“Bu, sadəcə təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik gündür”
Oxunub: 1520
13 Jun 2019 | 11:16
“Bu, sadəcə təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik gündür”

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda qısa müddət sonra dərin böhran yaşanıb. 1992-ci ildə güc yolu ilə siyasi hakimiyyəti ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması,  1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirib. Belə bir mürəkkəb zamanda - 1993-cü il iyunun 9-da Azərbaycan xalqının təkidi ilə ulu öndər Heydər Əliyev Bakıya dəvət olunub və ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi istiqamətində tarixi missiyasını həyata keçirib. 1993-cü il iyunun 15-də isə ulu öndər Heydər Əliyev Milli Məclisin sədri seçilib. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi daxil olub. 


Moderator.az xəbər verir ki, O illərin ictimai-siyasi prosesləri, ulu öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyəti, Bakıya gəlişi, Azərbaycanın hərtərəfli inkişafı yönündə gördüyü işlərlə bağlı "Kaspi” qəzetinin suallarını Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov cavablandırıb.

 

- Eldar müəllim, 15 iyun Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yerini necə dəyərləndirirsiniz?

 

- Müstəqilliyin ilk illərində Azərbaycanda olduqca gərgin vəziyyət var idi. Bu gərginliyi hər bir vətəndaş görür, müşahidə edirdi. Bir deputat kimi mən də istər-istəməz ölkədə baş verən ictimai-siyasi proseslərin içində idim. Ulu öndər Heydər Əliyevlə yanaşı, mən də o zamankı Ali Sovetə, indiki Milli Məclisə Naxçıvandan deputat seçilmişdim. Bu çərçivədə ulu öndərlə tez-tez söhbətlərimiz olurdu, onun fikirlərini özümdə qeyd edirdim, gələcəkdə özümə lazım olacağını düşünürdüm. Heydər Əliyev uzaqgörən siyasətçi olmaqla bərabər, nə qədər yaxşı işçi idisə, bir o qədər də yaxşı insan idi. O, hətta Naxçıvanın çətin illərində də çalışırdı ki, hər kəsə yaxşılıq etsin. Müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr idi. O dövrdə vəziyyəti bir qədər də mürəkkəbləşdirən amil yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi idi. Məhz bu kimi səbəblərdən 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Ona görə də hələ 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ulu öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdilər. 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələr, vəziyyətin silahlı qarşıdurma səviyyəsinə çatdırılması isə onsuz da ölkədə mövcud olan mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırmışdı. Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar ulu öndərə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Bakıya qayıdan Heydər Əliyev hadisələri araşdırmaq, baş verənlərlə yerindəcə tanış olmaq məqsədilə Gəncəyə yollandı. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, həmin vaxtlar vəziyyət çox mürəkkəb və təhlükəli idi. Hətta Heydər Əliyev Gəncəyə gedərkən, yolda avtomobili təhlükəsizlik məqsədilə dəyişmişdi. Yəni, ulu öndər Azərbaycanın bütövlüyü, gələcəyi naminə öz həyatını riskə ataraq işləyirdi. Gəncədə apardığı danışıqlar nəticəsində silahsız, qan axıdılmadan məsələ həllini tapdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Ardınca o, digər təxirəsalınmaz tədbirlər həyata keçirdi. Bütün bunları görən, dəyərləndirən xalqımız ona etimad göstərdi və Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçildi. Ulu öndərin Azərbaycan parlamentinin sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun - Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyevdir. 

 

- Sizin də xatırlatdığınız kimi, ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməzdən öncə Naxçıvanda yaşayıb, orada Ali Məclisin sədri olub. Ulu öndərin Naxçıvanda olduğu illərdə orada ictimai-siyasi vəziyyət necə idi?

 

