İki gündən sonra Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümü qeyd olunacaq.
Bəs bu gün ölkəmizdə ordu-media münasibətləri qənaətbəxşdirmi? Qarabağın azadlığı üçün hər iki cəbhənin əsgərlərinin birgə əməkdaşlığı nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Jurnalistlər Fondunun rəhbəri Umud Rəhimoğlu bu sahədəki mövcud durumun qənaətbəxş olduğunu vurğuladı:
“Son illər ordu-media əməkdaşlığı ilə bağlı xeyli irəliləyişlər müşahidə olunur. Müdafiə Nazirliyinin rəhbərliyinin media ilə geniş əməkdaşlığı formalaşıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlının da bu məsələdə böyük əməyi var. Bu ilin özündə bizim bu yöndə xeyli görüşlərimiz olub və bu görüşlər gələcəkdə də davam etdiriləcək.
Məsələ ondadır ki, ordu ilə mətbuatın vəhdət halında olması gələcək uğurlarımızın səbəblərindən biri ola bilər. Biz hazırda iki cəbhəd savaşıtıq. Həm söz, həm də süngü savaşı var. Hər iki cəbhənin öz səngəri möcuddur. Qələbə üçün hər iki cəbhənin birlikdə mübarizə aparması zəruridir.
Ordumuzun 100 iliyini ötən il qeyd olundu. Ordumuz qələbə müjdəsini verməyə hazırdır. Həm maddi-texniki baza, həm də döyüş hazırlığı baxımından ordunun durumu məni bir media əməkdaşı olaraq qane edir. Mən ordumuza, onun qələbə əzminə güvənirəm”.
Seymur ƏLİYEV