Xəbər lenti
26/06/2019 [22:07]:
“Qarabağ dövlət universiteti” erməni magistrlərə diplom verdi –FOTOLAR 
26/06/2019 [22:05]:
Ayının mağarada saxladığı adam 1 ay boyunca sidiyini içərək həyatda qaldı - İNANILMAZ...
26/06/2019 [22:00]:
Türkiyədə yaşayan azərbaycanlı aktrisa ərə getmək qərarına gəlib...
26/06/2019 [21:57]:
"Ad günü paltarımı yoxlayıram" dedi, yarıçılpaq paylaşması tənqidə tuş gəldi...
26/06/2019 [21:53]:
Gül yeni partiya qurur, erməni əsilli iqtisadçını da dəvət edir
26/06/2019 [21:44]:
Alman polisi tamamilə çılpaq vəziyyətdə motosikl sürən əhlikefi saxladı - MARAQLI...
26/06/2019 [21:41]:
Minsk-2019: Azərbaycan 14-cü medalını qazanıb
26/06/2019 [21:39]:
Keşişin etdiyi hərəkət izləyənləri çaşqına çevirdi - RƏZALƏT...+ VİDEO
26/06/2019 [21:27]:
AŞPA Rusiya nümayəndə heyətilə bağlı qətnamə qəbul edib
26/06/2019 [21:22]:
Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi
26/06/2019 [21:06]:
İŞİD geri qayıtdı: Ölənlər var
26/06/2019 [20:52]:
“Neftçi”nin oyunu yarımçıq dayandırılıb
26/06/2019 [20:42]:
"İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm"
26/06/2019 [20:40]:
Minsk-2019: Azərbaycan Avropa Oyunlarında ilk qızıl medalını qazanıb
26/06/2019 [20:27]:
Tbilisidə mitinq yenidən bərpa edilib
26/06/2019 [20:14]:
İlham Əliyev: "Müharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək"
26/06/2019 [19:36]:
10 manatlıq əskinaslar on qat bahasına satışa çıxarıldı - SƏBƏB - FOTO
26/06/2019 [19:32]:
Balotelli Azərbaycan mahnısı paylaşdı: “Yandım, ay aman” - VİDEO
26/06/2019 [19:08]:
Vulkan bir əsrdən sonra oyandı, hər şeyi məhv etdi - VİDEO
26/06/2019 [19:03]:
Restoran əməkdaşı Trampın oğluna tüpürdü
26/06/2019 [18:52]:
II Fəxri Xiyabanda Şəhid leytenantın doğum günü qeyd edildi - FOTOLAR
26/06/2019 [18:44]:
Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 21% artıb
26/06/2019 [18:43]:
Növbədənkənar parlament seçkiləri: Anormal seçkiqabağı kampaniya hökm sürür...
26/06/2019 [18:38]:
Ziya Məmmədov nazir kürsüsün xiffətindən xeyli kilo alıb...
26/06/2019 [18:25]:
Daşnaklar Xankəndində iclas keçirib nəticələrini Rusiya səfiri ilə müzakirə etdilər
26/06/2019 [18:23]:
Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - DƏHŞƏTLİ STATİSTİKA...
26/06/2019 [18:18]:
Nazir Kəmaləddin Heydərovun Şəkidə vətəndaş qəbulunun tarixi dəyişib
26/06/2019 [18:16]:
Gömrük postunun yaxınlığında yanğın çıxıb - Biləsuvarda
26/06/2019 [17:46]:
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi - 1,1 milyard avro itiriblər
26/06/2019 [17:44]:
Elçibəyin müşaviri vəfat etdi
26/06/2019 [17:43]:
Sahil Babayev Hessa Buhumaidlə görüşüb
26/06/2019 [17:39]:
Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı -FOTOLAR
26/06/2019 [17:18]:
İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə
26/06/2019 [17:17]:
Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi
26/06/2019 [17:05]:
Beynəlxalq Türk Akademiyası yanında "Dil və Terminologiya" Daimi Komissiyası qurulub
26/06/2019 [16:44]:
"Nüşabə də göbək rəqsi oynayıb, əcəb edib, pis iş görməyib ki..." - VİDEO
26/06/2019 [16:18]:
Həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalan qadın üç uşağıyla küçədə yaşayır -FOTO
26/06/2019 [16:05]:
“30 ildən sonra Azərbaycanda neft-qaz tükənəcək- buna hazırlaşmaq lazımdır...” 
26/06/2019 [15:59]:
İmamoğlu yeni işinə nə vaxt başlayır?
26/06/2019 [15:29]:
Prezidentin ev hədiyyə etdiyi aktrisa: "Sənətə və sənətkarlara sahib çıxmağınıza görə..."
