Xəbər lenti
18/06/2019 [18:57]:
Boşanma uşaqların kilo almasına səbəb olur - MARAQLI ARAŞDIRMA
18/06/2019 [18:45]:
23 il boyunca qarnında bununla yaşadı - İNANILMAZ...
18/06/2019 [18:22]:
“Mən öz torpağımda tikirəm...”- Erməni deputat Qarabağda bu adda kitab buraxdı...
18/06/2019 [18:11]:
Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır
18/06/2019 [18:10]:
Niyaməddin Orduxanlı “Xəzər Aktual”ın qonağı olub - VİDEO
18/06/2019 [18:05]:
Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı - VİDEO
18/06/2019 [17:35]:
Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çap olunub
18/06/2019 [17:28]:
Vətəndə yaşamaq daha yaxşıdır...
18/06/2019 [17:24]:
Ramil Usubovdan yeni - TƏYİNAT
18/06/2019 [17:23]:
“İsti hava Vaqif müəllim üçün heç əlverişli deyil, onu Türkiyəyə aparacağıq” – Şairin həyat yoldaşı
18/06/2019 [17:20]:
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
18/06/2019 [17:18]:
Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb
18/06/2019 [17:06]:
Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi
18/06/2019 [17:04]:
Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA
18/06/2019 [17:03]:
Dövlət əmlakları özəlləşdirildi
18/06/2019 [16:58]:
Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı
18/06/2019 [16:36]:
"Onun söylədikləri tamamilə cəfəngiyyatdır"
18/06/2019 [16:31]:
Zelenski ilə görüşdə Merkeli titrəmə tutdu - VİDEO
18/06/2019 [16:19]:
Azərbaycanlı gənclər artıq bu ölkələrdə oxumaq istəmirlər -SƏBƏB
18/06/2019 [16:12]:
Sumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJ
18/06/2019 [16:09]:
Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI
18/06/2019 [16:09]:
ABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”
18/06/2019 [16:02]:
“Ad günündə həmişə atəşfəşanlıq olardı, səbəb isə...” -Məleykə Abbaszadənin sinif yoldaşı
18/06/2019 [15:59]:
Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir
18/06/2019 [15:59]:
Nazir açıqladı: Aprel döyüşləri necə dayandırılıb?
18/06/2019 [15:56]:
Məktəb direktoru işdən çıxarıldı
18/06/2019 [15:54]:
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib - FOTOLAR
18/06/2019 [15:48]:
“Bu oyuncaqla hər kəs istədiyi kimi oynayır”
18/06/2019 [15:41]:
Pentaqon İranın tankerlərə hücum etdiyini təsdiqləyən kadrlar yaydı – FOTO
18/06/2019 [15:40]:
Yəhudilər Qüdsün mərkəzinə  yüksək sürətli dəmiryolu xətti çəkməyə qərar verdi
18/06/2019 [15:37]:
“Düşünürəm ki, gələcəkdə yenə qiraət müsabiqəsinin davamı olacaq...”
18/06/2019 [15:37]:
Azərbaycan Milli Elmlər Akademiyasında vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir - FOTOLAR
18/06/2019 [15:34]:
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
18/06/2019 [15:31]:
51 nəfərin öldürüldüyü teraktın görüntülərini paylaşana 21 ay iş verildi
18/06/2019 [15:24]:
3 uşaq anası Bəturə Məmmədovanı qaçırıb vəhşicəsinə öldürdülər - VİDEO
18/06/2019 [15:22]:
“Fərid telefonda Mübarizin şəkilin mənə göstərib dedi ki...” - Şəhid zabitimizin anası
18/06/2019 [15:21]:
DİN-dən mollanın döyülməsi xəbərinə reaksiya
18/06/2019 [15:13]:
Rüşvət almaqda ittiham olunan polis müstəntiqi ifadə verib
18/06/2019 [14:57]:
Elmira Süleymanova: “Ombudsmanın fəaliyyəti dövründə indiyədək 699 məhkum azadlığa buraxılıb”
18/06/2019 [14:56]:
OPEC+ ölkələri görüşün tarixi ilə bağlı razılığa gələ bilmirlər
18/06/2019 [14:50]:
Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır
18/06/2019 [14:49]:
“Azərbaycanda bank sektoru bu sahələrdən daha çox asılıdır”
18/06/2019 [14:22]:
Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi
18/06/2019 [14:13]:
Qarabağ həqiqətləri ilə bağlı “Son nəfəsədək” bədii filmi İsveçdə nümayiş olunacaq
18/06/2019 [14:10]:
"Zəruri xarakter daşıyan fəaliyyət bəzi valideynlər tərəfdən xoş qarşılanmır"
18/06/2019 [14:00]:
Rusiya Azərbaycanlıları İttifaqının növbədənkənar iclası keçirilib
18/06/2019 [13:58]:
İndoneziyada gəmi qəzası: 17 ölü
18/06/2019 [13:56]:
Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
18/06/2019 [13:53]:
Dünənki güllələnmənin anbaan görüntüsü yayıldı - VİDEO
18/06/2019 [13:33]:
“Rəmişdən başqa heç kimim yoxdu, nə övladım, nə də qohumum var...”- Güllü xanım kövrəldi...
18/06/2019 [13:19]:
Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən gizli formada dəfn olunub
18/06/2019 [13:17]:
QHT Şurasında e-idarəetmə proqramının təqdimatı keçirilib
18/06/2019 [13:15]:
"Bu, mənim son gecəm olacaq" - O, 28 iyunda öləcək
18/06/2019 [13:10]:
Anar Bağırov: "Regionlarda fəaliyyət göstərən vəkillər vergidən azad edilə bilər"
18/06/2019 [13:03]:
6 il edam hökmü altında yaşayan sabiq prezident –MƏHƏMMƏD MURSİNİN ÖLÜM SƏBƏBLƏRİ
18/06/2019 [13:01]:
Putin və Kreml rus gənclərini necə itirdi… -Yaşca böyüyən liderlər və yaşca kiçik əhalinin qarşıdurması
18/06/2019 [12:59]:
"Mübarizin qəhrəmanlığı milli ruhumuzun enişi prosesinə son verdi"
18/06/2019 [12:58]:
Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirildi
18/06/2019 [12:55]:
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyimiz cəhdlər nəticəsiz qalıb"
18/06/2019 [12:54]:
"Anaların yuxusuz gecələri hədər getməyib..."
18/06/2019 [12:53]:
Yaxşı ərdir, amma pulunu pozğun qadınlara xərcləyir...
18/06/2019 [12:38]:
Əli Əhmədov: "Azərbaycan iyulun 15-də BMT-yə ikinci hesabatını təqdim edəcək"
18/06/2019 [12:34]:
Adı gözəl, özü gözəl…
18/06/2019 [12:33]:
“Mübariz düşmən tərəfə keçəndən sonra şiddətli atışma başladı...” - Hərbçi yoldaşı...
18/06/2019 [12:31]:
UEFA-nın sabiq prezidenti həbs olunub
18/06/2019 [12:30]:
ADPU-nun tələbələri olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıblar
18/06/2019 [12:28]:
Fuad Abbasov həsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı (AUDİO)
18/06/2019 [12:26]:
Ağstafada törədilən dəhşətli cinayətdə yaralananların sayı 5-ə çatıb - İSTİNTAQ BAKIDA APARILACAQ
18/06/2019 [12:24]:
Bu dəfə pilləkəndə açıqlama verdi - Putinə ismarış
18/06/2019 [12:23]:
Goranboyda “VAZ” aşdı: yaralıların vəziyyəti ağırdır
18/06/2019 [12:21]:
Qadın doğuş zamanı öldü
18/06/2019 [12:20]:
Gəncədə evə tank mərmisi düşdü - Nazir tapşırıq verdi
18/06/2019 [12:20]:
“Bundan sonra and içsə də, ona inanmıram”
18/06/2019 [12:19]:
Üçüncü Dünya Müharibəsi qapını döyürmü?
18/06/2019 [12:17]:
Magistr olmaq istəyənlərin nəzərinə!
18/06/2019 [12:15]:
Abramoviç Ceylo üçün 135 min xərclədi
18/06/2019 [12:09]:
İmamoğlunun aeroport qalmaqalının yeni görüntüləri yayıldı
18/06/2019 [12:08]:
Əsrə bərabər gün...
18/06/2019 [12:07]:
Bəhramla Tahirdən millimizə sərt tənqid - Video
18/06/2019 [12:05]:
“Neçə il idi ki, bunun üçün çalışırdım...” - Muğam müsabiqəsinin qalibi...
Bütün arxiv bir sırada
11/06/2019 [21:00] - Cəmiyyət - ( 1472 dəfə baxılıb)

