Xəbər lenti
17/06/2019 [18:32]:
Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa, bunu elan edəcəyik”
17/06/2019 [18:27]:
Qaradağda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər ölüb
17/06/2019 [18:24]:
İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb
17/06/2019 [18:23]:
Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı - VİDEO
17/06/2019 [18:20]:
Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”
17/06/2019 [18:19]:
İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək
17/06/2019 [18:12]:
Krala ərə gedən model ilk dəfə oğlunu göstərdi - FOTO
17/06/2019 [17:37]:
Mövsümü qabaqlayan giləmeyvə - VİDEO
17/06/2019 [17:10]:
Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi
17/06/2019 [17:09]:
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
17/06/2019 [16:58]:
Hərbi operator Ağdərənin necə boşaldılmasından bəhs etdi - VİDEO
17/06/2019 [16:52]:
Bakıda qadın keçmiş sevgilisini şantaj etdi - Kondisioner ver
17/06/2019 [16:49]:
Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm -VİDEO
17/06/2019 [16:38]:
Ən çox internetdən istifadə edən ölkələr… –SİYAHI
17/06/2019 [16:38]:
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
17/06/2019 [16:08]:
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
17/06/2019 [15:57]:
TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Kamilə Əliyeva yazdı
17/06/2019 [15:52]:
20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü
17/06/2019 [15:51]:
İran uran istehsalını 4 qat artırır - Bəyanat
17/06/2019 [15:40]:
Yıldırımdan İmamoğlu haqda inanılmaz paylaşım
17/06/2019 [15:37]:
Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO
17/06/2019 [15:29]:
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
17/06/2019 [15:23]:
Biləsuvarda qıza əxlaqsız hərəkət edən mollanı soyundurub döydülər
17/06/2019 [15:21]:
İlham Əliyevin nəvəsinin ad günündən GÖRÜNTÜLƏR
17/06/2019 [15:12]:
6300-dən çox bakalavr ixtisas seçimi edib
17/06/2019 [15:10]:
“Ermənilər iki yüz ildir ki, məhz bu sahəyə yatırımlar edirlər, amma bizim milyonerlər...”
17/06/2019 [14:58]:
Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
17/06/2019 [14:56]:
Düşmən  torpaqlarımızda 10 minədək hərbçi,  150 zirehli texnikanın iştirakıyla təlim başlatdı-VİDEO    
17/06/2019 [14:55]:
İlkindən təşəkkür açıqlaması - “Dəstəyiniz mənə kömək oldu”
17/06/2019 [14:52]:
Zərrinin bir günlük əri dələduz çıxdı
17/06/2019 [14:51]:
Ağstafada ağır qətl törədən gəncin FOTOSU
17/06/2019 [14:50]:
Azərbaycanın tanınmış mühəndisi vəfat edib
17/06/2019 [14:45]:
Sürücü yüksək sürətin qurbanı oldu - FOTO
17/06/2019 [14:32]:
“Qarabağ məsələsində Rusiyanın bitərəfliyini təmin etmək olardı...”
17/06/2019 [14:26]:
Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib
17/06/2019 [14:21]:
Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
17/06/2019 [14:18]:
Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib
17/06/2019 [14:17]:
Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
17/06/2019 [14:11]:
Azərbaycan qazı Avropaya çatdırılıb
17/06/2019 [13:30]:
Sabah da isti olacaq...
17/06/2019 [13:25]:
“Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi...”