26/06/2019 [15:25]:
Hacı Əliyev yarımfinalda - Rəqibi yenə ermənidir
26/06/2019 [15:23]:
“Bunu böyük faciə kimi qəbul etmək olmaz” - Nazirdən yanğın açıqlaması
26/06/2019 [15:22]:
Dünyanın ən güclü tank əleyhinə raketi ordumuzun sərəncamında - FOTO + VİDEO
26/06/2019 [15:22]:
Kəmaləddin Heydərovla Eldar Əzizov yanğın yerində - Qərargah yaradıldı
26/06/2019 [15:10]:
AQTA Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı məlumat yayıb
26/06/2019 [15:05]:
Bəhruz Kamalvandi: "İran uranın zənginləşdirilməsini sürətləndirəcək"
26/06/2019 [14:49]:
"Ey adam, hər şeyə görə təşəkkür edirəm, səndən gələn acı belə şirindir" - VİDEO
26/06/2019 [14:31]:
Fazil Məmmədovun sağlıq durumu ilə bağlı açıqlama: "Xəstəlik tez-tez iltihab yaradır...."
26/06/2019 [14:24]:
Tbilisidə nümayişlər zamanı saxlanılanların 51-i azadlığa buraxılıb
26/06/2019 [14:18]:
"Əgər bir insan dünyasını dəyişən yaxınına savab qazandırmaq istəyirsə, bunu etsin..."
26/06/2019 [14:11]:
"Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz” - ŞANLI TARİX...
26/06/2019 [13:58]:
Yaponiya və ABŞ liderləri Yaxın Şərq və KXDR məsələlərini müzakirə edəcəklər - G20 sammiti çərçivəsində
26/06/2019 [13:42]:
Unudulmaz heç zaman...
26/06/2019 [13:40]:
Zığ şosesində fərdi yaşayış evləri yanır
26/06/2019 [13:39]:
“On milyon azərbaycanlı kimi mənim də ordumuzdan bir gözləntim var...”
26/06/2019 [13:38]:
Dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb - TOP-10
26/06/2019 [13:23]:
Mingəçevirdə tanışını qətlə yetirən şəxs tutulub
26/06/2019 [13:21]:
İran neft satışını artırıb
26/06/2019 [13:19]:
Nazir müavini: "İlin sonunadək Qarabağ müharibəsi əlillərinə daha 740 mənzil veriləcək"
26/06/2019 [13:19]:
Türkiyə səfirliyi araşdırma aparır - Bakını işğaldan azad edən türk əsgərlərinin Gürcüstandakı məzarları ilə bağlı
26/06/2019 [13:06]:
Hacı Əliyevdən uğurlu start: erməniyə aman vermədi
26/06/2019 [12:49]:
Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU
26/06/2019 [12:44]:
Bakı Media Mərkəzindən Silahlı Qüvvələr Günü ilə bağlı - FOTOREPORTAJ
26/06/2019 [12:40]:
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanılıb
26/06/2019 [12:36]:
Dönərxanadakı kütləvi zəhərlənmənin səbəbi məlum oldu
26/06/2019 [12:16]:
Ötən gecə itkin düşən uşaq tapıldı
26/06/2019 [12:05]:
Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR
26/06/2019 [12:01]:
İki ABŞ əsgəri Əfqanıstanda öldürüldü
26/06/2019 [11:58]:
Azərbaycanda dənizi işğal edən hansı məmurlardır?
26/06/2019 [11:31]:
BMT-nin Ali Komissarı: "Qaçqınlıq situasiyaları kənar ərazilərə təsir göstərir"
26/06/2019 [11:24]:
“Ən dəhşətlisi ölə-ölə yaşamaqdır, əzablar, məşəqqətlər və ağrılar içində...”
26/06/2019 [11:23]:
Anasıyla evsiz qalan 8 yaşlı qız Mehriban Əliyevaya müraciət etdi - VİDEO
26/06/2019 [11:13]:
Yollarda “KAMAZ bəlası” davam edir
26/06/2019 [11:08]:
Xəzərin səviyyəsinin aşağı düşməsi təhlükəlidir?
26/06/2019 [11:05]:
Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoya bilər
26/06/2019 [10:57]:
Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürüb
26/06/2019 [10:43]:
Ərdoğan səlahiyyətlərini təhvil verdi - Vitse-prezident Fuad Oktaya
26/06/2019 [10:36]:
Günvurmalardan qorunmaq üçün nə etməliyik? - Professordan tövsiyə...
26/06/2019 [10:31]:
Balaca kəndin böyük dirənişi...
26/06/2019 [10:28]:
Türkiyədə dəhşətli avtomobil qəzası: azı 10 ölü, 30 yaralı var
Bütün arxiv bir sırada
12/06/2019 [17:18] - Müsahibə - ( 1241 dəfə baxılıb)

