Ermənilər Gürcüstan paytaxtında, Tiflisdəki Gevorg kilsəsinin həyətində Azərbaycan dolması ilə bağlı “Tolma-2019” adlı böyük festival təşkil edib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, festivalda milli erməni yeməyi kimi təqdim edilən dolma haqqında iştirakçılara ətraflı məlumat verilib, onlara dolmanın bir neçə növü təqdim edilib.
Tədbirdə iştirak edən Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan bu cür tədbirlərin gələcəkdə də təşkil ediləcəyini bildirib. O, qeyd edib ki, yaxın gələcəkdə erməni yeməyinə həsr olunmuş pavilyonların artmasına xüsusi diqqət yetirəcəklər.
Göründüyü kimi, ermənilər yalnız Ermənistanda deyil, dünyanın müxtəlif ölkələrindəki kilsələrin imkan və nüfuzundan öz yalanlarını yaymaq məqsədi ilə istifadə edir, hətta kilsə həyətində haram ziyafətlər belə təşkil etməkdən çəkinmirlər.
Məlumat üçün qeyd edək ki, ermənilər bundan öncə də Azərbaycana mxəsus bir sıra yemək növləri ilə bağlı oxşarr tədbirlər keçirib, bu yeməkləri dünya ictimaiyyətinə ermənilərə məxsus yeməklər kimi təqdim edib.
Seymur ƏLİYEV