Prezident İlham Əliyevin ölkənin güc orqanlarının rəhbərliyində həyata keçridiyi dəyişikliklər son günlərin ən çox müzakirə edilən məsələlərindəndir.
Bu dəyişikliklər ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətini daha da yüksəltməyə stimul verəcəkmi? Məlum dəyişliklərlə bağlı gözləntilər nədən ibarətdir?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirəzadə bu təyinatların ölkəmizin təhlükəsizliyinə öz töhfəsini verəcəyini vurğuladı:
“Bu təyinatlar həmin şəxslərə ölkə başçısı tərəfindən göstərilən böyük etimaddır. Bu insanlar öz peşəkarlıqları ilə də ictimaiyyətə tanışdırlar. İndi onlara öz təcrübələrini, potensiallarını göstərmələri üçün şərait yaradılır. Əminəm ki, onların hamısı cənab prezidentin etimadını doğruldacaqlar.
Dövlətçiliymizin inkişafında elə bir səviyyə gəlib çatıb ki, artıq Təhlükəsizlik Şurası katibinin ayrıca bir şəxs olmasına ehtiyac var. Dünyanın bir çox ölkəsində bu postu ayrıca bir şəxs tutur. Şübhəsiz ki, bu şəxsin həm hərbi, həm də idarəçilik baxımından təcrübə və nüfuzu olmalıdır. Bu baxımdan sabiq DİN rəhbəri hörmətli Ramil Usubovun bu posta təyinatı bu sahədə yüksək səviyyədə iş aparmağa imkan verəcək”.
Seymur ƏLİYEV