“O söz Raqufun ürəyinə yaman dəymişdi...” – Şəhid xanımı ilə qız-qıza



Ağdamın Çullu kənd qəbiristanlığında gözdən-könüldən uzaq, üstünü ot basmış təzə bir məzar var... Təptəzədir, hələ üstü götürülməyib... Cəmi 26 il öncənin məzarıdır...

...Və artıq bu məzara aparan o gizli cığırı ot basıb... Artıq Raya xanımın məzarı işğal altında olan bütün məzarlar kimi kimsəsizlik taleyi yaşayır – torpağı cadar-cadardır... Nə yağış yuyur o məzarı, nə günəş isidir, nə də meh sığal çəkir...

O torpaqdakı bütün məzarlar kimi... Bütün ölənlər kimi, o da unudulub...

Mənə görə insan ancaq məzarının yolunu ot basanda unudulur...

O məzarın yeganə ziyarətçisi özü artıq bizə başqa bir məzardan boylanır... Amma bu məzar neçə ilin məzarıdır... Düz 3 ildir... Düz 3 ildir polkovnik-leytenant Raquf Orucov məzar daşından bizə “Anam əmanəti, torpaq əmanəti” deyir...

***

Şərif Ağayarın “Komandir” romanını bitirən kimi Sevinc xanıma zəng etdim:

- Görüşək?

- Görüşək!

Səhəri günü üz-üzə oturmuşduq: Mən, komandirin həyat yoldaşı Sevinc Əlizadə və Komandir özü...

Hər ikimiz, hətta fotoqrafımız da Onu yanımızda, hətta masamızda hiss edirdik. Söhbətə də təpədən-dırnağa atasına bənzəyən Nihadla başladıq.

***

- Hələ 7 yaşı olanda Nihada acıqlanan kimi, oturub atasına məktub yazırdı. “Oğlu” deyə bilmirdi, “oğlusu” deyirdi. Məktublar da elə bu sözlə başlayırdı: “Sevimli oğlusundan atasına...”

- Göndərirdi?

- Yox, amma Raquf gələndə verirdim, oxuyurdu. Tapşırırdım ki, özünə bildirmə, utanar...

