Xəbər lenti
21/07/2019 [21:22]:
“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - FOTOLAR
21/07/2019 [21:20]:
Könül çimərlik geyimində - FOTO
21/07/2019 [21:15]:
Qusarda süni göldə batan şəxsin meyiti çıxarıldı
21/07/2019 [21:13]:
Bakıda keçirilən XV EYOF-un məşəli alovlandırıldı
21/07/2019 [20:37]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir
21/07/2019 [20:35]:
Ölüm xəbəri yayılan prezident tibb işçilərini təbrik etdi
21/07/2019 [20:12]:
Harri Keyn elə yerdən qol vurdu ki… - VİDEO
21/07/2019 [20:07]:
Honkonqda yenidən aksiyalar başladı
21/07/2019 [20:03]:
Qasırğa 13 kəndin yolunu bağladı
21/07/2019 [20:01]:
ABŞ-da iki təyyarə toqquşdu
21/07/2019 [19:52]:
Ukraynalı nazir ölkəsinin Bakıdakı səfirliyində səs verdi
21/07/2019 [19:38]:
"Dövlət indiyədək hansı qəzeti bağlayıb, hansı saytı bloklayıb?"
21/07/2019 [19:28]:
Rusiyadan Britaniyanın ittihamına sərt cavab
21/07/2019 [19:26]:
Türkmən mənbələri: Prezident Almaniyaya anasının yanına gedib
21/07/2019 [19:22]:
Parlament jurnalistləri “Şirməmməd Hüseynov mükafatı” təsis etdi
21/07/2019 [19:09]:
Sumqayıtda mənzildən qadın meyiti tapıldı
21/07/2019 [18:59]:
Kürdəmirdə nar bağında baş vermiş yanğın söndürüldü
21/07/2019 [18:49]:
Qızılla işlənmiş "Nissan" 1, 6 milyon dollara satılır - HEYRƏTAMİZ FOTOLAR...
21/07/2019 [18:40]:
Tramp repçinin buraxılması üçün İsveçin Baş nazirinə zəng etdi
21/07/2019 [18:32]:
"Yaxınlıq etdiyi adamların kimliyinə baxsanız hamısının agent olduğunu görəcəksiniz..."
21/07/2019 [18:31]:
İran Britaniya tankerindəki dənizçiləri istintaq başa çatana qədər sərbəst buraxmayacaq
21/07/2019 [18:27]:
BNA: Ekspres xətt avtobusları daşımalara hazırdır
21/07/2019 [18:06]:
Rusiyanın “oğru” tacı kimə qismət olacaq - FOTOLAR
21/07/2019 [17:53]:
EYOF-un ilk günündə güləşçilərimiz 4 medal qazandı
21/07/2019 [17:47]:
Berdiməhəmmədovun ölüm xəbəri yayıldı
21/07/2019 [17:45]:
Qusarda süni göldə batan var
21/07/2019 [17:25]:
Evə girən ayı qapını bağlayaraq qarderobda yatdı - MARAQLI
21/07/2019 [17:09]:
Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar - FOTO
21/07/2019 [17:05]:
Babacanın planları bəlli oldu: Gül kənardan dəstək verəcək
21/07/2019 [16:59]:
Ukraynada seçkilərin ilk ekzit-pol - Nəticələri
21/07/2019 [16:56]:
Azərbaycan EYOF-da daha bir qızıl medal qazandı - YENİLƏNİB
21/07/2019 [16:44]:
Rəqqasə Fatimə: "Göz qamaşdıran xanımam" -FOTOLAR
21/07/2019 [16:39]:
3-cü kurs tələbəsi dənizdə boğuldu
21/07/2019 [16:38]:
Uşaq alverində günahlandırılan ukraynalı qadın Azərbaycanda saxlanıldı
21/07/2019 [16:34]:
EYOF: Azərbaycan güləşçisi qızıl medal qazandı
21/07/2019 [16:29]:
Rusiyalı qapıçı gülməli vəziyyətə düşdü - VİDEO
21/07/2019 [16:14]:
Zelenski: "Yeni Baş nazir peşəkar iqtisadçı olmalıdır"
21/07/2019 [15:59]:
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı
21/07/2019 [15:55]:
Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTOLAR
21/07/2019 [15:48]:
Dünyanın ən böyük şəlaləsi - MARAQLI...
21/07/2019 [15:39]:
Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışdı - FOTOLAR
21/07/2019 [15:33]:
Gəncədə avtobuzdan düşən 21 yaşlı qızı avtomobil vurub: Vəziyyəti orta-ağırdır...
21/07/2019 [15:26]:
Bərdə bazarında 12 mağaza yanıb - FHN-in bir əməkdaşını cərəyan vurdu-YENİLƏNİB
21/07/2019 [15:16]:
Bərdə icra hakiminin müavini: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək"
21/07/2019 [14:45]:
Putin Əsədə söz verdi - “Birlikdə son qoyacağıq”
21/07/2019 [14:39]:
41 dərəcə isti, yenə də güclü külək
21/07/2019 [14:36]:
Məşhur verilişin qadın ulduzundan biabırçılıq – FOTOLAR
21/07/2019 [14:33]:
“VAZ”la “KamAZ” toqquşdu, sürücü qolundan oldu
21/07/2019 [14:26]:
Britaniya Fars körfəzinə atom sualtı qayığı göndərə bilər
21/07/2019 [14:25]:
Bakı-Sumqayıt yolunda "Shacman" aşıb - FOTO
21/07/2019 [14:22]:
“Wi-Fi” və “Bluetooth”u ixtira edən aktrisa - FOTOLAR
21/07/2019 [14:13]:
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır: Dəfələrlə intim münasibətlər təklif edib...
21/07/2019 [14:10]:
Üç güləşçimiz EYOF-un finalında
21/07/2019 [14:01]:
Ermənistan hərbi sərgilərdə: Mövcud olmayan silahlar və ya monqol turistlərə monqol dublyonkası
21/07/2019 [13:22]:
Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO
21/07/2019 [12:50]:
Ruhani idarə xoruz və it döyüşdürülməsinə qarşı çıxdı – İbrətamiz...
21/07/2019 [12:50]:
Azərbaycanlı aktyorun yeni avtomobili - Bakıda beləsi yoxdur -FOTO
21/07/2019 [12:47]:
Məleykə Əsədova qızı ilə İsveçdə FOTOLAR
21/07/2019 [12:43]:
Yunanıstanın yeni baş nazirindən diqqət çəkən açıqlama: "Ərdoğana çağırış edirəm ... "
21/07/2019 [12:41]:
"Twitter" İran KİV-lərinin akkauntlarını blokladı
21/07/2019 [12:37]:
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
21/07/2019 [12:31]:
Azad Rəhimov: Bakıda hər bir xarici idmançı hər gün 90 avro ödəyəcək
21/07/2019 [11:42]:
Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar
21/07/2019 [11:37]:
Rusiyada dəhşətli cinayət: gənc qızı gözəl olduğu üçün boğaraq öldürdülər - FOTOLAR
21/07/2019 [11:31]:
Gürcüstanda Azərbaycan vətəndaşı narkotik vasitə ilə saxlanıldı
21/07/2019 [11:29]:
Koçno daşının sirri: Ulduz xəritəsi, yoxsa? -FOTOLAR
21/07/2019 [11:24]:
Ebrunun kameralardan uzaq tutduğu qızı anasının konsertində
21/07/2019 [11:23]:
Arvadı şikayət etdi, Rusiyaya qaçan azərbaycanlı tutuldu
21/07/2019 [11:08]:
İşğalçı ordunun daha bir əsgəri gəbərdi...
21/07/2019 [11:00]:
İran hökuməti hicabın aqressiv təbliğatına başlayıb – FOTO
21/07/2019 [10:53]:
Türkiyə İraqda PKK-nın daha 3 terrorçusunu məhv etdi
21/07/2019 [10:45]:
Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkiləri üzrə səsvermə başlayıb
21/07/2019 [10:43]:
Qərbi Afrika sahillərində Ukrayna gəmisində yanğın oldu
21/07/2019 [10:29]:
"Haram yeyən ibadətdən ləzzət ala bilməz və ibadəti qəbul olunmaz..."
21/07/2019 [10:18]:
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
21/07/2019 [10:15]:
Bakıda 5 nəfər köməksiz vəziyyətdə qaldı
21/07/2019 [10:12]:
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
21/07/2019 [10:12]:
İnsanı ağıllı edən 3 sadə hobbi
21/07/2019 [10:10]:
Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu
21/07/2019 [09:56]:
Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu
Bütün arxiv bir sırada
16/06/2019 [12:27] - Cəmiyyət - ( 2679 dəfə baxılıb)

