Xəbər lenti
17/07/2019 [00:52]:
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
17/07/2019 [00:45]:
Aİ Komissiyasında ilk qadın prezident
17/07/2019 [00:40]:
Şəmkirdə avtomobil ağaca çırpılıb, sərnişin öldü
17/07/2019 [00:37]:
İlin ikinci Ay tutulması başladı
17/07/2019 [00:34]:
"Mən o dövrdə ayrı-ayrı təşkilatların buraxdığı səhvləri çox təbii qəbul edirəm" - VİDEO
17/07/2019 [00:04]:
"Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar"
16/07/2019 [23:42]:
Gəncədə zəncirvari yol qəzası oldu - FOTO
16/07/2019 [23:32]:
“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri
16/07/2019 [23:28]:
Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı
16/07/2019 [22:36]:
"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan tərəfini üzr istəməyə məcbur etməlidir"
16/07/2019 [22:29]:
Bərdədə yol kənarında duran iki qadını maşın vurdu
16/07/2019 [22:16]:
Göyçayda iki uşaq anası özünü kanala atdı
16/07/2019 [21:57]:
Gürcüstanda daha bir polis əməkdaşı saxlanıldı
16/07/2019 [21:34]:
İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb
16/07/2019 [21:30]:
“Meqafon” şirkəti saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb
16/07/2019 [21:10]:
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
16/07/2019 [21:04]:
Tanınmış təhsil eksperti BDU rektorunun "müqavimət"ini şərh etdi...
16/07/2019 [20:43]:
İranda mikroavtobus aşıb, 11 nəfər ölüb
16/07/2019 [20:40]:
Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun rəhbəri dəyişdi
16/07/2019 [20:34]:
“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb
16/07/2019 [20:29]:
Qurban Qurbanov: "Partizani" bizim üçün o qədər də uğurlu rəqib deyil"
16/07/2019 [20:26]:
Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi keçiriləcək
16/07/2019 [20:26]:
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
16/07/2019 [20:19]:
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16/07/2019 [19:54]:
Sərhədçi nə zaman silah tətbiq edə bilər?
16/07/2019 [19:49]:
30 yaşlı şirkət rəhbərinin yaxtasından narkotik tapıldı - FOTOLAR
16/07/2019 [19:38]:
Laçınlı ziyalılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı...-VİDEO
16/07/2019 [19:30]:
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
16/07/2019 [19:23]:
Bakıda baba və nəvə dənizdə boğularaq ölüb
16/07/2019 [19:12]:
Elinanın anası direktorun ev dustaqlığı ilə razılaşmır: "Ədalətli nəticəyə nail ola bilməsək..."
16/07/2019 [19:08]:
Şamaxıda iki mərtəbəli ev kül oldu - FOTO
16/07/2019 [19:06]:
Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir”
16/07/2019 [19:03]:
Əli Nağıyev DTX-nin Akademiyasını fərqlənmə ilə bitirən zabitlərə diplomlar təqdim etdi - FOTOLAR
16/07/2019 [18:36]:
“Bu cür cütlüklərin elə boşanması məsləhətdir”
16/07/2019 [18:29]:
Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi
16/07/2019 [18:28]:
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
16/07/2019 [18:25]:
"İndiyədək Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar xarici investisiya yatırılıb"
16/07/2019 [18:21]:
Baş nazir Gürcüstan vətəndaşlarının Keşikçi dağda törətdiyi insidentə münasibət bildirib
16/07/2019 [18:19]:
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
16/07/2019 [18:19]:
Zərərçəkmiş: "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi"
16/07/2019 [18:06]:
"Belə hallarda İnsanın öz evini qışla baş-baş necə buraxması mənə qəribə gəlirdi..."
