Xəbər lenti
17/06/2019 [18:27]:
Qaradağda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər ölüb
17/06/2019 [18:24]:
İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb
17/06/2019 [18:23]:
Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı - VİDEO
17/06/2019 [18:20]:
Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”
17/06/2019 [18:19]:
İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək
17/06/2019 [18:12]:
Krala ərə gedən model ilk dəfə oğlunu göstərdi - FOTO
17/06/2019 [17:37]:
Mövsümü qabaqlayan giləmeyvə - VİDEO
17/06/2019 [17:10]:
Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi
17/06/2019 [17:09]:
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
17/06/2019 [16:58]:
Hərbi operator Ağdərənin necə boşaldılmasından bəhs etdi - VİDEO
17/06/2019 [16:52]:
Bakıda qadın keçmiş sevgilisini şantaj etdi - Kondisioner ver
17/06/2019 [16:49]:
Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm -VİDEO
17/06/2019 [16:38]:
Ən çox internetdən istifadə edən ölkələr… –SİYAHI
17/06/2019 [16:38]:
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
17/06/2019 [16:08]:
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
17/06/2019 [15:57]:
TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Kamilə Əliyeva yazdı
17/06/2019 [15:52]:
20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü
17/06/2019 [15:51]:
İran uran istehsalını 4 qat artırır - Bəyanat
17/06/2019 [15:40]:
Yıldırımdan İmamoğlu haqda inanılmaz paylaşım
17/06/2019 [15:37]:
Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO
17/06/2019 [15:29]:
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
17/06/2019 [15:23]:
Biləsuvarda qıza əxlaqsız hərəkət edən mollanı soyundurub döydülər
17/06/2019 [15:21]:
İlham Əliyevin nəvəsinin ad günündən GÖRÜNTÜLƏR
17/06/2019 [15:12]:
6300-dən çox bakalavr ixtisas seçimi edib
17/06/2019 [15:10]:
“Ermənilər iki yüz ildir ki, məhz bu sahəyə yatırımlar edirlər, amma bizim milyonerlər...”
17/06/2019 [14:58]:
Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
17/06/2019 [14:56]:
Düşmən  torpaqlarımızda 10 minədək hərbçi,  150 zirehli texnikanın iştirakıyla təlim başlatdı-VİDEO    
17/06/2019 [14:55]:
İlkindən təşəkkür açıqlaması - “Dəstəyiniz mənə kömək oldu”
17/06/2019 [14:52]:
Zərrinin bir günlük əri dələduz çıxdı
17/06/2019 [14:51]:
Ağstafada ağır qətl törədən gəncin FOTOSU
17/06/2019 [14:50]:
Azərbaycanın tanınmış mühəndisi vəfat edib
17/06/2019 [14:45]:
Sürücü yüksək sürətin qurbanı oldu - FOTO
17/06/2019 [14:32]:
“Qarabağ məsələsində Rusiyanın bitərəfliyini təmin etmək olardı...”
17/06/2019 [14:26]:
Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib
17/06/2019 [14:21]:
Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
17/06/2019 [14:18]:
Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib
17/06/2019 [14:17]:
Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
17/06/2019 [14:11]:
Azərbaycan qazı Avropaya çatdırılıb
17/06/2019 [13:30]:
Sabah da isti olacaq...
17/06/2019 [13:25]:
“Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi...”
17/06/2019 [13:23]:
“Yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim, amma...”
