“General İlhüseyn Hüseynov dedi ki, Heydər Əliyevlə aramız çox soyuqdur, amma…” 
Oxunub: 7426
11 Jun 2019 | 18:38
“General İlhüseyn Hüseynov dedi ki, Heydər Əliyevlə aramız çox soyuqdur, amma…” 
26 il öncə bu günlərdə Azərbaycan ən ziddiyyətli, ən mürəkkəb və ən təlatümlü çağlarını yaşayırdı.  1991-ci ilin payızından bəri bütövlükdə Dağlıq Qarabağı, Xankəndini, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarını itirmiş hüquqi cəhətdən müstəqil, “körpə” dövlətçiliyə malik respublika daha böyük ərazilərini itirmək təhlükəsi ilə yanaşı, ümumiyyətlə, parçalanma, yaxud federallaşma və dövlətçilikdən məhrum olma təhdidləri altında idi.  Müəyyən ölkədaxili və  xarici güclərin səyləri nəticəsində 4 iyun  Gəncə olaylarından sonra ölkədəki  proseslər xalq kütlələrinin etirazları ilə körüklənərək elə bir məcraya yönəldildi ki, cəmi 11 gün sonra - 1993-cü ilin 15 iyununda mərhum prezident Heydər Əliyev Naxçıvandan Gəncəyə, oradan da Bakıya – hakimiyyət başına qayıtdı.  Və elə onun Prezident olduğu dövrdə də 15 iyun 1993-cü il Azərbaycan tarixinə rəsmən Milli Qurtuluş Günü kimi yazıldı. Ancaq son 3 onilliyin hadisə və proseslərinin təhlilləri göstərir ki,  həmin tarixi günün təşəkkül tapmasında, yəni Heydər Əliyevin hakimiyyətə qaydışında təmənnalı, yəni yalnız vəzifə kürsüsü, xalqın sərvətlərini çapıb-talayaraq oliqarxlara çevrilmək arzusu ilə can-fəşanlıq edənlərlə yanaşı, o gün üçün  səmimi-qəlbdən, Azərbaycanın parçalanmadan, dövlətçiliyimizin məhvdən qurtulması məqsədi ilə çalışan, əziyyət çəkənlər də xeyli olub...

Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan, sabiq deputat Maksim Musayev Moderator.az əməkdaşı ilə geniş söhbətində bəhs edilən dövrün ilginc məqamlarından söz açıb... 


-Maksim müəllim, bildiyimizə görə, siz 1992-cü ilin  mayında Heydər Əliyevin prezidentliyə namizədliyinin irəli  sürülməsi üçün yaş senzi əngəlini aradan qaldırmaqdan ötrü Ali Sovetin fövqəladə sessiyasının çağırılması məqsədi ilə lazım olan 130 deputat imzasının toplanmasında da böyük fəallıq göstərmisiz. Hətta Xalq şairi Bəxtiyar Vahabzadə və o vaxtkı ilk Milli Təhlükəsizlik naziri olmaqla yanaşı, deputat da olan “KQB” generalı İlhüseyn Hüseynovun da imzalarını siz almısınız…
 
