Xəbər lenti
19/07/2019 [22:14]:
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
19/07/2019 [22:05]:
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
19/07/2019 [21:56]:
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
19/07/2019 [21:46]:
Ailəsi ilə dalaşıb damarlarını kəsdi
19/07/2019 [21:42]:
Şirvanda toy mərasimində tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - FOTO - YENİLƏNİB
19/07/2019 [21:39]:
Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirildi
19/07/2019 [21:22]:
ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir
19/07/2019 [21:21]:
“Türkiyə bu raketləri Ermənistan sərhəddi yaxınlığında quraşdırsa...”
19/07/2019 [21:10]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
19/07/2019 [21:08]:
Davudoğlunun müsahibə verdiyi veriliş bağlandı: “Biz susmayacayıq”
19/07/2019 [21:03]:
ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir
19/07/2019 [21:01]:
Şirvanda toy mərasimində 6 nəfər pirotexniki vasitədən zəhərləndi
19/07/2019 [20:41]:
Azərbaycanda 12 yeni məhkəmə yaradıldı - YENİLƏNİB + SİYAHI
19/07/2019 [20:38]:
Fatimə özündən çıxdı: “Ağzıgöyçəklər, üzümü sizə tuturam”
19/07/2019 [20:35]:
Qonşu ölkədə qar yağdı
19/07/2019 [20:32]:
SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı
19/07/2019 [20:25]:
Prezident kommersiya məhkəmələrinin yaradılması ilə bağlı qanunu təsdiq etdi
19/07/2019 [20:16]:
Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi
19/07/2019 [20:12]:
Vurduğu 6 yaşlı uşağı xəstəxanaya aparan sürücü yolda qəzaya düşdü
19/07/2019 [20:07]:
Ərdoğan İlham Əliyevə zəng etdi
19/07/2019 [19:49]:
Rusiyalı ekspert: Azərbaycan özünü çox yaxşı müdafiə edə bilər
19/07/2019 [19:45]:
Zelenskidən radikal addım: 11 səfir geri çağrıldı
19/07/2019 [19:42]:
Sabah Rauf Pənahovun dünyasını dəyişdiyi gündür
19/07/2019 [19:37]:
Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN
19/07/2019 [19:30]:
Şöbə rəisi: “Yanacağın plastik kanistrlərə doldurulması təhlükəlidir”
19/07/2019 [19:27]:
Arvadını “Vatsap”da söydüyünə görə türməyə düşdü
19/07/2019 [19:18]:
“Qarabağ” UEFA reytinqində irəlilədi
19/07/2019 [19:15]:
Xızıda 4 yaşlı uşağın üzərinə ağır taxta düşdü
19/07/2019 [19:12]:
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
19/07/2019 [18:52]:
Azərbaycan hərbçiləri NATO-nun dağ təlimində iştirak edirlər - FOTO
19/07/2019 [18:46]:
Türkiyədə terrorçuların hücumu nəticəsində yüksək rütbəli hərbçi öldü
19/07/2019 [18:30]:
İlham Əliyev bir hakimi işdən çıxardı, ikisinin yerini dəyişdi
19/07/2019 [18:27]:
Amerikada mətbuat tarixi
19/07/2019 [18:25]:
Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi
19/07/2019 [18:18]:
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
19/07/2019 [18:15]:
Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edildi
19/07/2019 [18:13]:
Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək
19/07/2019 [18:09]:
Rüşvətə görə tutulan polisə hökm oxundu
19/07/2019 [18:06]:
İlham Əliyev məhkəmə sədrinin yerini dəyişdi
19/07/2019 [17:59]:
28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTOLAR
19/07/2019 [17:55]:
Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat etdi
19/07/2019 [17:53]:
Yeganə Cəfərova Toronto şəhərinin “ilin ən yaxşı müəllimi”adına layiq görülüb -FOTOLAR
19/07/2019 [17:47]:
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
19/07/2019 [17:43]:
Qeyri-rəsmi arvadı Bakıda ingilisi döydü - Kişi polisə şikayət etdi
19/07/2019 [17:40]:
SOCAR Tümendə zavod işə salır
19/07/2019 [17:38]:
Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu
19/07/2019 [17:36]:
Merkel İranın tərəfini saxladı
19/07/2019 [17:34]:
DİM abituriyentlərə müraciət etdi
19/07/2019 [17:28]:
"Kiprlə bağlı söz söyləmə haqqları yoxdur" -Avropa İttifaqına etiraz
19/07/2019 [17:25]:
İstanbul hava limanında xeyli silah-sursat ələ keçirildi
19/07/2019 [17:23]:
Keçmiş baş prokurorun müavini həbs edildi
19/07/2019 [17:21]:
Ombudsman: "Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır"
19/07/2019 [17:04]:
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19/07/2019 [16:59]:
Gülüstan Əliyeva: “Qadınlar gözəlliyimə görə məni qısqanır”
19/07/2019 [16:41]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlandı
19/07/2019 [16:35]:
Maşın nömrəsinə bizim pulla 1.1 milyon sayan kimdir... - maşının özünün qiyməti 22 milyon AZN-ə yaxındı
19/07/2019 [16:31]:
Bakıda mənzildən ər-arvadın meyiti tapıldı
19/07/2019 [16:29]:
Ardanın üç milyonluq yaxtada yay keyfi - FOTO
19/07/2019 [16:27]:
Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlandı
19/07/2019 [16:05]:
Ən çox milyarderin yaşadığı şəhərlər - SİYAHI
19/07/2019 [16:02]:
AQTA antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlaı - FOTO
19/07/2019 [16:01]:
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
19/07/2019 [15:57]:
Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır"
19/07/2019 [15:55]:
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
19/07/2019 [15:53]:
“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı...”
19/07/2019 [15:48]:
Külli miqdarda balıq kürüsü aşkarlandı
19/07/2019 [15:46]:
Azərbaycanda 47 nəfəri ilan sancdı
19/07/2019 [15:44]:
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi
19/07/2019 [15:41]:
Boksçumuz xuliqanlıq maddəsi ilə ittiham edildi
19/07/2019 [15:40]:
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
19/07/2019 [15:40]:
Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi
19/07/2019 [15:35]:
Rusiyalı tələbələr BSU-da...
19/07/2019 [15:31]:
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul eti
19/07/2019 [15:29]:
ADU-da media nümayəndələri mükafatlandırıldı -FOTOLAR
19/07/2019 [15:20]:
"Hər şeyin sahibi Allahdır" deyərək vergi vermədilər - 1,4 milyon cərimə ödəyəcəklər...
19/07/2019 [15:18]:
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
19/07/2019 [15:11]:
“İndi torpaq yox, ancaq hökumətdən ev istəyirlər...”
19/07/2019 [15:11]:
Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alındı -FOTO
19/07/2019 [15:06]:
Azərbaycanda əhalinin siyahıyaalınması prosesinə 43 min insan cəlb olunacaq
19/07/2019 [14:48]:
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi
Bütün arxiv bir sırada
19/06/2019 [15:21] - Köşə - ( 10076 dəfə baxılıb)

