Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə yenə hədə-qorxu dolu bəyanat səsləndirib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan və qondarma Qarabağ rejiminin müharibə istəmədiyini bildirən Paşinyan, bununla yanaşı, kimsənin müharibə ilə onları qorxuda biıməyəcəyini də vurğulayıb.
Bəyanatda Azərbaycanın “yöntəminin” qəbuledilməz olduğunu bildirən Paşinyan, bu yöntəmin dəyişdirilməsinin vacibliyini qeyd edib.
Paşinyan müharibənin hər an yenidən alovlana biləcəyini də vurğulayıb və qeyd edib ki, “savaş hələ bitməyib və hər an başlaya bilər”.
Göründüyü kimi, 2016-cı ilin rüsvayçı aprel məğlubiyyətini görməzdən gəlməyə çalışan Paşinyan, Ermənistanın hərbdən çəkinmədiyini nümayişkəranə surətdə diqqətə çatdırmaqdadır. Bu isə İrəvanın yeni tabutlar həsrətində olduğunu göstərir. Və belə davam edərsə, çox güman ki, Azərbaycan ordusu bu həsrətə ən qısa zamanda son qoyacaq.
Seymur ƏLİYEV