Sabah Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov xalqı və hərbçiləri təbrik edib, Azərbaycan ordusunun döyüş hazırlığı haqqında yüksək fikirlər səsləndirib:
“Azərbaycan ordusunun döyüş hazırlığını, hərbi-texniki təchizat səviyyəsini çox yüksək qiymətləndirirəm. Azərbaycan ordusu regionun və eləcə də post-sovet məkanının ən öndə gedən ordularından biridir. Həm texniki təchizat, həm yüksək əhval-ruhiyyə, həm də hərbçilərin peşəkarlığı baxımından Azərbaycan ordusu xüsusilə fərqlənir.
Ordumuzda mütəmadi təlimlər keçirilir ki, bu da onun döyüş hazırlığının daha da yüksəldilməsinə xidmət edir. Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb ki, bu da ordumuzdakı inkişafdan xəbər verir.
Ali Baş Komandan tərəfindən Azərbaycan ordusuna daim diqqət və qayğı göstərilir ki, bu da orduda inkişafı təmin edir, onu gücləndirir. Ən böyük uğurlarımızdan biri də ondan ibarətdir ki, ordu xalqla birlik içərisindədir bu təmas daim inkişaf edir.
Bu gün Azərbaycan ordusu dünyanın ən nizami, ən peşəkar ordulardan biridir. Ordumuz istənilən an işğaldakı torpaqlarımızı azad etməyə qadirdir.
Silahlı Qüvvələr Günü münasibəti ilə bütün xalqımızı, eləcə də hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayıram”.
Seymur ƏLİYEV