Xəbər lenti
17/07/2019 [00:52]:
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
17/07/2019 [00:45]:
Aİ Komissiyasında ilk qadın prezident
17/07/2019 [00:40]:
Şəmkirdə avtomobil ağaca çırpılıb, sərnişin öldü
17/07/2019 [00:37]:
İlin ikinci Ay tutulması başladı
17/07/2019 [00:34]:
"Mən o dövrdə ayrı-ayrı təşkilatların buraxdığı səhvləri çox təbii qəbul edirəm" - VİDEO
17/07/2019 [00:04]:
"Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar"
16/07/2019 [23:42]:
Gəncədə zəncirvari yol qəzası oldu - FOTO
16/07/2019 [23:32]:
“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri
16/07/2019 [23:28]:
Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı
16/07/2019 [22:36]:
"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan tərəfini üzr istəməyə məcbur etməlidir"
16/07/2019 [22:29]:
Bərdədə yol kənarında duran iki qadını maşın vurdu
16/07/2019 [22:16]:
Göyçayda iki uşaq anası özünü kanala atdı
16/07/2019 [21:57]:
Gürcüstanda daha bir polis əməkdaşı saxlanıldı
16/07/2019 [21:34]:
İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb
16/07/2019 [21:30]:
“Meqafon” şirkəti saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb
16/07/2019 [21:10]:
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
16/07/2019 [21:04]:
Tanınmış təhsil eksperti BDU rektorunun "müqavimət"ini şərh etdi...
16/07/2019 [20:43]:
İranda mikroavtobus aşıb, 11 nəfər ölüb
16/07/2019 [20:40]:
Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun rəhbəri dəyişdi
16/07/2019 [20:34]:
“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb
16/07/2019 [20:29]:
Qurban Qurbanov: "Partizani" bizim üçün o qədər də uğurlu rəqib deyil"
16/07/2019 [20:26]:
Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi keçiriləcək
16/07/2019 [20:26]:
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
16/07/2019 [20:19]:
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16/07/2019 [19:54]:
Sərhədçi nə zaman silah tətbiq edə bilər?
16/07/2019 [19:49]:
30 yaşlı şirkət rəhbərinin yaxtasından narkotik tapıldı - FOTOLAR
16/07/2019 [19:38]:
Laçınlı ziyalılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı...-VİDEO
16/07/2019 [19:30]:
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
16/07/2019 [19:23]:
Bakıda baba və nəvə dənizdə boğularaq ölüb
16/07/2019 [19:12]:
Elinanın anası direktorun ev dustaqlığı ilə razılaşmır: "Ədalətli nəticəyə nail ola bilməsək..."
16/07/2019 [19:08]:
Şamaxıda iki mərtəbəli ev kül oldu - FOTO
16/07/2019 [19:06]:
Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir”
16/07/2019 [19:03]:
Əli Nağıyev DTX-nin Akademiyasını fərqlənmə ilə bitirən zabitlərə diplomlar təqdim etdi - FOTOLAR
16/07/2019 [18:36]:
“Bu cür cütlüklərin elə boşanması məsləhətdir”
16/07/2019 [18:29]:
Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi
16/07/2019 [18:28]:
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
16/07/2019 [18:25]:
"İndiyədək Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar xarici investisiya yatırılıb"
16/07/2019 [18:21]:
Baş nazir Gürcüstan vətəndaşlarının Keşikçi dağda törətdiyi insidentə münasibət bildirib
16/07/2019 [18:19]:
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
16/07/2019 [18:19]:
Zərərçəkmiş: "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi"
16/07/2019 [18:06]:
"Belə hallarda İnsanın öz evini qışla baş-baş necə buraxması mənə qəribə gəlirdi..."