17/06/2019 [13:23]:
“Yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim, amma...”
17/06/2019 [13:04]:
Eldar Sabiroğlu oğlundan imtina etdi: "Qəbrimə gəlmə"
17/06/2019 [13:02]:
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
17/06/2019 [12:53]:
İllər keçir, bizsə nə yaşadıq ki...
17/06/2019 [12:53]:
ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: "İşinin başındadır"
17/06/2019 [12:50]:
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
17/06/2019 [12:46]:
Vida öpüşündə qız kişinin dilini qopardı...
17/06/2019 [12:42]:
Səyyar ASAN xidmət davam edir
17/06/2019 [12:38]:
“Müharibəni başladıb sonra Rusiyanı ittiham edəcəklər ki...”
17/06/2019 [12:16]:
“O çətinlikləri bir də görmək istəmirəm...”
17/06/2019 [11:56]:
Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO
17/06/2019 [11:55]:
“Anam bütün ömrünü İlham və Fərizənin təbliğinə həsr etdi...” -Fərizənin qardaşı...
17/06/2019 [11:36]:
Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb
17/06/2019 [11:30]:
Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü(FOTO)
17/06/2019 [11:18]:
Azercell-dən möhtəşəm rəqəmsal şou!
17/06/2019 [11:14]:
Astarada çətənə yetişdirən ailə saxlanıldı
17/06/2019 [11:02]:
ABŞ universitetinin azərbaycanlı alimi: "Qəbul olmaq asandır"
17/06/2019 [10:58]:
Beynəlxalq İnstitut: "Nüvə silahları modernləşdirilir"
17/06/2019 [10:54]:
“İnsanlar müsabiqədən kənarlaşdırılmamı ədalətsiz hesab edir...” - Mənsum İbrahimovun tələbəsi
17/06/2019 [10:47]:
Uzunqulağı dəmiryol xəttinə bağlayıb ölümə tərk etdilər - İNANILMAZ...
17/06/2019 [10:46]:
Stüardessa sevgilisini “daha çox görmək istəyən” kişi ömürlük həbs cəzası aldı
17/06/2019 [10:38]:
Bu şəhərin altında 3 min bomba var - Həyəcan təbili
17/06/2019 [10:35]:
“İstanbulu eninə-uzununa müzakirə etdik” - Görüşdən sonra açıqlamalar
17/06/2019 [10:33]:
Mətanət Əsədova qəzaya düşdü
17/06/2019 [10:30]:
Bu gün ermənilər Laçının 1 nömrəli məktəbində seçki treninqi keçirəcək...
17/06/2019 [10:19]:
İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi
17/06/2019 [10:08]:
40 gündə 93 ölüm - Rəis piyadaları ittiham etdi
17/06/2019 [10:07]:
Sabiq nazir Azərbaycandan 14 milyon dolları necə çıxarıb? - FOTOLAR
17/06/2019 [10:06]:
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI
17/06/2019 [10:05]:
Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq
17/06/2019 [10:04]:
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
17/06/2019 [10:00]:
Ərdoğan Putin və Trampla bir araya gəlir
17/06/2019 [09:58]:
Xalq şairinin yubilyar qızı...
17/06/2019 [09:51]:
Akşenerdən Ərdoğan-Bahçeli cütlüyünə "Çalar saat" yumruğu: "Yazığım gəldi..." (VİDEO)
17/06/2019 [09:41]:
Azərbaycana 175 min dollarlıq meşə materialı satan rusiyalı sahibkar dələduzluqda ittiham olunur
17/06/2019 [09:39]:
Sabirabadda manyak peyda oldu - FOTO
17/06/2019 [09:36]:
Burada kişiləri qadın kimi böyüdürlər - Səbəbi hər kəsi şoka salacaq- FOTO
17/06/2019 [09:25]:
Paraqvay həbsxanasında qiyam zamanı 5 nəfərin başı kəsildi
17/06/2019 [09:21]:
Bakıda 2 otaqlı ev yandı
Bütün arxiv bir sırada
10/06/2019 [10:22] - Maraqlı - ( 761 dəfə baxılıb)