- Ötən əsrin 90-cı illərinin əvvəlində bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da hakimiyyət boşluğu hökm sürürdü.  Muxtar Respublikada Ali Məclisin sədri seçilməli idi. "Demblok”, "komblok” deyilən qüvvələr və bu qəbildən olan digərləri Naxçıvanda, necə deyərlər, öz adamlarını hakimiyyətə gətirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Belə gərgin vəziyyətdə muxtar respublikanın gələcəyini düşünən insanlar Ali Məclisin sədri vəzifəsinə böyük idarəçilik təcrübəsi olan Heydər Əliyevin seçilməsini tələb edirdilər. Mən Ali Məclisin sessiyasında iştirak edən bir şəxs kimi bildirmək istəyirəm ki, ulu öndər həmin vəzifəyə getmək istəmirdi. Mən və digərləri sessiyada çıxış edərək mövqeyimizi qəti şəkildə ortaya qoyduq, bildirdik ki, Heydər Əliyevin Naxçıvanda alternativi yoxdur, əgər o, Muxtar Respublikanın rəhbəri seçilməsə, ermənilər Naxçıvana təcavüz edəcəklər. Sessiyada Heydər Əliyevin namizədliyini müdafiə edənlərə, o cümlədən də mənə qarşı kəskin təzyiqlər göstərilsə də, biz 1991-ci il 3 sentyabr tarixində ulu öndərin Naxçıvan Ali Məclisinin sədri seçilməsinə nail olduq. Bu baxımdan hesab edirəm ki, Qurtuluş gününün əsası məhz 3 sentyabrda Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə qoyulub. Çünki Heydər Əliyev 3 sentyabr 1991-ci il tarixində Naxçıvanda rəhbərliyə gəlməsə idi, hadisələrin gedişi müxtəlif cür ola bilərdi. Ulu öndər Ali Məclisin sədri kimi Naxçıvanda çox böyük işlər gördü. Açıq deyək, həmin dövrdə Naxçıvanı yalnız Ermənistan blokadaya almamışdı. Elə Azərbaycanda mərkəzi hakimiyyət də Muxtar Respublikaya son dərəcə biganə münasibət bəsləyirdi. Çətin durumda olan Naxçıvana heç bir kömək göstərilmirdi, mərkəzi icra orqanlarının təmsilçiləri Muxtar Respublikanın problemləri ilə əsla maraqlanmırdılar, ora ayaq basmaq belə istəmirdilər. Elə təsəvvür hasil olurdu ki, sanki Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə məqsədli şəkildə şərait yaradılırdı. Heydər Əliyev Ali Məclisin sədri seçildikdən dərhal sonra Muxtar Respublikanın müdafiəsini təmin etmək məqsədilə müdafiə komitəsi yaratdı. Naxçıvanda ulu öndərin təşəbbüsü ilə islahatlara start verildi. Mən yaxşı xatırlayıram, respublikamızda torpaq islahatına məhz Naxçıvanda 1992-ci ilin mart ayında start verildi, özəlləşdirmə aparıldı. Beynəlxalq miqyasda böyük nüfuza malik olan Heydər Əliyev İran və Türkiyə ilə əlaqə saxladı. İranın o vaxtkı prezidenti Rəfsancani Heydər Əliyevin arxasınca öz şəxsi təyyarəsini göndərdi. Ulu öndər İran İslam Respublikasına gedərək orada bir sıra müqavilələr imzaladı. Heydər Əliyev həmçinin, Türkiyəyə səfərlər etdi, dost ölkənin prezidenti Süleyman Dəmirəllə görüşüb burada da müqavilələr bağlanmasına nail oldu. Heydər Əliyevin bu səfərlərindən sonra istər İrandan, istərsə də Türkiyədən Naxçıvana yardımlar gəlməyə başladı. Ulu öndər 1991-1993-cü illərdə Naxçıvanı, Muxtar Respublikanın əhalisini bu yardımlar hesabına saxladı. Düzdür, yerli istehsal da müəyyən qədər artırdı, ancaq həmin dövrdə yardımlar olmadan Naxçıvanın müxtəlif mallara, ələlxüsus da ərzağa olan tələbatını ödəmək mümkün deyildi. Belə çətin vəziyyətdə Heydər Əliyev Naxçıvanı yalnız qoruyub saxlamadı, həm də onu inkişaf etdirdi. Naxçıvan əhalisi bütün bunları böyük minnətdarlıq hissi ilə həmişə xatırlayır. Biz Ulu öndərin ruhu qarşısında baş əyirik ki, o, Naxçıvanı yalnız aclıqdan deyil, həm də erməni işğalından xilas etdi. Sevindirici haldır ki, ulu öndərin Naxçıvanda başlatdığı islahatlar, quruculuq-abadlıq tədbirləri onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən indi də davam etdirilir. 

 

- Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını mərhələlərə bölsək, bunu necə xarakterizə edərdiniz?

 

- Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri böyük və zəngindir. Azərbaycanın qazandığı uğurlar onun həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. İlk dəfə 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyması kimi daxil olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsi isə tariximizə Azərbaycanın xilas edilməsi kimi düşüb. Bir qədər əvvəl qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa edib, separatçı qüvvələri zərərsizləşdirib. Hətta 1994 və 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını da qətiyyətlə alıb. Məhz bu mərhələlərdən sonra xalqımız sakit həyat tərzi sürməyə başlayıb. Məhz onun fəaliyyəti sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Xilaskarlıq missiyasına başlayan ulu öndərin atdığı ilk addımlardan biri də 1994-cü ildə atəşkəs haqqında sazişin əldə edilməsi oldu. Bu, olduqca mühüm addım idi. Çünki, ölkəni böhrandan çıxarmaq üçün ilk öncə müharibə dayandırılmalı, daxildə ictimai-siyasi sabitlik təmin edilməli idi. Bütün bunları həyata keçirə bilən Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dirçəldilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. Hələ Naxçıvanda olarkən aqrar islahatlara başlayan ulu öndər Azərbaycanda da bu prosesi sürətləndirdi, torpaq islahatları aparıldı. Ən önəmlisi isə "Əsrin müqaviləsi” kimi tanıdığımız neft müqaviləsinin imzalanmasına, xarici sərmayədarların ölkə iqtisadiyyatına sərmayə qoymasına, təbii sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasına nail oldu. Bunun sayəsində də ölkəyə valyuta axını başladı ki, son nəticədə regionların inkişafı, ordu quruculuğu, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində addımlar atıldı. Biz onun xilaskarlıq missiyası, mərhələli şəkildə gördüyü işlər barədə saatlarla danışa, faktlar, sübutlar sadalaya bilərik. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP kimi qlobal iqtisadi layihələrin də əsası məhz ulu öndər Heydər Əliyevin zamanındı atdığı addımlarla, həyata keçirdiyi xilaskarlıq missiyası ilə birbaşa bağlıdır. Ona görə də ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan gələcəkdə də dünyanın ən güclü dövlətlərindən biri kimi tanınacaqdır.

Oxşar xəbərlər
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:23
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:23
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır