdirməkdə israrlı olacaq”


Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova  “Yeni Müsavat”ın suallarını cavablandırıb. Xanım vitse-spiker Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, nüfuzlu beynəlxalq qurumla yenilənmiş strateji sazişin imzalanması ərəfəsində bir sıra dairələrdən ölkəmizə qarşı yönəlmiş təzyiqlərlə əlaqədar danışıb. 

Moderator.az musavat.com-a istinadən müsahibəni təqdim edir:

- Bahar xanım, Siz parlament rəhbərliyində təmsil olunmaqla yanaşı, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən nümayəndə heyətinin rəhbərisiniz və ab-havadan kifayət qədər məlumatlı insansınız. Bu ərəfədə Böyük Britaniyadan anti-Azərbaycan mövqeli bəyanatın səslənməsinin səbəbi nədir? Azərbaycan neftində böyük pay sahibi olan ölkə ilə münasibətlərdə nə baş verdi ki, futbol bəhanəsi ilə təzyiqlərə başladılar?

- Düşünmürəm ki, bu məsələ hansısa bir konkret hala bağlı olan məsələdir. Özünüz də qeyd etdiyiniz kimi, bu bir bəhanədir. Və eyni zamanda zənn etmirəm ki, bunun arxasında Böyük Britaniya hökuməti dayanır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən bu müddət ərzində çox böyük inkişaf yolu keçib, bu, faktdır. Bunu təkcə biz demirik, bütün dünya görür, izləyir. Bəziləri bu inkişafa dəstək mövqeyindədir, bəziləri də bunu yaxşı halda görməzliyə vurur, digər halda isə ölkəmizə qarşı qara piar kampaniyası aparmaqla müxtəlif xarakterli plan və layihələrin təşkilatçısı, yaxud da tərkib hissəsi kimi çıxış edirlər. Bununla artıq bizi təəccübləndirmək mümkün deyil. Çünki fəaliyyətimiz genişləndikcə müxtəlif istiqamətlərdən bizə hansısa hücumların və qarayaxmaların olacağını da təxmin edirik. Bu dəfə də yanılmadıq. Məncə, o qədər çox proqramlarımız var ki, bir sıra dairələr də işsiz qalmırlar, “davamlı və dayanıqlı” işlə təmin olunublar. Bəziləri tapşırıq verir, digərləri də icra edir. Çox təəssüf ki, onların arasında, yumşaq şəkildə desək,  Azərbaycana dost olmayan dairələrin təmsilçiləri ilə yanaşı, öz həmvətənlərimiz də vardır. Hesab edirəm ki, bu hallar ümumilikdə Azərbaycanın əldə etdiyi nailiyyətləri gözdən salmaq, bunun üçünsə daxili siyasi prosesləri körükləmək, ictimai-siyasi sabitliyi pozmaq məqsədilə edilir. Çünki öz dövləti və milli maraqlarını bütün hallarda qorumaqla daha çox diqqətləri öz üzərinə çəkməyə nail olan Azərbaycan bu geostrateji bölgədə bəzi beynəlxalq güclərin yolunda getdikcə böyüyən bir maneəyə çevrilir.

Artıq müxtəlif ölkələrin nümayəndələrindən ibarət formalaşmış qruplar halında fəaliyyət göstərən bir antiazərbaycançı şəbəkənin mövcudluğunu heç kəs inkar etmir.

Və onların da ən müxtəlif maraqlarına belə bəhanələr çox yaxşı yarayır.

Eyni zamanda vurğulamaq istəyirəm ki, bundan əvvəlki hallarda olduğu kimi bu dəfə də belə cəhdlər onu göstərənlərin gözlədiyi nəticələri verməyəcək.

Azərbaycan dövləti və hər zaman onun müdafiəsində dayanan cəmiyyətimizdə artıq belə hallara qarşı güclü müqavimət hissi formalaşıb. Necə deyərlər, daxilində kin-küdurət gəzdirən varlıqların sayıqlamalarına əhəmiyyət verməyə dəyməz. Azərbaycanın inkişaf karvanı öz yolundadır. Və Bakı şəhəri futbol həyəcanını və sevincini yaşamaq üçün ölkəmizə səfər edəcək oyunçu və tamaşaçıları qarşılamağa hazırdır.

- Amma çox həssas bir dövrə təsadüf etdi bu kampaniya. Azərbaycan Avropa Birliyinə doğru addım atdığı bir məqamda Avropanın aparıcı ölkələrindən biri Azərbaycanın üzərinə gəldi...

- Elə bizi də daha çox düşünməyə və doğru nəticə çıxarmağa vadar edən səbəb olan məhz budur. Görürsünüz ki, cənab prezident də bu proseslərin iştirakçısı kimi belə hallarda öz soyuqqanlı və qətiyyətli mövqeyini qoruyub saxlayaraq, cəmiyyətimizi də bu kimi təxribatçı əməllərə uymamağa sövq etməklə daha tədbirli və daha müdrik olduğunu sübut etməkdədir.

- Çox maraqlıdır, Avropa Azərbaycanın “sinəsindən” geri itələdiyi bir məqamda Ermənistanı irəli çəkmək, qazanmaq uğrunda mübarizə aparır. Razılaşırsınızmı?

- Çünki Ermənistan alətdir və hər zaman başqalarının maraqlarında özünün mənafeyini güdərək oynamağa çalışır. Azərbaycan isə heç vaxt bu rolu özünə yaxın qoymaz və bizi buna cəlb eləmək istəyənlərin də qarşısında həmişə çox böyük inamla və mətanətlə dayanır. Ermənistanı qazanmaq cəhdi elə buradan qaynaqlanır. Mən düşünmürəm ki, bu, Ermənistana hörmətdən, onun artan nüfuzuna diqqətdən, yaxud da bu ölkə ilə əməkdaşlığın qarşılıqlı, sağlam əsasda fayda verəcəyinə inamdan irəli gəlir. Bir daha qeyd edirəm, Ermənistan yaxın, uzaq ölkələrin, böyük güclərin, beynəlxalq dairələrin əlində hər zaman alət rolunu oynayan ölkə olub, indi də belədir. Ona görə də Ermənistanı “qazanmaq” bəzilərinin işinə yarayır. Burada başqa səbəblər də var, bəlkə də biz onları deməsək, daha doğrudur. Müəyyən dairələrə mənsubluq da bəlkə rol oynayır. Mən bir tərəfdən də düşünürəm ki, bu cür münasibətlər bizim müqavimət hissimizi daha da gücləndirir. Bu, bizim döyüşmək, öz mövqeyini sübut etmək və ən çətin hədəflərə çatmaq istiqamətindəki inadımızı artırır. Biz nəinki çoxsaylı beynəlxalq layihələri icra edirik, üstəlik, onun müdafiəsini də yüksək səviyyədə təşkil edirik və öz mövqeyimizi sübuta yetiririk. Düşünmürəm ki, bu illər ərazində Ermənistan bəlli rolu üzərinə götürməklə hansısa böyük nailiyyətlərə imza atıb. Bizim xarici işlər naziri erməni jurnalistə çox məntiqli bir sual vermişdi ki, bu illər ərzindəki təcavüzkar siyasəti Ermənistana nə qazandırıb? İndiki halda ərazi işğalını nəzərə almasaq, Azərbaycan bir çox məsələlərdə Ermənistandan qat-qat irəlidədir, qarşısına qoyduğu hədəflərə nail olub və inkişaf edən ölkədir. Həmin beynəlxalq təşkilatlarda, elə haqqında söhbət gedən Avropa İttifaqında birləşən ölkələrin bir çoxu ilə də ikitərəfli strateji əməkdaşlığa malikdir. Avropanın enerji təhlükəsizliyi və iqtisadi inkişafı bir sıra sahələrdə, xüsusilə də hərbi-siyasi sahədə əməkdaşlıq baxımından bərabərhüquqlu tərəfdaş rolunu oynayan bir ölkədir. Ona görə də bizim özümüzü Ermənistanla müqayisə etməyimiz doğru deyil. Biz heç müqayisəyə gəlməyəcək dərəcədə fərqli yerlərdəyik.