“Çernobıl”ın əsas qəhrəmanlarının - REAL HƏYATI



İntihar, həbsxana və həyata davam edənlər

HBO-nun “Çernobıl” mini-serialı tam olaraq gerçəkləri əks etdirir və 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəza ilə bağlı detallı şəkildə məlumat verir. Qəzanın ekranda göstərilən qorxunc fəsadları  diqqətləri yenidən bu mövzuya yönəldib və hər şeyin əslində necə baş verdiyini öyrənməyə sövq edir. Mini-serial yalnız Rusiyada  deyil, Qərbdə də çox bəyənilib: bütün diqqət prototiplərinin real mühəndislər, yanğınsöndürənlər, sovet məmurları, əsgərlərin olduğu əsas qəhrəmanlara yönəlib. 

Moderator.az xəbər verir ki, modern.az saytı həmin qəhrəmanların 1986-cı il hadisəsindən sonrakı taleləri və onların gerçək həyatlarında baş verənlərin ekranda göstərilənlərlə nə qədər üst-üstə düşməsi ilə bağlı material hazırlayıb.

Valeri Leqasov - akademik

Filmin baş qəhrəmanı akademik Valeri Leqasov hadisə yerinə ilk gələn və qərarlarıyla Çernobılda qəzanın nəticələrinin aradan qaldırılmasına böyük töhfə verən alimdir. O, dağılan reaktorun yanında dörd aya qədər vaxt keçirib və orta ağır dərəcədə - 100 ber radiasiya alıb. Qəzanın ilk günlərində o hər gün 5-6 dəfə helikopterlə reaktorun üzərinə qalxıb. Sonra yanan reaktorun üzərinə bor, qurğuşun və dolomit gili qarışığı tökməyi təkif edib. Eləcə də Pripyatın tam təxliyəsinə nail olub.

Valeri Leqasov 1986-cı ilin avqustunda Vyanada MAQATE-nin konfransında çıxış edib. Onun Çernobıl AES-dəki qəzanın səbəblərinin analizi və qəzanın radioloji nəticələrinə dair məruzəsi beş saat çəkib. Ehtimal olunur ki, bu məruzə onun həyatında dönüş nöqtəsi olub. Vyana konfransından sonra Qərbdə  akademiki cəsarətinə görə qiymətləndirsələr və dünyanı radiasiya qəzasının ciddi fəsadlarından  xilas edən qəhrəman kimi təqdim etsələr də, SSRİ-də  ona şübhə ilə yanaşmağa başlayırlar. Onun səsləndirdiyi məlumatlar hökuməti rüsvayçı vəziyyətə salmışdı – akademik açıqlanması qadağan olunan dövlət sirrlərini faş etmişdi. Nəticədə, iki dəfə onun Sosialist Əməyi Qəhrəmanı adına namizədliyi irəli sürülsə də, bu ad Leqasova verilmir, ona sadəcə “Slava” saatı hədiyyə etməklə kifayətlənirlər.

1988-ci ilin 27 aprelində, Çernobıl AES-də qəzanın iki illiyində Leqasov Moskvadakı mənzilində asılmış vəziyyətdə tapılır. İlkin versiya intihar idi. Akademik səhərisi gün qəzanın səbəblərinin araşdırılmasının nəticələri ilə bağlı məruzə ilə çıxış etməli idi. Ölümündən əvvəl Valeri Leqasov qəzanın səbəbləri və özünün qəzanın səbəblərinin aradan qaldırılmasında roluna dair monoloqunu (bu epizod filmdə də əksini tapıb)  kasetə yazıb. Bu monoloq artıq yazıya köçürülüb. Rusiya prezidenti Boris Yeltsin 1996-cı ildə Valeri Leqasova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.

Boris Şerbina – məmur

Çernobılda partlayışın baş verməsi ilə bağlı məlumatlar təsdiqini tapdıqdan dərhal sonra Boris Şerbinanı qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı SSRİ Nazirlər Sovetinin hökumət komissiyasına sədr  təyin edirlər. O, Çernobıla gələndə faciənin miqyasının Moskvada düşünüldüyündən daha ağır olduğunu görür. Komissiyanı müxtəlif istiqamətlərdə çalışan operativ qruplara bölürlər. Hökumət komissiyasının iclasında Şerbina insanların saat 14-də təhlükəli ərazidən köçürülməsinə qərar verir. O, radio üçün məlumat hazırlanmasını və vətəndaşlara sakit tonda müvəqqəti  köçürülmə zərurətinin yarandığını çatdırmağı  tapşırır. Vətəndaşlar hökumətə inanırdılar, ona görə də təxliyə operativ və təşkilatlanmış şəkildə baş tutur. Şerbinanın rəhbərlik etdiyi komissiya stansiyada yanğınların söndürülməsi, AES-dəki  4-cü enerji blokunun üstünün örtülməsi, ərazinin zərəsizləşdirilməsi, salamat qalmış enerji bloklarında işlərin bərpası kimi digər məsələləri də həll edib.

