Xəbər lenti
17/06/2019 [18:32]:
Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa, bunu elan edəcəyik”
17/06/2019 [18:27]:
Qaradağda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər ölüb
17/06/2019 [18:24]:
İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb
17/06/2019 [18:23]:
Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı - VİDEO
17/06/2019 [18:20]:
Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”
17/06/2019 [18:19]:
İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək
17/06/2019 [18:12]:
Krala ərə gedən model ilk dəfə oğlunu göstərdi - FOTO
17/06/2019 [17:37]:
Mövsümü qabaqlayan giləmeyvə - VİDEO
17/06/2019 [17:10]:
Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi
17/06/2019 [17:09]:
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
17/06/2019 [16:58]:
Hərbi operator Ağdərənin necə boşaldılmasından bəhs etdi - VİDEO
17/06/2019 [16:52]:
Bakıda qadın keçmiş sevgilisini şantaj etdi - Kondisioner ver
17/06/2019 [16:49]:
Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm -VİDEO
17/06/2019 [16:38]:
Ən çox internetdən istifadə edən ölkələr… –SİYAHI
17/06/2019 [16:38]:
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
17/06/2019 [16:08]:
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
17/06/2019 [15:57]:
TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Kamilə Əliyeva yazdı
17/06/2019 [15:52]:
20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü
17/06/2019 [15:51]:
İran uran istehsalını 4 qat artırır - Bəyanat
17/06/2019 [15:40]:
Yıldırımdan İmamoğlu haqda inanılmaz paylaşım
17/06/2019 [15:37]:
Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO
17/06/2019 [15:29]:
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
17/06/2019 [15:23]:
Biləsuvarda qıza əxlaqsız hərəkət edən mollanı soyundurub döydülər
17/06/2019 [15:21]:
İlham Əliyevin nəvəsinin ad günündən GÖRÜNTÜLƏR
17/06/2019 [15:12]:
6300-dən çox bakalavr ixtisas seçimi edib
17/06/2019 [15:10]:
“Ermənilər iki yüz ildir ki, məhz bu sahəyə yatırımlar edirlər, amma bizim milyonerlər...”
17/06/2019 [14:58]:
Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
17/06/2019 [14:56]:
Düşmən  torpaqlarımızda 10 minədək hərbçi,  150 zirehli texnikanın iştirakıyla təlim başlatdı-VİDEO    
17/06/2019 [14:55]:
İlkindən təşəkkür açıqlaması - “Dəstəyiniz mənə kömək oldu”
17/06/2019 [14:52]:
Zərrinin bir günlük əri dələduz çıxdı
17/06/2019 [14:51]:
Ağstafada ağır qətl törədən gəncin FOTOSU
17/06/2019 [14:50]:
Azərbaycanın tanınmış mühəndisi vəfat edib
17/06/2019 [14:45]:
Sürücü yüksək sürətin qurbanı oldu - FOTO
17/06/2019 [14:32]:
“Qarabağ məsələsində Rusiyanın bitərəfliyini təmin etmək olardı...”
17/06/2019 [14:26]:
Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib
17/06/2019 [14:21]:
Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
17/06/2019 [14:18]:
Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib
17/06/2019 [14:17]:
Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
17/06/2019 [14:11]:
Azərbaycan qazı Avropaya çatdırılıb
17/06/2019 [13:30]:
Sabah da isti olacaq...
17/06/2019 [13:25]:
“Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi...”
