Xəbər lenti
17/06/2019 [19:14]:
Tramp müsahibə zamanı öskürən şəxsi Ağ Evdən qovdu
17/06/2019 [19:11]:
Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi...
17/06/2019 [19:07]:
Vətəndaş qəzaya düşdü, ilk yardımı Yıldırım etdi - Foto
17/06/2019 [19:02]:
Sevda ikinci ərindən də ayrıldı - FOTO
17/06/2019 [18:55]:
Dünya çempionumuz yeni qurum yaratdı
17/06/2019 [18:55]:
Ruhani Avropaya son şans verdi
17/06/2019 [18:54]:
Nigeriyada terror: 30 ölü, 40 yaralı
17/06/2019 [18:54]:
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
17/06/2019 [18:52]:
Bodrumda faciə: 12 mühacir boğuldu - VİDEO
17/06/2019 [18:47]:
“Belə çıxır ki, Surət Hüseynov “QRU”nun agenti olub?”- Sabiq Baş prokuror cavab verir...
17/06/2019 [18:43]:
12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO
17/06/2019 [18:41]:
Oman körfəzində neft tankerlərinə hücum: İran ABŞ pilotsuz təyyarəsinə də raket atıb
17/06/2019 [18:32]:
Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa, bunu elan edəcəyik”
17/06/2019 [18:27]:
Qaradağda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər ölüb
17/06/2019 [18:24]:
İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb
17/06/2019 [18:23]:
Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı - VİDEO
17/06/2019 [18:20]:
Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”
17/06/2019 [18:19]:
İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək
17/06/2019 [18:12]:
Krala ərə gedən model ilk dəfə oğlunu göstərdi - FOTO
17/06/2019 [17:37]:
Mövsümü qabaqlayan giləmeyvə - VİDEO
17/06/2019 [17:10]:
Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi
17/06/2019 [17:09]:
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
17/06/2019 [16:58]:
Hərbi operator Ağdərənin necə boşaldılmasından bəhs etdi - VİDEO
17/06/2019 [16:52]:
Bakıda qadın keçmiş sevgilisini şantaj etdi - Kondisioner ver
17/06/2019 [16:49]:
Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm -VİDEO
17/06/2019 [16:38]:
Ən çox internetdən istifadə edən ölkələr… –SİYAHI
17/06/2019 [16:38]:
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
17/06/2019 [16:08]:
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
17/06/2019 [15:57]:
TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Kamilə Əliyeva yazdı
17/06/2019 [15:52]:
20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü
17/06/2019 [15:51]:
İran uran istehsalını 4 qat artırır - Bəyanat
17/06/2019 [15:40]:
Yıldırımdan İmamoğlu haqda inanılmaz paylaşım
17/06/2019 [15:37]:
Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO
17/06/2019 [15:29]:
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
17/06/2019 [15:23]:
Biləsuvarda qıza əxlaqsız hərəkət edən mollanı soyundurub döydülər
17/06/2019 [15:21]:
İlham Əliyevin nəvəsinin ad günündən GÖRÜNTÜLƏR
17/06/2019 [15:12]:
6300-dən çox bakalavr ixtisas seçimi edib
17/06/2019 [15:10]:
“Ermənilər iki yüz ildir ki, məhz bu sahəyə yatırımlar edirlər, amma bizim milyonerlər...”
17/06/2019 [14:58]:
Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
17/06/2019 [14:56]:
Düşmən  torpaqlarımızda 10 minədək hərbçi,  150 zirehli texnikanın iştirakıyla təlim başlatdı-VİDEO    
17/06/2019 [14:55]:
İlkindən təşəkkür açıqlaması - “Dəstəyiniz mənə kömək oldu”
17/06/2019 [14:52]:
Zərrinin bir günlük əri dələduz çıxdı
17/06/2019 [14:51]:
Ağstafada ağır qətl törədən gəncin FOTOSU
17/06/2019 [14:50]:
Azərbaycanın tanınmış mühəndisi vəfat edib
17/06/2019 [14:45]:
Sürücü yüksək sürətin qurbanı oldu - FOTO
17/06/2019 [14:32]:
“Qarabağ məsələsində Rusiyanın bitərəfliyini təmin etmək olardı...”
17/06/2019 [14:26]:
Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib
17/06/2019 [14:21]:
Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
17/06/2019 [14:18]:
Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib
17/06/2019 [14:17]:
Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
17/06/2019 [14:11]:
Azərbaycan qazı Avropaya çatdırılıb
17/06/2019 [13:30]:
Sabah da isti olacaq...
17/06/2019 [13:25]:
“Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi...”
17/06/2019 [13:23]:
“Yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim, amma...”
17/06/2019 [13:04]:
Eldar Sabiroğlu oğlundan imtina etdi: "Qəbrimə gəlmə"
17/06/2019 [13:02]:
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
17/06/2019 [12:53]:
İllər keçir, bizsə nə yaşadıq ki...
17/06/2019 [12:53]:
ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: "İşinin başındadır"
17/06/2019 [12:50]:
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
17/06/2019 [12:46]:
Vida öpüşündə qız kişinin dilini qopardı...
17/06/2019 [12:42]:
Səyyar ASAN xidmət davam edir
17/06/2019 [12:38]:
“Müharibəni başladıb sonra Rusiyanı ittiham edəcəklər ki...”
17/06/2019 [12:16]:
“O çətinlikləri bir də görmək istəmirəm...”
17/06/2019 [11:56]:
Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO
17/06/2019 [11:55]:
“Anam bütün ömrünü İlham və Fərizənin təbliğinə həsr etdi...” -Fərizənin qardaşı...
17/06/2019 [11:36]:
Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb
17/06/2019 [11:30]:
Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü(FOTO)
17/06/2019 [11:18]:
Azercell-dən möhtəşəm rəqəmsal şou!
17/06/2019 [11:14]:
Astarada çətənə yetişdirən ailə saxlanıldı
17/06/2019 [11:02]:
ABŞ universitetinin azərbaycanlı alimi: "Qəbul olmaq asandır"
17/06/2019 [10:58]:
Beynəlxalq İnstitut: "Nüvə silahları modernləşdirilir"
17/06/2019 [10:54]:
“İnsanlar müsabiqədən kənarlaşdırılmamı ədalətsiz hesab edir...” - Mənsum İbrahimovun tələbəsi
17/06/2019 [10:47]:
Uzunqulağı dəmiryol xəttinə bağlayıb ölümə tərk etdilər - İNANILMAZ...
17/06/2019 [10:46]:
Stüardessa sevgilisini “daha çox görmək istəyən” kişi ömürlük həbs cəzası aldı
17/06/2019 [10:38]:
Bu şəhərin altında 3 min bomba var - Həyəcan təbili
17/06/2019 [10:35]:
“İstanbulu eninə-uzununa müzakirə etdik” - Görüşdən sonra açıqlamalar
17/06/2019 [10:33]:
Mətanət Əsədova qəzaya düşdü
17/06/2019 [10:30]:
Bu gün ermənilər Laçının 1 nömrəli məktəbində seçki treninqi keçirəcək...
17/06/2019 [10:19]:
İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi
17/06/2019 [10:08]:
40 gündə 93 ölüm - Rəis piyadaları ittiham etdi
Bütün arxiv bir sırada
07/06/2019 [14:37] - Araşdırma - ( 3183 dəfə baxılıb)

