Xəbər lenti
24/07/2019 [08:17]:
Milyonçu 47 illik krasovkanı 437,5 min dollara aldı
24/07/2019 [08:15]:
Kanadada iki avtobus toqquşdu - 50-dən çox uşaq xəsarət aldı
24/07/2019 [08:11]:
Honkonqda onlarla nümayişçi metronun hərəkətini iflic vəziyyətə saldı
24/07/2019 [08:09]:
“Real”ın “Arsenal”la oyunda möhtəşəm “qayıdışı” - VİDEO
24/07/2019 [08:06]:
Bakıda marşrut avtobusu 9 yaşlı uşağı vurdu
24/07/2019 [07:59]:
Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır
24/07/2019 [07:56]:
Aeroport şossesində yol qəzası baş verib, xəsarət alan var -FOTO/VİDEO
24/07/2019 [07:53]:
Pakistanda partlayış: 2 nəfər öldü, 16 yaralı var
24/07/2019 [07:52]:
Çətinliklərdən rahat çıxmaq üçün sadə tövsiyələr...
24/07/2019 [07:52]:
Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxladı
24/07/2019 [00:47]:
Dadaşovun ailəsinə ömürlük yardım ediləcək
24/07/2019 [00:45]:
Göyçayda canavarlar həyətə hücum etdi - FOTO
24/07/2019 [00:42]:
Görmə qabiliyyətini itirənlərə ümidverici xəbər - MARAQLI
24/07/2019 [00:42]:
Nərimanovda zəncirvari qəza: “Subaru” “Hyundai” və “Mercedes”ə çırpıldı - FOTO
24/07/2019 [00:38]:
Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurdu
24/07/2019 [00:27]:
İki qardaş 18 saat fasilə ilə öldü - FOTO
23/07/2019 [23:53]:
ABŞ donanaması İrana məxsus ikinci PUA-nı vurdu - İddia
23/07/2019 [23:47]:
Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
23/07/2019 [23:41]:
Cəlilabad sakini bıçaqlandı
23/07/2019 [23:28]:
Qurbağa bəsləyən qadın görənləri heyrətə gətirir - MARAQLI
23/07/2019 [23:28]:
Ledi Qaqanın anası: “Həmişə günah kişilərdə olur”
23/07/2019 [23:12]:
"Həm kişilərə, həm də qadınlara marağım var, hər iki cinsdən olan birini sevə bilərəm"
23/07/2019 [23:05]:
Rusiyada Putinin kortejini "partlatmaq" istəyiblər
23/07/2019 [22:59]:
Yüz otuz iki kənddə son üç ayda qız uşağı doğulmayıb - MARAQLI...
23/07/2019 [22:55]:
Qurban Qurbanov: "Bunu sabahkı oyun haqda demək olmaz"
23/07/2019 [22:34]:
Polis məmuru ürəyi dayanan körpəni həyata qaytardı - İBRƏTAMİZ...+ VİDEO
23/07/2019 [22:30]:
Türkiyədə turist avtobusu aşıb - 20 yaralı
23/07/2019 [22:27]:
Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var
23/07/2019 [22:24]:
Senat Mark Esperi Pentaqon rəhbəri kimi təsdiq etdi
23/07/2019 [22:14]:
Başqa qadına baxan sevgilisinin başında noutbuk qırdı - VİDEO
23/07/2019 [22:09]:
Rusiyanın baş rəqqası da Qarabağa gəldi...-FOTO
23/07/2019 [21:58]:
Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı
23/07/2019 [21:48]:
Medal qazanan qız güləşçimiz: "Anamı məyus edə bilməzdim"
23/07/2019 [21:46]:
Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat
23/07/2019 [21:25]:
Bu şəkil Kim Çenin gizli silahını ortaya çıxardı - FOTO
23/07/2019 [21:21]:
Azərbaycanda “Tarla günü” keçiriləcək
23/07/2019 [21:18]:
İnstaqramdan ən çox pul qazanan məşhurlar - Siyahı
23/07/2019 [21:11]:
Masaj etdirən hamilə model öldü
23/07/2019 [20:56]:
Pakistan Əfqanıstandakı barışa dəstək verə bilər
23/07/2019 [20:50]:
Rusiyada yanğında 4 nəfər öldü
23/07/2019 [20:49]:
ABŞ bunu da etdi: Miqrantlar sürətli şəkildə deport edilir
23/07/2019 [20:47]:
Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB
23/07/2019 [20:44]:
Böyük Britaniya fırtınalara məruz qalacaq - Rus senator
23/07/2019 [20:33]:
Ermənilər Rəşidə Behbudovaya hücum etdi - VİDEO
23/07/2019 [20:33]:
Saç düzümünə görə ölkədə populyar olan keçmiş xarici işlər naziri baş nazir oldu...
23/07/2019 [20:31]:
I Avropa Oyunlarının iştirakçısı öldü
23/07/2019 [20:29]:
Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - FOTO
23/07/2019 [20:26]:
Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar
23/07/2019 [20:23]:
Bakıda qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
23/07/2019 [20:14]:
Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?
23/07/2019 [20:00]:
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
23/07/2019 [19:57]:
Hərbi hissədə tədbir keçirilib - VİDEO
23/07/2019 [19:47]:
Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı
23/07/2019 [19:44]:
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olundu
23/07/2019 [19:42]:
Aktrisanın geyimi tənqid olundu: “Evdəki yataq dəstinə bürünüb”
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
Bütün arxiv bir sırada
15/06/2019 [21:22] - Müsahibə - ( 1627 dəfə baxılıb)