- Məktublarına hansı reaksiyanı verirdi?

- Çox istəyirdi Nihadı. Hadisədən bir müddət əvvəl zəng eləmişdi... Soruşub ki, “Necəsən, Nihad?” O da cavab verib ki, “nə isə evdə ürəyim sıxılır...” Bu söz Raqufun ürəyinə yaman dəymişdi. Səhəri gün Nihad dərsdən çıxan vaxtda gəlib məktəbin qarşısına ki, ona sürpriz eləsin. Onu deyim ki, Raquf heç vaxt işdən-gücdən vaxt tapıb uşaqların məktəbinin qapısını tanımayıb... Bir də gördüm zəng elədi...

***

- Sevinc, bayaqdan məktəbin qabağında gözləyirəm, Nihad dərsdən çıxmayıb...

- Nihad evdədir, Raquf...

- Həə?

- Hə... Arxa qapıdan çıxırlar...

- Elə istəyirdim hamının içində Nihad görsün ki, atası arxasınca gəlib...


***

Hər ikimiz onun simasında nisgil dolu təbəssümü müşahidə edirik. Başını bulayıb, “Nihadı dərsdən gətirmək qismət olmadı...” deyir...

***

- O vaxtı 9 yaşı var idi, hə?

- Hə... O 9 yaşlı uşaq həmin gecə hamımıza dərs keçdi... Raquf evdə olmayanda həmişə onun yerində yatırdı, deyirdi ki, bu yataqda atamın qoxusu var. O gedən kimi qaçıb gəlirdi, girirdi onun yerinə ki, mən yatıram... Həmin gecə, nə baş verdiyini başa düşəndə də bizim otağa keçib, Raqufun yatağını açıb, girdi onun yerinə ki, mən yatıram... Səssizcə, yorğanı başına çəkib, yatdı... Heç qəbir üstünə də getmədi... Sonra zorla apardım, dedi bir də məni bura gətirmə... Hər sözünün əvvəli də, axırı da “ata” olan uşaq, o gündən o sözü yığışdırdı... Səssiz yeməyini yeyir, sonra da arxasını bizə çevirib, üzü televizora tərəf otururdu... Axırda bir gün üz-üzə oturub dedim ki, “Nihad, ata getdi...” (Ağlayır) “Yox, getməyib!” dedi...

- Hələ də atasının yatağında yatır?

- Hələ də... Döşəyin Raqufdan qalan o çökəyində yatır...

Onun sarsıldığını duyub, söhbəti dəyişir, daha qız-qıza mövzulara keçirik...

- Sizə tam əminliklə deyirəm, mən çox xoşbəxt qadın olmuşam. 2015-ci ilin yeni ili idi. Raquf dedi ki, Sevinc, gəl gedək uşaqlara hədiyyə alaq. Mən də şalvarda, üstdən də yüngül bir “balonka” gödəkçəni geyinəndə təəccüblə baxıb, “Sən evdən çölə belə çıxırsan? Bu nə görkəmdir?” dedi. Elə geyimləri qəbul etmir, qadını qadın kimi görməyi xoşlayırdı. Heç vaxt “bunu niyə aldın” soruşmazdı. Qadını xanım kimi saxlayırdı. İstəyirdi qadını zövqlü geyinsin, baxımlı olsun...

- Bəs özü?

- Özü geyinib keçinməyi heç bacarmırdı. Hər şey alırdım, deyirdi mən özümü ancaq hərbçi geyimində rahat hiss edirəm...

- Kompliment necə, deyirdi?

- Yox, elə işləri yox idi... (Gülür) Hərbçi idi... Ən yaxşı komplimenti adımı düzgün tələffüz etməsi idi. 17 illik ailə həyatımızda adımı nə bir dəfə “Seva” elədi, nə “ay qız”, nə “arvad”. Kimsə də “Seva” deyəndə acığına gəlirdi, “Sevinc deyin” deyirdi... Kimin yanında olur, olsun, mənə adımla müraciət edirdi.

