Xəbər lenti
16/07/2019 [14:01]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ
16/07/2019 [13:54]:
Astarada 6 uşaq anası su anbarında boğulu
16/07/2019 [13:47]:
AXC-də təmsil olunmuş tanınmışlar: Murtuz Ələsgərov, Əli Nağıyev, Fəzail Ağamalı… – Təşkilatın yaranmasından 30 il ötür
16/07/2019 [13:40]:
Qərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladı
16/07/2019 [13:34]:
Onların bir də “qoca” halını görün... - FOTOLAR
16/07/2019 [13:20]:
İki gün əvvəl Xəzərdə batan 32 yaşlı kişinin meyiti tapıldı
16/07/2019 [13:15]:
Gürcüstana külli miqdarda qızıl keçirilməsinin qarşısı alındı
16/07/2019 [13:10]:
Ulduz futbolçudan daha bir nümunəvi addım - FOTO
16/07/2019 [12:56]:
Avropanın ən böyük almazı tapıldı
16/07/2019 [12:52]:
Xan sarayında yaralananların son vəziyyəti
16/07/2019 [12:50]:
Nazirlik: İşdən qanunsuz çıxarılan 77 nəfər işlərinə bərpa edildi
16/07/2019 [12:47]:
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
16/07/2019 [12:38]:
Azərbaycan I yarımildə 261 milyon dollarlıq neft məhsulları ixrac etdi
16/07/2019 [12:32]:
Füzuli sakini həmyerlisini bıçaqla qətlə yetirdi
16/07/2019 [12:10]:
Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı
16/07/2019 [12:09]:
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”!
16/07/2019 [12:09]:
Rezidenturaya ixtisas seçimi başlandı
16/07/2019 [12:07]:
Gömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürüb
16/07/2019 [12:05]:
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
16/07/2019 [12:01]:
Rusiyada 7 nəfər "vəhşi çimərlik"də boğuldu
16/07/2019 [11:52]:
"Kök qadınlar cənnətə gedə bilməz" - MARAQLI...+ VİDEO
16/07/2019 [11:46]:
“Onlar hər zaman birincilər sırasında yer alıb” – “Bundan sonra da belə olacaq!”
16/07/2019 [11:46]:
“Televiziyalarımızdakı vəziyyət ürəkaçan deyil...”
16/07/2019 [11:40]:
Çeçenistanda təyyarə evə düşdü - Yaralılar var
16/07/2019 [11:27]:
RAİ-nin mətbuat xidmətinin rəhbəri cəbhə bölgəsində yaşayan gənclərlə görüşüb
16/07/2019 [11:23]:
İradənin arxiv görüntüləri - VİDEO
16/07/2019 [11:21]:
ATV-in aparıcısına vəzifə verildi
16/07/2019 [11:20]:
"2 dəfə devalvasiya oldu, parlament bircə dəfə bunun niyə baş verdiyini müzakirə etdimi?”
16/07/2019 [11:16]:
Rektor: "BDU-da edilən son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var"
16/07/2019 [11:01]:
Bakı metrosunda siqaret çəkən cərimələndi - VİDEO
16/07/2019 [10:58]:
Deputatın oğlu 200 km/s sürətlə sürdüyü maşınla ər-arvadı öldürdü - Rusiyada
16/07/2019 [10:57]:
Pakistan öz hava məkanını mülki aviasiya üçün açıb - Rəsmi qərar
16/07/2019 [10:56]:
Bakıda iki bacı itkin düşdü
16/07/2019 [10:52]:
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib
16/07/2019 [10:48]:
Üç ildir axtarışda olan azərbaycanlı Qazaxıstanda ələ keçdi
16/07/2019 [10:48]:
Müstəqil Azərbaycan ordusunun yaradılmasında xidmətləri olan şəhid Elşad Nağıyev kim olub?
16/07/2019 [10:47]:
Qarabağda eşşək minən bu qoca erməni xoşbəxtdir, yoxsa Bakıda “cip”də gəzən bizlər?..
16/07/2019 [10:42]:
Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi davam edir
16/07/2019 [10:34]:
Təhsil naziri tədris planlarının təsdiqi haqqında əmr imzaladı
16/07/2019 [10:25]:
“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”
16/07/2019 [10:19]:
Bu ölkə “Avroviziya”dan imtina etdi
16/07/2019 [10:17]:
Sabiq icra başçısının şikayəti təmin edilmədi
16/07/2019 [10:15]:
UNEC-də nəticələr açıqlanacaq - Canlı yayımda
16/07/2019 [10:14]:
Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi
16/07/2019 [10:13]:
Zaqatalada 9 ton narkotik bitki məhv edildi
16/07/2019 [10:11]:
Nəhəng meduza tapıldı - İnsanla eyni boydadır -VİDEO
16/07/2019 [10:08]:
S-400-ün zəif tərəfləri açıqlandı
16/07/2019 [09:58]:
"Bir məsələni biz millət olaraq dərk etməliyik ki..."
