Xəbər lenti
26/06/2019 [00:30]:
Ağac adam üsyan etdi: "Nə olar əlimi kəsin"
26/06/2019 [00:15]:
27 dəqiqədə 6 dəfə ölüb dirildi, oyandığı zaman... - MARAQLI
25/06/2019 [23:49]:
Bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınıb - FOTO+VİDEO
25/06/2019 [23:19]:
Ziya Bünyadov prospektində güclü tıxac yaranıb - FOTO
25/06/2019 [23:04]:
Tramp İranı yenidən hədələdi: “İranı məhv edərik”
25/06/2019 [22:52]:
Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - YENİLƏNİB
25/06/2019 [22:18]:
"Öz ordusuna gülən xalq düşmən ordusundan ağlayacaq" - BAYRAM TƏBRİKİ...
25/06/2019 [22:08]:
“Əgər atam indi burda olsaydı...” - Şəhid zabitin məzun qızı çıxışıyla hamını kövrəltdi
25/06/2019 [22:06]:
Yaqub Mahmudov: "Şirməmməd Hüseynov mərd kişi idi"
25/06/2019 [21:38]:
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir
25/06/2019 [21:36]:
Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib
25/06/2019 [21:32]:
İstanbul seçkilərinin yenidən keçirilməsini istəyir - 92 səsə görə
25/06/2019 [21:29]:
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü - FOTO
25/06/2019 [21:17]:
Səfər Mehdiyev ABŞ səfiri ilə görüşüb
25/06/2019 [21:16]:
“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb
25/06/2019 [21:15]:
Zelenski ilk prezident maaşını aldı - Məbləği...
25/06/2019 [21:13]:
İmamoğlu sərvətinin siyahısını paylaşdı -FOTOLAR
25/06/2019 [21:09]:
Fuad Abbasov Azərbaycana deportasiya edildi
25/06/2019 [21:08]:
Yasda ehsan verməyib 3 küçəni təmir etdilər – FOTO
25/06/2019 [21:06]:
Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR
25/06/2019 [21:04]:
Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi
25/06/2019 [21:03]:
YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı
25/06/2019 [21:02]:
Ürəyi ən çox yoran vərdişlər hansılardı? - Ehtiyatlı olun
25/06/2019 [21:02]:
Deputat ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu arasında memorandum imzalandı
25/06/2019 [20:56]:
“Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”
25/06/2019 [20:48]:
Deputat Hüseynbala Mirələmov kadr islahatları haqda: “O, prinsipial şəxsdir”
25/06/2019 [20:44]:
“Şirməmməd Hüseynovun adının əbədiləşdirilməsi ilə üçün təqaüd təsis oluna bilər”
25/06/2019 [20:44]:
“Minsk 2019”: Azərbaycan boksçusu yarımfinala yüksələ bilməyib
25/06/2019 [20:43]:
Xırdalanda dəhşətli qəza - “KAMAZ” 6 yaşlı uşağın üstündən keçdi
25/06/2019 [20:37]:
Azərbaycanlı deputat qadınlara qarşı zorakılığa son qoymaq üçün səyləri birləşdirməyə çağırıb
25/06/2019 [20:36]:
Gürcü deputat: “İvanişviliyə qarşı mübarizədə həbs olunmaq mənim üçün şərəfdir”
25/06/2019 [20:33]:
BAXCP sədri Şirməmməd Hüseynovun vəfatı ilə bağlı başsağlığı verib
25/06/2019 [20:32]:
Tbilisidə etiraz aksiyası bərpa olunub
25/06/2019 [20:31]:
BAXCP sədri Azərbaycan Ordusunun əsgər və zabitlərini təbrik edib
25/06/2019 [20:00]:
Qənirə Paşayeva AŞPA-nı azərbaycanlı məcburi köçkün qadınların səsini duymağa çağırıb
25/06/2019 [19:58]:
Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib - FOTO
25/06/2019 [19:54]:
Gürcüstanda müxalif deputatın həbsi ilə bağlı parlamentə müraciət olunub - YENİLƏNİB
25/06/2019 [19:53]:
Bakıda restoranda 22 manat xidmət haqqı istəyiblər - FOTO
25/06/2019 [19:52]:
Beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub
25/06/2019 [19:45]:
Traktor “Mersedes”lə toqquşdu, sürücü yaralandı - FOTO
25/06/2019 [19:44]:
Paşinyanın partiyası Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə çıxdı: Kreml susacaqmı?
25/06/2019 [19:28]:
Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı
25/06/2019 [19:28]:
Paşinyanın arvadı oğlu Aşotla Azərbaycandan yeni şəkillər paylaşdı...-FOTOLAR
25/06/2019 [19:24]:
Türkiyədə hərbi xidmətin müddəti endirilib
25/06/2019 [19:22]:
Polis rəisi işdən çıxarıldı - Nöqsanlara görə
25/06/2019 [19:21]:
“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR
25/06/2019 [19:14]:
Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı - FOTO
25/06/2019 [18:58]:
Azərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədir
25/06/2019 [18:36]:
"Ordumuz regionun və eləcə də post-sovet məkanının ən öndə gedən ordularından biridir"
25/06/2019 [18:35]:
Azərbaycanda kriminal avtoritetin məhkəməsi başladı
25/06/2019 [18:33]:
Cavanşir Quliyevin dünya elmində maraqla qarşılanan sintezi - Musiqi ilə qeyri-səlis məntiq...
25/06/2019 [18:28]:
Elçibəy 1993-cü il iyunun 30-da  Londona getsəydi...-Amerikalı jurnalist şərh edir...
25/06/2019 [18:11]:
Zakir Həsənov hərbçilərə general rütbəsi təqdim etdi - VİDEO
25/06/2019 [18:02]:
Fəzail Ağamalıdan 26 iyun təbriki...
25/06/2019 [17:56]:
“Rövşən müəllim dedi ki, mənə AzTV-dəki nöqsanları deyin” – Bədii Şura inqilabı...
25/06/2019 [17:49]:
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
25/06/2019 [17:47]:
“Xəstəxanada deyilik, sağ-salamat adamıq” – Hadı Rəcəblidən etiraz
25/06/2019 [17:43]:
Samir Nuriyev: “Bakının Baş planında tarixi və mədəniyyət abidələrinin qorunması əksini tapıb”
25/06/2019 [17:35]:
İsmayıllıda yol tikintisinə pul ayrıldı - SƏRƏNCAM
25/06/2019 [17:34]:
“Qızıl tabutunu betonlayıb, kamera yerləşdirdilər...”- Maykl Ceksonun qəbri ilə bağlı ilginc faktlar...
25/06/2019 [17:29]:
ADNSU ilə İranın Şərif Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
25/06/2019 [17:28]:
İlham Əliyev hərbçilərə həsr olunmuş videoçarx paylaşdı...- VİDEO
25/06/2019 [17:25]:
Deputata ağır itki üz verdi
25/06/2019 [17:24]:
Birinci vitse-prezident Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25/06/2019 [17:22]:
Dilqəm Əsgərovun oğlundan AŞPA da atasının girovluqdan azad olunması üçün ÇAĞIRIŞ...
25/06/2019 [17:11]:
Ərdoğan: "İstanbulluların qərarının başımız üstündə yeri var"
25/06/2019 [17:00]:
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib
25/06/2019 [16:58]:
Azərbaycanda kəskin istilərin səbəbləri açıqlandı
25/06/2019 [16:56]:
Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub
25/06/2019 [16:54]:
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib - FOTOLAR
25/06/2019 [16:44]:
Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - FOTO
25/06/2019 [16:39]:
"Hərbi əməliyyatlara başlayarkən işğalçı dövlətin daxili durumunu nəzərə almalıyıq"
25/06/2019 [16:33]:
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb
25/06/2019 [16:30]:
Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib - FOTOLAR
25/06/2019 [16:26]:
Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var
25/06/2019 [16:25]:
Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir
25/06/2019 [16:23]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25/06/2019 [16:22]:
Robert Koçaryan yenidən həbs edildi
25/06/2019 [16:20]:
Sürücü təkər təmirinin badına getdi
25/06/2019 [16:19]:
ADAU-nun rektoru Yardımlı rayon məktəbliləri ilə görüşüb - FOTOLAR
Bütün arxiv bir sırada
27/05/2019 [11:59] - Siyasət - ( 1546 dəfə baxılıb)

Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”



Sabiq səhiyyə naziri Əli İnsanov "Azadlıq" radiosuna yeni müsahibə verib. 


Moderator.az saytının məlumatına görə, eks-nazir hakimiyyətə yönəlik ittihamlarla çıxış edib, sərt tənqidi fikirlər səsləndirib. O, partiya yaradacağı barədə ideyasını gerçəkləşdirəcəyini bir daha bəyan edib.

Əli İnsanovun ittihamlarına baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katini Əli Əhmədov cavab verib.


Moderator.az  Əli Əhmədovun sosial şəbəkədəki paylaşımını təqdim edir:


"Əli İnsanovun yalanları, böhtanları, saxta etirafları və ikiibaşlı təşəkkürləri"

Özünü cəmiyyətə yeni obrazda təqdim etməyə çalışan korrupsiyaya və xəyanətə görə suçlu bilinərək həbs olunan keçmiş səhiyyə naziri Əli İnsanov radikal müxalifətin ənənələrinə uyğun olaraq yalan və böhtan yolunu seçib. İki gün əvvəl mətbuata verdiyi müsahibə buna daha bir nümunə oldu. Onun yalan və böhtanlarının bir neçəsi barədə danişmaq istəyirəm.

Əvvəla yalanları barədə

Əli İnsanov Azərbaycanda tibbi sığortanın tətbiq olunmamasında kimlərisə günahlandırmaq istəyir. İlk növbədə onu qeyd edim ki, pilot şəklində tibbi sığorta iki ildən çoxdur ki, sınaqdan keçirilir, 2020-ci ildən isə bütün ölkə boyu tətbiq olunacaq. Ancaq demək istədiyim başqa həqiqət də var. 1999-cu ilin dekabrında “Tibbi xidmət haqqında” qanun qəbul olundu. Qanunun bir fəsli icbari tibbi sığortaya həsr olunub və 2000-ci ildən etibarən bu sahədə əməli işlər həyata keçirilməli idi. Lakin, 2000-ci ilin əvvəllərində səhiyyə naziri Əli İnsanov dövlət başçısına müraciət edərək tibbi sığortaya keçid üçün şəraitin olmaması bəhanəsi ilə onun 2005-ci ilə qədər təxirə salınmasını xahiş etmişdir. Müvafiq müraciət və sənədlər Nazirlər Kabinetində saxlanılır.

Əli İnsanovun ikinci yalanı onun zamanında guya səhiyyədə intensiv islahatların keçirilməsi ilə əlaqədardır. Prezident Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda, kənd təsərrüfatında, xidmət sahələrində əsaslı dəyişikliklərin həyata keçiriliməsi tarixi faktdır. Lakin o da həqiqətdir ki, islahatlar strategiyasından kənarda qalan az sahələrdən biri səhiyyə idi. Yuxarıda tibbi sığorta ilə əlaqədar dediyim fakt da bunu sübut edir. Səhiyyədə islahat təşəbbüsünün boğulmasının əsas günahları da məhz səhiyyə naziri Əli İnsanov idi.

Əli İnsanovun üçüncü yalanı Yeni Azərbaycan Partiyasının idarə heyətindəki çıxışı ilə əlaqədardır. İddia etdiyinin tam əksi olaraq həmin iclasda Əli İnsanov kimi və ya nəyisə tənqid etmək barədə deyil, partiya rəhbəri tərəfindən ona diqqətin az olmasından gileylənmək istədi. Lakin, sədrin arqumentli cavabı ilə razılaşmalı oldu. Məsləhət görərdim Əli İnsanov idarə heyətinin iclasından bir gün sonra partiyanın icra katibliyinə gəlib, məndən partiya sədrinə çatdırmaq üçün nəyi xahiş etdiyini xatırlasın. 

İndi isə böhtanlar haqqında

Ya məlumatlığının azlığı üzündən, ya da başqa səbəbdən o, iddia edir ki, Azərbaycana xarici tərəfdaşları etibar etmir. Böhtandır. ABŞ-dan tutmuş bütün Avropa dövlətlərinə qədər əməkdaşlıq etdiyimiz dövlətlərin rəhbərləri dəfələrlə ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini etiraf etmişlər. Azərbaycan bir çox sahələrdə qlobal və regional əhəmiyyət daşıyan layihələrdə ayrı-ayrı dövlətlərlə sıx əməkdaşlıq edir.

Keçmiş səhiyyə naziri iddia edir ki, Azərbaycanda islahatlar həyata keçirilmir. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan bütün dünyada ən çox və səmərəli islahat keçirən ölkə kimi tanınır. Dünyanın ən mötəbər beynəlxalq qurumları bu faktı öz hesabatlarına daxil edib. İqtisadiyyatda başlayan islahatlar indi digər sahələri də əhatə edib. Ən başlıcası isə islahatlar faydasını verməyə başlayıb. Bu yaxınlarda maaşların, pensiyaların, müavinət və güzəştlərin əhəmiyyətli dərəcədə artırılması həmin islahatların birbaşa nəticəsidir.