- Bəs siz?

- Həmişə “Əzizim” dedim, başqa bir söz demədim... “Əzizim, nə yeyirsən?” Onun üçün xörək bişirməyi sevirdim... Hərdən başqa qadınlara baxıb düşünürəm ki, bəlkə də onlar mənim yaşadığım qadın səadətinin heç bir faizini yaşamayıblar. Raqufla keçən həyat bir ömrə yetən xoşbəxtlik idi. Birlikdə kasıblıq da görmüşük, nəyinsə çatmadığı vaxtlar da olub, amma qadın olmuşam... Ən xoşbəxt günlərimi Raqufla yaşamışam... Murovda çox əziyyət çəkmişik. Təsəvvür edin ki, kirayə qaldığımız evin heç bir şəraiti yox idi, odun sobası ilə uşaq saxlayırdım, Toğana kəndində transformator yanmışdı, aylarla işıq olmadı, informasiya nədir bilmirdim... Amma xoşbəxt idim! O dağın başında evim isti idi, işıqlı idi! Raquf öz varlığı ilə hər şeyi əvəz edə bilirdi... İndi evdə hər şəraitimiz var, ancaq ev bumbuzdur... Raqufun hərarəti yoxdur...

Sevinc xanımın bu sözlərindən Onun da titrədiyini duyub, komandirin sevdiyi mövzuya üz tuturam:

- Əməliyyata gedəndə öncədən bilirdiniz?

- Heç vaxt! Qəfil gəlib tələm-tələsik yığışıb, gedirdi...

- Ümumiyyətlə, kəşfiyyata getdiyini bilirdiniz, yoxsa sadəcə ön cəbhədə döyüşdüyünü düşünürdünüz?

- Evə gəlməyəndə bilirdim ki, düşmənin arxa tərəfinə keçib.

- “Səfər” nə qədər çəkirdi?

- Murovda olanda bir dəfə 5 gün evə gəlmədi. Dostu bizə baş çəkməyə gələndə dedim “axı 5 gün oldu, qayıtmadı...” Dedi ki, “narahat olma, qayıdacaq...”

- Qayıdanda ruh halında nə isə dəyişiklik olurdu?

- Evdə heç vaxt bildirməzdi.

- Anasının məzarını ziyarət etməsi barədə də heç nə deməmişdi?

- Qətiyyən! Ancaq ömrünün sonlarına yaxın bir dəfə bu barədə danışmışdıq...

***


- İnanmıram ki, sən olasan, ananın məzarını ziyarət etməyə getməyəsən...

- Nə bilirsən getməmişəm?!

Komandirin gözlənilməz cavabı qarşısında təlaşla ona tərəf çevrilən Sevincə dillənməyə aman verməmişdi:

- İşinlə məşğul ol!

***

- Sərt adam idi, elə söz deyirdi ki... “İşinlə məşğul ol, bozbaşını bişir...” Ağdamda Seyid Lazım Ağa ziyarətgahı var...

- Çəmənli kəndində...

- Hə... Özünü pis hiss edən kimi ora gedərdi. Mənə də deyərdi ki, ora qəşəng yerdir, orada ruhum dincəlir. Oranın axundu ilə də dost idi... Sonradan mən uşaqlarla ora gedəndə həmin axund dedi ki, “sizə bir sözüm var. Raquf gedib anasını ziyarət edib, gəlmişdi. Həmişə gələndə deyirdim bir dəfə anana Yasin oxutdur. Cavab verirdi ki, mən necə oğulam, anamın məzarını ziyarət etməyib, ona Yasin oxutdurum? Bir səhər tezdən gördüm gəlir... Dedi ki, indi anama Yasin oxuya bilərsən...”