17/06/2019 [13:23]:
“Yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim, amma...”
17/06/2019 [13:04]:
Eldar Sabiroğlu oğlundan imtina etdi: "Qəbrimə gəlmə"
17/06/2019 [13:02]:
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
17/06/2019 [12:53]:
İllər keçir, bizsə nə yaşadıq ki...
17/06/2019 [12:53]:
ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: "İşinin başındadır"
17/06/2019 [12:50]:
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
17/06/2019 [12:46]:
Vida öpüşündə qız kişinin dilini qopardı...
17/06/2019 [12:42]:
Səyyar ASAN xidmət davam edir
17/06/2019 [12:38]:
“Müharibəni başladıb sonra Rusiyanı ittiham edəcəklər ki...”
17/06/2019 [12:16]:
“O çətinlikləri bir də görmək istəmirəm...”
17/06/2019 [11:56]:
Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO
17/06/2019 [11:55]:
“Anam bütün ömrünü İlham və Fərizənin təbliğinə həsr etdi...” -Fərizənin qardaşı...
17/06/2019 [11:36]:
Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb
17/06/2019 [11:30]:
Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü(FOTO)
17/06/2019 [11:18]:
Azercell-dən möhtəşəm rəqəmsal şou!
17/06/2019 [11:14]:
Astarada çətənə yetişdirən ailə saxlanıldı
17/06/2019 [11:02]:
ABŞ universitetinin azərbaycanlı alimi: "Qəbul olmaq asandır"
17/06/2019 [10:58]:
Beynəlxalq İnstitut: "Nüvə silahları modernləşdirilir"
17/06/2019 [10:54]:
“İnsanlar müsabiqədən kənarlaşdırılmamı ədalətsiz hesab edir...” - Mənsum İbrahimovun tələbəsi
17/06/2019 [10:47]:
Uzunqulağı dəmiryol xəttinə bağlayıb ölümə tərk etdilər - İNANILMAZ...
17/06/2019 [10:46]:
Stüardessa sevgilisini “daha çox görmək istəyən” kişi ömürlük həbs cəzası aldı
17/06/2019 [10:38]:
Bu şəhərin altında 3 min bomba var - Həyəcan təbili
17/06/2019 [10:35]:
“İstanbulu eninə-uzununa müzakirə etdik” - Görüşdən sonra açıqlamalar
17/06/2019 [10:33]:
Mətanət Əsədova qəzaya düşdü
17/06/2019 [10:30]:
Bu gün ermənilər Laçının 1 nömrəli məktəbində seçki treninqi keçirəcək...
17/06/2019 [10:19]:
İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi
17/06/2019 [10:08]:
40 gündə 93 ölüm - Rəis piyadaları ittiham etdi
17/06/2019 [10:07]:
Sabiq nazir Azərbaycandan 14 milyon dolları necə çıxarıb? - FOTOLAR
17/06/2019 [10:06]:
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI
17/06/2019 [10:05]:
Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq
17/06/2019 [10:04]:
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
17/06/2019 [10:00]:
Ərdoğan Putin və Trampla bir araya gəlir
17/06/2019 [09:58]:
Xalq şairinin yubilyar qızı...
17/06/2019 [09:51]:
Akşenerdən Ərdoğan-Bahçeli cütlüyünə "Çalar saat" yumruğu: "Yazığım gəldi..." (VİDEO)
17/06/2019 [09:41]:
Azərbaycana 175 min dollarlıq meşə materialı satan rusiyalı sahibkar dələduzluqda ittiham olunur
17/06/2019 [09:39]:
Sabirabadda manyak peyda oldu - FOTO
17/06/2019 [09:36]:
Burada kişiləri qadın kimi böyüdürlər - Səbəbi hər kəsi şoka salacaq- FOTO
17/06/2019 [09:25]:
Paraqvay həbsxanasında qiyam zamanı 5 nəfərin başı kəsildi
17/06/2019 [09:21]:
Bakıda 2 otaqlı ev yandı
Bütün arxiv bir sırada
05/06/2019 [11:49] - Araşdırma - ( 2543 dəfə baxılıb)

Sultan bəyin məzarı Qarsda, yoxsa Bursadadır? - ARAŞDIRMA...



Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov Bəy Sultanovun qardaşı, erməni generalı Andranik Ozanyanın qoşununu darmadağın edən Sultan bəy Sultanovun məzarının Türkiyənin Qars vilayətinin Koçköy kəndində olması barədə təxminlər mövcuddur. Xalq qəhrəmanının məzarının abadlaşdırılması vacib məsələdir, lakin bəzi araşdırmaçılar hesab edirlər ki, Sultan bəyin gerçək məzarı Bursa şəhərindədir. Ona görə də onun məzarının Qarsda olması barədə qəti fikir söyləmək mümkün deyil. Hələ 2016-cı ildə məzarın baxımsız vəziyyətdə olması xəbəri mətbuatda yayılanda millət vəkilləri Mahir Abbaszadə və Qənirə Paşayeva dərhal reaksiya verərək məzarın abadlaşdırılması üçün mühüm addımlar atılacağını bildirmişdilər. Bu yaxınlarda sözügedən mövzu ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədr müavini Samir Adıgözəlli Koçköydə Sultan bəyin abidəsinin ucaldılması üçün deputat Mahir Abbaszadədən addım atmasını gözlədiyini bildirmişdi. Qeyd edək ki, BDM sədri İsmayıl Ağayevin rəhbərliyi ilə 2 il öncə Koçköy kəndində Sultan bəyin ehtimal olunan məzarı önündə tədbir keçirilmiş, məzarın üstünə portreti qoyulmuşdur. Karabakhmedia.az olaraq mövzunun aktuallaığını nəzərə alaraq Xalq qəhrəmanının məzarının yerinin dəqiqləşdirilməsi və həyatının mühacirət dövrünun araşdırılması üçün gələcək planlar barədə tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinin araşdırıcısı Nəsiman Yaqublunun və Laçın rayonundan olan tanınmış ziyalıların fikirlərini öyrəndik. Təsdiqlənməmiş məlumatlara görə Sultan bəy Paşabəy oğlunun məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Ona görə təsdiq edilməmiş məlumatdır ki, həmin kənddə bəyin adına deyilən məzarın üzərində təsdiqedici heç bir məlumat yoxdur. Taixçi alim Nəsiman Yaqublu təxminən üç il əvvəl belə bir açıqlama vermişdi ki, Məhəmməd Kəngərli və Cəmil Ünalın ona dediklərinə görə Sultan bəyin məzarı Bursadadır. Sultan bəyin məzarı Bursada həqiqətən olduğunu öyrənmək üçün Nəsiman Yaqubluya müraciət etdik.

Təsdiqlənməmiş məlumatlara görə Sultan bəy Paşabəy oğlunun məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Ona görə təsdiq edilməmiş məlumatdır ki, həmin kənddə bəyin adına deyilən məzarın üzərində təsdiqedici heç bir məlumat yoxdur. Taixçi alim Nəsiman Yaqublu təxminən üç il əvvəl belə bir açıqlama vermişdi ki, Məhəmməd Kəngərli və Cəmil Ünalın ona dediklərinə görə Sultan bəyin məzarı Bursadadır. 

Sultan bəyin məzarı Bursada həqiqətən olduğunu öyrənmək üçün Nəsiman Yaqubluya müraciət etdik.  N. Yaqublu bizimlə söhbətində bildirdi ki Sultan bəyin məzarını görmədiyi üçün harada olduğunu dəqiq bilmir.

"Düzü, aradan keçən illər ərzində unutmuşam ya Məhəmməd Kəngərli, ya da Cəmil Ünal mənə bu məlumatı demişdi. Belə eşitmişəm ki, Sultan bəy Türkiyəyə gələndə bir sıra yerlərə gedib, daima yaşamaq üçün Bursanı seçib. Dediklərinə görə Bursanı ona görə seçib ki, oranın dağları, meşələri, ümumiyyətlə təbiəti Laçına çox oxşayırmış. Ona görə də eşitdiyimə görə Bursada yaşamağa üstünlük vermişdir. Lakin Sultan bəyin məzarının yeri haqqında məndə informasiya yoxdur və bunu kimlərsə deyirsə onu təsdiq etməlidir. Xosrov bəyin məzarı tapıldı, yeri də bilindi, məzar daşında onun haqqında yetərli məlumat da vardır. Sultan bəyin məzarı haqda isə belə qəti fikir söyləmək çətindir". 