Azərbaycanlı pilot qardaşlar: "İkimizi eyni təyyarəyə buraxmırlar" (FOTOLAR)



Atalarının davamçısı olan iki qardaş - söhbət bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə məşhurlaşan pilot qardaşlar - Qulam və Kamran Balaxanovlardan gedir. Adətən, bir ailədən çıxan uşaqların eyni deyil, fərqli peşələrə sahib olduqlarına şahid oluruq. Bu dəfə isə maraqlı məqamla rastlaşdıq.


Qulam və Kamran Balaxanov qardaşları 1996-cı ildə təyyarənin kabinəsində çəkdirdikləri bu fotonun gələcəkdə onların həyatında önəmli rol oynayacağını ağıllarına belə gətirməzdilər. İllər keçsə də, qardaşların səmaya olan sevgisi tükənməyib.

Moderator.az oxu.az-a istinadən “Azərbaycan Hava Yolları”nın (AZAL) gənc pilotları Qulam və Kamran Balaxanov qardaşları ilə müsahibəni təqdim edir:

Qulam Balaxanov 1990, Kamran Balaxanov isə 1991-ci ildə Bakı şəhərində anadan olublar. Orta məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasına daxil olan qardaşlar atalarının peşəsini davam etdirmək üçün mühəndis-pilot fakültəsində təhsil alıblar. Artıq üç ildir ki, “Azərbaycan Hava Yolları”nda pilot kimi fəaliyyət göstərən Balaxanovların bu peşəyə olan marağını öz dillərindən eşidək.

- Necə oldu ki, hər ikiniz pilot olmaq qərarına gəldiniz?

Qulam Balaxanov: Uşaqlıqdan atamızın peşəsinə böyük maraqla yanaşmışıq. İşdən qayıtmağını gözləyirdik ki, ona suallar verək. Atamızı həmişə pilot formasında görmüşük. O, bizim bir növ kumirimiz olub.


Kamran Balaxanov: Qardaşımla tamamilə razıyam. Çünki atam bizim bu sahəyə olan marağımızı görürdü. O, özü də bizə bu işdə kömək edirdi, bizi düzgün istiqamətə yönləndirdi. Nəticəsi isə göz qabağındadır. Atam təhsilimizə olduqca həssas yanaşıb. Bu peşənin bütün incəliklərini öyrənməyimiz üçün əlindən gələni edib.

- Spesifik sahə olması ilə yanaşı, həm də risklidir.


Kamran: Əslində, bütün sahələrdə risk var. Lakin digərləri ilə müqayisədə ən təhlükəsizi elə hava nəqliyyatıdır.

Qulam: Bizim işimizdə eyni ailənin üzvlərinin eyni uçuşda iştirakına icazə verilmir. Hər hansı hadisə baş verərsə, eyni ailənin bir neçə üzvünü riskə atmamaq üçün belə qruplaşdırırlar. Məsələn, qardaşımla mən eyni anda uçuş etmirik.

- Ən uzun məsafəli uçuşunuzda evdən nə qədər uzaq qalmısınız?