Çernobılda güclü şüalanmaya məruz qalması onun immunitetini tamamilə aşağı salmışdı. Boris Şerbina 1990-cı ilin avqustunda vəfat edib.

Vasili və Lüdmila İqnatenko – yanğınsöndürən və onun həyat yoldaşı

Vasili və Lüdmila İqnatenkonun toy şəkli

“Çernobıl” filminin böyük hissəsi ər-arvad İqnatenkoların faciəvi hekayəsinə həsr olunub. Yanğınsöndürən İqnatenko və onun həyat yoldaşı aprelin 27-də Minskə getməli idilər.  Amma Çernobıl AES-dəki qəza onların planlarını pozur. Aprelin 26-sı gecə saat 01:30-da Vasili İqnatenkonu yanğını söndürməyə çağırırlar. O, altı yanğınsöndürən həmkarı ilə radioaktiv alovu söndrməyə ilk gələnlərdən idi. Nəticədə Vasili güclü radiasiya zəhərlənməsinə məruz qalır və xəstəxanaya yerləşdirilir. Bir neçə saat sonra Lüdmila ərini xəstəxana palatasında tapır: onun üz-gözü şişmiş,  gözləri qıpqırmızı idi, elə hey qusurdu. Lüdmilaya ərinə toxunmamağı əmr edirlər: “Qucaqlamaq və öpmək olmaz, hətta ona yaxınlaşa da bilməzsən. Yarım saatın var”. 

Zərərçəkmiş yanğınsöndrənləri xüsusi reyslə Moskvaya, 6 nömrəli radioloji xəstəxanaya yola salırlar. Lüdmila da ərinin  arxasınca yollanır.

İki həftə sonra Vasili İqnatenko şüa xəstəliyindən dünyasını dəyişir. Onu sink tabutda Moskva qəbiristanlığında üzərinə sement qarışığı tökməklə dəfn edirlər. Məzarı başında Lüdmila İqnatenko əlində qərənfillər və ərinin şişmiş ayaqlarına yaramayan çəkmələrini tutmuşdu.

Qəza zamanı Lüdmila hamilə idi. O, ərinin uşaq üçün nə qədər təhlükə vəd etdiyini bilmirdi. Onun qızı Nataşa doğulduqdan sonra sadəcə beş gün yaşayır: o ürək qüsuru və qaraciyər sirrozu ilə dünyaya gəlmişdi. Lüdmila İqnatenkoya Troşinadakı 20 Çernobıl evindən birində ikiotaqlı mənzil veririlər. O, qida sənayesində texnoloq peşəsinə yiyələnir  və qənnadıçı kimi çalışır. Bir neçə il sonra Lüdmilanın Anatoli adlı oğlu doğulur. Yaxın illərdə onun oğlu da dünyasını dəyişib. Oğlunun vəfatından sonra Lüdmila mikroinsult keçirib, bir neçə dəfə əməliyyat olunub. Hazırda Vətənində, Kiyevdə yaşayır.

Anatoli Dyatlov – baş mühəndisin müavini

Qəza işi ilə bağlı mühakimə olunanlar (soldan sağa): Çernobıl AES-in direktoru Viktor Bryuxanov, baş mühəndisin mavini Anatoli Dyatlov, baş mühəndis Nikolay Fomin

Rəsmi versiyalara görə, qəzanın əsas günahkarlarından biri Anatoli Dyatlov Çernobıl AES-in istismarı üzrə baş mühəndisin müavini idi. Kifayət qədər ciddi – 390 ber şüalanmaya məruz qalmasına baxmayaraq, o ümumi rejimli təcridxanada cəza çəkmək üzrə 10 il azadlıqdan məhrum edilir. Dörd il sonra isə müdafiə məktub və xahişləri, o cümlədən akademik Andrey Saxarovun xahişlərindən sonra Anatoli Dyatlov vaxtından əvvəl azadlığa buraxılır. Dyatlov günahını heç vaxt boynuna almayıb. “Çernobıl” kitabında o, qəzanın necə baş verdiyini qələmə alıb. Onun sözlərinə görə, qəzaya “reaktorun fiziki xarakteristikası, tənzimləmə qurğularının konstruksiyasının xüsusiyyətləri və reaktorun reqlamentdən kənar vəziyyətə gətirilməsi” səbəb olub. Qəzanın 30 illiyi ərəfəsində "youtube"da Dyatlovun evində naməlum operator tərəfindən lentə alınmış görüntüləri yayımlanıb. Orada baş mühəndisin müavini qəza ilə bağlı öz versiyasiyasını səsləndirir və növbəti dəfə bildirir ki, heç bir günahı  yoxdur. Dyatlov 65 yaşında infarktdan dünyasını dəyişib.

