Məlum olduğu kimi, Tramp hökuməti Türkiyəyə S-400 raketlərinin alınmasından imtina üçün iki həftə vaxt verib. Rəsmi Vaşinqton bildirib ki, Türkiyə bu raketlərin idxalından imtina etməzsə, o zaman bəzi sanksiya və məhdudiyyətlərlə qarşılaşa bilər.
ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ehtimalı nə dərəcədə yüksəkdir? ABŞ-Türkiyə qarşıdurması Amerikanın özü üçün də ciddi itki və problemlərəl müşahidə edilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Türkiyənin S-400-lərin idxalından imtina etməyəcəyini bildirib:
“Bu, xeyli dərəcədə ziddiyyətli bir məsələdir. Zənn edirəm ki, Ərdoğan öz fikrindən daşınmayacaq. Çünki Rusiya ilə münasibətlər Türkiyə üçün çox əhəmiyyətli xarakter alıb. Söhbət ondan getmir ki, Rusiya AES tikir, qaz kəmərini Qara dənzidən çəkib və s. Məsələ ondadır ki, dünyada iqtsiadi böhran davam edir. Dünyanın beyin mərkəzləri hələ ki, bu böhranın sonunu görmürlər. Doğrudur, Rusiya və Trükiyənin xeyli syda problemləri var. Rusiyanın ən böyük problemi odur ki, ABŞ sanksiya rejimini getdikcə gücləndirir. Türkiyə isə yanlış bölgə siyasəti nəticəsində yanlış proqramlara qatıldı və nəticədə müəyyən itkilərlə qarşılaşdı.
Ərddoğan çalışır ki, Türkiyənin regionda lider dövlət olmasını təsdiqləsin. Bunun üçün isə ilk növbədə gərək özünün fiziki təhlükəsizliyini təmin etsin. Ərdoğan bu məsələdə israrlıdır.
ABŞ Türkiyə ilə bağlı vəziyyəti diqqətlə izləyir və Tramp Türkiyəyə qarşı münasibətdə şantaj elementlərindən istifadə edir. Tramp bildirir ki, əgər Türkiyə S-400-lərin alınmasından imtina etsə, ona iqtisadiyyatda köməklik göstərəcək. Lakin düşünürəm ki,Türkiyə bu məsələdə geri çəkilməyəcək”.
Seymur ƏLİYEV