Məhəmməd Kəngərli ilə Cəmil Ünalın Sultan bəylə görüşdüklərini isə tarixçi alim belə cavablandırdı: "Xeyr, onların görüşləri olmayıb, çünki həmin dövrdə onlar heç Türkiyədə olmayıblar. Məlum olduğu kimi Sultan bəy 1942-ci ildə dünyasını dəyişəndə artıq ikinci dünya savaşı başlamışdı. Məhəmməd Kəngərli həmin vaxt Almaniya tərəfdə legionerlərin tərkibində sovetlərə qarşı döyüşdə idi. Cəmil Ünal isə həmin dövrdə azyaşlı uşaq olub. Həmin dövr çox ağır bir dövr idi, müharibənin dəhşətləri hamının başını qatmışdı. Sultan bəylə əlaqəsi olan adamlardan demək olar ki, heç kəs qalmayıb, müharibə gedirdi, bəziləri legionerlərin tərkibində vuruşurdular. Yaşlı nəslin çoxu dünyasını dəyişib, bəyi şəxsən tanıyanların bəziləri isə siyasi baxışlarına görə həmin vaxt Türkiyədən qovulmuşdular. Yəni mənim bundan artıq məlumatım yoxdur".

Mövzu ilə bağlı Laçın rayonunun tanınmış ziyalısı Qəzənfər Hüseynovdan da münasibət öyrəndik: 

“Bir qeyri hökümət təşkilatı mənsubu Türkiyənin Kars ətrafında Köçköy məzarlığında tapdıqları və ətrafında şəkil çəkdirdikləri məzarın rəhmətlik Sultan bəy Paşabəy oğluna aid olduğunu iddia edirlər. Bu məzarın bəyə məxsus olması dəqiqləşmədiyi üçün həmin iddianı yanlış hesab edirəm. Mənə elə gəlir ki, onları bəyin məzarının həmin kənddə olmasına inandıran bir fakt var ki, aldığım məlumata görə həmin kənddə yaşayan əhalinin soyadları Laçındır. Bu olduqca əsassız bir faktdır, birinci ona görə ki, Sultan bəy sovet höküməti qurularkən Azərbaycandan mühacirətə gedəndə, indiki Laçın rayonu və bu adda şəhər yox idi. Laçın şəhəri 1923-cü ildə şəhər kimi tikilməyə başlamış və bu adı şəhərin üst hissəsində yerləşən Laçın dağından almışdır. Türkiyədə onların getdikləri kənd tərəkəmə camaatı olub, orada bir nəfər də olsun belə Laçın rayonundan gedən əhali yoxdur. Ola bilsin ki, həmin məzar Sultan adlı bir nəfərindir, ancaq Paşabəyin oğlu Sultan bəyə məxsus olması çox tərəfdən təsdiqini tapmalıdır. Düşünürəm ki, bəyin məzarının tapılması elmi tədqiqat işidir, QHT işi deyil. Mən bilmirəm onlar hansı maliyyə mənbəyi ilə Türkiyəyə səfər edib, məzar tapıb, orada şəkillər çəkdirib, Sultan bəyin məzarını guya tapdığınızı iddia etmişlər, ancaq bizim rayondan Milli Məclisə deputat seçilmiş Mahir Abbaszadə və onunla bərabər bizim Laçın rayondan bir qrup ziyalılar onların tapdıqları məzarı daha əvvəl və sonralar da öz şəxsi vəsaitləri hesabına ziyarət etmişlər, ancaq əsaslı faktlarla həmin məzarın Sultan bəy Paşa bəy oğluna məxsus olduğu öz təsdiqini tapmamışdır. Mahir Abbaszadə işçi qrupu yaratmış, bu gün də bəyin məzarının tapılması istiqamətində ciddi iş aparılır. Ona görə də mən bir qrup Laçının tanınmış ziyalıları xahişi ilə onların və öz adımdan Samir Adıgözəllinin newscenter.az adlı saytda gedən yazısına etiraz edir və istədikləri vaxt onlarla bu mövzunu müzakirəyə hazır olduğumuzu bəyan edirəm. Onu da əlavə edim ki, Sultan bəyin bəylik şəcərəsini arxivlərdən İsmayıl Ağayevin tapması haqda saytda gedən məlumatlar da yanlışdır. Sultan bəyin mənsub olduğu şəcərənin bəylik statusu haqda şifahi məlumatlar bizim yaddaşımızda olmaqla bərabər, tarix elmləri doktoru, professor Şikar Qasımovun Sultan bəy haqda elmi kitabında rəsmi sənədlərlə qeyd edilmişdir. Lakin atalar məsəlində deyildiyi kimi "yanlış da bir naxışdır", onların yanlışı bizi həqiqətə doğru aparır. Lap yaxın vaxtlarda Sultan bəyin məzarının yerinin dəqiqləşməsi işləri yekunlaşmaq üzrədir".

