Xəbər lenti
19/07/2019 [22:14]:
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
19/07/2019 [22:05]:
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
19/07/2019 [21:56]:
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
19/07/2019 [21:46]:
Ailəsi ilə dalaşıb damarlarını kəsdi
19/07/2019 [21:42]:
Şirvanda toy mərasimində tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - FOTO - YENİLƏNİB
19/07/2019 [21:39]:
Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirildi
19/07/2019 [21:22]:
ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir
19/07/2019 [21:21]:
“Türkiyə bu raketləri Ermənistan sərhəddi yaxınlığında quraşdırsa...”
19/07/2019 [21:10]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
19/07/2019 [21:08]:
Davudoğlunun müsahibə verdiyi veriliş bağlandı: “Biz susmayacayıq”
19/07/2019 [21:03]:
ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir
19/07/2019 [21:01]:
Şirvanda toy mərasimində 6 nəfər pirotexniki vasitədən zəhərləndi
19/07/2019 [20:41]:
Azərbaycanda 12 yeni məhkəmə yaradıldı - YENİLƏNİB + SİYAHI
19/07/2019 [20:38]:
Fatimə özündən çıxdı: “Ağzıgöyçəklər, üzümü sizə tuturam”
19/07/2019 [20:35]:
Qonşu ölkədə qar yağdı
19/07/2019 [20:32]:
SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı
19/07/2019 [20:25]:
Prezident kommersiya məhkəmələrinin yaradılması ilə bağlı qanunu təsdiq etdi
19/07/2019 [20:16]:
Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi
19/07/2019 [20:12]:
Vurduğu 6 yaşlı uşağı xəstəxanaya aparan sürücü yolda qəzaya düşdü
19/07/2019 [20:07]:
Ərdoğan İlham Əliyevə zəng etdi
19/07/2019 [19:49]:
Rusiyalı ekspert: Azərbaycan özünü çox yaxşı müdafiə edə bilər
19/07/2019 [19:45]:
Zelenskidən radikal addım: 11 səfir geri çağrıldı
19/07/2019 [19:42]:
Sabah Rauf Pənahovun dünyasını dəyişdiyi gündür
19/07/2019 [19:37]:
Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN
19/07/2019 [19:30]:
Şöbə rəisi: “Yanacağın plastik kanistrlərə doldurulması təhlükəlidir”
19/07/2019 [19:27]:
Arvadını “Vatsap”da söydüyünə görə türməyə düşdü
19/07/2019 [19:18]:
“Qarabağ” UEFA reytinqində irəlilədi
19/07/2019 [19:15]:
Xızıda 4 yaşlı uşağın üzərinə ağır taxta düşdü
19/07/2019 [19:12]:
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
19/07/2019 [18:52]:
Azərbaycan hərbçiləri NATO-nun dağ təlimində iştirak edirlər - FOTO
19/07/2019 [18:46]:
Türkiyədə terrorçuların hücumu nəticəsində yüksək rütbəli hərbçi öldü
19/07/2019 [18:30]:
İlham Əliyev bir hakimi işdən çıxardı, ikisinin yerini dəyişdi
19/07/2019 [18:27]:
Amerikada mətbuat tarixi
19/07/2019 [18:25]:
Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi
19/07/2019 [18:18]:
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
19/07/2019 [18:15]:
Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edildi
19/07/2019 [18:13]:
Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək
19/07/2019 [18:09]:
Rüşvətə görə tutulan polisə hökm oxundu
19/07/2019 [18:06]:
İlham Əliyev məhkəmə sədrinin yerini dəyişdi
19/07/2019 [17:59]:
28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTOLAR
19/07/2019 [17:55]:
Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat etdi
19/07/2019 [17:53]:
Yeganə Cəfərova Toronto şəhərinin “ilin ən yaxşı müəllimi”adına layiq görülüb -FOTOLAR
19/07/2019 [17:47]:
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
19/07/2019 [17:43]:
Qeyri-rəsmi arvadı Bakıda ingilisi döydü - Kişi polisə şikayət etdi
19/07/2019 [17:40]:
SOCAR Tümendə zavod işə salır
19/07/2019 [17:38]:
Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu
19/07/2019 [17:36]:
Merkel İranın tərəfini saxladı
19/07/2019 [17:34]:
DİM abituriyentlərə müraciət etdi
19/07/2019 [17:28]:
"Kiprlə bağlı söz söyləmə haqqları yoxdur" -Avropa İttifaqına etiraz
19/07/2019 [17:25]:
İstanbul hava limanında xeyli silah-sursat ələ keçirildi
19/07/2019 [17:23]:
Keçmiş baş prokurorun müavini həbs edildi
19/07/2019 [17:21]:
Ombudsman: "Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır"
19/07/2019 [17:04]:
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19/07/2019 [16:59]:
Gülüstan Əliyeva: “Qadınlar gözəlliyimə görə məni qısqanır”
19/07/2019 [16:41]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlandı
19/07/2019 [16:35]:
Maşın nömrəsinə bizim pulla 1.1 milyon sayan kimdir... - maşının özünün qiyməti 22 milyon AZN-ə yaxındı
19/07/2019 [16:31]:
Bakıda mənzildən ər-arvadın meyiti tapıldı
19/07/2019 [16:29]:
Ardanın üç milyonluq yaxtada yay keyfi - FOTO
19/07/2019 [16:27]:
Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlandı
19/07/2019 [16:05]:
Ən çox milyarderin yaşadığı şəhərlər - SİYAHI
19/07/2019 [16:02]:
AQTA antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlaı - FOTO
19/07/2019 [16:01]:
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
19/07/2019 [15:57]:
Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır"
19/07/2019 [15:55]:
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
19/07/2019 [15:53]:
“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı...”
19/07/2019 [15:48]:
Külli miqdarda balıq kürüsü aşkarlandı
19/07/2019 [15:46]:
Azərbaycanda 47 nəfəri ilan sancdı
19/07/2019 [15:44]:
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi
19/07/2019 [15:41]:
Boksçumuz xuliqanlıq maddəsi ilə ittiham edildi
19/07/2019 [15:40]:
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
19/07/2019 [15:40]:
Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi
19/07/2019 [15:35]:
Rusiyalı tələbələr BSU-da...
19/07/2019 [15:31]:
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul eti
19/07/2019 [15:29]:
ADU-da media nümayəndələri mükafatlandırıldı -FOTOLAR
19/07/2019 [15:20]:
"Hər şeyin sahibi Allahdır" deyərək vergi vermədilər - 1,4 milyon cərimə ödəyəcəklər...
19/07/2019 [15:18]:
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
19/07/2019 [15:11]:
“İndi torpaq yox, ancaq hökumətdən ev istəyirlər...”
19/07/2019 [15:11]:
Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alındı -FOTO
19/07/2019 [15:06]:
Azərbaycanda əhalinin siyahıyaalınması prosesinə 43 min insan cəlb olunacaq
19/07/2019 [14:48]:
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi
Bütün arxiv bir sırada
20/06/2019 [11:30] - Müsahibə - ( 3507 dəfə baxılıb)

"Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır"



Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Moderator.az -a müsahibə verib.

Millət vəkili ilə müsahibəni təqdim edirik:

-Prezident İlham Əliyevin həyata keçirdiyi Sosial Paketi necə dəyərləndirirsiz?

- Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir. Buna uyğun olaraq, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkədə islahatların yeni mərhələsi başlayıb. Diqqətçəkən əsas məqamlardan biri ondan ibarətdir ki, iqtisadiyyatın real və maliyyə sektorlarları üzrə atılan islahat xarakterli addımlar sosial sahədəki islahatlarla müşaiyət olunur. Bu məqsədlə prezident İlham Əliyev genişmiqyaslı Sosial Paket həyata keçirir. Onların arasında şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın verilməsi, 10 min dollara qədər xarici valyutada olan  kreditlərə dair qərarın reallaşdırılması, əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması xüsusi yer tutur. Bu, çox zəruridir, çünki Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə geri qalır. Buna əlavə olaraq 2015-ci ilin iki şok devalvasiyasından sonra xeyli insanın sosial durumu daha da gərginləşmişdi. Bu geriliyi və gərginliyi aradan qaldırmaqdan ötrü dövlət başçısı tərəfindən bu ilin əvvəlindən irəli sürülən Yeni Sosial Paket 3 milyondan artıq adamı əhatə edir. 2019-cu il martın 1-dən minimum əmək haqqının 130 manatdan 180 manata çatdırıldı, 18 iyun sərəncamından sonra isə sentyabrın 1-dən 250 manata çatdırılır. Bununla da ilk dəfə olaraq Azərbaycanda minimum əmək haqqı 2019-cu il üçün təsdiq edilmiş yaşayış münimumundan (180 manat) 40 faizə qədər yuxarı qalxır. Minimum əmək haqqının artırılması Vahid Tariff Cədvəli üzrə büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşlarının artmasına səbəb olacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. 

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərancamların reallaşdırılması isə ayrı-ayrı kateqoriyaya aid insanlarım maaşların artmasına səbəb olacaq. Rəsmi açıqlamalara görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. 

Prezidentin həyata keçirdiyi Sosial Paket həm ölkədə həyata keçirilən islahatların bəhrəsinin əhali tərəfindən əyani şəkildə hiss edilməsi, yoxsulluq göstəricisinin aşağı düşməsi, həm iqtisadi fəallığın artırılması, həm əhalinin daha geniş təbəqələrinin islahatları dəstəkləməsi, həm də bizimlə müqayisə oluna biləcək postsovet ölkələri ilə müqayisədə sosial göstəricilərimizin yaxşılaşdırılması baxımından çox vacibdir.

- Çoxları Prezidentin bu addımını gözlənilməz sayır….Bəs sizcə necə ….Prezidentin  belə bir addım atacağı gözlənilən idi?

-Prezidentin minimum əmək haqqını yenidən qaldıracağı gözlənilən idi. Amma minimum əmək haqqını məhz bu il üçün təsdiq olunmuş yaşayış minimumundan 40 faiz yüksəyə- 250 manata çatdırılması gözlənilən deyildi…Minimum əmək haqqını yenidən qaldırılacağı ona görə gözlənilən idi ki, Prezident son aylardakı çıxışlarında bildirirdi ki, biz mart ayından əmək haqqı, pensiya və digər ödənişləri artırdıq, amma bu qaneedici deyil və proses davam edəcək. Və 18 iyun sərəncamları ilə mart artımları davam etdirildi. Amma minimum əmək haqqının bu il üçün təsdiq olunmuş yaşayış minimumundan xeyli yüksəyə-250 manata çatdırılması ona görə gözlənilən deyil ki, hökumətin  proqram xarakterli sənədlərdə minimum əmək haqqının yaşayış minimumundan yüksəyə qaldırılması məsələsi 2019-cu ilə yox, yaxın perspektivə hədəflənmişdi. Prezident minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncamı ilə bu zəruri prosesi sürətləndirdi. 

-Sizdə maaş və pensiyaların artırılması məsələsi tamam,yoxsa yenə davamı olacaq. 

-Prezidentin Sosial Paketi xeyli geniş və əhatəlidir. Ona görə də sosial proseslərin tənzimlənməsi sahəsində atılan addımların davamı da olacaq. 

-Prezidentin 18  iyun sərəncamlarından sonra belə bir fikir geniş yer aldı ki, mimimum əmək haqqının artırılması yaxın aylarda inflyasiyanı sürətləndirəcək...