Gələcəyə inam, insanlara həyat bəxş edən, ağrı və ümidsizliyə meydan oxuyan şəhər...



Səhiyyə sistemi və onun mövcud durumun hər bir fərdi, onun həyat və sağlamlığını əhatə etdiyi, bu baxımdan da sosial statusundan, maddi durumundan, peşə və məşğuliyyətindən asılı olmayaraq, hər kəsi düşündürən bir məsələ olduğu şübhəsizdir.  Odur ki, ölkəmizin ən böyük şəhərlərindən biri olan, noyabr ayında özünün 70 illiyini qeyd edəcək Sumqayıtda səhiyyə sisteminin vəziyyəti yalnız bu şəhərdə yaşayanlar üçün deyil, gənclər şəhərinin qonşuluğunda yerləşən kənd və qəsəbələrdə məskunlaşan minlərlə insan üçün də həyati əhəmiyyət kəsb edir.

 

Modern binalar, ideal təmir və  səhiyyə sisteminə bəxş edilən “yeni nəfəs”


Moderator.az olaraq qeyd edək ki, son üç ildə çoxsaylı yeniliklərə şahid olan Sumqayıt səhiyyəsi üçün xarakterik olan göstəricilərdən ən başlıcası xəstəxana binalarının modernləşdirilməsi, ideal şəkildə təmir edilməsi ilə bağlıdır. Cəmi üç il bundan öncə təmirə ehtiyacı olduğu hər halından bəlli olan xəstəxana binaları bu gün tamamilə yeni, müasir görkəmi ilə insanları heyrətləndirməkdə, onlara estetik zövq bəxş etməkdədir. Müasir tələblər səviyyəsində yenidən qurulan bu xəstəxanlara misal olaraq 1 nömrəli doğum evini, 1 və 2 nömrəli qadın məsləhətxanalarını, 1 və 4 nömrəli şəhər poliklinikalarını göstərmək olar.

Bundan başqa, Sumqaytıdakı uşaq xəstəxanasının infeksion xəstəliklər şöbəsi də yüksək səviyyədə təmir edilib. 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinikası, eləcə də vərəm xəstəxanası  beynəlxalq standartlar səviyyəsində təmir edilən tibb müəssisələri sırasındadır.