"Millət vəkili Mahir Abbaszadənin təşkilatçılığı ilə Sultan bəyin qəbrüstü abidəsini ucaltmaq üçün Qarsa yola düşdük".

Sultan bəyin Qarsda iddia olunan məzarının eskiz layihəsini hazırlayan memar Azər Məmmədov da məzarın Sultan bəyə aid olmasına şübhə edir: "Mən eşitmişdim ki, Xalq qəhrəmanı Sultan bəyin məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndində tapılıb və məzarın indiyədək üstü götürülməyib. Hətta məzarın son dövrlərdə çəkilmiş fotoşəklini görəndə çox məyus oldum. Dostlarla olan bu söhbətdən bir müddət sonra işimlə əlaqədar xarici ölkələrdən birinə getmişdim. Xaricdə yaşayan vətənsevər bir iş adamı qohumumla görüş zamanı mən Sultan bəyin qəbrinin Türkiyədə tapıldığını və qəbrin çox baxımsız halda olduğunu ona dedim. Qohumum mənə dedi ki, sən qəbrin üstünün abadlıq eskizini hazırla, qalan işləri mən həll edərəm, yəni qəbrin üstünü abadlaşdıraram. Biz razılaşdıq və mən Azərbaycana qayıdanda məzarüstü abidəyə eskizlər hazırlamağa başladım. Hətta Sultan bəyin gildən heykəlinin maketini hazırladım. Bir abidənin eskizini hazırlamaq üçün memar ilk olaraq abidənin quraşdırılacağı və yaxud tikiləcəyi əraziyə baxmalı, ərazinin ölçülərini götürüb həmən ölçülərə və situasiyaya uyğun eskiz layihəsi hazırlamalıdır. Bu baxımdan əlimdə olan yeğanə material olaraq qəbrin fotosundan istifadə etməli oldum. Adətən qəbristanlıqlarda ətrafda olan qəbirlər ərazinin abadlaşdırılmasını məhdudlaşdırır. Ona görə də mənim mütləq Qarsa getməyim lazım idi. Sonra millət vəkili Mahir Abbaszadə, tanınmış geoloq Azər Şükürov, telejurnalistlər Mircavad Rəhimov, İbrahim Mirzəyev və mən, birgə Qarsa getdik. Azərbaycanın Qarsdakı konsulu Həsən müəllimin qəbulunda olduq. Həsən müəllim gəlişimizin məramına görə bizə təşəkkür edib gecəni Qarsda qalmağı və səhər tezdən Koçköyə getməyimizi məsləhət bildi və dedi ki, Sultan bəyin nəvəs sayılan, Türkiyədə otel, tikinti biznesi ilə məşğul olan Yücel bəy də onun dəvəti ilə Koçköyə gəlib. Biz Koçköyə gəldikdə köydə Yücel bəy və Sultan bəyin qohumları sayılan bir neçə nəfərlə görüşdük. Yücel bəy digər qohumları ilə bizi qəbristanlıqda Sultan bəyin məzarı üstünə gətirdi. Qəbrin yanında təxmınən 2,5 x 1,5 ölçüdə metal çərçivəyə salınmış reklam baner üzərində Sultan bəyin şəkli olan lövhə quraşdırıldığını gördük. Lövhəyə baxanda hiss olunurdu ki, yaxın bir neçə ay içərisində Azətbaycandan gələn bir qeyri hökumət təşkilatı tərəfindən quraşdırılıb. Sultan bəyin qohumlarıyla söhbət zamanı məlum oldu ki, babalarının adı əslində Qürbət olub. Qürbət 1920-ci illərdə bu kəndə gəlib. Sonra yerli bir qadınla ailə qurmuş və ölənə (1935-ci ilə qədər) qədər bu köydə yaşamışdır. Evləndikdən bir müddət sonra qayınatasına bildirib ki o, Azərbaycanın Laçın rayonundan gəlib və əsl adı Sultandır (yəni Sultan bəydir). Təhlükəsizlik baxımından adını dəyişdirmişdir. Qohumları Xosrov bəyi tanıyırmısızmı sualımıza da xeyr, tanımırıq cavabını verdilər. Doğrusunu desək, bu söhbətlərdən sonra məzarın həqiqətən bizim Xalq qəhramanı Sultan bəyə aid olduğuna məndə şübhə yarandı. Sultan bəyin kimlərdənsə qorxub adını dəyişməsi, Türkiyədə yaşayan qardaşı Xosrov bəylə əlaqəsinin olmaması, o dövrlərdə İstiqlal savaşı aparan bir dövlətdə Sultan bəy kimi bir igid insanın bir dağ köyünə çəkilib passiv həyat sürməsi heç bir məntiqə sığmırdı. Yücel bəylə və digər qohumları ilə xudahafizləşib geri dönərkən Mircavad bəy dedi ki, mənə elə gəlir bu qəbir Sultan bəyə aid deyil. Mən də Mircavad bəylə həmfikir olduğumu bildirdikdən sonra bu məsələni ətraflı araşdırıb sonra qəbrüstü abidənin düzəldilməsi qərarına gəldik. Azərbaycana qayıtdıqdan sonra Mahir müəllim 1918-1920-ci illərdə ADR liderlərinin həyatını araşdıran tarixçi alim Nəsiman Yaqublu ilə görüşmüşdü. Söhbət zamanı Nəsiman bəy ona bildirmişdi ki, Sultan bəy Türkiyə İstiqlal savaşında Atatürkün yaxın silahdaşlarından biri olub. Nəsiman bəy Mahir müəllimə bildirmişdi ki, bizimlə Türkiyəyə gedib onun tanıdığı adamlarla Sultan bəy haqqında ətraflı və səhih məlumatlar toplamağa, onun məzarının dəqiq yerini müəyyənləşdirməyə kömək etməyə hazırdır. Lakin işlərinin çox olması səbəbindən bir müddət gözləmək lazımdır. Bu səbəbdən də biz Mahir müəllimlə Nəsiman bəyin birgə səfər üçün münasib vaxt ayırmalarını gözləyirik”.

Müstəqil araşdırmaçı Orxan Cəbrayıl isə Sultan bəy Sultanovun məzarının Bursa şəhərində olması ilə bağlı məlumatların olduğunu deyir: 

