Məlum olduğu kimi, bu günlərdə “Pakistan “Şahin-2” adlı yer-yer ballistik nüvə başlığı raketdaşıyıcısının uğurlu sınağını həyata keçirib, bununla da öz hərbi nailiyyətlərinə yenisini əlavə edib. Bəs Pakistanın ölkəmizə dost münasibətini nəzərə alıb, bu uğuru həm də ölkəmizin uğuru hesab etmək mümkündürmü?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Azərbaycanın Pakistanın uğurlarına hər zaman sevindiyini vurğuladı:
“Pakistan Azərbaycana dost dövlətdir və İslam Konfransı Təşkilatının üzvüdür. Biz buna Azərbaycanın uğuru kimi yanaşmasaq da, ölkəmizin bundan məmnunluq duyduğu şübhəsizdir. Çünki biz Pakistanın Azərbaycana olan mövqeyini bilirik. Pakistan daim Azərbaycanı dəstəkləyib. Son vaxtlar Pakistan və Azərbaycan arasında iş birliyi artıb. Iki ölkə arasıdna hərbi sahədə birgə layihələr mövcuddur.
Tərəflər arasında təcrübə mübadiləsi də aparılır. Pakistan bizim üçün dost dövlətdir. Biz dost dövlət kimi onların uğurlarına sevinə bilərik. Ancaq Azərbaycan ayrı bir dövlətdir və öz müstəqil siyasətini qurur. Azərbaycanın qarşısındakı tapşırıqlar Azərbaycaan məxsus tapşırıqlardır. Bu bir reallqıdır”.
Seymur ƏLİYEV