Təmir-abadlıq prosesi şəhərdəki digər xəstəxanalardan da yan keçməmişdir. Belə ki, 1 nömrəli uşaq, 2 və 4 nömrəli şəhər xəstəxanaları, eləcə də onkoloji və oftalmoloji xəstəxanalarda cari təmir işləri aparılmış, bu tibb ocaqlarının daha səmərəli fəaliyyəti üçün yeni imkanlar yardılmışdır. Hansı ki, bütün bu irimiqyaslı təmir-abadlıq işləri şəhər səhiyyə sisteminə sözün həqiqi mənasında yeni nəfəs bəxş etməklə onun daha səmərəli fəaliyyətinə stimul vermişdir.

 

Yüksək ixtisaslı tibbi personal, Qərb texnologiyası və vətəndaş məmnunluğu...

 

Sumqayıt səhiyyə sistemi üçün xarakterik olan xüsusiyyətlərdən biri də şəhərdəki tibb müəssiələrinin yüksək ixtisaslı həkim heyəti və müasir tibbi avadanlıqlarla təmin edilməsidir. Qərb ölkələrindən alınan və ən son tibbi texnologiya hesab edilən bu avadanlıqlar xəstələrin dəqiq müayinə və diaqnostikasının aparılmasına, onların müalicəsinin doğru şəkildə gerçəkləşməsinə kömək edir. Şəhərdəki bir sıra xəstəxanalarla yanaşı, 1 və 2 nömrəli doğum evlərinin reanimasiya şöbələri də müasir avadanlıqlarla təmin olunub. Bütövlükdə müasir rentgen və ultrasəs müayinə aparatları, eləcə də süni tənəffüz və digər aparatların alınması, modern tibbi texnologiyadan istifadənin incəliklərinə bələd olan tibbi personalın yetişdirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Bu gün Sumqayıtdakı tibb müəssisələrində kifayət qədər mürəkkəb cərrahiyyə əməliyyatları müvəffəqiyyətlə aparılır ki, bu da yalnız şəhər sakinlərinin deyil, yaxın ərazilərdə məskunlaşan insanların da Sumqayıtdakı səhiyyə ocaqlarına müraciət etməsinə səbəb olur. Tibb müəssisələrinə ağrı və üzüntü ilə daxil olan, bəzi hallarda gələcəyə inamlarını itirən insanlar bu müəssisələri həyat eşqi və böyük nikbinlik hissi ilə tərk edir.

 

Uşaq ölümlərinə qarşı mübarizə və heyrət doğuran nəticə

 

Sumqayıt səhiyyə sisteminin son illər əldə etdiyi ən böyük uğurlardan biri də ana və uşaq sahəsində, xüsusilə də uşaq ölümlərinə qarşı mübarizə sahəsində əldə etdiyi uğurlardır. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” Dövlət Proqramında bununla bağlı nəzərdə tutulan yeniliklərin tətbiqi, bu sahəyə diqqətin artırılması uşaq ölümlərinə qarşı mübarizədə ciddi uğurlar əldə etməyə imkan verib. Hamilə qadınlarda patalogiyaların vaxtında aşkarlanması və uğurlu müalicəsi məlum sahədə vəziyyəti ciddi şəkildə yaxşılaşmasına səbəb olub.

2018-ci ildən etibarən Sumqayıtdakı 1 nömrəli doğum evi III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir ki, bu da aşağı çəki ilə doğulan uşaqların yaşamı uğrunda daha səmərəli mübarizə aparmağa imkan verir. Məhz bütün bu işlərin nəticəsidir ki, Sumqayıtda uşaq və ana ölümü ən minimal səviyyəyə çatmışdır. Son illərin statistikasının təhlili də bunu söyləməyə imkan verir.

 

Epidemiyalara son və icbari dispanserizasiya siyasəti!

 

Peyvəndlərin vaxtı-vaxtında aparılması, infeksion xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi də Sumqayıt səhiyyəsinin çoxsaylı uğurları sırasındadır. Görülən işlərin nəticəsidir ki, Sumqayıtda epidemiya xəstəlikləri yoxdur. Bundan başqa, hər il fevralın 12-dən mayın 12-nə kimi Sumqayıtda əhalinin tibbi profilaktik müayinəsi aparılır.

Hər il təxminən 230-240 min nəfərə qədər şəxs müayinəyə cəlb edilir ki, bu da insanların səhhətindəki problemlərin vaxtında aşkarlanmasına, onların xəstəliyin erkən dövrlərində müalicə prosesinə cəlb edilməsinə imkan verir. Uşaqların icbari dispanserizasiyası isə il boyu həyata keçirilir. Bu isə gənc nəslin daha sağlam böyüməsini, onların səhhətindəki problemlərin vaxtında aşkarlanması və aradan qaldırılmasını təmin edir.

 

Səkinə Sadıxova: “Cənab prezidentin ölkə səhiyyəsinə qayğısı Sumqayıtın timsalında aydın görsənir”

 

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdir əvəzi Səkinə Sadıxovanın sözlərinə görə, son illər Sumqayıt səhiyyəsində baş verən mühüm yeniliklər prezident İlham Əliyevin ölkə səhiyyəsinə olan qayğı və diqqətinin təzahürü hesab edilə bilər:

“Son illər Sumqayıtın səhiyyə sistemində baş verən inqilabi dəyişiklər, bu sahədə həyata keçirilən böyük quruculuq işləri, səhiyyə xidmətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi cənab prezidentin səhiyyəmizdə olan qayğısından, bu sahənin inkişafına göstərdiyi diqqətdən xəbər verir. Cənab prezidentin ölkə səhiyyəsinə qayğısı Sumqayıtın timsalında aydın görsənir. Sumqayıt şəhərindəki tibbi müəssisələrinin əsaslı təmiri, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi məhz ölkə başçısının səhiyyəmizə göstərdiyi qayğının nəticəsidir. Onu da qeyd edim ki, ölkə başçısının 2019-cu il 11 fevral tarixli sərəncamı ilə 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi məqsədi ilə Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat məbləğində vəsait ayrılıb. Nəzərinizə çatdırım ki, 2 saylı şəhər xəstəxanası çoxprofilli xəstəxanadır və onun əsaslı təmiri Sumqayıt səhiyyəsinin imkanlarının daha da artmasını təmin edəcəkdir”.

 

“Şəhər sakinlərinin sağlamlığının qorunması icra başçısının daim diqqət mərkəzindədir”

 

S.Sadıxova Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da bu sahəni daim diqqət mərkəzində saxladığını vurğuladı:

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov da şəhər səhiyyə sisteminin inkişafına daim dəstək verir, şəhərdəki xəstəxanaların səsmərəli fəaliyyətinin təmin edilməsi, şəhər sakinlərinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi addımlar atır. Şəhər sakinlərinin sağlamlığının qorunması icra başçısının daim diqqət mərkəzindədir. Təkcə onu demək kifayətdir ki, məhz icra başçısının göstərişi ilə Sumqayıt şəhərinin ucqarlarında yaşayan sakinlərin il boyu müayinəsi həyata keçirilir. Şəhərdəki tibbi müəssisələrin qayğı və problemləri ilə mütəmadi surətdə maraqlanan icra başçısı, bu problemlərin çevik şəkildə həllini təmin edir, onların xidmət səviyyəsinin yüksəldilməsi üçün bütün fürsətlərin optimal şəkildə dəyərləndirilməsini həyata keçirir. Bütün şəhər ərazisini əhatə edən yaşıllaşdırma və abadlıq-quruculuq işləri çərçivəsində şəhərdəki xəstəxanaların ətrafında yaşıllıqların salınması, gül, kol və ağacların əkilməsi, onların estetik görünüşünün yaxşılaşdırılması da hörmətli icra başçısının bu sahədə həyata keçirdiyi mühüm addımlardan biridir.

İnanıram ki, özünün 70 illiyinə hazırlaşan doğma şəhərimizdə səhiyyə sisteminin inkişafı istiqamətində bundan sonra da ciddi yeniliklər həyata keçiriləcək və bu gün olduğu kimi gələcəkdə də şəhər sakinləri Sumqayıt səhiyyəsinin imkanlarındn tam bir məmnunluqla faydalanacaqdır”.

Göründüyü kimi, Sumqayıt səhiyyəsi qısa müddət əzində böyük müvəffəqiyyətlər əldə etmiş, ciddi inkişaf və  tərəqqiyə nail olmuşdur. Şəhərin səhiyyə sistemindəki bütün bu yeniliklərin fonunda Sumqayıtın mövcud statusunu bir cümlə ilə aşağıdakı kimi də xarakterizə etmək mümkündür: Gələcəyə inam, insanlara həyat bəxş edən, ağrı və ümidsizliyə meydan oxuyan şəhər...

 

Seymur ƏLİYEV

 

loading...
loading...
Vida öpüşündə qız kişinin dilini qopardı...
Tarixi debat 23 iyun seçkilərinin favoritini müəyyənləşdirdimi? - İntriqa alovlanır...
Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"
"Həlimə xanım mənim üçün Elçibəyin yarısı idi"
3 kişiyə təcavüz edən keçmiş nazir həbs olunacaq - RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
Gündəm
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
Cəmiyyət
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
Gündəm
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
Siyasət
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
Həftənin ən çox oxunanları
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Bakının mərkəzində BİABIRÇILIQ - Oğlan qızı parkda... - VİDEO
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)