16/07/2019 [17:57]:
Almaxanım Əhmədlinin yeni mahnısı - "Sevməyir, qoy sevməsin" + VİDEO
16/07/2019 [17:38]:
"Azərbaycan torpaqlarının işğalda qalmasının uzanmasının səbəbkarlarından biri də ABŞ-dır"
16/07/2019 [17:37]:
Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub
16/07/2019 [17:35]:
Zeedorf istefaya göndərildi
16/07/2019 [17:31]:
Baş prokuror Səudiyyə Ərəbistanının ədliyyə nazirini qəbul etdi
16/07/2019 [17:23]:
“Sədərək” Ticarət Mərkəzinin sahibi cərimələndi - Sahili hasarladığına görə
16/07/2019 [17:19]:
Yaslarla bağlı qanun layihəsi ətrafında söz-söhbət: VİP zalda yası olanlar birbaşa cənnətə gedir?
16/07/2019 [17:14]:
Xamenei Böyük Britaniyanı “dəniz qulduru” adlandırdı
16/07/2019 [16:59]:
10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı
16/07/2019 [16:57]:
Mərhum generalın oğlu DSX-də xidmətə başladı
16/07/2019 [16:54]:
“Azərbaycan Gürcüstanla sərhədi bağlamalıdır” - Deputatlardan sərt çıxış
16/07/2019 [16:50]:
Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tövsiyə və tapşırıqlar verdi - FOTO
16/07/2019 [16:45]:
I və IV qruplar üzrə 51 abituriyentin qiymətində dəyişiklik edildi
16/07/2019 [16:31]:
Əsərləri yenidən kəşf edən yazar...
16/07/2019 [16:27]:
İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi
16/07/2019 [16:20]:
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Parlamentin spikeri Vaşinqtonda yalvardı
16/07/2019 [16:16]:
Yapon qılınc muzeyi - MARAQLI...
16/07/2019 [16:10]:
Nazir: “Azərbaycanın təşəbbüsü ilə keçirilən layihələrdən erməni xalqı da faydalana bilər”
16/07/2019 [16:07]:
“Azərişıq”da yeni - TƏYİNATLAR
16/07/2019 [16:04]:
Hərbi hissələrdə yoxlama başladı - FOTOLAR
16/07/2019 [16:02]:
Türkiyə gəmisinə hücum: dənizçilər qaçırıldı
16/07/2019 [15:39]:
Burak Özçivit yeni serialı üçün azərbaycanlıdan dərs alır...
16/07/2019 [15:33]:
"Yazılan mahnılar Biləcəridən o yana keçmir, konservatoriya savadsızlığın üzərində qurulub"
16/07/2019 [15:32]:
“AXC komandasında ən milli ruhlu insanlar Elçibəy, Pənah Hüseyn və Tofiq Qasımov idi, amma..”
16/07/2019 [15:29]:
“Müttəfiqimizin təhlükəsizliyi bizim üçün də önəmlidir”
16/07/2019 [15:29]:
“Sərhəddimi keçmisən, qanunu pozmusan, qələt edib qayıdacaqlar yerlərinə..."
16/07/2019 [15:23]:
"Qarabağ" legioner futbolçusu ilə vidalaşdı
16/07/2019 [15:15]:
QAT Almaniyada keçiriləcək Qarabağ aksiyasını dəstəklədi
16/07/2019 [15:06]:
“Sükan arxasında ürəyi tutub...” - Qəzada dünyasını dəyişən sürücünün qohumları danışdı...
16/07/2019 [15:05]:
Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub
16/07/2019 [15:03]:
Polis veteranları 2564 cinayətin açılmasında iştirak ediblər
16/07/2019 [15:01]:
Əməkdar artist 1 aya 30 ev yaran cinayətkar dəstənin "BAŞÇISI" ÇIXDI - VİDEO
16/07/2019 [14:58]:
Yanvar-iyun aylarında 325 min tondan çox meyvə-tərəvəz ixrac olunub
16/07/2019 [14:54]:
Çin Türkiyə və Kipri barışığa çağırdı
16/07/2019 [14:51]:
Prospektdəki qəza sıxlıq yaratdı
16/07/2019 [14:46]:
İki mindən çox cinayət işinin açılmasına veteranlar kömək etdi
16/07/2019 [14:44]:
Narkotiki arvadının alt paltarında gizlətdi - Sərhədçilər tapdı
16/07/2019 [14:42]:
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
16/07/2019 [14:22]:
Novruz Məmmədov Səudiyyə Ərəbistanının ədliyyə naziri ilə görüşdü
Bütün arxiv bir sırada
24/06/2019 [10:53] - Müsahibə - ( 973 dəfə baxılıb)

