Xəbər lenti
19/07/2019 [22:14]:
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
19/07/2019 [22:05]:
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
19/07/2019 [21:56]:
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
19/07/2019 [21:46]:
Ailəsi ilə dalaşıb damarlarını kəsdi
19/07/2019 [21:42]:
Şirvanda toy mərasimində tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - FOTO - YENİLƏNİB
19/07/2019 [21:39]:
Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirildi
19/07/2019 [21:22]:
ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir
19/07/2019 [21:21]:
“Türkiyə bu raketləri Ermənistan sərhəddi yaxınlığında quraşdırsa...”
19/07/2019 [21:10]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
19/07/2019 [21:08]:
Davudoğlunun müsahibə verdiyi veriliş bağlandı: “Biz susmayacayıq”
19/07/2019 [21:03]:
ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir
19/07/2019 [21:01]:
Şirvanda toy mərasimində 6 nəfər pirotexniki vasitədən zəhərləndi
19/07/2019 [20:41]:
Azərbaycanda 12 yeni məhkəmə yaradıldı - YENİLƏNİB + SİYAHI
19/07/2019 [20:38]:
Fatimə özündən çıxdı: “Ağzıgöyçəklər, üzümü sizə tuturam”
19/07/2019 [20:35]:
Qonşu ölkədə qar yağdı
19/07/2019 [20:32]:
SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı
19/07/2019 [20:25]:
Prezident kommersiya məhkəmələrinin yaradılması ilə bağlı qanunu təsdiq etdi
19/07/2019 [20:16]:
Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi
19/07/2019 [20:12]:
Vurduğu 6 yaşlı uşağı xəstəxanaya aparan sürücü yolda qəzaya düşdü
19/07/2019 [20:07]:
Ərdoğan İlham Əliyevə zəng etdi
19/07/2019 [19:49]:
Rusiyalı ekspert: Azərbaycan özünü çox yaxşı müdafiə edə bilər
19/07/2019 [19:45]:
Zelenskidən radikal addım: 11 səfir geri çağrıldı
19/07/2019 [19:42]:
Sabah Rauf Pənahovun dünyasını dəyişdiyi gündür
19/07/2019 [19:37]:
Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN
19/07/2019 [19:30]:
Şöbə rəisi: “Yanacağın plastik kanistrlərə doldurulması təhlükəlidir”
19/07/2019 [19:27]:
Arvadını “Vatsap”da söydüyünə görə türməyə düşdü
19/07/2019 [19:18]:
“Qarabağ” UEFA reytinqində irəlilədi
19/07/2019 [19:15]:
Xızıda 4 yaşlı uşağın üzərinə ağır taxta düşdü
19/07/2019 [19:12]:
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
19/07/2019 [18:52]:
Azərbaycan hərbçiləri NATO-nun dağ təlimində iştirak edirlər - FOTO
19/07/2019 [18:46]:
Türkiyədə terrorçuların hücumu nəticəsində yüksək rütbəli hərbçi öldü
19/07/2019 [18:30]:
İlham Əliyev bir hakimi işdən çıxardı, ikisinin yerini dəyişdi
19/07/2019 [18:27]:
Amerikada mətbuat tarixi
19/07/2019 [18:25]:
Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi
19/07/2019 [18:18]:
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
19/07/2019 [18:15]:
Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edildi
19/07/2019 [18:13]:
Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək
19/07/2019 [18:09]:
Rüşvətə görə tutulan polisə hökm oxundu
19/07/2019 [18:06]:
İlham Əliyev məhkəmə sədrinin yerini dəyişdi
19/07/2019 [17:59]:
28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTOLAR
19/07/2019 [17:55]:
Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat etdi
19/07/2019 [17:53]:
Yeganə Cəfərova Toronto şəhərinin “ilin ən yaxşı müəllimi”adına layiq görülüb -FOTOLAR
19/07/2019 [17:47]:
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
19/07/2019 [17:43]:
Qeyri-rəsmi arvadı Bakıda ingilisi döydü - Kişi polisə şikayət etdi
19/07/2019 [17:40]:
SOCAR Tümendə zavod işə salır
19/07/2019 [17:38]:
Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu
19/07/2019 [17:36]:
Merkel İranın tərəfini saxladı
19/07/2019 [17:34]:
DİM abituriyentlərə müraciət etdi
19/07/2019 [17:28]:
"Kiprlə bağlı söz söyləmə haqqları yoxdur" -Avropa İttifaqına etiraz
19/07/2019 [17:25]:
İstanbul hava limanında xeyli silah-sursat ələ keçirildi
19/07/2019 [17:23]:
Keçmiş baş prokurorun müavini həbs edildi
19/07/2019 [17:21]:
Ombudsman: "Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır"
19/07/2019 [17:04]:
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19/07/2019 [16:59]:
Gülüstan Əliyeva: “Qadınlar gözəlliyimə görə məni qısqanır”
19/07/2019 [16:41]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlandı
19/07/2019 [16:35]:
Maşın nömrəsinə bizim pulla 1.1 milyon sayan kimdir... - maşının özünün qiyməti 22 milyon AZN-ə yaxındı
19/07/2019 [16:31]:
Bakıda mənzildən ər-arvadın meyiti tapıldı
19/07/2019 [16:29]:
Ardanın üç milyonluq yaxtada yay keyfi - FOTO
19/07/2019 [16:27]:
Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlandı
19/07/2019 [16:05]:
Ən çox milyarderin yaşadığı şəhərlər - SİYAHI
19/07/2019 [16:02]:
AQTA antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlaı - FOTO
19/07/2019 [16:01]:
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
19/07/2019 [15:57]:
Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır"
19/07/2019 [15:55]:
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
19/07/2019 [15:53]:
“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı...”
19/07/2019 [15:48]:
Külli miqdarda balıq kürüsü aşkarlandı
19/07/2019 [15:46]:
Azərbaycanda 47 nəfəri ilan sancdı
19/07/2019 [15:44]:
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi
19/07/2019 [15:41]:
Boksçumuz xuliqanlıq maddəsi ilə ittiham edildi
19/07/2019 [15:40]:
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
19/07/2019 [15:40]:
Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi
19/07/2019 [15:35]:
Rusiyalı tələbələr BSU-da...
19/07/2019 [15:31]:
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul eti
19/07/2019 [15:29]:
ADU-da media nümayəndələri mükafatlandırıldı -FOTOLAR
19/07/2019 [15:20]:
"Hər şeyin sahibi Allahdır" deyərək vergi vermədilər - 1,4 milyon cərimə ödəyəcəklər...
19/07/2019 [15:18]:
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
19/07/2019 [15:11]:
“İndi torpaq yox, ancaq hökumətdən ev istəyirlər...”
19/07/2019 [15:11]:
Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alındı -FOTO
19/07/2019 [15:06]:
Azərbaycanda əhalinin siyahıyaalınması prosesinə 43 min insan cəlb olunacaq
19/07/2019 [14:48]:
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi
Bütün arxiv bir sırada
24/06/2019 [07:24] - Köşə - ( 4626 dəfə baxılıb)

"Ermənidən belə sadəlövh iradəni gözləmək özü sadəlövhlükdür..."

"Bağlı olan yol deyil, bağlı olan bizim iradəmizdir..."
İlham İsmayıl

Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətin əsas ağırlıq mərkəzi Azərbaycanın iki əsas nazirliyinin – Azərbaycan Müdafiə nazirliyi və Xarici işlər nazirliyinin üzərinə düşür. Münaqişənin tarixinə və indiki vəziyyətinə baxanda, atəşkəsdən bu günədək hər iki nazirliyin üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi faktdır. Hər şey göz qabağındadır. XİN sülh danışıqlarında, MN hərb istiqamətində heç bir uğura imza atmayıb. Ola bilsin ki, hansısa görülən iş uğur gətirib, amma bu kiçik və yada düşməyən “uğurlar” nəticəni- Qarabağın işğaldan azad edilməsini həll etməyib. Qarabağ işğaldadır, düşmən məskunlaşmanı davam etdirir, hər gün yeni sosial və yaşayış obyektləri tikir, beynəlxalq tədbirlər keçirir, beynəlxalq nümayəndələri qəbul edir, bir sözlə bir ölkəyə uyğun nə varsa onu həyata keçirir, işğala məruz qalmış Azərbaycan isə bütün baş verənlərə seyrçi mövqedə qalaraq, onsuz  da möhkəm olmayan mövqelərini hər gün daha da zəiflədir.
  
Bu günlərdə Azərbaycanın bu iki vacib strukturuna rəhbərlik edən şəxslərin diqqət çəkən bəyanatları oldu. Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyanatla çıxış edərək:“ beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir”- dedi. Bu nə deməkdir? Azərbaycan vətəndaşı nə anladı bu bəyanatdan? “Beynəlxalq vəziyyətin imkan verməməsinin” detallarından xəbəri olmayan sıravi vətəndaş üçün bu o deməkdir ki,  biz vətənimizi azad etmək üçün özümüzdən asılı olmayan vəziyyətin girovundayıq. Bu, dolayısı ilə məsuliyyəti üzərimizdən atmağın  etirafıdır. Bu, kapitulyasiyaya bərabər etirafdır! Bu, torpağı azad edə bilməməyin sığortalanmasıdır və spekulyativ xarakter daşıyır. Bu, düşmənə status-kvonun dəyişməməsi üçün bəhanə verməkdir, atəşkəsi gözləməklə işğalı davam etdirmək üçün hədiyyədir! Bu, Azərbaycan tərəfdən aparılan Qarabağ siyasətinin dalana dirənməsidir. Belə çıxır ki, bu siyasəti, bu şüarı əlində bayraq edib vətəni azad etmək üçün qlobal beynəlxalq vəziyyətin üfüqdə görünməyən dəyişməsini gözləmək lazımdır. Bu məntiqlə ya üçüncü dünya müharibəsi başlamalıdır, ya da ATƏT-in Minsk Qrupu həmsədrləri olan dövlətlərin -ABŞ-ın, Rusiyanın , Fransanın dağılmasını gözləməliyik. Yəni, Qarabağdan əlini üz!
 Faktiki olaraq,  biz torpaqlarımızı azad etmək üçün müstəqil şəkildə müharibə etmək qərarını verə bilmək iqtidarında olmadığımızı etiraf etdik. Bu, indiyədək aparılan siyasətdə onsuz da hiss olunurdu, amma indi açıq şəkildə bəyan edildi. 

Məhz bu bəyanatdan sonra Ermənistan xarici işlər nazirliyi “yaranmış status-kvodan səmərəli idarəetmənin yollarının müzakirəsinin tərəfdarı olduğunu” bildirdi. Düşmən bilir ki, beynəlxalq vəziyyət 25 ildir dəyişmədiyi kimi, 125 il də dəyişməyə bilər.  Bu bəyanatı diqqətlə müzakirə edən qarşı tərəfin mövqeyi belədir: “bu bəyanat Azərbaycanı məcbur edir ki, öz xalqına etiraf etsin ki, müharibə yolu həmişəlik olmasa da, uzun müddətə bağlanıb və bununla Azərbaycan dolayısı ilə status-kvonu qəbul etmiş oldu”. Hadisələrin bu cür inkişafı, xalqı Qarabağ məsələsinə biganələşdirib, indiki acınacaqlı durumla barışdırıb və düşmən bunu açıq şəkildə hiss edir.

