Hollivud ulduzu Natali Portmanla musiqiçi Mobi arasında qalmaqal yaranıb. Buna səbəb diceyin Natali ilə bağlı açıqlaması olub.
O, “Then It Fell Apart” adlı kitabında “Oskar” mükafatçısı ilə 20 il əvvəl sevgili olduğunu qeyd edib. Natali isə “Harper's Bazaar” jurnalına danışaraq iddiaları qəbul etməyib:
“Mən fərqli bir şey xatırlayıram. Liseydən məzun olduğum dövrdə məndən yaşca böyük biri məni narahat edirdi. Hər dəfə mənə yaxınlaşırdı. Bundan xoşum gəlmirdi”.
Sözügedən açıqlamadan sonra Mobi instaqram səhifəsində Natali ilə şəklini yayaraq belə şərh yazıb: “Natali məni təəccübləndirdi. Əslində isə sevgili olmuşuq. 1999-ci ildə qısa münasibətimiz oldu, daha sonra dost olaraq həyata davam etdik. Onu çox istəyirəm, ağlına hörmət edirəm. Ancaq həqiqəti niyə boynuna almır? Bizim hələ çox şəkillərimiz var, kitabımda yer alıb”. (Qafqazinfo)