"Belə bir versiya var ki, Sultan bəy Türkiyədə mühacirətdə olduğu dönəmdə Qarsın Koçköy kəndində yaşamış və orada vəfat etmişdir. Lakin həmin məzarın üzərində Sultan bəyə aid olması ilə bağlı heç bir yazı yoxdur. Ümumiyyətlə, Sultan bəyin Qarsda yaşaması, orada vəfat etməsi və məzarı haqqında bilgilər heç bir sənədə, tarixi mənbəyə əsaslanmadan bir fərziyyə olaraq irəli sürülüb. Kənd camaatı məzar sahibinin 1935-ci ildə vəfat etdiyini bildirirlər. Lakin Sultan bəy 1942-ci ildə vəfat edib. Sultan bəyin qohumları olduğunu iddia edən adamlar Xosrov bəy haqqında heç bir məlumata sahib deyillər. Hansı ki, həmin vaxtlar Xosrov bəylə Sultan bəyin əlaqələri olub və təsadüfi deyil ki, Xosrov bəy qardaşının vəfat etməsi ilə bağlı “Cümhuriyyət” qəzetinin 15 aprel 1942-ci il sayında məlumat veribdir. Məlumat üçün bildirim ki, həm Sultan bəy, həm Xosrov bəylə bağlı bütün işlər millət vəkili Mahir Abbaszadənin nəzərindədir. Bir dəfə nümayəndə heyəti göndərib, bir dəfə də bilavasitə özü Qarsda, Koçköy kəndində gedərək, həmin naməlum məzara baş çəkib. Məzarın abadlaşdırılması ilə bağlı yetkililərlə də görüşüb. Mən özüm də məzarın Sultan bəyə aid olması ilə bağlı şübhələrimi ona çatdırmışam. Çünki, həm ora gedən nümayəndə heyyətinin, həm də mənim o kənddən olan insanlarla ünsiyyətim zamanı belə bir qənaətə gəldik ki, həmin məzar Sultan bəyə aid deyil. Sonralar Türkiyə Cümhuriyyəti Dövlət arxivindən Xosrov bəylə bağlı əldə olunan bəzi sənədlərdə onun tez-tez Bursaya səfər etməsi ilə bağlı bilgilər əldə etdik. Bu işlə əlaqədar olaraq mən 1 il əvvəl Bursada oldum, ancaq ciddi bir məlumat əldə edə bilmədim. Amma bu yöndə axtarışlar davam edir. Abidə ucaltmaq, məzarı abadlaşdırılmaq fərziyyələr üzərindən hərəkət etməklə mümkün olacaq bir iş deyil. Düşünürəm ki, bu axtarışların nəticəsi bəlli olduqdan sonra məzarın abadlaşdırılması istiqamətində işlərin görülməsi daha məqsədəuyğun olar. Azərbaycanın istiqlalı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə misilsiz xidmətləri olmuş, öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adları əbədiləşdirilməli, layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir".

Xatırladaq ki, Türkiyədə nəşr edilən "Cümhuriyyet" qəzetinin 15 aprel 1942-ci il sayında Dr.Xosrov Sultanlının adından Sultan bəyin vəfatı ilə bağlı belə bir xəbər gedib:

"Azərbaycanın Qarabağın tanınmış şəxsiyyətlərindən olan qardaşım Sultan Bəy aramızdan əbədiyyən ayrıldığı üçün mərhumun cənazəsi mərasimində iştirak edərək, teleqraf, məktub göndərərək və ziyarət edərək başsağlığı verən dostlarımıza və vətəndaşlarımıza ayrı-ayrılıqda təşəkkür etməyə kədərimiz səbəbilə vaxt tapmadığımız üçün möhtərəm qəzetinizi məsləhət görürük.
Azərbaycanlı Dr.Xosrov Sultanlı”.
 

Ramil CƏBRAYIL, “Karabakhmedia”

loading...
loading...
Vida öpüşündə qız kişinin dilini qopardı...
Tarixi debat 23 iyun seçkilərinin favoritini müəyyənləşdirdimi? - İntriqa alovlanır...
Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"
"Həlimə xanım mənim üçün Elçibəyin yarısı idi"
3 kişiyə təcavüz edən keçmiş nazir həbs olunacaq - RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
Gündəm
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
Cəmiyyət
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
Gündəm
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
Siyasət
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
Həftənin ən çox oxunanları
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Bakının mərkəzində BİABIRÇILIQ - Oğlan qızı parkda... - VİDEO
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)