- Azərbaycanın müəllifliyi və ya iştirakı ilə nəhəng layihələr reallaşır və Avropa məkanı ilə iqtisadi əlaqələr dərinləşir. Amma postsovet məkanında yalnız Azərbaycandır ki, hələlik Avropa Birliyi ilə strateji tərəfdaşlıq sazişi imzalamayıb. Mayın 13-14-də imza törəni gözləntisi olsa da, bu, baş vermədi. Nə baş verir?

- Bilirsiniz, Azərbaycan “Şərq Tərəfdaşlığı”na aid olan digər ölkələrdən fərqli olaraq, danışıqlar başlandığı andan bu prosesdə fərqli formatda iştirak edib. Digər 5 ölkədən fərqli olaraq Avropa İttifaqı ilə ikitərəfli əlaqələrə üstünlük vermişik. Çünki bizim o ölkələrlə müqayisə olunmayacaq dərəcədə geniş imkanlarımız və üstünlüklərimiz var. Biz heç zaman Avropa İttifaqına üzv olacağımızı bəyan etməmişik. Qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğumuzu, bu yolda tələsmədən, mərhələ-mərhələ irəliləmək istəyimizi açıq şəkildə demişik. 

Ona görə də mən düşünmürəm ki, belə bir yanaşmamız bizi hansısa şəkildə digərlərindən geri qoyur. Əksinə, bizim bu cür münasibət sərgiləməyimizin çox ciddi, arqumental əsasları var. Biz bu istiqamətdə davam edirik və düşünürük ki, Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşı kimi bu prosesdə bizim qədər maraqlı olmalıdır və maraqlıdır. Odur ki, danışıqlar davam edəcək və özünün uğurlu yekun variantına da çatacaq. Odur ki, bizim üçün o sənəddə qarşılıqlı maraqlarımızın tam uyğunlaşdırılması və necə əksini tapması daha çox əhəmiyyət kəsb edir. Ona görə də biz bu yolu mənafeyimizə uyğun bir şəkildə getmək niyyətindəyik.

- Yəni sənəd 2019-cu ildə də imzalanmaya bilər?

- Mən bunu söyləyə bilmərəm. Çünki o sənədin bütün məqamları haqda məlumatlı deyiləm. Amma bəlli siyasi yanaşmaya əsaslanaraq deyə bilirəm ki, bu məsələ ilə bağlı müddətlərin uzanmasına baxmayaraq, Azərbaycan tərəfi danışıqları uğurlu sonluğa qədər davam etdirməkdə israrlı olacaq. Və bütün məqamların ölkəmizin maraqlarına uyğunluğunu təmin etməyə çalışacaq.

- Hansı məqamlardan söhbət gedir?

- Hər halda bu, mənim deyəcəyim məsələ deyil. Bu sənədin üzərində işləyən insanlar, müvafiq dövlət orqanlarının nümayəndələri var, lazım bilinsə, onlar bunu açıqlaya bilərlər.

- Bahar xanım, risklərdən, təhlükələrdən danışılarkən daha çox Rusiya faktoruna istinad olunur. İddialar var ki, Gürcüstan və Ukraynanın Avrointeqrasiya qərarına kəskin reaksiya verən Kreml Azərbaycanı da itirəcəyindən ehtiyatlanır və hər an sürprizlərlə üzləşə bilərik. Bu iddialar nə qədər əsaslıdır? Sazişin imzalanmamasında bu amil nə dərəcədə rol oynadı?

- Biz bunu açıq şəkildə deməliyik ki, bizim istənilən beynəlxalq təşkilatla, yaxud başqa bir ölkə ilə münasibətlərimiz heç zaman üçüncü ölkəyə, o cümlədən Rusiyaya və onun maraqlarına qarşı yönəlməyib. Biz region ölkəsi, böyük qonşumuz kimi Rusiya ilə çox yüksək səviyyəli münasibətlərə malikik, bu münasibətlər yüksələn xətlə də davam edir. Siz bu şəkildə deyirsiniz, mən də məsələni digər yöndən izah etmək istərdim. Təbii, Avropa Birliyinin Rusiya ilə tamamilə fərqli münasibəti var. Amma bu münasibətlər onlara məxsusdur. Biz də Rusiya ilə olan normal qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinə malikik. Prezidentlərimiz, parlamentlərimiz, regionlarımız arasındakı münasibətlərimiz də yüksək səviyyədədir. Ancaq bu da heç bir halda Avropa İttifaqının, bu təşkilata üzv ölkələrin maraqlarına qarşı yönəlməyib. Hər bir ölkənin haqqıdır ki, qonşuları ilə və yaxud da heç qonşu olmayan hər hansı ölkə ilə ikitərəfli faydalı əsasda münasibətlər qursun. Biz Rusiya ilə məhz bu əsasda münasibətlərə malikik. Avropa İttifaqı ilə də yenə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri qurmaq prosesindəyik. Bunun da nə Rusiya, nə də digər bir ölkəyə qarşı yönəlmədiyini qətiyyətlə vurğulayırıq. Bunun əksini sübut etməyə çalışanların da mövqeyinin yanlış olduğunu qeyd edirik. Faktlar özü-özlüyündə hər şeyi deyir. Bizim bütün münasibətlərimizin əsasında beynəlxalq hüquq, imzaladığımız sazişlər, ikitərəfli müqavilələr və onlarda əksini tapan öhdəliklər dayanır. Rusiya ilə olan münasibət Rusiya ilə olan münasibətdir, Avropa İttifaqı ilə olan münasibət Avropa İttifaqı ilə olan münasibətdir. Avropa İttifaqına daxil olan 10-dək ölkə ilə bizim ikitərəfli strateji tərəfdaşlıq sazişimiz var. Amma baxın, Avropa İttifaqına daxil olan digər ölkələr var ki, Azərbaycana buna uyğun gəlməyən hansısa münasibət sərgiləyir. Bu, o deməkdirmi ki, belə münasibət Avropa İttifaqı ilə münasibətlərə qarşı yönəlib? Onların bunu belə bəyan etmədiyi halda, bizim bunu onların əvəzindən bu şəkildə vurğulamağımız nə dərəcədə doğru olardı? Biz hətta çalışmalıyıq  və çalışırıq da ki, hər hansı tərəfdən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə məsələlər meydana çıxırsa da, onu da yenə danışıqlar yolu ilə nizamlayaq, yoluna qoyaq. Biz maraqlıyıq ki, həm Avropa İttifaqı ilə bütövlükdə, həm də üzv ölkələrlə ayrılıqda münasibətlərimizi strateji tərəfdaşlıq münasibətlərinə qaldıraq. 

loading...
loading...
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
“Əhalinin sosial müdafiəsini gücləndirəcək yeni qanun layihələri gəlir” - ŞAD XƏBƏR...
Bu qrupun üzvlərini qətlə yetirib orqanlarını satırlar - QANDONDURAN İDDİA
Boşanma uşaqların kilo almasına səbəb olur - MARAQLI ARAŞDIRMA
23 il boyunca qarnında bununla yaşadı - İNANILMAZ...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Türkiyəylə ABŞ arasında münasibətlərin gərginləşməsi təkcə “S-400” zenit-raketlərinə görə deyil...”
Cəmiyyət
“Demək olar ki, tam sağalmışam...” -Onkoloji xəstəlikdən əziyyət çəkən jurnalistdən xoş xəbər...
Cəmiyyət
“Bu gecə də istidən yatmamışam...” - Yazıçı “Samsung” mağazalarından şikayət etdi
Mədəniyyət
“İkinci yerə layiq görülməyim mənim üçün çox sevindirici oldu…” -Gənc ifaçı…
Gündəm
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)