Azərbaycanda məcburi köçkün futbol mərcində 427 min dollar pul uduzdu



Qumar bir çoxları kimi onun da həyatını məhv edib, ailəsi dağılıb, dostlarına borclanıb, indi isə hakim önünə çıxarılıb. Söhbət Laçın rayon sakini 41 yaşlı Səbuhi Əliyevdən gedir. Səbuhi etiraf edir ki, məhz qumar onu həyatın dibinə sürükləyib, ailəsindən, dostlarından ayrı salıb. Nə vaxtsa yüklü məbləğ uda biləcəyi ümidi ilə bağışlanmaz səhvlər edib, çörək kəsdiyi insanları aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. S.Əliyev tanışı İbrahim Vəliyevin etibarından sui-istifadə edərək bir gün sonra əlavə 300 manat qazanc verəcəyini vəd edərək 27 dekabr 2017-ci ildə onun 210 min dollar pulunu ələ keçirib. Eyni üsulla digər tanışı Heydər Əhmədovu da aldadaraq onun 217 min dollar pulunu ələ keçirməklə dələduzluq edib.

S.Əliyev istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və ötən ilin mayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Səbuhi Əliyev ifadəsində qumar oyunlarına aludə olduğuna görə ailəsinin dağıldığını, şəxsi evinin olmadığını, müxtəlif ünvanlarda kirayə yaşadığını, 2017-ci ildən etibarən qanunsuz pul mübadiləsi ilə məşğul olmağa başladığını göstərib. Daimi müştəriləri -  əslən Şəmkir rayonundan olan Heydər Əhmədov və İbrahim Vəliyevlə aralarında dostluq münasibəti yaranıb. Hər ikisinin külli miqdarda pulları olduğunu görən S.Əliyev təklif edib ki, onlar ona borc pul verəcəkləri təqdirdə hər 10 min dollara gündəlik 15 manat verə bilər: "Razılaşdılar. O vaxtdan sonra bir-iki günlük onlardan pul almağa başladım. Çox vaxtı pul lazım olmadığına görə pulları məndə qalırdı, amma gündəlik faizini ödəyirdim”.

S.Əliyevin ifadəsinə görə, 2017-ci ilin yayında təsadüfən Taleh adlı tanışı ilə rastlaşıb. Taleh ona onlayn idman mərc oyunları təşkil etdiyini deyib və özünü sınamağı təklif edib: "Taleh mənə hesab kodu verdi. Həmin kodla "bet 365” internet saytına daxil olub istənilən oyunlara pul qoya bilirdim. On gün ərzində Talehə 130 min manat verib oyuna qoyduğum pulları uduzdum. Pulları İbrahim, Heydər və digər şəxslərdən faizlə götürmüşdüm, qaytara bilmirdim, borcların həcmi getdikcə artırdı. Borc götürdüyüm adamlara yenə də borc vermələri üçün işlərimin əla getdiyini deyirdim. Ümumi borcum 287 min dollara çatmışdı. Heydərlə İbrahimdən 227 min dollar borc aldım. Oyunlara qoyduğum pulların hamısını uduzdum. Heydərlə İbrahimə 427 min dollar borcum yarandı ki, artıq bunu ödəmək mümkün olmadı”.

Zərərçəkmiş qismində dindirilən Heydər Əhmədov ifadəsində Rusiyada yaşayan qohumlarının Bakıda və ya Şəmkirdəki tapşırıqlarını yerinə yetirdiyini, tapşırıqlara şəxsi pullarını xərclədiyini, sonradan öz xeyrini götürdüyünü deyib: "Təxminən 200-250 min dollar vəsaitim olurdu. Bəzi alış-verişlər xarici valyuta ilə olduğundan tez-tez pul mübadiləsi edirdim. Səbuhi ilə 2016-cı ildən valyuta mübadiləsi etməyə başladım. İstənilən pul vahidi lazım olduqda zəng vururdum, özü gətirib çatdırırdı. Bu cür əməliyyatlar mənim üçün də rahat idi. Uşaqlıq dostum İbrahimi Səbuhi ilə tanış etmişdim. İbrahim də onunla işləməyə başlamışdı”.

Zərərçəkmişin ifadəsinə görə, Səbuhi onun etimadını qazanıb. İş o yerə çatıb ki, hətta Səbuhiyə pul verib götürəndə məbləği də saymayıb: "Səbuhi məni iş adamı kimi tanıyırdı. Üstümdə həmişə pul olduğunu bilirdi. 27 dekabr 2017-ci ildə Səbuhi zəng vurub pul mübadiləsi üçün təcili 300 min dollar lazım olduğunu, həmin mübadilədən mənə də xeyir qalacağını dedi. Üstümdə cəmi 217 min dollar vardı, onu verdim. Səbuhi pulu bir günə qaytaracağını, öz xeyrindən 300 manat əlavə verəcəyini dedi”.

H.Əhmədov S.Əliyevlə görüşə gedərkən uşaqlıq dostu İbrahim Vəliyevin də orada olduğunu görüb. Nə üçün gəldiyini soruşduqda İbrahim ona Səbuhiyə 200 min dollar verdiyini deyib. İçərisində 217 min dollar olan torbanı Səbuhiyə verib. Səbuhi pulları saymayıb və maşına oturub oradan uzaqlaşıb. Ertəsi gün isə Səbuhi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb: "Zəng vurdum, operatorun türk dilində telefonun bağlı olmasını deməsini eşidəndə Səbuhinin Türkiyəyə qaçmasını başa düşdüm. Bir neçə dəfə Səbuhi özü türk nömrəsindən zəng vurub şəxsi işləri ilə bağlı İstanbulda olduğunu, pulları götürüb Bakıya gətirəcəyini və borcunu qaytaracağını dedi. Lakin sonradan ona zəng çatmadı. İbrahimlə gedib şikayət ərizəsi yazdıq”.

Məhkəmə prosesi davam edir. 
 
///Virtualaz.org

loading...
loading...
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
Bu da oldu: Yaxın günlərdə çilçıraqla evlənəcək...
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Dünyanın ən böyük şəlaləsi - MARAQLI...
Dünya
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır: Dəfələrlə intim münasibətlər təklif edib...
Hadisə
Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO
Şou-biznes
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
Maraqlı
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)