 Viktor Bryuxanov – Çernobıl AES-n direktoru

Viktor Bryuxanov Pripyat şəhərində orta məktəbdə

Çernobıl AES-in keçmiş direktoru Viktor Bryuxanov da rəsmi versiyaya görə, faciənin əsas günahkarlarından sayılır. O, “işdə ağır nəticələrə gətirib çıxaran ciddi səhvlər və çatışmazlıqlara görə” partiya sıralarından xaric olunub, cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkmək üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Həbsxanada Viktor Bryuxanovun vəziyyəti ağır idi. Onun hansı təcridxanaya yerləşəcəyi buranın sakinlərinə o gəlmədən öncə çatmışdı. Bütün zon qəzanın əsas səbəbkarını görməyə çıxmışdı. Viktor Bryuxanov zonda ingilis dilini öyrənir,  rus ədəbiyyatı klassiklərini oxuyur. Səhhətindəki problemlərlə bağlı onu vaxtından əvvəl azad edirlər.

1991-ci ildə azadlığa buraxıldıqdan sonra Bryuxanov dərhal Çernobıla gedir. Onu burada “çox isti qarşılayırlar” və texniki şöbənin rəisi vəzifəsini təklif edirlər. 1995-ci ildə isə Ukraynanın energetika naziri  Aleksey Makuşin Bryuxanovu “İnterenerqo” Birliyi rəisinin müavini vəzifəsinə dəvət edir. Bryuxanov elektrik enerjisinin xarici ölkələrə satışına dair danışıqlara məsul idi, Macarıstan, Yaponiya və Almaniyada ezamiyyətdə olunub. 72 yaşında görmə problemlərinə görə təqaüdə çıxıb. Serial yayıma çıxdığında Bryuxanov artıq 83 yaşında idi.

 Nikolay Fomin – baş mühəndis

 Rəsmi versiyaya əsasən Çernobıl AES-in baş mühəndisi Nikolay Fomin də qəzanın əsas günahkarlarından biri elan olunub. O, qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edir, amma eyni zamanda stansiyanın direktoru Viktor Bryuxanovla birlikdə həbs olunur. Onu da 10 illik azadlıqdan məhrum edirlər. Hələ istintaq zamanı baş mühəndis ağlını itirir – gözlüyünü sındırır, onun şüşəsi ilə damarlarını kəsməyə cəhd edir. 1988-ci ildə, həbsinin ikinci ilində Nikolay Fomində reaktiv psixoz (reallığın qəbulu və ətraf aləmlə qarşılıqlı əlaqə yollarının müvəqqəti dəyişikliyi və patologiyası) müşahidə olunur. Onu məhkumlar üçün nəzərdə tutulan Rıbinsk psixonevroloji xəstəxanasına yerləşdirirlər. Bir müddət sonra isə Fomin yaxınlarının təkidiylə həbsxana xəstəxanasından Tver vilayətində mülki psixiatriya klinikasına köçürülür. Keçmiş baş mühəndis bir müddət  Kalininsk AES-ində çalşıb.

Çernobıl AES-in keçmiş mühəndisi hazırda həyat yoldaşı, övladları və nəvələriylə Tver vilayətinin Udomlya şəhərində yaşayır. O, 1986-cı il hadisələrini xatıramamağa çalışır. Fominin bir deyimi isə KİV-də geniş rezonans doğurmuşdu: “Məni çox şeydə ittiham edirlər. Amma ünvanıma deyilən hər şeyin ədalətli olduğunu düşünmürəm. Özümü bir məsələdə günahkar bilirəm:  həmişə belə düşünürdüm ki, müəssisənin fəaliyyətində əsas texnikadır, amma sən demə əsas insanlar  imiş. Onların əhəmiyyətini düzgün qiymətləndirməmişəm”.