Qulam: Elə çətinliyimiz olmur, çünki uçuşlarımız uzunmüddətli deyil. Səhər uçuşumuz varsa, təxminən günün sonunda artıq evdə oluruq.

- Ailəlisinizmi? Ümumiyyətlə, peşəniz ailənizə vaxt ayırmağa mane olmur ki?

Qulam: Ailəliyəm. Xeyr, mənə görə heç bir problem yaratmır. Hər şeyə vaxt ayıra bilirik.

Kamran: Mən subayam (gülür). Düşünürəm ki, gələcəkdə ailə qursam da, vaxt baxımından heç bir problem yaşamaram.


- Yay mövsümündə uçuşların çoxluğu çətinlik yaratmır ki?

Kamran: Yay istirahət mövsümüdür. Bu ərəfədə uçuşlar çox olduğu üçün yorğunluq da olur. Pilotların əksəriyyətində əsas problem yuxusuzluqdur. Qrafik çox olanda belə hal normaldır. Bunun öhdəsindən gəlmək üçün planlaşdırma aparılır.

- Yuxusuz olduğunuz halda uçuş həyata keçirmisiniz?

Kamran: Xeyr, çünki buna icazə yoxdur. Yorğun və yuxulu halda pilotları uçuşa yazmırlar.

Qulam: Əksinə, əgər pilotun sabah uçuşu varsa, hər hansı bir səbəbdən özünü yorğun, yuxulu, halsız hiss edirsə, rəhbərliyə müraciət edir. Bütün bunlar nəzərə alınır və onu növbətçi pilotlardan biri əvəz edir. Amma belə hallar çox nadir hallarda yaşanır. Çünki əgər səhər uçuşumuz varsa, bir gün öncədən bunu nəzərə alaraq kifayət qədər istirahət edirik, yuxumuzu alırıq. Heç bir problem yaşanmır.

Ümumiyyətlə, biz mütəmadi olaraq həkim müayinələrindən keçirik. Bu, birmənalı olaraq hər kəsin riayət etməli olduğu məqamdır. Uçuşa çıxan pilotlar isə həkimlər tərəfindən xüsusilə yoxlanılır. Hər hansı problem olarsa və ya həkimlərin rəyi əsasında uçuş zamanı səhhətində problemlərin yaranma ehtimalı olarsa, həmin pilot uçuşa buraxılmır. Biz heç vaxt belə bir problemlə rastlaşmamışıq.

- Uçuş zamanı qarşılaşdığınız ən mürəkkəb problem hansı olub?


Qulam: Uçuş zamanı yaşanan əsas problemlər hava şəraiti ilə bağlı olur. Biz də bunu daha əvvəldən müşahidə edirik. İki saat öncədən uçuşa hazırlaşırıq. Enmə zamanı güclü külək, zolağın qarla örtülməsi, ildırım kimi problemlər meydana çıxır. Çox nadir hallarda texniki problemlər olur ki, onu da texniki işçilərin köməyi ilə aradan qaldırırıq.


Kamran: Qardaşımla tamamilə razıyam. Hər altı aydan bir pilotlara təlimlər keçirilir. Ehtimal olunan bütün problemlər süni şəkildə yaradılır və həlli yolları izah edilir. Eyni zamanda, təyyarələrin xüsusi yoxlanılma prosesi var. 

- Təyyarə havada olarkən mühərrikin sıradan çıxdığı hal olub?

Kamran: Belə bir vəziyyətlə qarşılaşmamışıq. Ümumiyyətlə, bu və ya digər ekstrim vəziyyətlərdən heç kim sığortalanmayıb. Amma xarici ölkələrdə bir mühərriklə təyyarənin heç bir hadisə baş vermədən hava limanına eniş etdiyini eşitmişik. Əgər hava çox küləkli deyilsə, bir mühərriklə təyyarəni endirmək mümkündür. Hətta küləksiz havada hər iki mühərriki dayanmış təyyarəni də yerə yaxın məsafələrdə qəzasız endirmək olar. Bu kimi halları nəzərə alaraq təlimlər zamanı bizə alternativ çıxış yolları öyrədilir.

- Heç sərnişinlərdən biri “bomba həyəcanı” deyərək ajiotaj yaradıb?