- Uşaqlarla bağlı hansı planları qururdu?

- Ancaq oxumaq! Aqşin o qədər oxuyurdu ki, ona gah alim deyirdi, gah da professor... O qədər 18 yaşlı əsgərlərlə işləmişdi ki, uşağı baxışından duyurdu. Hər gedəndə tapşırırdı ki, Aqşinin üstündə gözün olsun. Nihad üçün isə deyirdi ki, ondan narahat olma, o özünü qurtaracaq. Düz də deyirdi... İndi hərdən baxıram ki, uşaq olasan, özünə bu qədər əziyyət verəsən? 4-cü sinfi bitirəndə atasının dostları, sağ olsunlar, Nihadı Azərbaycan bölməsindən ingilis bölməsinə keçirdilər. Məəttəl qaldıq, ingiliscə bir söz də bilməyən uşaq bir ayın içində o biri uşaqların səviyyəsinə çatdı... Qarışqa kimi zəhmətkeşdir... Özünün özünə qoyduğu qadağaları var.


Bütün bunları dinlədikcə Komandirin sinəsinin fəxarətlə qabardığını hiss edib, Nihad barədə söhbəti davam etdiririk:

- Məsələn?

- Oyun oynamaq olmaz! Arada əmisi deyir ki, anan görmür, aç... Deyir, yox, olmaz! Yeməyə qarşı da elədir, qəti nəfsi yoxdur, kimsə ilə bəhs etmir. Atasının planşetini işlədir. Görürəm ki, sırf atasının olduğu üçün onu işlətmək istəyir. Bir dəfə bu planşeti özü ilə dərsə aparıb, sinifdə də hamı imkanlı uşaqlardır, köhnə model olduğu üçün lağ eləyiblər... Deyib ki, “siz heç bilirsiniz o kimindir? Siz bilməzsiniz bu nədir!”

- Və 3 ildir ki, heç nə soruşmur?

- Soruşmur... Bir dəfə də olsun dilinə gətirməz... Heç başını qaldırıb onun şəklinə də tamaşa etmir... Bir dəfə bir jurnalistə demişdi ki, “Mən yaxşı yaşamağa çalışıram ki, onunla cənnətdə görüşüm...”

- Uşaqlar “Komandir” romanını oxuyublar?

- Aqşin oxuyub, Nihada göstərə bilmərəm... Bir dəfə gəldi ki, Azərbaycan dili dərsindən “Ölməz qəhrəmanlar” mövzusunda inşa yazmağı tapşırıblar, gəl, internetdən bir inşa tapaq, yazıb aparım... Baxmayaraq ki, ingilis dilində qəşəng esselər yazır... Olmaz, sən öz atan haqqında yaz, dedim, cavab verdi ki, mən yazmayım, sən yaz... Yazdığımı da bəyənmədi... Sonra bildim ki, gedib sinifdə yazıb, təhvil verib. Yüksək qiymət almışdı, amma nə yazdığını bizə göstərmədi... Müəllimlərin sevimlisidir, çox intizamlıdır...


Komandirin üzündəki təbəssümü, gözlərindəki işığı duyuruq...

- Komandir oğlu olduğu bəlli olur...

- Bəli. Biz indi də Raqufun qaydaları ilə yaşayırıq. Hərdən deyirlər “uşaqlar çox tərbiyəlidir”, “Ataları tərbiyə verib, gedib” deyirəm... Bizim aramızda çox dərin sevgi və hörmət olub, uşaqlar da bunu görüblər... Heç yadımdan çıxmaz, bir dəfə Ağdamda kənddə oturub, söhbət edirdik. Aqşin məndən çay istədi, Raquf “get çayını özün süz, iç. Görmürsən biz söhbət edirik?” dedi. Bununla izah elədi ki, sən ananı buyura bilməzsən...

- Uşaqlarla birlikdə necə vaxt keçirirdi?