-Bəli, o vaxt yoldaşlar mənə təklif etdi ki, Bəxtiyar Vahabzadə və bir də MTN rəhbəri İlhüseyn Hüseynov xeyli “çətin” adamlardır, bəlkə onlara sən yanaşasan…Doğrudan da”KQB” generalı İlhüseyn Hüseynova heç kəs cəsarət edib yaxınlaşmırdı. Üstəlik, sən demə,  bu onun Heydər Əliyevlə münasibəti soyuq imiş. Onda mən bunu bilmirdim. Başladım parlament iclaslarında İlhüseyn müəllimə yaxınlaşmaq üçün məqam axtarmağa. Fasilələr zamanı onu izləyirdim. Bir gün gördüm ki, parlamentin foyesində çəkdiyi siqaretin kötüyünü zibil qabına atmağa gedir. Mən də yavaş-yavaş onun arxasınca getdim. Gözlənilmədən arxaya çönüb rusca dedi ki Musayev, nə məni hədəf almısan. Əlavə etdi ki, bilirəm sənin mənə ciddi sözün var. Mən dillənmədim. Dedi ki, Bakılı qutabı, düşbərəsi yemisən. Özü də mənim əvəzimə cavab verdi ki, xeyr, yeməmisən.  Və təklif etdi ki, sabah gündüz saat 2-də gələrsən mənim evimə. Oranı deputatlardan heç kəs tanımır, amma səni qəbul edəcəm. Soruşdum ki, siz harada olursunuz. Dedi ki, Mərkəzi poçtun qarşısındakı binada. Eyvanım şüşəbənddir.  Saat 2-də oraya çıxıb iki qullab siqaret çəkəcəm. Onda bilərsən ki, səni qəbul etməyə hazıram. O boyda  MTN rəhbəri ilə görüşün nəticəsini düşünə-düşünə xeyli həyəcanla gəldim həmin binanın qarşısında bir az gözlədim. Saat 2 radələrndə doğrudan da İlhüseyn müəllim şüşəbənd eyvana çıxıb bir-iki qullab siqaret çəkdi. Qalxdım ikinci mərtəbəyə ki, qapının ağzında gözləyir. Məni içəri dəvət etdi, əyləşdik. Çox sadə, köhnə təmirli, nimdaş mebelli bir mənzildə yaşayırdı.   Başladı həyatından, işindən xeyli danışdı, mənə sənədlər, fotolar göstərdi.  Ona sual verdim ki, siz hər adamı qəbul etmirsiz, nə əcəb, məni qəbul etdiniz və özünüz haqda ətraflı danışdınız. Cavab verdi ki, səni mən çoxdan yoxlamışam... Və heç mən gəlişimin səbəbini demiş, özü dedi ki, gətir kağızına qol çəkim. “Bilirəm, neçə gündür, adamlara qol çəkdirirsən. Düzdü, mənim Heydər Əliyevlə münasibətim olduqca soyuqdur...” İlhüseyn müəllim bu soyuqluğun səbəblərini də izah etdi. Ancaq kağıza imza atmaq məqamı gələndə bir anlığa üzümə baxıb dedi: “Amma indi respublikaya Heydər Əliyev lazımdır...” Və başladı onun rəhbər kimi müsbət keyfiyyətlərini sadalamağa... Söhbət əsnasında İlhüseyn müəllimə söz verdim ki, sizi Heydər Əliyevlə görüşdürəcəm. Dedi ki, inanmıram görüşə...
Müraciətə qol çəkdirəndən sonra durub getmək  istəyirdim ki, dedi, hara durursan, bəs axı mən sənə bakılı düşbərəsi, qutabı söz vermişəm. Süfrə arxasında dedi ki, amma oğlum Arifə qol çəkdirmə, dünyanın işini bilmək olmaz... Onun oğlu həm indiki Xətayi rayonunun prokuroru idi, həm də  deputat idi.

-Bəs Bəxtiyar Vahabzadəyə necə imza etdirdiniz?

-Bəxtiyar Vahabzadəyə öncədən zəng etdim və Yazıçılar Evindəki mənzilinin qarşısına getdim. Özü düşüb  aşağı gəldi. O vaxt mənim bir “Niva” markalı maşınım var idi. Bəxtiyar müəllim gəlib qabaqda oturub dedi ki, gətir görüm mən nəyə qol çəkirəm. Cavab verdim ki, vəziyyət belədir. O da dedi ki, indiki vəziyyətdə Heydər Əliyev mütləq Azərbaycana lazımdır.  Və müraciətə qol çəkdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Bəxtiyar müəllimlə dəfələrlə görüşlərimiz olub. Bəzi məsələlər, xüsusilə, kadr seçimi ilə bağlı narazılıqlarını bildirirdi. Xülasə, İlhüseyn müəllimlə, Bəxtiyar Vahabzadəyə qol çəkdirəndən sonra asanlıqla digər 14 deputata qol çəkdirdim. Çünki onların imzasını görən kimi hamısı ürəklənib imza atırdı...

-Heydər Əliyev hakimiyyətə gələndən sonra İlhüseyn Hüseynovu görüşdürə bildiniz  onunla?

-Bəli. İyunun ortaları olardı. Mən özüm İlhüseyn müəllimi maşınla evindən gətirdim və parlamentin binasında Heydər Əliyevlə görüşdürdüm. Həmin gün generalların görüşünə görə Ali Sovetin iclası yarım saat gec başladı...

-Bəs nə barədə söhbət ediblər, görəsən?

-Düzü, mən bilmədim, generallar təkbətək görüşdü... Çıxandan sonra İlhüseyn müəllim də heç nə demədi...

Söhbətləşdi: Sultan Laçın  

Oxşar xəbərlər
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 18:52
Rusiya XİN: Bakı və İrəvan mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməlidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 18:52
Rusiya XİN: Bakı və İrəvan mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməlidir