Xəbər lenti
16/07/2019 [16:10]:
Nazir: “Azərbaycanın təşəbbüsü ilə keçirilən layihələrdən erməni xalqı da faydalana bilər”
16/07/2019 [16:07]:
“Azərişıq”da yeni - TƏYİNATLAR
16/07/2019 [16:04]:
Hərbi hissələrdə yoxlama başladı - FOTOLAR
16/07/2019 [16:02]:
Türkiyə gəmisinə hücum: dənizçilər qaçırıldı
16/07/2019 [15:39]:
Burak Özçivit yeni serialı üçün azərbaycanlıdan dərs alır...
16/07/2019 [15:33]:
"Yazılan mahnılar Biləcəridən o yana keçmir, konservatoriya savadsızlığın üzərində qurulub"
16/07/2019 [15:32]:
“AXC komandasında ən milli ruhlu insanlar Elçibəy, Pənah Hüseyn və Tofiq Qasımov idi, amma..”
16/07/2019 [15:29]:
“Müttəfiqimizin təhlükəsizliyi bizim üçün də önəmlidir”
16/07/2019 [15:29]:
“Sərhəddimi keçmisən, qanunu pozmusan, qələt edib qayıdacaqlar yerlərinə..."
16/07/2019 [15:23]:
"Qarabağ" legioner futbolçusu ilə vidalaşdı
16/07/2019 [15:15]:
QAT Almaniyada keçiriləcək Qarabağ aksiyasını dəstəklədi
16/07/2019 [15:06]:
“Sükan arxasında ürəyi tutub...” - Qəzada dünyasını dəyişən sürücünün qohumları danışdı...
16/07/2019 [15:05]:
Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub
16/07/2019 [15:03]:
Polis veteranları 2564 cinayətin açılmasında iştirak ediblər
16/07/2019 [15:01]:
Əməkdar artist 1 aya 30 ev yaran cinayətkar dəstənin "BAŞÇISI" ÇIXDI - VİDEO
16/07/2019 [14:58]:
Yanvar-iyun aylarında 325 min tondan çox meyvə-tərəvəz ixrac olunub
16/07/2019 [14:54]:
Çin Türkiyə və Kipri barışığa çağırdı
16/07/2019 [14:51]:
Prospektdəki qəza sıxlıq yaratdı
16/07/2019 [14:46]:
İki mindən çox cinayət işinin açılmasına veteranlar kömək etdi
16/07/2019 [14:44]:
Narkotiki arvadının alt paltarında gizlətdi - Sərhədçilər tapdı
16/07/2019 [14:42]:
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
16/07/2019 [14:22]:
Novruz Məmmədov Səudiyyə Ərəbistanının ədliyyə naziri ilə görüşdü
16/07/2019 [14:19]:
Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı
16/07/2019 [14:18]:
Yeni Ginnes rekordu üçün 116 saat tualetdə oturdu - VİDEO
16/07/2019 [14:16]:
Azərbaycan gözəli Gülnarənin “Çayxana”da 1.5 milyonluq üzüyü oğurlandı
16/07/2019 [14:01]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ
16/07/2019 [13:54]:
Astarada 6 uşaq anası su anbarında boğulu
16/07/2019 [13:47]:
AXC-də təmsil olunmuş tanınmışlar: Murtuz Ələsgərov, Əli Nağıyev, Fəzail Ağamalı… – Təşkilatın yaranmasından 30 il ötür
16/07/2019 [13:40]:
Qərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladı
16/07/2019 [13:34]:
Onların bir də “qoca” halını görün... - FOTOLAR
16/07/2019 [13:20]:
İki gün əvvəl Xəzərdə batan 32 yaşlı kişinin meyiti tapıldı
16/07/2019 [13:15]:
Gürcüstana külli miqdarda qızıl keçirilməsinin qarşısı alındı
16/07/2019 [13:10]:
Ulduz futbolçudan daha bir nümunəvi addım - FOTO
16/07/2019 [12:56]:
Avropanın ən böyük almazı tapıldı
16/07/2019 [12:52]:
Xan sarayında yaralananların son vəziyyəti
16/07/2019 [12:50]:
Nazirlik: İşdən qanunsuz çıxarılan 77 nəfər işlərinə bərpa edildi
16/07/2019 [12:47]:
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
16/07/2019 [12:38]:
Azərbaycan I yarımildə 261 milyon dollarlıq neft məhsulları ixrac etdi
16/07/2019 [12:32]:
Füzuli sakini həmyerlisini bıçaqla qətlə yetirdi
16/07/2019 [12:10]:
Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı
16/07/2019 [12:09]:
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”!
16/07/2019 [12:09]:
Rezidenturaya ixtisas seçimi başlandı
16/07/2019 [12:07]:
Gömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürüb
16/07/2019 [12:05]:
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
16/07/2019 [12:01]:
Rusiyada 7 nəfər "vəhşi çimərlik"də boğuldu
16/07/2019 [11:52]:
"Kök qadınlar cənnətə gedə bilməz" - MARAQLI...+ VİDEO
16/07/2019 [11:46]:
“Onlar hər zaman birincilər sırasında yer alıb” – “Bundan sonra da belə olacaq!”
16/07/2019 [11:46]:
“Televiziyalarımızdakı vəziyyət ürəkaçan deyil...”
16/07/2019 [11:40]:
Çeçenistanda təyyarə evə düşdü - Yaralılar var
16/07/2019 [11:27]:
RAİ-nin mətbuat xidmətinin rəhbəri cəbhə bölgəsində yaşayan gənclərlə görüşüb
16/07/2019 [11:23]:
İradənin arxiv görüntüləri - VİDEO
16/07/2019 [11:21]:
ATV-in aparıcısına vəzifə verildi
16/07/2019 [11:20]:
"2 dəfə devalvasiya oldu, parlament bircə dəfə bunun niyə baş verdiyini müzakirə etdimi?”
16/07/2019 [11:16]:
Rektor: "BDU-da edilən son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var"
16/07/2019 [11:01]:
Bakı metrosunda siqaret çəkən cərimələndi - VİDEO
16/07/2019 [10:58]:
Deputatın oğlu 200 km/s sürətlə sürdüyü maşınla ər-arvadı öldürdü - Rusiyada
16/07/2019 [10:57]:
Pakistan öz hava məkanını mülki aviasiya üçün açıb - Rəsmi qərar
16/07/2019 [10:56]:
Bakıda iki bacı itkin düşdü
16/07/2019 [10:52]:
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib
16/07/2019 [10:48]:
Üç ildir axtarışda olan azərbaycanlı Qazaxıstanda ələ keçdi
16/07/2019 [10:48]:
Müstəqil Azərbaycan ordusunun yaradılmasında xidmətləri olan şəhid Elşad Nağıyev kim olub?
16/07/2019 [10:47]:
Qarabağda eşşək minən bu qoca erməni xoşbəxtdir, yoxsa Bakıda “cip”də gəzən bizlər?..
16/07/2019 [10:42]:
Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi davam edir
16/07/2019 [10:34]:
Təhsil naziri tədris planlarının təsdiqi haqqında əmr imzaladı
16/07/2019 [10:25]:
“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”
16/07/2019 [10:19]:
Bu ölkə “Avroviziya”dan imtina etdi
16/07/2019 [10:17]:
Sabiq icra başçısının şikayəti təmin edilmədi
16/07/2019 [10:15]:
UNEC-də nəticələr açıqlanacaq - Canlı yayımda
16/07/2019 [10:14]:
Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi
16/07/2019 [10:13]:
Zaqatalada 9 ton narkotik bitki məhv edildi
16/07/2019 [10:11]:
Nəhəng meduza tapıldı - İnsanla eyni boydadır -VİDEO
16/07/2019 [10:08]:
S-400-ün zəif tərəfləri açıqlandı
16/07/2019 [09:58]:
"Bir məsələni biz millət olaraq dərk etməliyik ki..."
16/07/2019 [09:40]:
Atəşkəs rejimi ara-sıra pozulub
16/07/2019 [09:40]:
DSX rəhbərliyi sərhədlərimizin qorunmasında böyük işlər görür
16/07/2019 [09:31]:
Xatirədən qalan xatirə... - FOTOLAR
16/07/2019 [09:28]:
FHN Sabirabad mərkəzi bazarındakı yanğınla bağlı məlumat yaydı
16/07/2019 [09:23]:
Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəldi
16/07/2019 [09:20]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verildi
16/07/2019 [09:01]:
“İranın nüvə raketləri başlarına düşməyincə avropalılar ayılmayacaq”- Netanyahudan qızışdırıcı bəyanat...
Bütün arxiv bir sırada
19/06/2019 [23:05] - Cəmiyyət - ( 1811 dəfə baxılıb)

Surət Hüseynovla bağlı ilginc ittihamlar - qiyamçının təbliğatçısı olan qadın kimdir?



Fəzail Ağamalı: “Müxalifət heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz”

1993-cü il 4 iyunda qanuni hakimiyyətə-AXC iqtidarına qarşı qiyam qaldıraraq dövlət çevrilişi edən Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov uzun müddətdən sonra “dirilib”. Facebookda Könül Rafiq qızı profilindən demək olar ki, hər gün onun barəsində paylaşımlara rast gəlirik.

Həmin paylaşımların hər birində S.Hüseynovun özünü təmizə çıxarmaq çabalarının olduğu müşahidə edilir və statuslara mərhum prezident Əbülfəz Elçibəy hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn başda olmaqla həmin iqtidarda yüksək səlahiyyət sahibi olan şəxslər “tağ” edilir. Son olaraq, keçmiş korpus komandirinin adını qeyd etdiyimiz profil üzərindən şok səs yazısı yayılıb. Səs yazısında S.Hüseynov aşağılayıcı formada AXC iqtidarını təhqir edir, bəzi şəxslərin adlarını çəkir, küçə söyüşləri işlədir. Guya o, Qarabağı alacaqmış, sadəcə Elçibəy iqtidarı arxadan buna zərbə endirir və bu səbəbdən torpaqlarımızı azad edə bilməyib.

Bu səs yazısının altındakı rəylərdə S.Hüseynovun “vətən xaini” olduğu xatırladılır və sərt şəkildə tənqid, hətta təhqir olunur.

S.Hüseynovun təbliğatçısına çevrilən qadın profilinin saxta olduğu deyilsə də, bu barədə “Yeni Müsavat”a mötəbər mənbədən məlumat daxil olub. Həmin məlumatlarda profilin real olduğu üzə çıxıb. Almaniyada mühacir həyatı yaşayan və adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, K.Rafiqqızı hazırda Almaniyanın Köln şəhəri yaxınlığında mühacir status ilə yaşayır. Əvvəllər saxta bilet düzəltmək niyyəti ilə Müsavat və AXCP-nin üzvü olan bu xanım istəyinə nail ola bilməyib. Mənbənin bildirdiyinə görə, bir şəxs K.Rafiqqızına müəyyən məbləğ qarşısında yardımçı olub və qeyri-qanuni yollarla onun ölkədən çıxmasına nail olub. Hazırda onlar arasında gərginliyin yaşandığını mənbə bildirir. Onun dediklərinə görə, xanım mühacir Almaniyada oturum ala bilmir və ona yardımçı olan şəxsdən pullarını tələb edir, hətta onu sosial şəbəkələrdə ifşa edəcəyi ilə hədələyir. Mənbə K.Rafiqqızının Azərbaycanda Sərdar adlı bir jurnalistlə evli olduğunu və bu səbəbdən illər öncəyə qədər facebookda Könül Sərdarlı adı ilə fəaliyyət göstərdiyini deyir. O, Almaniyada bəzi azərbaycanlı mühacirlərlə gərginlik yaşayır. Bu sırada mənbə Yeganə Əmiraslanovanın adını çəkir və onun Almaniyaya gedərkən K.Rafiqqızına ciddi dəstək olduğunu, sonradan aralarında narazılıq yarandığını, bu günə qədər də narazılığın davam etdiyini söyləyir.

K.Rafiqqızının S.Hüseynovun təbliğatçısına çevrilməsi ilə bağlı faktlar isə daha ilgincdir. Əslində xanım mühacirin keçmiş korpus komandirini tanımadığı, sadəcə oturum izni almaq üçün bu yola əl atdığını mənbə qeyd edir. Bununla onun Azərbaycanda bir zamanlar ömürlük cəza çəkən şəxsin müdafiəçisi olduğunu göstərmək və ölkəyə qayıdarkən guya təzyiqlərlə üzləşəcəyini olduğu ölkənin aidiyyəti orqanına nümayiş etdirmək niyyətində olduğu iddia olunur. Artıq S.Hüseynovun yaxınları K.Rafiq qızı ilə əlaqə qurublar, hətta ona bu paylaşımlarına görə müəyyən məbləğdə maliyyə ödəyirlər...

