ABŞ konqresmeni Frank Pallonenin qondarma Qarabağ respublikası ilə bağlı cəfəng bəyanatla çıxış edib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, amerikalı konqresmen qondarma Qarabağ “respublikası” ilə birbaşa əlaqələrin qurulmasının vacibliyini bildirib.
Konqresmenin bu açıqlaması işğalçı rejim tərəfindən böyük sevinclə qarşılanıb. Qurama dövlətin qurama XİN-i bununla bağlı bəyanat yayaraq F.Pollonenin bəyanatını təqdir etdiklərini bildirib. Habelə, işğalçı rejim təmsilçisi bəyan edib ki, amerikalı konqresmenin bu açıqlaması “Qarabağı tərcih etməyin qəbuledilməz olmasının bir nümunəsidir”.
Xatırladaq ki, F.Pallonenin bundan öncə də işğalçını müdafiə edən bəyanatlarla çıxış edib. Bu bəyanatlardan biri isə qondarma Qarabağ respublikasına maddi yardımın göstərilməsi ilə bağlı olub.
Seymur ƏLİYEV