Aleksandr Akimov – gecə növbəsinin rəisi

Qəza işi üzrə günahlandırılanlar (soldan sağa): stansiyanın istismar üzrə baş mühəndisinin müavini Anatoli Dyatlov və və baş mühəndis Nikolay Fomin hökmü dinləyir.

Faciənin baş verdiyi gün gecə növbəsinin rəisi Aleksandr Akimov pultun arxasında təcrübəni izləyirdi. Müşahidəçilər nəyinsə yolunda getmədiyini anladıqlarında dərhal  əsas soyutma nasosunu bağlayırlar. Uran çubuqları qızmağa başlayır. Zəncirvari reaksiya aktivləşir. Eyni anda bir neçə uran çubuğu gözlənilmədən reaktorun fəal hissəsinə düşür, ancaq reaktorun gücü zəifləmir. Yalnız reaktorun gücü bir neçə yüz dəfə yüksəldikdən sonra Akimov qəza düyməsini basır.

4-cü enerji blokunda partlayışdan dərhal sonra Aleksandr Akimov AES-in onlarla əməkdaşı ilə birlikdə üçüncü blokun su nasosları və su təchizatını bərpa edib. Onlar bütün əməkdaşları təhlükəli ərazidən uzaqlaşdırır, generatorlardan hidrogeni çıxarır, onu təhlükəsiz azotla əvəzləyirlər, nasosla tonlarla yağı boşaldır, onun yanmasına imkan vermirlər. Məhz bu insanlar qəzanın dünya miqyaslı bir faciəyə çevrilməsinin qarşısını alırlar. Üçüncü blokun stabil vəziyyətdə işini davam etdirməsinə nail olunur.

Çernobıl AES-də növbə dəyişimi. Soldan birinci Aleksandr Akimov

Bu prosesdə iştirak edənlərin hamısı yüksək dozada şüalanmaya məruz qalırlar və reaktorda yanğını söndürməyə ilk gələn yanğınsöndrənlərin ardınca yerli xəstəxanaya yerləşdirilirlər.  İki həftə sonra Aleksandr Akimov Moskvada şüa xəstəliyindən dünyasını dəyişir.

Leonid Toptunov – Çernobıl AES-in reaktor sexinin baş mühəndisi

Çernobıl AES-in reaktor sexinin baş mühəndisi Leonid Toptunov reaktorun gücünün tənzimlənməsinə cavabdeh idi və ilk olaraq o anlayır ki, sürətin artırılması reaktorun nəzarətdən çıxmasına gətirib çıxara bilər. Belə olduqda o, təcrübəni dayandırmağı tələb edir. Amma Dyatlov onu dinləmir, reaktorun gücünü artırmağı tələb edir, hansı ki, sonda məlum faciəyə gətirib çıxarır. Toptunov qəzadan iki həftə sonra Moskva xəstəxanasında şüalanmadan dünyasını dəyişib.

Radioaktiv  suya baş vuran qəhrəmanlar

Qəzanın nəticələrini aradan qaldıran briqadanın bərpa işləri üçün növbə dəyişimi  

Çəndəki suyun rəzəsini açmaq üçün radioaktiv suya girən Aleksey Ananenko, Valeri Bespalov və Boris Baranov  stansiyada daha dəhşətli partlayışın qarşısını alıblar. Ananov və Bespalov hazırda sağdırlar və işləməyə davam edirlər. Baranov isə 2005-ci ildə ürək tutmasından dünyasını dəyişib.

loading...
loading...
Vida öpüşündə qız kişinin dilini qopardı...
Tarixi debat 23 iyun seçkilərinin favoritini müəyyənləşdirdimi? - İntriqa alovlanır...
Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"
"Həlimə xanım mənim üçün Elçibəyin yarısı idi"
3 kişiyə təcavüz edən keçmiş nazir həbs olunacaq - RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
Gündəm
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
Cəmiyyət
“Yataqda baş verənləri qələmə almaq şeir deyil...”
Gündəm
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
Siyasət
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
Həftənin ən çox oxunanları
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Bakının mərkəzində BİABIRÇILIQ - Oğlan qızı parkda... - VİDEO
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)