Картинки по запросу Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı S.Hüseynovun çabalarına “Yeni Müsavat”da bu cür şərh verdi: “Surət Hüseynovun səs yazısını mən də dinlədim. Onun etikadan uzaq sözlərini kənara qoyuram. Səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir. Bunun üçün konkret faktlar, sənədlər ortaya qoyulmalıdır. Həmin dövrün məsuliyyətli şəxsləri təkcə sözlərlə deyil, arqumentlərlə Surət Hüseynova cavab verməlidirlər. Bu bir faktdır ki, o heç kimə xəbər vermədən, heç kimlə razılaşmadan Sərsəng istiqamətində olan qoşunlarını geri çağırıb. Bundan sonra ermənilərin həmin istiqamətlərdə üstünlüyü təmin olunub və qısa zamanda düşmən genişmiqyaslı hücuma keçərək Azərbaycan torpaqlarını işğal etmə prosesini sürətləndiriblər. Bu faktlar Kütləvi İnformasiya Vasitələrində vaxtı ilə gedib. Surət Hüseynov tərəfindən bu faktlar indi başqa cür izah olunmaqdadır. Onun geri çəkilməsi başqa bir amillə bağlıdır. Onu da deyə bilərəm ki, digər istiqamətlərdə atəşkəsin əldə olunması barədə əlimdə konkret sənəd yoxdur, bu barədə məlumatsızam. Ancaq onu bilirəm ki, ermənilər Azərbaycanın digər yerlərində diqqətdən yayındırıcı əməliyyatlar keçirdilər. Əsas cəbhə Qarabağ və Gədəbəy istiqamətində idi. Gədəbəy istiqamətində könüllülərimiz, ordumuz böyük qəhrəmanlıqlar göstərdilər. Şınıx deyilən ərazi düşməndən tamamilə təmizləndi. Bir qarış torpağımız belə ermənilərə verilmədi, əksinə onlardan torpaqlarımız alındı. 

Başqa istiqamətlərdə döyüş əməliyyatları demək olar ki, getmirdi. Əsas diqqətlər o zaman Dağlıq Qarabağ və onun ətrafındakı rayonlara yönəlmişdi. Deyilənə görə, o vaxt ordumuz 9 kilometrə qədər gedib çatmışdı. Bilmirəm ki, bu Surət Hüseynovun yoxsa başqa bir komandanlığın rəhbərlik etdiyi hərbi hissələr idi. Ermənilər tərksilah olmağa hazır idilər. Birdən-birə Surət Hüseynovun qoşunları geri çəkməsi ermənilərə yeni imkanlar yaratdı. Bunun səbəbini o, atəşkəs rejimi ilə bağlamağa çalışırsa, düşünürəm ki, fikirləri yetərincə arqumentli deyil. Çünki erməni o vaxt böyük qüvvə ilə Dağlıq Qarabağ istiqamətinə gəlməzdi. Nəzərə alsaq ki, Dağlıq Qarabağ və onun ətrafında döyüşənlər rus zabitləri idilər. Bu zabitlərin əksəriyyəti muzdurlar idi. Onların içərisində əsgərlər də, rus texnikası da var idi. Ermənilər sadəcə şərti xarakter daşıyıb, maşa rolunu oynayırdılar. Azərbaycan torpaqlarını işğal edən Yeltsin hakimiyyəti və onun tabeliyində olan hərbi qüvvələr idi. O qüvvələr Dağlıq Qarabağ ətrafında idilər. Bu baxımdan Surət Hüseynovun fikirləri inandırıcı deyil. Sadəcə olaraq, özünə haqq qazandırmaq üçün bu fikirləri söyləyir. Hər kəs yaxşı bilir ki, Surət Hüseynovun tabeliyində olan qüvvələri geri çəkməsi Ağdamın işğalında əsas rol oynadı. Məhz bundan sonra ermənilər o əraziləri işğal etdilər. 