Əli İnsanov Azərbaycanın müasirləşən, gözəlləşən, yeniləşən simasına da böhtan atmaq kimi cəfəngiyyatdan özünü saxlaya bilmir. Bakı haqqında onun dedikləri sadəcə böhtan deyil, eyni zamanda həm də Əli İnsanovun milli qürur, milli təəssübkeşlik kimi hisslərdən məhrum olduğunu sübuta yetirir. Bakıya gələn əcnəbi qonaqlardan şəhərimiz, onun gözəlliyi və müasirliyi barədə eşıtdiyimiz xoş sözlər hər birimizin qəlbini qürur hissi ilə doldurur, Əli İnsanovu isə məyus edir. Hamının korrupsioner, rüşvətxor, kobud, kinli və qəddar insan kimi tanıdığı Əli İnsanovun indi özünü demokrat obrazda qələmə verməyə çalışırması isə heç kim tərəfindən rəqbətlə qarşılanmır. Onun Qərbə reveranşları da saxta və miskin görünür. Əvvəla ona görə ki, Azərbaycanın Qərb yönümlü siyasəti məlumdur, bu barədə fərqli baxış mövcud deyil. İkincisi isə, Qarabağ probleminin Qərbin köməyi ilə həll etməyi vəd edən keçmiş səhiyyə naziri sanki bilmir ki, həmin münaqişəni nizamlamaq üçün 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun üç üzvündən ikisi ABŞ və Fransadır. Heç kimin xidmətinin üstündən xətt çəkmədən onu deməyə bilmərəm ki, Minsk qrupunun 27 illik fəaliyyətinin nəticəsi hələ ki, yoxdur.

Əli İnsanov törətdiyi əməlllərə görə, cəzaçəkmə müəssisəsində yatdığın illərdə Azərbaycan, onun iqtisadiyyatı, infrastrukturu, siması, benəlxalq mövqeyi və nüfuzu o qədər dəyişib ki, Azərbaycan haqlı olaraq dünyada ən uğurlu gənc dövlətlərdən biri, bəlkə də birincisi hesab edilir. Azərbaycan regionun iqtisadi xəritəsini dəyişən dünya miqyaslı enerji və nəqliyyat layihələrinin müəllifi, Bakı isə beynəlxalq tədbirlərin paytaxtı kimi tanınır. İki gündən sonra bütün dünyanın gözü Bakıda olacaq. Avropanın ən nüfuzlu Futbol Çempionatının final oyununa tamaşa etmək üçün. Qəzəb, kin, nankorluq Əli İnsanovung gözünü elə tutub ki, olanları nə görə, nə də qiymətləndirə bilir. Hələ ölkədəki əminamanlığı, təhlükəsizliyi demirəm. Əli İnsanov, indi azadlıqdasan, imkanın var ki, ətrafimizda olan dövlətlərin vəziyyətinə, dağılan ölkələrə, puç olan talelərə, milyonlarla insan faciəsinə baxıb müqayisə aparasan. Azacıq ədalət hissin, düz danışmağı bacarmaq cürətin olsa, etiraf etməyə bilməzsən ki, Azərbaycan əminamanlıq, sabitlik adasıdır. Səncə bunlar kimin sayəsində əldə olunub? Əlbəttə İlham Əliyevin sayəsində, onun təmkini, qətiyyəti, uzaqgörənliyi, düzgün idarəçiliyi sayəsində. Xalq bunu bilir və qiymətləndirir. Sən isə, Əli İnsanov, İlham Əlyev barədə danışmaq haqqını çoxdan itirmisən.

Və nəhayət Yeni Azərbaycan Partiyasının fəallarına, Prezidentin ətrafında olan adamların sədaqətinə və dəyanətinə şübhə ilə yanaşan Əli İnsanova xatırlatmaq istəyirəm ki, 2005-ci ildə, sədaqətinə dönük çıxıb xəyanət edən sən özün oldun. İndi o günlərdə, ondan sonra da dəfələrlə sınaqdan çıxanları ləkələmək cəhdi əbəsdir. Ataların məşhur bir sözünü dəyişdirsək belə alınacaq: xəyanətkar elə bilir ki, hamı xəyanətkardır.

loading...
loading...
Ağac adam üsyan etdi: "Nə olar əlimi kəsin"
27 dəqiqədə 6 dəfə ölüb dirildi, oyandığı zaman... - MARAQLI
Tramp İranı yenidən hədələdi: “İranı məhv edərik”
Yaqub Mahmudov: "Şirməmməd Hüseynov mərd kişi idi"
Azərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədir
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Əgər atam indi burda olsaydı...” - Şəhid zabitin məzun qızı çıxışıyla hamını kövrəltdi
Cəmiyyət
“AQTA qida təhlükəsizliyinin təmin olunması istəklərini "xəyalplov"a çevirir...”
Cəmiyyət
“İllərlə teatra gəlməyən adam hər şey alır, amma əziyyət çəkən kənarda qalır...”
Cəmiyyət
“Ölkə futbolunun, əksər klubların səviyyəsi çox aşağı düşüb...” – Tahir Süleymanov
Cəmiyyət
“Şirməmməd Hüseynovun xatirəsinin əbədiləşdirilməsi arzuediləndir”
Həftənin ən çox oxunanları
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
SON DƏQİQƏ! Tanınmış aktyor VƏFAT ETDİ - FOTO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Həkimlər diaqnoz qoya bilmir - Səbəbsiz böyüyür...
Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - DƏHŞƏT
“Əli Nağıyevin nazir təyinatı milli təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)