Nuriyyə Hüseynova: "Konsertimdən sonra bir çoxlarını həyatımdan sildim"



Moderator.az tanınmış ifaçı, əməkdar artist Nuriyyə Hüseynovanın oxu.az-a müsahibəsini təqdim edir:

- Nuriyyə xanım, bu günlərdə Heydər Əliyev adına Respublika Sarayında “Eşq bir sirdir” adlı solo-konsert verdiniz. Bir sadə vətəndaş Nuriyyə Hüseynova olaraq, müğənni Nuriyyə Hüseynovanın sənət gecəsindən razı qaldınızmı?

- Çox razı qaldım. Çünki mən ürəyimin səsi ilə, sevdiyim mahnıları oxuyurdum. Musiqi, mahnı seçimləri özümün ürəyimdən gələnlər idi. Bu baxımdan, çox xoşuma gəldi. Yəni bir var ki, sənin bir mahnını sənə zorla oxutsunlar, bir də var ki, sən sevdiyin mahnıları oxuyasan. Mən, sadəcə, ürəyimin səsini oxuyurdum, öz ruhumu oxuyurdum.

Tədbirin təşkilati tərəfləri çox ağır və məsuliyyətli idi. Çünki Heydər Əliyev adına Respublika Sarayında konsert vermək çox da asan məsələ deyildi. Sadəcə, mənim bütün işlərimə Allah özü kömək edirdi, sanki özü belə düzmüşdü sıraya, mərhələ-mərhələ. Çox maraqlıdır ki, çoxları konsert, sənət gecəsi üçün hədsiz dərəcədə çox pul xərcləyir, çox vaxt da ziyana düşür, zərərə gedir. Mən oradan pul qazanmadım. Mənim ən böyük qazancım o tamaşaçı alqışı və konsertimin yüksək səviyyədə, uğurla keçməsi idi.

Hamı bilirdi ki, bu konsertin sponsoru yoxdur. Təbii ki, bir dövlət sənətçisi olduğum üçün İctimai Televiziya mənə dayaq oldu, gəldilər, çəkdilər. Mədəniyyət Nazirliyi,  Respublika Sarayı mənə dəstək oldu, Sarayın qapısını üzümə açdılar, məndən yüksək məbləğlər tələb etmədilər. O qədər özümə qarşı sayğı, hörmət gördüm ki, bunlar mənə ruh verdi, mənəvi dayaq oldu.

Respublika Sarayının direktoru Fərhad müəllimin bir sözünü heç vaxt unutmayacağam, o, mənə dedi ki, “Nuriyyə xanım, siz sənətkarsınız, bu, öz yerində, amma siz həm də şəxsiyyətsiniz. Ona görə bizim qapılarımız sizin üzünüzə həmişə açıqdır. Nə vaxt siz konsert versəniz, biz sizə dəstək olacağıq”.

Mən bu sözləri heç vaxt unutmaram. Özümə borc bildim və sizə bu müsahibəni ona görə verdim ki, həqiqətən, insanlar görsün ki, vətənimə, millətimə, mədəniyyətimə xidmətim əbəs yerə deyil. Özümə qarşı bir sevgi, sayğı bir gördüm. Təbii ki, küsdüyüm insanlar da var.

- Elə bu məsələyə də toxunacaqdıq. Çünki siz konsertdən dərhal sonra belə bir açıqlama ilə çıxış etdiniz ki, bir çox dostları, yaxınları həyatınızdan sildiniz. Sizi küsdürən, incidən kimlər və nələr idi?

- Elə insanlar var ki, onlar mənim qohumlarımdır, öz ellilərimdir, öz yerlilərimdir. Onlar hamısı yaxşı bilirlər ki, bu günə qədər özüm öz ayaqlarımın üzərində durmuşam və sənətə öz gücümə gələn insanam, heç vaxt heç kimdən dəstək görməmişəm. Mənə Allah, istedadım kömək edib. Qarşıma çıxan yaxşı insanlar da olub ki, onlar mənə pislik etməyiblər, yolumu kəsməyiblər. Mən əziyyətimlə, zəhmətimlə getmişəm, addımlamışam bu sənət yollarında. Sadəcə, elə insanlar var ki, onlar tanıdığım adamlardır, öz ellilərim, yerlilərim,  qohumlarımdır. Həmçinin, dostlarım, rəfiqələrim var ki, onlarla bizim münasibətlərimiz həmişə saf, səmimi olub. 