-İnflyasiyaya müxtəlif səpgili amillər təsir edir.Bu baxımdan, məsələyə ümumiyyətlə iqtisad elminin məlun qanunauyğunluq və prinsipləri əsasında yanaşdıqda, hazırda Azərbaycanda yüksək inflyasıya üçün ciddi iqtisadi əsas yoxdur. Bu ilin martından  əmək haqqı və digər ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən əvvəl  Azərbaycanda rəsmi statistik inflyasiyanın səviyyəsi 1,9 faiz idi. Bu ilin martından  mimimum əmək haqqının 40 faiz və digər ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən sonra ölkədə  inflyasiyanın rəsmi statistik səviyyəsi  martda 2,1 faiz,apreldə və mayda isə 2,4 faiz təkil edib.Realda isə bu rəqəm bir qədər yüksəkdir. Minimum əmək haqqı ilə bağlı sərəncamın reallşadırılması üçün  2019-cu il sentyabr-dekabr ayları üzrə 245 milyon manat,orta aylıq mbləğ baxımından isə 61 milyon manat  əlavə vəsait ayrılacaq. 61 milyon manat  əlavə vəsait o qədər kiçik bir rəqəmdir ki,infltasiya yarada bilməz.Prezidentin  18  iyun sərəncamlarının hamısının reallaşdırılmasının bu ilin sonuna qədər maliyyə tutumu isə təqribən təqribən 1 milyard manat və deməli ilin sonuna qədər orta aylıq məbləğdı isə 250 milyon manat alacaq. Bu, əhalinin məcmuu orta aylıq gəlirlərinin 3 faizi, orta aylıq əmtəə dövriyyəsinin isə  5 faizi səviyyəsində bir rəqəmdir. Təbii ki, dövriyyəyə əlavə pul daxil olanda inflyasiya təzyiqi artacaq.Amma qeyd etdiyimiz  göstəricilərdən çıxış edəndə  bu təzyiqin real inflyasiya yaradacaq gücü azdır və inflyasiyanı cüzi artıra bilər. Bizdə orta əmək haqqı 600 manatın altında və  300 manata qədər maaş alanlar isə yetərincə çoxdur….Deməli maaşların hazırkı səviyyəsi  güclü inflyasiya mənbəyi deyil. Bununla belə mövsümi xarakterli amillərin,bu il təbiət kataklizmlərinin artması xüsusən də meyvələrin qiymətlərinə təsiri özünü göstərir.Payızdan yenə mövsümi xarakterli amillər qiymətlərə təsir edəcək. Amma Azərbaycanda qiymətlərlə bağlı əsas problem monopoliyadadır. Ona görə də aidiyyatı qurumlar monopoliyadan qaynaqlanan süni qiymət artımınının qarşısını almaq üçün təsirli tədbirlər görməlidir ki,artan maaş,pensiya və digər ödənişlər süni qiymət artımı şəklində özünü göstərən inflyasiyanın yeminə çevrilməsin.

 -Bəs maaşların artması manatın devalvasiyasına  səbəb ola bilərmi?

-Manatın taleyi maaş artımından yox, dünya bazarında neftin qiymətindən asılıdır. Neftin qiymətinin hazırkı səviyyəsi həm Azərbaycanın ödəniş balansının, həm xarici ticarət balansının müsbət saldosunu, həm də valyuta ehtiyatlarımızı artırır. Belə şəraitdə yaxın perspektivdə manatın devalvasiyası üçün ciddi əsas yoxdur. Dünyada gedən proseslər,ticarət müharibəsinin getdikcə kəskinləşməsinin qlobal artıma mənfi təsri və bunun da neftə tələbatın azalmasına gətirib çıxarması, digər kataqlizmlərin təsiri ilə dünya bazarında neftin qiyməti ucuz neft mərhələsinə keçib 30-40 dollara düşsə və belə aşağı qiymət uzun müddət davam etsə,eləcə də  bizim daha çox ticarət etdiyimiz ölkələrin. də milli valyutası, xüsusən də rusrublu və türk lirəsi  yenidən dəyər itirməyə başlasa,onda manata təzyiq artar və devalvasiya təhlükəsi yaranar.Azərbaycan iqtisadiyyatının  staqnasiyadan iqtisadi artım mərhələsinə  keçdiyyi hazırkı şəraitdə, indiki maliyyə imkanları,ödəniş balansının vəziyyəti, valyuta ehtiyatları  şəraitində isə yaxın perspektivdə belə bir təhlükə görünmür.

loading...
loading...
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
Otelin balkonunda cinsi əlaqədə oldular -RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
Dünya
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
Dünya
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
Dünya
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
Cəmiyyət
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
O deputata medal yox, "pedal" vermək lazımdır...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)