17/06/2019 [13:04]:
Eldar Sabiroğlu oğlundan imtina etdi: "Qəbrimə gəlmə"
17/06/2019 [13:02]:
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
17/06/2019 [12:53]:
İllər keçir, bizsə nə yaşadıq ki...
17/06/2019 [12:53]:
ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: "İşinin başındadır"
17/06/2019 [12:50]:
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
17/06/2019 [12:46]:
Vida öpüşündə qız kişinin dilini qopardı...
17/06/2019 [12:42]:
Səyyar ASAN xidmət davam edir
17/06/2019 [12:38]:
“Müharibəni başladıb sonra Rusiyanı ittiham edəcəklər ki...”
17/06/2019 [12:16]:
“O çətinlikləri bir də görmək istəmirəm...”
17/06/2019 [11:56]:
Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO
17/06/2019 [11:55]:
“Anam bütün ömrünü İlham və Fərizənin təbliğinə həsr etdi...” -Fərizənin qardaşı...
17/06/2019 [11:36]:
Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb
17/06/2019 [11:30]:
Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü(FOTO)
17/06/2019 [11:18]:
Azercell-dən möhtəşəm rəqəmsal şou!
17/06/2019 [11:14]:
Astarada çətənə yetişdirən ailə saxlanıldı
17/06/2019 [11:02]:
ABŞ universitetinin azərbaycanlı alimi: "Qəbul olmaq asandır"
17/06/2019 [10:58]:
Beynəlxalq İnstitut: "Nüvə silahları modernləşdirilir"
17/06/2019 [10:54]:
“İnsanlar müsabiqədən kənarlaşdırılmamı ədalətsiz hesab edir...” - Mənsum İbrahimovun tələbəsi
17/06/2019 [10:47]:
Uzunqulağı dəmiryol xəttinə bağlayıb ölümə tərk etdilər - İNANILMAZ...
17/06/2019 [10:46]:
Stüardessa sevgilisini “daha çox görmək istəyən” kişi ömürlük həbs cəzası aldı
17/06/2019 [10:38]:
Bu şəhərin altında 3 min bomba var - Həyəcan təbili
17/06/2019 [10:35]:
“İstanbulu eninə-uzununa müzakirə etdik” - Görüşdən sonra açıqlamalar
17/06/2019 [10:33]:
Mətanət Əsədova qəzaya düşdü
17/06/2019 [10:30]:
Bu gün ermənilər Laçının 1 nömrəli məktəbində seçki treninqi keçirəcək...
17/06/2019 [10:19]:
İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi
17/06/2019 [10:08]:
40 gündə 93 ölüm - Rəis piyadaları ittiham etdi
17/06/2019 [10:07]:
Sabiq nazir Azərbaycandan 14 milyon dolları necə çıxarıb? - FOTOLAR
17/06/2019 [10:06]:
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI
17/06/2019 [10:05]:
Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq
17/06/2019 [10:04]:
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
17/06/2019 [10:00]:
Ərdoğan Putin və Trampla bir araya gəlir
17/06/2019 [09:58]:
Xalq şairinin yubilyar qızı...
17/06/2019 [09:51]:
Akşenerdən Ərdoğan-Bahçeli cütlüyünə "Çalar saat" yumruğu: "Yazığım gəldi..." (VİDEO)
17/06/2019 [09:41]:
Azərbaycana 175 min dollarlıq meşə materialı satan rusiyalı sahibkar dələduzluqda ittiham olunur
17/06/2019 [09:39]:
Sabirabadda manyak peyda oldu - FOTO
17/06/2019 [09:36]:
Burada kişiləri qadın kimi böyüdürlər - Səbəbi hər kəsi şoka salacaq- FOTO
17/06/2019 [09:25]:
Paraqvay həbsxanasında qiyam zamanı 5 nəfərin başı kəsildi
17/06/2019 [09:21]:
Bakıda 2 otaqlı ev yandı
17/06/2019 [09:20]:
“Corc Kluni” Tailandda həbs olundu - FOTO
Bütün arxiv bir sırada
08/06/2019 [10:27] - Müsahibə - ( 1002 dəfə baxılıb)