Görürsünüz ki, böyük işdir, böyük bir yükdür bu. Bir insandan soruşarlar ki, nə problemin var? Bir maraqlanarlar. Ancaq mən bunu onlardan görmədim. Bu dəstəyi hiss etmədim. Çox insanlar var ki, onlara dost demişəm, rəfiqə demişəm, qohum demişəm, yerlim demişəm, amma məndən heç inciməsinlər, küsməsinlər, onların heç birindən bu mənəvi dəstəyi görmədim,  hiss etmədim. Və mən özüm bir daha belə bir qərar qəbul etdim ki, bu dünyada bir özünə güvən, bir də Allaha. 

Mən saxtalığı sevmirəm. Açıq söyləyəcəm, bəziləri məni görəndə yalandan “sənin sənətini sevirik, sən bizim fəxrimizsən, sən bizim ucalığımızsan” deyirdilər. Mən belə saxta söhbətləri sevmirəm. Olduğun kimi, göründüyün kimi ol, yetər. Mənim bir kimsədən nə hansısa istəyim olub, nə də bu günə qədər kimsədən bir şeylər istəmişəm, sadəcə, bu konsertdə düşünürdüm ki, saray çox böyükdür, 2000 nəfərlik yerdir, oranı doldurmaq çox çətindir. Təbii ki, böyük konsertlərdə böyük təşkilatlar, böyük sponsorlar olur. Birdən mənim də zalım boş olar? Birdən mən də nə iləsə qarşılaşaram? Amma heç qarşılaşmadım. Yəqin ki, özünüz də gördünüz, insanlar sənətimi sevərək gəlmişdilər və bu günə qədər telefonum susmur. 

Hamı konsert təəssüratlarını mənimlə bölüşür. Sanki mənə elə bil İlahidən bir vəhy gəlmişdi, konsertdə bir eşq var idi, bir sevgi var idi. O sevgilərin içində İlahi eşq var idi, Vətən eşqi var idi, dünyaya, həyata, yaşamağa bağlı olan bir sevgi, eşq var idi. Onlar insanın içində tükənməsin. Onlar tükəndisə, insan həyatda məhv olub gedir, depressiyaya düşür, çox pis hallar keçirir. Yəni bu sevgiyə çağırmışdım, bu işığa toplamışdım insanları.

Bir sirri də açım. Konsertdən dörd gün əvvəl möhkəm xəstələndim, qrip oldum. Düşünürdüm ki, yəqin, konserti təxirə salmalı olacağıq,çünki bu xəstəliklə, bu ağrı ilə oxumaq olmayacaq. Mən üç-dörd gün həkimlərdə qaldım, getdim-gəldim, çox əziyyət çəkdim, çox stresslər yaşadım, amma  yenə deyirəm, mənim İlahiyə o qədər böyük bir sevgim var ki, o konsertdə mənə elə bir İlahidən vəhy gəlmişdi ki, heç nəyi hiss etmirdim. Siz özünüz də hiss etdiniz ki, Allahımın izni ilə mənim səsim həmişəkindən də qat-qat tər-təmiz, aydın işlədi.

Təbii ki, mənə dəstək olan insanlar da çox oldu. Mən onların adlarını - birini çəksəm, birini çəkməsəm, ayıb olar və onlar elə insanlardır ki, adlarını çəksəm utanarlar, deyərlər, çox böyük səhv eləmisən, bunlara gərək yoxdur. Onlar hamısı yaxın ailə dostlarım, mənim öz rəfiqələrim idi. Doğrudan da, insanları bir çətinliyə, dara düşəndə tanımaq olur, bilirsən ki, sənin yanında kim var, kim yoxdur. Bunlar çox vacib şeylərdir. Nə isə, çox giley-güzar eləməyək, gileydən söhbət getmir, söhbət uğurlu konsertdən gedir. 

- Siz yuxarıda şəxsiyyət məsələsinə də toxundunuz. Sənətlə, yaradıcılıqla, istedadla şəxsiyyətin üst-üstə düşməsi, bir-birini tamamlaması çox vacibdir. Ancaq çox təəssüflər olsun ki, bəzən bunun əksinin şahidi oluruq. Baxırsan ki, sənəti, istedadı var, amma şəxsiyyəti kamil deyil və ya şəxsiyyəti var, amma sənəti, istedadı yetərli deyil.