"Süni qiymət artımına qarşı mexanizm tətbiq edilməlidir ki, artan maaş onun ”yem“inə çevrilməsin“

“Ələ keçirilən hər turistdən 2-3 turistin xərcini qoparmaq ənənəsinə son qoymalıyıq”


Moderator.az musavat.com-a istinadən deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə müsahibəni təqdim edir: 

- Əli bəy, yəqin ki, ölkə prezidentinin imzaladığı və artıq parlamentin müzakirəsinə təqdim edilən Sosial Paketlə tanışsınız. Bu qərarları necə qiymətləndirirsiniz?

- Ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. İqtisadiyyatın real və maliyyə sektorları üzrə atılan  islahat xarakterli addımlar sosial sahədəki islahatlarla müşayiət olunur. Bu məqsədlə prezident İlham Əliyev genişmiqyaslı Sosial Paket həyata keçirir. Onların arasında şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın  verilməsi, 10 min dollara qədər xarici valyutada olan  kreditlərə dair qərarın reallaşdırılması, əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması xüsusi yer tutur. Bu, çox zəruridir, çünki Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə imkanları  ilə müqayisədə  geri qalır. Buna əlavə olaraq, 2015-ci ilin iki şok devalvasiyasından sonra xeyli insanın sosial durumu daha da gərginləşmişdi. Bu geriliyi və gərginliyi aradan qaldırmaqdan ötrü dövlət başçısı tərəfindən bu ilin əvvəlindən irəli sürülən Yeni Sosial Paket 17 iyun tarixli sərəncamlardan sonra 4 milyondan artıq adamı əhatə edir. Minimum əməkhaqqının artımı, sadəcə, onun 180 manatdan 250 manata qaldırılması deyil, bu addım 950 minədək vətəndaşın maaşlarının artmasına səbəb olacaq. 

Prezidentin həyata keçirdiyi Sosial Paket həm ölkədə həyata keçirilən islahatların bəhrəsinin əhali tərəfindən əyani şəkildə hiss edilməsi, yoxsulluq göstəricisinin aşağı düşməsi, həm iqtisadi fəallığın artırılması, həm əhalinin daha geniş təbəqələrinin islahatları dəstəkləməsi, həm də bizimlə müqayisə oluna biləcək postsovet ölkələri ilə müqayisədə sosial göstəricilərimizin yaxşılaşdırılması baxımından çox vacibdir.

- Növbədənkənar sessiyada dövlət büdcəsinə yenidən baxılacaq. Büdcə müzakirələrində nələrə diqqət çəkmək fikrindəsiniz?

 - 2019-cu ilin büdcəsində edilən dəyişikliklər əsasən Prezidentin Sosial Paketinin reallaşdırılması və müdafiə ilə bağlı məsələləri özündə əks etdirir. Maliyyə Nazirliyi bu ildən yeni büdcə qaydalarının tətbiqinə keçib. Burada xüsusi qeyd edilməsi vacib olan əsas məqam odur ki, həmin Sosial Paketin maliyyə təminatı üçün zəruri olan çoxmilyardlı vəsait əlavə olaraq Dövlət Neft Fondundan götürülməyəcək, islahatlar nəticəsində büdcəyə daxil olan vəsait hesabına və büdcənin öz imkanları çərçivəsində həll olunacaq. Həmin məsələnin xüsusi əhəmiyyətini nəzərə alaraq, 2019-cu ilin büdcəsinə dəyişikliklərlə bağlı fikirlərimiz  müsbətyönlüdür. Sadəcə, iki məqama diqqət edilməsini zəruri hesab edirik: birincisi, yerli istehsalın artrılmasına yönəlik əlavə tədbirlər görülməlidir ki, əhalinin əlinə gələn və bundan sonra da gələcək vəsaitin mümkün qədər çox hissəsi xaricdən gətirilən mallara yox, yerli mallara xərclənsin. İkincisi, əməkhaqqı və digər ödənişlərin artırılması nəticəsində dövriyyəyə əlavə pul daxil olacaq və bu, təbii surətdə inflyasiya təzyiqi yaradacaq. Amma  həmin vəsaitin pərakəndə əmtəə dövriyyəsinə, eləcə də əhalinin məcmu gəlirlərinə nisbəti çox aşağı səviyyədə olduğundan, həm də sosial artımlar mərhələli şəkildə həyata keçirildiyindən, inflyasiya təzyiqi yaransa da, güclü inflyasiyaya iqtisadi əsas yaratmayacaq. Dövriyyəyə əlavə pul girirsə, aydındır ki, məqbul həddə təbii qiymət artımı olacaq. Amma onu da nəzərə almaq lazımdır ki, prezidentin 17 iyun sərəncamlarından sonra əmək haqlarında artımlar sentyabrda olacağına baxmayaraq, monopolist iştah sahibləri arasından indidən “qiymət  karuselini” hərəkətə gətirmək həvəsində olanlar tapılacaq... Ona görə də aidiyyəti qurumlar süni qiymət artımına qarşı effektiv mexanizm tətbiq etməlidir ki, artan maaş və digər ödənişlərin xeyli hissəsi süni qiymət artımının “yem”inə çevrilməsin.