“Yox, bu dəfə Amerika Qarabağı Azərbaycana qaytaracaq...”

"Çünki   Elmar müəllimə məsləhət verən “Azərbaycan dövlətçiliyinin akuşer-maması” sayılan bir ABŞ jurnalisti olub...”
Fikir savaşı
Sultan Laçın

 Heyif bu 25-30 ildə Qarabağ danışıqları üçün çəkilən xərclərə, sərf edilən  insan enerjisinə...

*** 

Əsrin üçdə biri qədər zaman kəsimində dünyanın super gücləri yerlərdəki nəfsinə aldanaraq xalqlarına xəyanət edən əlaltıları vasitəsilə bizləri barmağına sarıyıb və biz də səsimizi içimizə salıb özümüz-özümüzü aldatmaqla məşğuluq....

*** 

Bu llər ərzində zamanımızı, vaxtımızı ATƏT-in, AŞ-ın, ABŞ-ın boş-boş bəyanatlarına, qətnamələrinə, “Qarabağın açarı Rusiyadadır”, “Moskva bu il 5 rayonumuzu qaytaracaq” və s. nağıllarına xərcləməklə öldürmüşük...

**** 

Amma əslində biz zamanı yox, zaman bizləri öldürüb: on illərlə torpağını, yurdunu, ata-baba məzarını görmək həsrəti ilə  yaşayan didərgin baba-nənələrimizi, ata-analarımızı, əmi, dayılarımızı, qardaş-bacılarımızı, dostlarımızı qətlə yetirib, sağ qalan vicdanlılarımızı isə, ən azı, mənəvi-psixoloji baxımdan zəlil edib...

*** 

25 illik atəşkəs dövrü hər dəfə  Qarabağ danışıqları, cəbhədə 18-20 yaşlı əsgərlərimizin şəhidlik xəbərini eşidəndə dişlərini qıcayıb, yumruqlarını sıxıb yenidən silah götürərək düşmənin üzərinə getməyə can atan, amma əlacsız şəkildə mənəvi və fiziki ağrılarıyla qıvrılan minlərlə Qarabağ veteranını, qazisini, əlilinin ömrünü çürüdüb. Artıq çoxlarının torpağa gömülmüş sümükləri də çürüməkdə...

***

Bu günlər yenə arsız-arsız televizorun səsini qaldırıb Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun tez-tez görüşməkdən artıq, az qala, dostlaşdığı erməni həmkarı Zohrab Mnatsakanyanla  Vaşinqtonda gözlənilən görüşü barədə informasiyaları və  pulitoloqların(!) şərhlərini dinləyirik...

*** 

Hər dəfə Qarabağla bağlı belə görüşlər ərəfəsində çoxumuz bir balaca ümidlənmək üçün özümüzü avamlığa qoyub deyirik: “Yox, bu dəfə Rusiya Qarabağı Azərbaycana qaytaracaq”. Vaşinqqton görüşü öncə isə  “Yox, bu dəfə ABŞ Qarabağı Azərbaycana qaytaracaq...” –demək yerinə düşər, hə?..

*** 

Beləcə günlər, həftələr ötür, aylar, illər dolanır: yaşlaşırıq, xəstələnirik, əldən düşürük, ölürük... Və bu minvalla xalqımız ermənilərlə “Böyük sülh”ə hazırlanır...

***

Amma çoxumuz  səsimizi çıxarmasaq da, içimizdə bilirik ki, Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı bütün gedişlər-gəlişlər, danışıqlar, bəyanatlar-filanlar kimlər üçünsə maaş, qonorar, qazanc, biz adi, qaçqın-köçkün vətəndaşlar üçünsə nağıl, başqatma, manipulyasiya, boş, mənasız zaman, enerji itkisidir...

*** 

Halbuki, savadsız, amma ağlı başında olan baba-nənələrimizin də ağlı kəsir ki, nə Rusiya, nə  Amerika, nə də Fransa Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi üçün zərrə qədər çalışmır. Çünki regionda və bütövlükdə planetdəki iqtisadi-siyasi proseslərin yönləndirilməsində Fələstin-Qüds, Kəşmir, Kosovo və s. münaqişələr kimi önəmli rol oynayan Qarabağ “problemi”ni hər üç ölkə, üstəlik, Böyük Britaniya super güclərin planlarına uyğun olaraq SSRİ-nin də çökdürülməsi daxil olmaqla Yeni Dünya Düzənini həyata keçirmək üçün başladıblar... Və nə qədər ki, “Dünya Düzəlməyib”, Qarabağ kimi strateji münaqişələrin heç biri həll edilməyəcək...

***   

Dəfələrlə demişik ki, Qarabağ “münaqişəsi”nin sonuncu mərhələsi də əslində təbii şəkildə, yalnız ermənilərin xeyli hissəsinin tarixən türklərə nifrətindən qaynaqlanaraq meydana çıxmayıb. Osetiya, Acariya, Abxaziya, Dnestryanı və s.  təki burada da öncə qeyd etdiyimiz kimi, SSRİ-ni, sosialist sistemini çökürtmək məqsədi ilə Amerika “SRU”su, Britaniya “Mi-6”-sı və s. sovet “KQB”-nin, “QRU”-nun, hərbi sənaye kompleksinin Qorbaçova sadiq, nəfsinə uyub Qərbə satılmış hissəsi ilə müştərək təxribat və agentura fəaliyyəti əsas rol oynayıb...

***   

Proseslərin məntiqi təhlili sübut edir ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən müxtəlif hərəkatlar, partiyalar, birliklər çərçivəsində saxta və gerçək ifrat millətçi lider və toplumları körükləyib meydanlara çıxaran, idarə edən və nəticədə Qərbi Azərbaycanda, Sumqayıtda, Bakıda qarşılıqlı amansız qırğınların, son nəhayətdə Qarabağda silahlı döyüş əməliyyatlarının, kütləvi qaçqınlığın, köçkünlüyün baş verməsinə və s.  səbəb olan məhz adları çəkilən və çəkilməyən xarici kəşfiyyat və xüsusi xidmət qurumları olub...

*** 

Bütün bu proseslərdə də, sözsüz ki, önəmli rolu Moskva ilə paralel Vaşinqton  oynayıb...

*** 

Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimdə  eşələnərkən gözümə 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir... 

***

Məlum olur ki, hələ 1991-ci ildə Azərbaycanın bir dövlət kimi tanınması üçün ilk Müraciətin qaralamasının tərtib edilməsində sabah Vaşinqtonda erməni həmkarıyla görüşməsi gözlənilən hazırkı Xarici İşlər naziri Elmar Məmmədyarova məhz Tomas Qolts köməklik edib. Bu Amerika jurnalisti Bakıda Axundov bağı yaxınlığındakı “Bankirlər binası”nda özünün “Qoltz universiteti” adlandırdığı mənzilində əslində gənc Azərbaycan dipomat və siyasətliləri üçün təcrübə bazası yaradıb. Onun “təlimatı”yla məqalələr və kitablar oxuyan gənclərdən biri –Vüqar Veysəlov da sonradan Azərbaycanın 2-ci Prezidenti Əbülfəz Elçibəyin tərcüməçisi olub. Kitabda Asim Mollazadənin, İsa Qəmbərin, Əli Kərimlinin və s. də  “Qoltz universiteti”ndən keçməsinə işarə edilir...

***

Və ən nəhayət, 1998-ci ildə İşərişəhərdəki Muğam evində T.Qoltzun bəhs etdiyimiz kitabının ingiliscə ilk nəşrinin təqdimatı mərasimində  hazırda Azərbaycanın ABŞ-dakı səfiri olan, müəllifin dostu Elin Süleymanov bu Amerika jurnalistini “Azərbaycan dövlətçiliyinin “akuşer-maması” adlandırır...  

***

Tomas Qoltzun bir əcnəbi jurnalist kimi Qarabağla, xüsusən Xocalı soyqırımıyla bağlı gerçəkləri isti-isti dünyaya çatdırmasını heç kəs inkar etmir. Baxmayaraq ki, bəhs etdiyimiz gündəlik-kitabında bəzi təhriflərə yol verir: məsələn, Azərbaycanın işğal altındakı Kəlbəcər, Laçın bölgələrini kürdlərin kompakt yaşadığı ərazi kimi təqdim edir...

***

Sözümün canı ondadır ki,  ABŞ-ın bircə jurnalisti Azərbaycandakı ictimai-siyasi proseslərdə bu qədər önəmli rol oynayırsa, müstəqil “dövlətçiliyimizin akuşer-maması” sayılırsa, o hesabla görün, bu dövlətin rəsmi dövlət adamları, diplomatları və xüsusən bu və ya digər adlar altında gizlənən kəşfiyyyatçıları hansı işlər aparıblar ölkəmizdə, o cümlədən Qarabağda... 

***

Söylədiklərimizin məntiqi ilə, yəni ABŞ-ın regionda böyük təsir gücünə malik olduğunu düşünəndə və sabah Vaşinqtonda Qarabağla bağlı düşmən(!) ölkənin naziri ilə görüş keçirməli olan Elmar Məmmədyarovun “Qoltz universiteti”nin “məzun”u olduğunu da yada salanda yenə də özünü avam yerinə qoyub, ABŞ vətəndaşlarının, alimlərinin,  həkimlərinin, konqresmenlərinin və s. Qarabağa mütəmadi səfərlərinə göz yumaraq  “inanırsan” ki, bu dəfə Amerika Qarabağın Azərbaycana qaytarılmasına nail olacaq...

***

Ay nənə, təzə bir nağıl de –birdən yuxumuz qaçar, ayılarıq...

Sultan Laçın

loading...
loading...
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
Otelin balkonunda cinsi əlaqədə oldular -RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
Dünya
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
Dünya
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
Dünya
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
Cəmiyyət
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
O deputata medal yox, "pedal" vermək lazımdır...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)