- Bilirsiniz, şəxsiyyət sonradan olmur. Şəxsiyyət olmaq üçün şəxsiyyət doğulmalısan. Qardaş türklər demişkən, “əsalət” sonradan yaranmır, “əsalət” gendən, nəsildən, ailədən gələcək  şeylərdir. Elə insanlar var ki, bir az əynini-başını düzəldir, bir az modern görünür, bir az müasir olmağa çalışır, amma birdən onun hərəkətlərində, onun davranışında hardasa elə bir eybəcərlik, elə bir xoşa gəlməyən bir şey ortalığa çıxır ki, orada artıq o kübarlıq, o əsalət bir dəqiqədə yox olub gedir. Yəni bu, o deməkdir ki, bu, sonradan yaranan bir şey deyil. Əgər varsa, var, yoxsa, yox.

Qaldı ki istedada, istedadlı insanlar çox ola bilər. Bizim torpağımız elədir ki, vətənimizin hər bir yerində istedadlı insanlar hər zaman yetişir. İstedadla şəxsiyyətin ikisinin bir arada olması, bayaq dediyim kimi, ailədən, gendən gələcək bir şeydir. O istedadın üzərinə bir az təhsil qatılacaq, bir az şəhər həyatı, bir az görmələr, gəzmələr, dünyanın bir çox yerlərinə getmək-gəlmək dünyagörüşünün formalaşması, mütaliə, bunlar hamısı səni kamilləşdirəndə, sən artıq həm şəxsiyyət, həm bir sənətkar kimi öz sözünü deyə, bir şəxsiyyət çevrilə bilirsən.

Yox, əgər bunlar genində, qanında yoxdursa, bir balaca gəldin, gördün, şöhrət sənin başını qatdı, oğurluq-doğurluq, oradan-buradan beş manat, üç manat pul tapdın, geyindin-kecindin, bahalı maşın, ev-filan, yüksəldin, bir az da başın gicəlləndi ki, bağ belə, bostan belə, məndən yoxdur, o zaman bu, nə şəxsiyyət, nə də sənət olur. Zamanla o insan elə özü də o xarakteri ilə yox olub gedir.

Daxili dünyası zəngin, daxili dünyası ağır çəkidə olan insanlar həmişə həm istedad, həm şəxsiyyət sahibi olurlar. Onlar heç vaxt - nə sənətləri, nə istedadları, nə var-dövlətləri, nə şan-şöhrətləri ilə öyünürlər. Sadəcə, düşünürlər ki, mən həyata gəlmişəm, bu, mənim missiyamdır, mən bunu həyata keçirirəm. Nə gözəl ki mənim işim var, nə gözəl ki mənim məşğuliyyətim var, nə gözəl ki insanlar məndən faydalanır, əksəriyyət məndən xeyir götürür, dincəlir, ruhu qidalanır, əylənir, istirahət edir. Bunlar Allahın bir lütfüdür insana. Əgər sən bunları edə bilirsənsə, nə xoş sənə!

loading...
loading...
Boşanma uşaqların kilo almasına səbəb olur - MARAQLI ARAŞDIRMA
23 il boyunca qarnında bununla yaşadı - İNANILMAZ...
3 uşaq anası Bəturə Məmmədovanı qaçırıb vəhşicəsinə öldürdülər - VİDEO
“Mübariz düşmən tərəfə keçəndən sonra şiddətli atışma başladı...” - Hərbçi yoldaşı...
Nazir: "Mənim əsas vəzifəm Ordunu müharibəyə hazırlaşdırmaqdır"
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Fərid telefonda Mübarizin şəkilin mənə göstərib dedi ki...” - Şəhid zabitimizin anası
Cəmiyyət
DİN-dən mollanın döyülməsi xəbərinə reaksiya
Cəmiyyət
“İndiyə kimi Xalq artisti fəxri adına layiq görülməməyimin səbəbini özüm də bilmirəm...”
Gündəm
Müdafiə naziri: "David Tonoyanın səviyyəsinə enmək istəmirəm"
Siyasət
"Düşmən görür ki, Azərbaycan ya təkbaşına, ya da Türkiyə ilə birgə hərbi təlimlər keçirir və..."
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)