- Birlikdə döyüş filmlərinə baxardılar. Raquf ən çox rusların xüsusi təyinatlıları ilə bağlı filmlərə baxmağı sevərdi... Bir də... “Çinar ağacı” adlı bir türk filmi var, övladları analarını atır... Kənddə ona işıqları söndürüb baxırdıq. Hiss edirdim ki, sonda ana öləndə Raquf sakitcə ağlayır... Bəlli etmirdim ki, sıxılmasın... Həmişə deyirdi ki, anam çox əziyyət çəkdi...

- Əşyalarını saxlayırsınız?

- Dünyasını dəyişən insanın əşyalarını saxlamazlar, deyə bir adət var, amma mən bu adətə əməl etmədim. Raquf Quzanlıda xudmani bir ev tikmişdi, “Sevinc, sən özün bilərsən, mən qocalıb təqaüdə çıxanda buraya köçəcəyəm”, deyirdi. Nə həvəslə ağaclar əkmişdi... Yarımçıq qaldı... Qardaşları kömək etdi, həyət-bacanı düzəldib, ondan qalan bütün əşyaları da aparıb yığdım ora... Hər il o həyətdə Raqufa ehsan verirəm. Vaxtım olan kimi də gedirəm ora, qoy işığı yansın deyirəm. Balaca bir evdir... Onun dünya malında heç vaxt gözü olmayıb, bizi də elə öyrədib. Düşünürəm ki, nə yaxşı belə edib, yoxsa indi bizə çətin olardı... Uşaqlar heç nə tələb etmir, məni yormurlar. Nə yarada bilirəmsə, onunla kifayətlənirlər...

- Nihad hansı sahəyə maraq göstərir?

- Hərb! İşi-gücü əsgər kolleksiyası toplamaqdır. Oyuncaq əsgərin bir ayağının qırılması onun üçün faciədir. Başlayır onu necəsə bərpa etməyə. Siz onun dolabını görəsiniz! Hospital! Ayağı qopan “əsgərləri” uzadıb, başlarının da altına pambıqdan yastıq düzəldib... Əsəbiləşirəm, “əşyalara bu qədər önəm vermək olmaz” deyirəm, cavab verir ki, onlar əşya deyil, əsgərlərdilər...

- Atasının oğlu! Təpədən-dırnağa əsgər sevgisiylə dolu!

- Eynən! Səngər düzəldir, hücum əmri verir... Körpəlikdən belədir, Raquf gələndə buna öyrədirdi ki, bax, hücum belə olur... Bu da döyüşlə bağlı suallar verirdi...

- Aqşin də soruşurdu?

- Yox, onun həvəsi olmayıb... Aqşin ancaq oxuyurdu. Atası da həmişə onunla zarafat edirdi ki, doğrudan oxuyursan, yoxsa mən evə gələndə gözünü kitaba zilləyirsən? Sonra da mənə deyirdi ki, Aqşin universitetə girməsə, mənə cavab verməli olacaq! Sən onun təhsilinə görə məni kənddə qoyub, qaçıb gəlirsən bura... Nigaran idim ki, nəzarətsiz buraxsam, oxumaz... Raqufdan həmişə arxayın olmuşam, həmişə ən ağır səfərlərdən sağ-salamat qayıdıb, necə ola bilər ki, o gəlməsin? Heç ağlıma da gəlməzdi...

...Və Sevinc xanım bayaqdan ilk dəfə mənə tərəf əyilib, pıçıldayır... Bu dediklərini Komandirin eşitməsini istəmir...

- Bilirsiniz, mən çox arxayın qadın olmuşam. Hər şəraitdə bilmişəm ki, o var! Lap uzaqda da olanda, bilirdim ki, hər axşam saat 10 tamamda “Skype” ilə zəng edəcək, nəsə problem varsa, bir kəlmə ilə çıxış yolunu göstərəcək... İndi isə söykəndiyim insan yoxdur. Arxasızam... Raquf mənim üçün həm dost idi, həm qardaş idi, həm də yoldaş... Mən onların hamısını birdən itirdim... İndi evim də, həyatım da səssizdir...


Mən də pıçıldayıram:

- Sonuncu dəfə... onu... gördünüz...?

- İnanmırdım... açdırdım... “Mən baxmalıyam”, dedim... Bir təskinliyim odur ki, döyüş meydanından dərhal çıxartmışdılar... Ermənilər toxunmamışdı... Üzündə nur var idi... Sanki yatmışdı... Yalnız üzünə baxa bildim, hazır gətirmişdilər...

- Adı Azərbaycanın hərb tarixinə əfsanə kimi keçən bir Komandirlə ömür yaşadınız. Nə öyrəndiniz ondan?

- Əvvəl çətinliklərimiz çox oldu, çılğın reaksiyalarımın üstündə danlaqlar eşidirdim. Məni tərbiyə edib, özünə oxşatdı. Öyrəndim... hələ də öyrənirəm... Onun yoxluğundan da öyrənirəm... Öyrənirəm ki, bu həyatda ən böyük sərvət sevgi qazanmaq imiş. Raquf ömrü boyu ancaq ona yatırım edib. Tanımadığım insanları dinləyəndə, onun haqqında yazılan şərhlərə oxuyanda heyrətə gəlirəm ki, ilahi, Raqufu necə sevirlər...

...Ətrafa baxdıq... İkimiz idik. Komandir bizi baş-başa qoyub uzaqlara getmişdi...

Lap uzaqlarda təptəzə bir məzar onun yolunu gözləyirdi... Çullu kəndindəki sonuncu məzar bilirdi ki, bu gün, iyunun 12-də yeganə ziyarətçisi mütləq gələcək... Onun gəlişi məzardakı bir ovuc torpağı yağış olub yuyacaq, günəş olub qızdıracaq, meh olub sığallayacaq...

loading...
loading...
Ayının mağarada saxladığı adam 1 ay boyunca sidiyini içərək həyatda qaldı - İNANILMAZ...
Alman polisi tamamilə çılpaq vəziyyətdə motosikl sürən əhlikefi saxladı - MARAQLI...
Keşişin etdiyi hərəkət izləyənləri çaşqına çevirdi - RƏZALƏT...+ VİDEO
"İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm"
"Nüşabə də göbək rəqsi oynayıb, əcəb edib, pis iş görməyib ki..." - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Prezidentin ev hədiyyə etdiyi aktrisa: "Sənətə və sənətkarlara sahib çıxmağınıza görə..."
Cəmiyyət
"Əgər bir insan dünyasını dəyişən yaxınına savab qazandırmaq istəyirsə, bunu etsin..."
Cəmiyyət
Anasıyla evsiz qalan 8 yaşlı qız Mehriban Əliyevaya müraciət etdi - VİDEO
Cəmiyyət
Hicaba görə hərbi tribunala verilsə də, baş örtüyünü açmadı - İbrətamiz...
Cəmiyyət
“Şirməmməd Hüseynovun adının əbədiləşdirilməsi ilə üçün təqaüd təsis oluna bilər”
Həftənin ən çox oxunanları
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
SON DƏQİQƏ! Tanınmış aktyor VƏFAT ETDİ - FOTO
Həkimlər diaqnoz qoya bilmir - Səbəbsiz böyüyür...
İlham Nağıyev haqda bildikləriniz və bilmədikləriniz: Keçmiş şöbə rəisi, indiki şirkət rəhbəri...
"Bu boyda bədən olar?" - Damla bu şəkillərinə görə tənqid edildi - FOTO
Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - DƏHŞƏT
“Əli Nağıyevin nazir təyinatı milli təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək”
Düşməndən “hədiyyəlik tank” bəyanatı: İrəvan bir tankla möcüzəyə ümid edir...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)