Ola bilsin ki, beynəlxalq vəziyyət dəyişəcək, hətta 10 dəfə dəyişəcək, amma kim qarantiya verir ki, yaranan dəyişiklikdən biz faydalanacağıq? SSRİ dağılanda beynəlxalq vəziyyət dəyişdi və yaranmış vəziyyətdən ermənilər yararlandılar, biz yox. Sabah Ermənistanın sığındığl Rusiyada siyasi çevriliş olsa, qarışıqlıq düşsə, Rusiyanın rəqibləri-Qərb bizim tərəfimizi tutacaqmı? Qətiyyən! Ermənistanın “məxməri inqilabını” Qərb öz dəyəri kimi qiymətləndirir və bu günkü dəstəyini sabah müttəfiqliklə əvəz edəcək. Bəs, əks durumdan niyə faydalana bilmirik, yəni Rusiyanın indiki vəziyyətində, Putinin dünyanı təhlükədə saxladığı bir zamanda niyə məsləni həll edə bilmirik? Deməli, günahı özümüzdə axtarmalıyıq, “beynəlxalq vəziyyət”də yox! 

Ümumiyyətlə, “beynəlxalq vəziyyətin imkan verməməsinin” detalları nədən ibarətdir? Hətta, bu detalların əlverişli olmaması, Azərbaycanı torpaqlarını azad etmək qərarından çəkindirməməlidir. Əks halda, məsuliyyətin qeyri-müəyyən faktorların üzərinə atılması və bunun ordu tərəfindən bəyan edilməsi düşmən tərəfindən birmənalı olaraq təslimçiliyə hesablanmış addımlar kimi dəyərlindirilir. Xalqda isə inamsızlıq, ruh düşkünlüyü yaradır, ”xalqları sülhə hazırlamaq”  tələsinin tərkib hissəsi kimi qəbul edilir. 

Bəs, Vaşinqton görüşü ərəfəsində bu bəyanatın səslənməsi nə dərəcədə doğru idi? Bu qədər koordinasiyasızlıqla hara getmək olar?
 
Vaşinqton görüşündən sonra xarici işlər nazirimizin açıqlamalarında isə belə bir müddəa vardı: “görünür siyasi iradənin çatışmaması münaqişənin həllini uzadır”. Nazirin açıqlamasında bu iradəsizliyin kim tərəfindən nümayiş etdirilməsi tam aydın bilinmir. Əgər düşməni nəzərdə tutursa, o hansı çatışmayan siyasi iradədir? Bəlkə ermənilərin torpaqları sakitcə bizə qaytarmaq iradəsi nəzərdə tutulub? Təbii, ermənidən bu sadəlövh iradəni gözləmək özü sadəlövhlükdür. Bəs, bizdən hansı sülhpərvər siyasi iradə gözləntisi var? Torpaqları təslim etmək? Bizim çatışmayan bir siyasi iradəmiz var- işğal edilmiş vətənimizi azad etməyə qərar vermək iradəsi. 
 
Nəhayət, “müharibəni başlamağa imkan verməyən beynəlxalq vəziyyətin ”bizimlə bağlı hissəsini dəyişmək üçün diplomatiyamız hansı gedişləri edib? Qeyd olunan beynəlxalq maneə müharibə etməyə imkan vermirsə, nədən həmin qüvvələr qarşısında sülh yolu ilə həll etmə tələbi qoyulmur? Belə nəticəyə gəlmək olar ki, hər iki yol bağlıdır və dalana dirənmişik. Amma, bağlı olan yol deyil, bağlı olan bizim iradəmizdir.
 
İlham İsmayıl

loading...
loading...
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
Otelin balkonunda cinsi əlaqədə oldular -RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
Dünya
Mer qadınlar qarşısında şalvarını çıxardımı?
Dünya
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
Dünya
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
Cəmiyyət
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
O deputata medal yox, "pedal" vermək lazımdır...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)