16/07/2019 [17:57]:
Almaxanım Əhmədlinin yeni mahnısı - "Sevməyir, qoy sevməsin" + VİDEO
16/07/2019 [17:38]:
"Azərbaycan torpaqlarının işğalda qalmasının uzanmasının səbəbkarlarından biri də ABŞ-dır"
16/07/2019 [17:37]:
Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub
16/07/2019 [17:35]:
Zeedorf istefaya göndərildi
16/07/2019 [17:31]:
Baş prokuror Səudiyyə Ərəbistanının ədliyyə nazirini qəbul etdi
16/07/2019 [17:23]:
“Sədərək” Ticarət Mərkəzinin sahibi cərimələndi - Sahili hasarladığına görə
16/07/2019 [17:19]:
Yaslarla bağlı qanun layihəsi ətrafında söz-söhbət: VİP zalda yası olanlar birbaşa cənnətə gedir?
16/07/2019 [17:14]:
Xamenei Böyük Britaniyanı “dəniz qulduru” adlandırdı
16/07/2019 [16:59]:
10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı
16/07/2019 [16:57]:
Mərhum generalın oğlu DSX-də xidmətə başladı
16/07/2019 [16:54]:
“Azərbaycan Gürcüstanla sərhədi bağlamalıdır” - Deputatlardan sərt çıxış
16/07/2019 [16:50]:
Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tövsiyə və tapşırıqlar verdi - FOTO
16/07/2019 [16:45]:
I və IV qruplar üzrə 51 abituriyentin qiymətində dəyişiklik edildi
16/07/2019 [16:31]:
Əsərləri yenidən kəşf edən yazar...
16/07/2019 [16:27]:
İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi
16/07/2019 [16:20]:
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Parlamentin spikeri Vaşinqtonda yalvardı
16/07/2019 [16:16]:
Yapon qılınc muzeyi - MARAQLI...
16/07/2019 [16:10]:
Nazir: “Azərbaycanın təşəbbüsü ilə keçirilən layihələrdən erməni xalqı da faydalana bilər”
16/07/2019 [16:07]:
“Azərişıq”da yeni - TƏYİNATLAR
16/07/2019 [16:04]:
Hərbi hissələrdə yoxlama başladı - FOTOLAR
16/07/2019 [16:02]:
Türkiyə gəmisinə hücum: dənizçilər qaçırıldı
16/07/2019 [15:39]:
Burak Özçivit yeni serialı üçün azərbaycanlıdan dərs alır...
16/07/2019 [15:33]:
"Yazılan mahnılar Biləcəridən o yana keçmir, konservatoriya savadsızlığın üzərində qurulub"
16/07/2019 [15:32]:
“AXC komandasında ən milli ruhlu insanlar Elçibəy, Pənah Hüseyn və Tofiq Qasımov idi, amma..”
16/07/2019 [15:29]:
“Müttəfiqimizin təhlükəsizliyi bizim üçün də önəmlidir”
16/07/2019 [15:29]:
“Sərhəddimi keçmisən, qanunu pozmusan, qələt edib qayıdacaqlar yerlərinə..."
16/07/2019 [15:23]:
"Qarabağ" legioner futbolçusu ilə vidalaşdı
16/07/2019 [15:15]:
QAT Almaniyada keçiriləcək Qarabağ aksiyasını dəstəklədi
16/07/2019 [15:06]:
“Sükan arxasında ürəyi tutub...” - Qəzada dünyasını dəyişən sürücünün qohumları danışdı...
16/07/2019 [15:05]:
Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub
16/07/2019 [15:03]:
Polis veteranları 2564 cinayətin açılmasında iştirak ediblər
16/07/2019 [15:01]:
Əməkdar artist 1 aya 30 ev yaran cinayətkar dəstənin "BAŞÇISI" ÇIXDI - VİDEO
16/07/2019 [14:58]:
Yanvar-iyun aylarında 325 min tondan çox meyvə-tərəvəz ixrac olunub
16/07/2019 [14:54]:
Çin Türkiyə və Kipri barışığa çağırdı
16/07/2019 [14:51]:
Prospektdəki qəza sıxlıq yaratdı
16/07/2019 [14:46]:
İki mindən çox cinayət işinin açılmasına veteranlar kömək etdi
16/07/2019 [14:44]:
Narkotiki arvadının alt paltarında gizlətdi - Sərhədçilər tapdı
16/07/2019 [14:42]:
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
16/07/2019 [14:22]:
Novruz Məmmədov Səudiyyə Ərəbistanının ədliyyə naziri ilə görüşdü
Bütün arxiv bir sırada
24/06/2019 [11:17] - Cəmiyyət - ( 907 dəfə baxılıb)

“Gürcüstanda qarışıqlıq Azərbaycanın maraqlarına ziddir”

Politoloq: “Cənubi Qafqaz regionunda anti-Rusiya meyilləri güclənir...”


Qonşu Gürcüstanın paytaxtı Tiflis bir neçə gündür ki, silkələnir. Parlamentin spikeri İrakli Kobaxidze yaranmış vəziyyətlə bağlı ötən həftə Bakıya səfərini yarımçıq qoyub. Minlərlə müxalifət tərəfdarı parlamentə hücum edib, onlardan bir qrupu binaya daxil olub. Xüsusi təyinatlılarla toqquşmalarda onlarla adam xəsarət alıb, xüsusi vasitələr, rezin güllələr tətbiq edilib.

Parlamentin qarşısında aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın edib dağıdıblar. Ölkədə yaranmış vəziyyətlə bağlı prezident Salome Zurabişvili də Belarusa səfərini yarımçıq qoyub.

Zurabişvilinin sözlərinə görə, daxili qarşıdurmanı qızışdıran hər kəs Rusiyanın əlinə oynayır və Kremlin planlarını icra edir: “Rusiya bizim düşmənimizdir və işğalçıdır”.

Eks-prezident, hazırda Ukraynada olan Mixeil Saakaşvili isə etirazları dəstəkləyib, polisi xalqın tərəfinə keçməyə çağırıb. Tbilisidə iyunun 22-də saat 19:00-dan etibarən parlamentin qarşısında keçirilən daha bir aksiyaya hakim Gürcü Arzusu Partiyasının mərkəzi ofisinin qarşısında yekun vurulub. Etirazçılar  tələblərinin yerinə yetirilmədiyi halda, parlament qarşısında növbəti etiraz aksiyası keçiriləcyini bəyan ediblər. Etirazçılar ilk növbədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. İştirakçıların növbəti tələbi iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması ilə bağlıdır. Aksiyanın digər tələbi proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Son tələb iyunun 20-də aksiyada qarşıdurma zamanı saxlanılanların dərhal azad olunmasıdır. Dünən ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyas keçirilib. Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. 4 gündür davam edən aksiyaların davam edəcəyi bəyan edilib.

Göründüyü kimi, Gürcüstanda sırf anti-Rusiya ovqatı hakimdir. Bu tendensiya Cənubi Qafqaz  respublikaları arasında yalnız Azərbaycan üçün xarakterik deyil. Eyni zamanda, Ermənistanda da cəmiyyətdə Rusiyaya qarşı aqressiya müşahidə edilir. Xüsusilə də Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu yöndə olan fikirlər açıq ifadə olunmağa başlayıb. Ermənistanda mütəmadi olaraq anti-Rusiya aksiyaları keçirilir.

Rusiya prezidenti Vladimir Putin isə Gürcüstanda baş verən son hadisələri Təhlükəsizlik Şurasının iclasında müzakirə edib. Müzakirələrin ardınca Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarının iyulun 8-dən etibarən dayandırılması haqda sərəncam verib. Bu qərar “Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi, Rusiya vətəndaşlarının ”cinayətkar və digər qanunsuz hərəkətlərdən qorunması zərurəti" ilə əsaslandırılır. Habelə sərəncama əsasən turoperatorlara və turagentlərə tövsiyə edilir ki, Gürcüstan kurortlarına turpaketlərin satışından çəkinsinlər. Habelə Rusiya XİN iyunun 21-də bəyanatla çıxış edərək ölkə vətəndaşlarına “şəxsi təhlükəsizlikləri baxımından” Gürcüstana səfərlərdən çəkinməyi tövsiyə edib. XİN Gürcüstanda yaranmış daxili siyasi vəziyyətdən ciddi narahatlıq bildirib.

Elman Nəsirov ile ilgili görsel sonucu
Proseslərin hansı məcrada inkişaf edə biləcəyi, Gürcüstanda gərginliyin xaosa çevrilmə ehtimalı, bu baş verərsə, Azərbaycanın da iştirak etdiyi transmilli layihələrə hansısa təsirinin olub-olmayacağı barədə suallarımıza cavabında Azərbaycan Milli Məclisinin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Cənubi Qafqaz regionunda anti-Rusiya meyilləri güclənməkdədir: “Xüsusilə o diqqətdən yayınmır ki, Ermənistan Rusiyanın forpostu olsa da bu ölkədə də anti-Rusiya çıxışları artır. Ermənistandakı anti-Rusiya prosesi bundan sonra daha da güclənəcək. Buna qonşu Gürcüstanda baş verən proseslər də təsir edir. Gürcüstanda Rusiya əleyhinə çıxışlar geniş vüsət alır. Belə vəziyyətdə Rusiya üçün bir sınaq anıdır. Yəni Rusiya rəhbərliyi artıq özü üçün müəyyən eləyə bilər ki, Cənubi Qafqaz regionunda öz qonşusu Rusiya ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq siyasətini həyata keçirən hansı dövlətdir. Təbii ki, bu, Azərbaycandır. Azərbaycan dövləti Rusiyaya öz tarixi qonşusu kimi baxır və biz Rusiya əleyhinə hər hansı kampaniyaya, sanksiyaya qoşulmamışıq. Qərb də bunu çox gözəl bilir ki, bu, heç də Azərbaycanın Rusiyadan asılılığı ilə bağlı deyil. Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev müstəqil xarici siyasət həyata keçirir, milli maraqlara söykənən siyasət həyata keçirir. Məhz bu siyasətin məntiqindən çıxış edərək Azərbaycan həm Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır, eyni zamanda, Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə, həmçinin Qərb dövlətləri ilə analoji münasibətləri var. Moskva ”papağını qarşısına qoyub" düşünsün ki, Cənubi Qafqaz regionunda Rusiyaya ən səmimi münasibəti hansı dövlət həyata keçirir. Ermənistan özünü Rusiyanın strateji müttəfiqi bəyan edə-edə, onun ayağının altını qazmaqla məşğuldur. Gürcüstana gəlincə, onsuz da uzun müddətdir bu dövlətin yönümü birmənalı olaraq Qərbə doğrudur və bu siyasət Rusiyanı inkar edir. Gürcüstanda anti-Rusiya dalğası yeni fazaya daxil ola bilər".