“Mövsümi meyvələrin baha olmasının 3 səbəbi var ”

 - Əli bəy, sizcə, bunun ardınca hansı addımlar atılmalıdır ki, əhalinin digər təbəqələrinin də məmnunluğuna nail olunsun?

- Prezidentin Sosial Paketi çox geniş və əhatəlidir. Ona görə də ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra həyata keçirilməyə başlayan  sosial xarakterli tədbirlər davam etdiriləcək. Bununla belə, bir sıra istiqamətlərdə də addımların atılmasının sürətləndirilməsini zəruri hesab edirik. Tarixən qısa zaman kəsiyində böyük uğurlara imza atan Cənubi Koreya, Sinqapur və sair bu kimi ölkələrdə əldə edilən nailiyyətlər xeyli dərəcədə təhsilə olan xüsusi prioritet münasibətlə bağlıdır. Bizdə təhsilə ayrılan vəsait büdcədə ən böyük vəsaitlərdən biri olsa da, ÜDM-in 3 faizinin altındadır. İslahatları dərinləşdirməklə bu rəqəmi ÜDM-in 5-6 faizi səviyyəsinə çatdırmaq lazımdır. Diaqnostik qiymətləndirmə və son əməkhaqqı artımlarından sonra müəllimlərin maaşlarında artım var. Lakin müəllimlərin maaşlarının artımı prosesi davam etdirilməli və ölkə üzrə  orta əmək haqqından yüksəyə qaldırılmalıdır.

Valideynlər ailə büdcəsinin xeyli hissəsini övladları ali məktəblərə daxil olduqdan sonra təhsil kreditlərinə və onların kirayə haqlarına yönəldirlər. Yaxşı olar ki, pulsuz təhsilin dairəsi ilə yanaşı, həm də  təhsil kreditlərinin tətbiq dairəsi də genişləndirilsin. Eyni zamanda, özəl sektoru da cəlb etməklə tələbə yataqxanaları kompleksinin tikintisinə başlamaq lazımdır ki, tələbələrin mənzildə yaşaması üçün ailə büdcəsindən ayrılan 250-300 manat vəsait əvəzinə, 70 manat hesabına  bu problem həll olunsun. Eyni zamanda, əhalinin daha geniş təbəqəsinin sosial evlərə əlçatanlığı təmin edilməlidir ki, aztəminatlı ailələr də mənzil sahibi ola bilsinlər. Uşaqpulu məsələsi son vaxtlar  cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Hökumət strukturları bu məsələ ilə bağlı araşdırmalarını  real nəticə verən yöndə davam etdirməlidir. Bu məsələyə  demoqrafiyanın dar çərçivəsi prizmasından baxılmamalıdır, çünki söhbət sağlam gələcək nəsildən gedir.

- Gürcüstanın parlament sədri - artıq keçmiş - spiker Oqtay Əsədovla görüşdə dedi ki, ölkəsi biznes mühitinə görə 6-cı yeri tutur və Azərbaycan şirkətlərini Gürcüstana investisiya qoymağa çağırdı. Azərbaycanlı iş adamlarının ölkəmizdən kənarda yatırımlar qoymasının hansı fəsadları ola bilər və onları ölkəmizə qaytarmaq üçün nələr etmək lazımdır?

- Əslində bu sahədə maksimum nəticəyə nail olmaqdan ötrü müqayisəli üstünlük prinsipindən rasional istifadə olunmalıdır. Hansı məhsulların istehsalı bizə hərcəhətli sərfəlidirsə, həmin istehsalları mütləq ölkə daxilində təşkil etmək lazımdır. Bunun üçün yetərincə imkan var. Buna nail olmaqdan ötrü  sərmayə qoyuluşu sahəsindəki  bütün süni maneələr aradan qaldırılmalı və əlavə stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir ki, ölkəmizdə investisiya mühiti təkcə neft sektoru üzrə yox, qeyri-neft sahələrində də cəlbedici olsun, heç bir qorxu olmasın ki, qoyulan sərmayələr itib-bata bilər. Sumqayıtda və digər şəhərlərdə yaradılan sənaye parkları və digər strukturlar əyani şəkildə göstərir ki, bu sahədə məqsədyönlü iş quranda yüksək nəticə də əldə etmək olur. Məhz daha çox həmin yeni strukturların fəaliyyəti nəticəsində 2019-cu ilin 5 ayı ərzində qeyri-neft sənayesində artım 15 faizi ötüb ki, bu da ümumi sənaye artımı tempindən 7 dəfə yüksək göstəricidir.

Azərbaycan şirkətlərinin Gürcüstana investisiya qoyması məsələsinə gəldikdə isə, bu məsələyə yalnız ötəri gəlir götürmək məqsədi ilə yox, uzaqgörənliklə, strateji hədəflərimizdən biri kimi baxılmalı, Gürcüstanın strateji xarakterli sahələrinə nə qədər lazımsa, o qədər sərmayə yönəltmək və təsirli mövqe sahibinə çevrilmək çox vacibdir, bu, hər cəhətdən xeyrimizə olar.

- Əli bəy, Azərbaycanın bir çox şəhərləri dəniz sahilində yerləşsə də, Türkiyə, yaxud Gürcüstanla müqayisədə turizm üçün cəlbedici sayılmır. Sizcə, bunun günahı kimdədir və hansı işləri görmək lazımdır ki, Xəzərin qumlu sahilləri dillər əzbəri olsun və əcnəbiləri özünə cəlb eləsin?

- Azərbaycanın turizm imkanları kifayət qədər yüksəkdir və bir sıra məqamlarına görə isə əksər ölkələrdən geri qalmır. Son illər ölkəmizə gələn turistlərin sayı müsbət dinamika göstərir. Bu işi daha da genişləndirməkdən ötrü ciddi təhlil həyat keçirilməli, müsbət məqamlar inkişaf etdirilməli, mənfi məqamlar isə aradan qaldırılmalıdır. İlk növbədə xidmətin keyfiyyətini qaldırmaq, qiymətləri isə aşağı salmaq lazımdır. Ələ keçirilən bir turistdən 2-3  turistin xərcini qoparmaq praktikasına son qoymaq lazımdır. Turist Azərbaycana yatmağa yox, ölkəmizin daha çox görməli yerlərini görməyə gəlir. Onda turist gününün çoxunu gəzib-dolaşmaqda keçirəndən sonra, sadəcə, başını qoyub yatmaq üçün Azərbaycanda qaldığı hər gününə niyə 200-300 dollar pul ödəməlidir? Qiymətlər münasib həddədək tənzimlənməli, eyni zamanda, həm də ucuz otel, motel və sair şəbəkəsi genişləndirilməlidir.

- Yeri gəlmişkən, Bakının ekoloji problemlərindən çox danışılır. Yaşıllıqların azalması, əhali axını, zavodlar, tikintilər ekologiyaya öz təsirini göstərir və təbii ki, bu da son nəticədə çoxmilyonlu şəhərdə sağlamlığa zərər vurur. Bakının “bol oksigen”lə təmin olunması üçün hansısa təklifləriniz varmı?

- Bakı şəhəri qarışıq, Azərbaycan əhalisinin 40 faizindən çoxu, sənaye potensialının isə 70-80 faizi Abşeron yarımadasında yerləşir. Ona görə Azərbaycanın ekoloji problemlərinin xeyli hissəsi sözügedən ərazidədir. Abşeron yarımadasının əsas ekoloji problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Torpaqların 15 faizindın çoxu müxtəlif dərəcələrdə çirklənib. Abşeron yarımadasının təbii ekosistemini bərpa etməkdən ötrü  həm torpaqların təmizlənməsi, həm də Abşeron yarımadasının yaşıllaşdırılması işinin genişlndirilməsinə böyük ehtiyac var. Mütəxəssislərin hesablamalarına görə, 1 hektar meşə il ərzində 18 milyon kub metr havanı tozdan təmizləyir və xeyli miqdar zərərli qazları neytrallaşdırır. Abşerondakı mövcud ekoloji problemlərin həllini sürətələndirməkdən ötrü Azərbaycanda, eləcə də  Abşeronda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı, o cümlədən Abşeron yarımadasının əsaslı surətdə yaşıllaşdırılamsına dair məqsədli proqramın hazırlanıb həyat keçirilməsini zəruri hesab edirik. Abşeronun və Bakının yaşıllaşdırılmasının yüksək səviyyədə təmin olunması həm burada bir neçə ildən sonra gərginləşəcəyi təxmin edilən ekoloji problemlərin qarşısını alar, həm yaşayış rahatlaşar, həm də turizm imkanlarımız müqayisəyəgəlməz dərəcədə arta bilər.

- Mövsümü məhsullarda qiymət artımının müşahidə olunmasına müxtəlif yanaşmalar var. Sizcə, kənd təsərrüfatı məhsullarının bahalaşmasının obyektiv səbəbi varmı?

- Azərbaycanda yay aylarında mövsümi meyvələrin və tərəvəzlərin qiymətləri bir qayda olaraq ucuz olub. Amma son illərdə həmin  vəziyyət dəyişməyə başlayıb və bahalaşma müşahidə olunur. Bunun  bir səbəbi odur ki, Qərbin sanksiyalarına cavab olaraq Rusiya Avropa Birliyindən meyvə və tərəvəzlərin idxalına embarqo qoyub. Bu da Azərbaycanın daha sərfəli qiymətlərlə Rusiya bazarına  əvvəlki vaxtlardan daha çox kənd təsərrüfatı məhsulu çıxarılması imkanlarını genişləndirib. Beləliklə, əvvəllər daxili bazarda satılan məhsulların bir hissəsi  Rusiya bazarlarına çıxarılır. Bu da daxili bazarda qiymətlərin müəyyən dərəcədə artmasına səbəb olur. Yəni sözügedən səbəbdən ölkədə yerli məhsul azalıb deyə, qiymət artımı baş verir. İkinci səbəb təbiət hadisələri ilə bağlıdır ki, məhsulun başlanğıc ərəfəsində təbiət kataklizmləri meyvə-tərəvəzə xeyli ziyan vurdu, bu da qiymətlərə təsir edir. Üçüncü amil kimi xaricdən gətirilən meyvə-tərəvəz də Azərbaycanda baha satılır. Hökumət bu sahədəki bahalaşmanın qarşısını almaqdan ötrü bir sıra tədbir görür, yarmarkalar və sair təşkil edir. Bu, müsbət haldır və qiymətlərə müəyyən qədər təsir edir. Lakin yarmarkaların dairəsi və orda satılan məhsulların çeşidi məhdud olduğunda, qiymətlərə yalnız qismən əks-təsir göstərə bilir.

loading...
loading...
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
Almaxanım Əhmədlinin yeni mahnısı - "Sevməyir, qoy sevməsin" + VİDEO
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Parlamentin spikeri Vaşinqtonda yalvardı
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Cəmiyyət
Yapon qılınc muzeyi - MARAQLI...
Cəmiyyət
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
Cəmiyyət
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
Cəmiyyət
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
“Evə gəl, telefonla çılpaq şəkillərimi çək...” -Yaşlı adam doqquz yaşlı uşağı evinə çağırdı, amma...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
Laçınlı ziyalı BMT rəsmisi ilə sərt danışdı- Torpaqlarla bağlı...VİDEO
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)