Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin tank birlikləri komandanlığı təhdid xarakterli bəyanatla çıxış edib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın tank birliklərinin yüksək döyüş hazırlığına malik olduğunu bildirən Hovik Qabrielyan, tankçıların hazırlıq səviyyəsinin də qənaətbəxş olduğunu vurğualyıb. Tank birliklərinin bir sıra məşq və yarışlarda aktv iştirak etdiyini bildirən düşmən nümayəndəsi, qoşunların rəqibi məğlubiyyətə uğratmağa hazır olduğunu deyib. O, qeyd edib ki, tank birlikləri “istənilən təxribata cavab verməyə hazırdır”.
Erməni tank birliklərinin gücü haqqıdna pafoslu açıqlamalar verən H.Qabrielyanın sonda səsləndirdiyi bir fikir isə buna qədərki bütün fikirlərin absurd olduğunu göstərib. Belə ki, H.Qavrielyan qeyd edib ki, onlar lazım gələrsə ‘Tank Biatlon 2015’ yarışlar zamanı hədiyyə olaraq qazandıqları T-90S tankını da hərbi əməliyaytlara cəlb etməyə hazırdılar.
Düşmənin müdafiə nazirliyi rəsmisinin bu açıqlaması Ermənistanın tank birliklərinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərib. Açıqlamadan da göründüyü kimi, yetərincə tanka sahib olmayan Ermənistan bütün ümidlərini hədiyyəlik tanka bağlamaqla dar məqamda möcüzə yaradacağına, bu bir tankla öz gücünə güc qatacağına ümid bağlayır. Halbuki, 2016-cı ilin aprel döyüşləri göstərdi ki, hərbi əməliyaytlar başlayacağı təqdirdə Ermənistanı heç bir möcüzə xilas etməyəcək. Erməni tank birliyinə gəlincə, artıq indidən bu tankları erməni hərbçiləri üçün polad tabut hesab etmək mümkündür.
Seymur ƏLİYEV