Hadi Rəcəbli: “Kimin imkanı varsa, gəlib Lənkəranda villa tikdirsin”



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Yeni Müsavat”a müsahibə verib. Sosial məsələləri də əhatə edən söhbətimizə komitə sədrinin ABŞ səfərindən başladıq. Parlamentin yaz sessiyasının son günlərində Hadı Rəcəblinin ABŞ-a səfər etdiyi barədə məlumat yayıldı. Nədənsə geri dönəndən sonra da səfərin məram-məqsədi barədə açıqlamalarına rast gəlmədik. Bu mənada səfərin məqsədi, həmçinin Amerika təəssüratlarını öyrənmək istədik.

- Hadi müəllim, ötən həftə səsiniz Amerikadan gəldi. Maraqlıdır, okeanın o tayına səfəriniz nə ilə əlaqədar idi?

- Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığı bizi və  cəmiyyəti daim düşündürür. Həmişə narazılıq edirik ki, həqiqətlərimiz dünyaya yaxşı çatdırılmır, diaspordan bəhs edirik. Dünyanın da ən böyük dövləti ABŞ-dır. Amerika-Azərbaycan əməkdaşlığının, münasibətlərinin qorunub-saxlanması ən vacib məsələlərdəndir. Taleyimin qismətindən 2011-ci ilin iyun ayından ABŞ-ın Kaliforniya ştatının 30 min əhalisi olan Monterey şəhəri ilə Lənkəran qardaşlaşıb. Səfər təəssüratlarım zəngindir. Nə üçün məhz Kaliforniya ştatı? Kaliforniyada 1 milyon erməni yaşayır. Mən 2011-ci ildən oradakı yoldaşlarla əməkdaşlıq edirəm. Nensi xanım vaxtilə bələdiyyə üzvü olub. Çox gözəl, fədakar insandır. Azərbaycan-ABŞ dostluğuna varlığı ilə xidmət edən qadındır. O, dəfələrlə Bakıya səfər edib, nümayəndələri Lənkəranda olub. Nəhayət, onlar da bizi Monterey şəhərinə dəvət etdilər. Sağ olsun, spikerimiz bizi dəstəklədi. Parlamentdən mən getdim, Lənkəran Şəhər İcra Hakimiyyətindən birinci müavin və qəzet redaktoru getdi. Çox zəngin səfər oldu, xoş təəssüratlarla geri döndük.

- Lənkəranla Montereyi birləşdirən nələr var?

- Orada da subtropik bitkilər, limon, mandarin, feyxoa, çəltik bitir. Orada da Lənkərandakı kimi, tərəvəz əkirlər. Təsəvvür edin ki, ABŞ-ın Lənkəranına getmişdik. Şəhərin bütün görünüşü, mənzərəsi, evlər, təbiət Lənkərana o qədər oxşayır ki. Monterey okeanın kənarında, Lənkəran dənizin. Ən böyük təəssüratım bu oldu ki, mən Monterey də daxil olmaqla, böyük bir ərazini ABŞ Konqresində təmsil edən deputat Cimmi Panetta (Jimmy Panetta) ilə görüşdüm, geniş fikir mübadiləsi apardıq. Həqiqətlərimizi çatdırdıq, ərazilərimizin işğalından danışdıq.

- Ənənəvi sual: ABŞ-dan Azərbaycanı necə gördünüz?

Hadi Recebli (1).jpg (123 KB)
- Bakı və Lənkəranı bir az da çox sevdim. Azərbaycan xeyli inkişaf edib. Həm demokratik sahədə, həm də sosial yönümdə sürətli inkişaf var. 

- ABŞ və Azərbaycan vətəndaşlarının maaş və pensiyaları barədə paralellik apardınızmı?

- Əlbəttə, maaş və pensiyanı müqayisə etmək düz deyil. ABŞ-da əmək haqqı və pensiya yüksəkdir. Amma eyni zamanda Amerika vətəndaşının mənzil kirayəsi 2500 dollardır.

- Bəs məvacibi nə qədərdir?

““ABŞ-Azərbaycan əlaqələri bundan sonra da genişlənməli, inkişaf etməlidir”

- Orta əmək haqqı təxminən 3 min, 3 min 500. Pensiya da əmək haqqının 40-60 faizi. Onlarda ödənişin yığım forması var, vəsait qoyurlar, pensiyaya çıxanda onu da alırlar. Amerikada bir dənə karton stəkanda çay 4 dollardır. Özü də içərisinə yarpaq salıb içirsən. Limonun biri 2-3 dollardır. Üç yüz qramlıq qabda çiyələk 4 dollardır. Orada da kənd təsərrüfatı yarmarkası var idi. Küçəni bağlamışdılar, adamlar məhsullarını gətirib satırdı. Lənkəranda nə məhsullar varsa, orda da eyni mallar idi. (gülür)

- Lənkərandan ora sovqat nə aparmışdınız?

- Lənkəranın çayı, kiçik suvenir xalçalar. İyunun ikinci yarısında onlar da Lənkərana səfər edəcəklər, bələdiyyə sədri, şəhər meri və digərləri.

- Ürəyinizdən “Amerikanın Lənkəranı”nda yaşamaq keçmədi ki?

- Yox, qəti. Mən Azərbaycanı, Bakını, Lənkəranı San-Fransiskodan da, Montereydən də çox-çox sevirəm. Mühacirlərdən çox danışılır. Mən oradakı azərbaycanlılara görə qürur hissi keçirdim. Bir ailədə qonaq olduq. Qadın 3 oğlu, onların ailələri ilə bir evdə yaşayır, orta dolanışıqları var. Bu xanımda, oğlanlarında Azərbaycan sevgisi nə qədərdir... Montereydə keçirilən 28 May tədbirlərində iştirak etdilər. Fərhad dirijorluq edirdi, Eldar skripkada Azərbaycan mahnıları çalırdı. Vüsal adında gəncimiz isə San-Fransisko universitetində professordur, dərs deyir. İdris adlı cavan oğlan Montereydə Hərbi Akademiya tələbəsidir. 