Qulam: Yox, heç kim elə risk etməz (gülür). Birincisi, “Azərbaycan Hava Yolları” nəinki sərnişinləri, eləcə də öz əməkdaşlarını ciddi şəkildə yoxlayır və təhlükəsizliyə tam zəmanət verir. Ona görə təyyarə havada ikən belə hadisənin baş verməsi imkansızdır. Gecikmə ola bilər, bunun da hansı səbəbdən olduğu barədə dispetçerə məlumat verilir.

Kamran: Bomba və ya hər hansı partlayıcı maddə ilə bağlı heç nə olmayıb, ola bilməz. Amma bəzən içkili sərnişinlər olur, bir qədər narahatlıq yaradırlar. Bəzən də təzyiq fərqi səbəbindən sərnişinlərin vəziyyəti qısamüddətli pisləşir. Bunun üçün təyyarədə bütün zəruri dərman preparatları mövcuddur. Təyyarə bələdçiləri belə hallarda sərnişinlərə kömək edir.

- Sizi yan-yana pilot geyimində görən əməkdaşlar necə reaksiya verir?

Qulam: Bəzən bu, olduqca maraqlı vəziyyət ala bilir. Bir dəfə atam, qardaşım və mənim eyni gündə fərqli istiqamətlərə uçuşlarımız olmuşdu. Üçümüz də eyni vaxtda hava limanına daxil olanda zarafatca dedilər ki, deyəsən, sizdə evdə heç kim qalmayıb, hamınız gəlmisiniz (gülür).


- Pilotların pensiya yaşı uçuş sayına, yoxsa yaşa görə təyin edilir?

Kamran: Əslində, hər pilot üçün təyyarənin tipindən asılı olaraq uçuş sayı dəyişir. Biz idarə etdiyimiz təyyarədə limit uçuş sayı 30 gün ərzində 100, il ərzində isə 900 saat olmalıdır. Ədalətsizlik olmasın deyə, pilotların uçuş vaxtları tənzimlənir. Hər bir pilotun uçuş saatı onun gecə-gündüz uçuşlarının, enmələrin sayına görə tənzimlənir. 5000 saat uçuş həyata keçirən pilotlar təqaüdə göndərilir.

- Uçuş zamanı quşlar problem yaradır?


Qulam: Bəzən şahin, qartal kimi böyük quşlar təyyarənin pəncərələrinə çırpılır və şüşədə çatlar yaranır. Bəzən də quşlar pərlərin içərisinə daxil olur.

- Bəs təyyarə havaya qalxandan sonra sərnişinlərin pilot kabinəsinə yaxınlaşdığı hallar tez-tez olur?

Qulam: Elə hal olanda buna təyyarə bələdçiləri nəzarət edir. İsrarla təyyarə havada ikən “Mən pilotu görəcəyəm” deyən sərnişin olmayıb (gülür).


Kamran: Sərnişinlər içkili olanda belə hallar olur. Qardaşımın dediyi kimi, belə olanda biz yox, bələdçilər vəziyyəti ələ alır. Hava limanına endikdən sonra isə həmin sərnişin aidiyyəti üzrə aeroportun hüquq-mühafizə orqanlarına təhvil verilir.

- Təyyarə havada olarkən maraqlı hadisə baş veribmi?


Qulam: Maraqlı hadisələr olur. Amma bizim yox, başqa ölkədə belə bir hadisə olmuşdu. Tələbə oğlan təyyarəyə minəndə zarafat məqsədilə yüklərinin arasında bomba olduğunu demişdi. Bütün yoxlamalardan keçməsinə baxmayaraq, sırf o sözə görə həmin sərnişinin bileti ləğv edilib, özü isə təyyarəyə buraxılmamışdı. Araşdırma nəticəsində zarafat olduğu ortaya çıxsa da, aviaşirkət əsassız narahatlıq yaratdığı üçün o sərnişinin adını “qara siyahı”ya salıb. Bu gün də həmin şəxs o aviaşirkətə məxsus təyyarələrdə uça bilmir.

loading...
loading...
Görmə qabiliyyətini itirənlərə ümidverici xəbər - MARAQLI
İki qardaş 18 saat fasilə ilə öldü - FOTO
Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
Qurbağa bəsləyən qadın görənləri heyrətə gətirir - MARAQLI
"Həm kişilərə, həm də qadınlara marağım var, hər iki cinsdən olan birini sevə bilərəm"
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)