Bunlar da mətbuatda çox dərc olunub və bu da həmin dövrün hərbi komandanlığına aid idi. Bu məsələyə o dövrdə yüksək səviyyədə olan zabitlər tərəfindən aydınlıq gətirilməlidir. Həqiqət naminə vətəndaş mövqeyi ortaya qoyulmalıdır. Obyektiv şəkildə hər şey ortaya qoyulmalıdır ki, görək torpaqlarımızın işğalında Xalq Cəbhəsi hərbi dəstələri, Müdafiə Nazirliyi yoxsa Surət Hüseynov günahkardır. Bunun üçün əməliyyatlarda iştirak edən, obyektiv olan zabitlərin danışması daha yaxşı olardı”.

Deputat S.Hüseynovun “dirilməsi”nin heç bir nəticə verməyəcəyini qeyd etdi: “Surət Hüseynov nə qədər fəallaşsa da, tribunada özünü təqdim etməyə çalışsa da, onun Azərbaycan siyasətində yeri yoxdur. Əvvəla, o siyasətçi deyil. Onun siyasətdə nə dərəcədə bacarıqlı olub-olmaması 1993-cü ilin iyunundan 1994-cü ilin oktyabrına qədər gedən zaman kəsiyində özünü ifadə etdi.

Həmin burulğanlardan Surət Hüseynov çıxa bilmədi. Əksinə o, törətmiş olduğu cinayətlərə görə ömürlük həbs cəzası aldı. Belə bir cinayətkarın siyasətə qayıtması, Azərbaycan siyasətində yer tutması indiki reallıqla daban-dabana ziddir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanın bu gün siyasi mühiti kifayət qədər həssasdır. Hakim partiya dövlətimizə, dövlətçiliyimizə qarşı hər hansı bir addımlar atılarsa, ona qarşı çox ciddi, əsaslı, təxirəsalınmaz, effektiv hərəkət etmək qabiliyyətinə malikdir. Müxalifət isə heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz. Çünki onunla müxalifət arasında yetərincə böyük problemlər yaşanıb. Bu gün də bu problemlər yaşanmaqdadır. Surət Hüseynov başqa qüvvələr tərəfindən dindirilə, danışdırıla bilər. Amma bunun da kifayət qədər ciddi təsiri ola bilməz. Açığı onun siyasətə qayıtması ilə bağlı fəaliyyətində ciddi elementləri görmürəm. Onun adından çıxış edən, səsini yayan, fəaliyyətini önə çəkməyə çalışan kimlərsə varsa, bu təbii ki, Surət Hüseynovun təşəbbüsü, təhriki ilə baş verir. Bu yolla onu gündəmə gətirməyə çalışırlar. Məncə bütün bunların yeganə səbəbi Surət Hüseynovun özünü təmizə çıxarmaq, özünə haqq qazandırmaq çabalarıdır”.(musavat.com)

loading...
loading...
Dayanacaqda arılar üçün etdikləri şey maraqla qarşılandı - İBRƏTAMİZ...
Miqrantları daşıyan gəmi "üzən kitabxana"ya çevrildi - MARAQLI
Bu metod gələcəkdə hücum vasitəsi kimi istifadə ediləcək - MARAQLI
Aslanı öldürüb yanında öpüşdülər - FOTO
Hər il 1,4 milyard turist başqa ölkəyə səfər edir - Fransa 90 milyon turistlə liderdir...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
Cəmiyyət
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
Cəmiyyət
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
Gündəm
“Zəlzələdən sonra Gəncəni talayaraq  darvazamızı aparıb qaytarmayanlardan nə gözləmək olar?..”
Gündəm
“Nə “sülh”, nə “atəşkəs”? – Kim-kimə güllə atır?”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
“Evə gəl, telefonla çılpaq şəkillərimi çək...” -Yaşlı adam doqquz yaşlı uşağı evinə çağırdı, amma...
Bu ölkədə qızlar ağlagəlməz səbəbdən bakirəliklərini qurban verirlər - RƏZALƏT...
Faciə: qadın əkiz uşaqlar doğdu və məlum oldu ki, uşaqlar onun deyil
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
Laçınlı ziyalı BMT rəsmisi ilə sərt danışdı- Torpaqlarla bağlı...VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)