- “Amerikanın Lənkəranı”nda villa almaq keçmədi könlünüzdən?

HADI.jpg (102 KB)
- (Gülür). Lənkəran çox gözəl şəhərdir, kimin imkanı varsa, gəlib orada villa tikdirsin, Montereydə yox. Əlbəttə, orada mənzil baha deyil, 50 min dollara kiçik 1-2 mərtəbəli evlərdir. Mən bir daha torpağıma bağlandım, Bakının gözəlliyinə heyran oldum. Elə onlar bura gələndə də heyranlıqlarını gizlətməmişdilər. Bir məsələyə daha çox sevindim ki, 28 Mayda 4 şəhərdə “Azərbaycan günü” qeyd olunması ilə bağlı rəsmi sənəd imzalandı. Bu şəhərlərdə əhalinin orta hesabla sayı 250 mindir. Biz bütün görüşlərimizdə həqiqətlərimizi çatdırdıq, onlar da qəbul etdilər. Səfər müşahidələrim məndə bir qənaəti möhkəmləndirdi ki, Amerika-Azərbaycan əlaqələri bundan sonra da genişlənməli, inkişaf etməlidir. Qarşılanma yüksək səviyyədə oldu. Onlar çox sevindilər ki, qonaqların içərisində Azərbaycanın millət vəkili də var idi. Biləndə ki, mən 32 yaşımda Lənkəranın meri olmuşam, onlar bir az da qürurlandılar. Lənkəran-Monterey münasibətləri Azərbaycan-ABŞ münasibətlərinin elə bil ki, özəyi, ilkin rüşeymi kimi özünü göstərdi. İnanın, onların merləri, bələdiyyə sədrləri bizə necə vurulmuşdular.

- Orada iqtidar-müxalifət münasibətlərini müşahidə edə bildiniz?

- Bilirsiniz necədir? Müxalif fikirlər ümumi işə xeyir verməlidir, dağıdıcı olmamalıdır. Dünyada qəbul olunmuş sivil qayda var: iki qüvvə mübarizə aparır, biri hakimiyyətə gəlib hökuməti - Nazirlər Kabinetini formalaşdırır, ikincisi “kölgə kabineti”ni qurur, hökuməti nəzarətdə saxlayır, tənqid etməyə çalışır. Yəni bütün bu mübarizənin nəticəsi xalqa xidmətdir. Rəhmətlik Heydər Əliyevin vaxtında “Bakılı oğlanlar” hökuməti parodiya edirdilər, yaxud “Yeni Müsavat” onda da kəskin tənqid edirdi. Normal da qəbul olunurdu. Deməli, onda da cəmiyyət demokratik idi. Yoxsa “hər şey pisdir, gəl bunu dağıdaq” yanaşması doğru deyil axı. Təhqir, təhrif, yalan, iftira, anonimlik, söyüş..... Belə müxalifət, belə mübarizə olar? Mübahisənin, mübarizənin son məqsədi xalqın rifahının yaxşılaşmasıdır.

- Görüşdüyünüz adamlar içərisində də 30 ilin konqresmenləri var idi?

- 50 il deputat olanlar da var idi.

- 71 yaşında deputat olduğunuza görə sizi qınayan olmadı ki?

- Xeyr, orada 86 yaşında deputat var! Bütün dünyada qəbul olunmuş orta deputat yaşı haradasa 60-65-dir. Həyatı zaman-zaman yaşaya  bilən, cəmiyyətdə tanınan adamlar seçilirlər. Mənim görüşdüyüm konqresmenin babası 1921-ci ildə İtaliyadan ora gəlib. Atası Montereydə yaşayıb və ABŞ-ın müdafiə naziri olub. İndi oğlu konqresmendir. Buyurun! ABŞ-da yaş limiti yoxdur. Əksinə, yaşlı adamlar idarəetmədə daha səmərəli iştirak edirlər.

- Hadı müəllim, yaz sessiyasının son iclasındakı çıxışınızda “Azərbaycanda iqtisadi inkişaf, maliyyə imkanlarının artması Azərbaycan vətəndaşının işlə təmin olunmasına, məşğulluğuna və əmək haqqının, pensiyaların artırılmasına yönəlməlidir” dediniz. Bu fikirləri növbəti addımların anonsu saymaq olarmı?

“3 yaşa qədər uşaqlarla bağlı da fikirlər demişik, bunlar hamısı gündəmdədir, araşdırmalar gedir, maliyyə tutumu öyrənilir”
- Yaz sessiyasının 13 iclasında 151 qanun və qərar qəbul olunub. Parlamentin bu dövrdəki fəaliyyətində bizim arzu-istəklərimizin böyük bir hissəsi öz əksini tapdı. Martdan başlayaraq cəmiyyətdə 25 adda qrup-stratlar faydalandılar. Minimum pensiyanın qaldırılması, minimum əmək haqqının yaşayış minimumuna çatdırılması, Qarabağ əlillərinin müavinətlərinin artması... Bu göstəricilər möhtərəm prezidentimizin parlamentə göndərdiyi sənədlərlə bağlı idi və Azərbaycanda bu proses indi də gedir. Dönə-dönə bildirmişik ki, möhtərəm prezident deyir artımlarla bağlı bu proseslər davamlı olacaq. Son olaraq əlillərə qayğı qurumla iki dəfədən çox artaraq 200-ə çatdı və bu sosial müdafiə mərkəzlərinə iyunun 1-dən 5 milyon manat vəsait ayrıldı. Bu qərar təqribən 20 min adamı əhatə edəcək.

- Uşaqpulu ilə bağlı əhalinin gözləntisi qalır. Bu haqda nə demək olar? Amerikada uşaqpulu anlayışı varmı?

- ABŞ-da bu məsələlər fərqlidir. Uşaq problemləri orda daim gündəmdə olan məsələdir. ABŞ-da əhalinin artımı aşağı düşür, əhalini maraqlandırırlar ki, daha çox uşaq dünyaya gəlsin və onlar ağıllı və zəhmətkeş böyüsünlər.

hadi-2.jpg (37 KB)
- Amma siz də doğum faizinin aşağı düşməsindən narahat olduğunuzu demişdiniz...

- Bəli, bunu həmişə deyirik. Amma son illər doğuş azalsa da, bizdə  ildə 100 min təbii artım var. Əlbəttə, biz uşaqlara qayğını artırmalıyıq. Prezidentimizin son sərəncamı da məhz bunu nəzərdə tutur. Amma sosial müdafiə sistemində üç vacib şərt var: əlçatanlıq, ünvanlılıq və şəffaflıq. Biz 2002-ci ildə uşaqpulu institutundan ünvanlı yardım institutuna keçdik. Bunun kökündə ailəyə qayğı, dəstək durur. Əlbəttə, ailədə uşaq çox olanda ona ünvanlı yardım da düşürdü. Çünki gəlir bölünəndə adambaşına az vəsait düşürdü. Bu gün uşaqpulu mövzusu gündəmdədir. Lakin populizm lazım deyil. Biz də dəfələrlə bunu demişik. Təəssüf edirəm ki, mənim parlamentdə uşaqpulunun verilməsi ilə bağlı olan çıxışımı tərsinə yayırlar. Mən bunun formasını yazılan kimi deməmişəm. Demişdik ki, analığa görə müavinət artsın, möhtərəm prezidentimiz sərəncam verdi, iki dəfə artdı. 3 yaşa qədər uşaqlarla bağlı da fikirlər demişik, bunlar hamısı gündəmdədir, araşdırmalar gedir, maliyyə tutumu öyrənilir. Xoşa gəlmək üçün nəsə deyib adamları qıcıqlandırmaq düzgün deyil. Mənim səsləndirdiyim fikirlər qüvvədə qalır, uşaqlara görə müavinətlərin  bu və ya digər formada verilməsinin tərəfdarıyam, bunu dönə-dönə demişəm və bu gün də deyirəm. Fikrimiz budur ki, uşaqlara qayğı daim ön plana çəkilməlidir.

- Sizcə, uşaqpulunun miqdarı nə qədər olmalıdır?

(Davamı növbəti sayımızda)

loading...
loading...
Vida öpüşündə qız kişinin dilini qopardı...
Tarixi debat 23 iyun seçkilərinin favoritini müəyyənləşdirdimi? - İntriqa alovlanır...
Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"
"Həlimə xanım mənim üçün Elçibəyin yarısı idi"
3 kişiyə təcavüz edən keçmiş nazir həbs olunacaq - RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
Gündəm
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
Cəmiyyət
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
Gündəm
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
Siyasət
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
Həftənin ən çox oxunanları
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Bakının mərkəzində BİABIRÇILIQ - Oğlan qızı parkda... - VİDEO
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)