Deputat vurğuladı ki, Cənubi Qafqaz regionu onsuz da dünyanın siyasi xəritəsində çox mürəkkəb regionlardan biridir: “Baş verən hadisələr daha da mürəkkəb vəziyyət yaradır. Biz ondan ehtiyat edirik ki, Gürcüstanda hadisələrin inkişafı 2008-ci ilin avqust hadisələrinə oxşar hadisələrə yol aça bilər. Rusiyanın xarici siyasət doktrinasında postsovet məkanı strateji hesab olunur. Necə ki, ABŞ-ın da xarici siyasət doktrinasında yaxın Şərq regionu eyni statusa malikdir. ”Yaxın bağça" hesab etdiyi regionda proseslərin bu şəkildə onun əleyhinə yönəlməsi şübhəsiz ki, Kremli çox narahat eləyən məsələdir. Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putin bu vəziyyəti sadəcə, müşahidəçi statusunda izləməyəcək, onun Gürcüstana münasibətdə sərt davranışını proqnozlaşdırmaq mümkündür. Rusiya regionda onun əleyhinə başlanan proseslərin qarşısını almağa yəqin ki, cəhd göstərəcək. Hadisələrin daha da drammatikləşməsinin Azərbaycanın da iştirak etdiyi Gürcüstandan keçən transmilli layihələrə təhlükə yaratma ehtimalının olub-olmadığına gəlincə, Gürcüstanda baş verən prosesləri təkcə Rusiyada deyil, bütün dünyada diqqətlə izləyirlər. Azərbaycan da qonşu ölkədə proseslərin dinc məcraya yönəlməsində maraqlıdır.

Gürcistan ile ilgili görsel sonucu
Çünki hadisələr xaotik məzmun kəsb edəcəyi halda təbii ki, bu, Azərbaycanın da milli maraqlarına ziddir. Bizim milli dövlətçilik maraqlarımız tələb edir ki, Gürcüstanda proseslər dinc məcraya yönəlsin, proseslər qorxulu miqyas almasın. İstənilən ssenarini nəzərdən keçirsək, hər halda bu, beynəlxalq strateji əhəmiyyətli layihələrə, xətlərə ziyan vurmamalıdır. Burada söhbət təkcə Gürcüstandan getmir, bu xətt boyunca olan ölkələrdən gedir. İmzalanmış müqavilələr var və onlar beynəlxalq hüquqi sənədlərdir. Ona görə də hətta Gürcüstanda hipotetik baxımdan hakimiyyət dəyişikliyi baş versə belə, kimin bu ölkədə hakimiyyətdə olmasından asılı olmayaraq, həmin böyük layihələrin gələcək fəaliyyətinə təsir göstərməməlidir".

E.Nəsirov qeyd etdi ki, biz Azərbaycan dövləti olaraq Rusiya-Gürcüstan münasibətlərində yaranmış gərginliyin çox mürəkkəb və “qara ssenari” üzrə inkişaf etməyəcəyinə ümid bəsləyirik. Çünki bu, regionda çox böyük fəlakətlərə yol aça bilər.(musavat.com)

loading...
loading...
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
Almaxanım Əhmədlinin yeni mahnısı - "Sevməyir, qoy sevməsin" + VİDEO
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Parlamentin spikeri Vaşinqtonda yalvardı
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Cəmiyyət
Yapon qılınc muzeyi - MARAQLI...
Cəmiyyət
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
Cəmiyyət
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
Cəmiyyət
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
“Evə gəl, telefonla çılpaq şəkillərimi çək...” -Yaşlı adam doqquz yaşlı uşağı evinə çağırdı, amma...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
Laçınlı ziyalı BMT rəsmisi ilə sərt danışdı- Torpaqlarla bağlı...VİDEO
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)