16/07/2019 [09:40]:
Atəşkəs rejimi ara-sıra pozulub
16/07/2019 [09:40]:
DSX rəhbərliyi sərhədlərimizin qorunmasında böyük işlər görür
16/07/2019 [09:31]:
Xatirədən qalan xatirə... - FOTOLAR
16/07/2019 [09:28]:
FHN Sabirabad mərkəzi bazarındakı yanğınla bağlı məlumat yaydı
16/07/2019 [09:23]:
Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəldi
16/07/2019 [09:20]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verildi
16/07/2019 [09:01]:
“İranın nüvə raketləri başlarına düşməyincə avropalılar ayılmayacaq”- Netanyahudan qızışdırıcı bəyanat...
16/07/2019 [09:01]:
Dayanacaqda arılar üçün etdikləri şey maraqla qarşılandı - İBRƏTAMİZ...
16/07/2019 [08:57]:
“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir
16/07/2019 [08:55]:
Prezidentin kitabını oxuyub xəzinə tapdılar - Türkmənistanda
16/07/2019 [08:51]:
Timoşenkodan Zelenskiyə birləşmək təklifi
16/07/2019 [08:50]:
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət aldı
16/07/2019 [08:40]:
Bir milyondan artıq amerikalı məşhur “51-ci bölgə”yə hücum etmək niyyətindədir
16/07/2019 [08:38]:
Sabirabadda mərkəzi bazar yanır – FHN səfərbər oldu
16/07/2019 [08:35]:
Zərif: Tramp İranla müharibə etmək istəmir
16/07/2019 [08:29]:
Qara pomidor görənləri çaşqına çevirdi - MARAQLI
16/07/2019 [07:37]:
Miqrantları daşıyan gəmi "üzən kitabxana"ya çevrildi - MARAQLI
16/07/2019 [07:34]:
Rus iş adamı İranda İslamı qəbul etdi - Adını Əli qoydu...
16/07/2019 [07:12]:
Bu metod gələcəkdə hücum vasitəsi kimi istifadə ediləcək - MARAQLI
16/07/2019 [06:50]:
"Bəzən Rəbbimiz bəndəsinə cəza olaraq nemətlərin içində qərq edir..."
15/07/2019 [23:25]:
Bağdadın cənubunda iki partlayış törədilib, azı 5 nəfər ölüb
15/07/2019 [23:17]:
Tramp irqçi qalmaqala səbəb oldu: "Bizə ağıl verməyin!"
15/07/2019 [22:42]:
Bürc Xəlifənin üzərində Monteneqro bayrağı əks olunub - FOTO
15/07/2019 [22:39]:
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15/07/2019 [22:33]:
Meyvə-tərəvəz niyə bahadır? Bazardan videoreportaj
15/07/2019 [21:54]:
Azərbaycanda doğulmuş 11 nəfər Ukraynada deputatlığa iddialıdır - Namizəd oldular
15/07/2019 [21:51]:
Azərbaycan vətəndaşı Moskvada 1 tondan çox qara kürü ilə yaxalandı
15/07/2019 [21:28]:
Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim etdi
15/07/2019 [21:25]:
Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
15/07/2019 [21:18]:
Tereza Mey yenə oynadı - VİDEO
15/07/2019 [21:15]:
Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var
15/07/2019 [21:10]:
“Megafon” Azərbaycandan belə üzr istədi - VİDEO
Bütün arxiv bir sırada
26/06/2019 [10:26] - Araşdırma - ( 3310 dəfə baxılıb)

Azərbaycanın ilk hərbi naziri və Qarabağın general-qubernatoru - Xosrov bəy Sultanov



Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür- Milli Ordusunun yaranması günüdür.1918—ci ilin iyunun 26-da Azərbaycan Cümhuriyyəti hökuməti ilk ordumuzun yaradılması haqqında qərar qəbul etdi.Azərbaycanın ilk müdafiə naziri vəzifəsi isə tanınmış ictimai-siyasi xadim Xosrov bəy Sultanova tapşırıldı.Çox çətin bir dövrdə fəaliyyətə başlayan X.Sultanov vətənimiz üçün faydalı işlər gördü.Bir müddət sonra Qarabağın general qubernatoru vəzifəsinin icrasına başladı.Hansı vəzifədə çalışmasından asılı olmayaraq X.Sultanov əsil cəsarət və vətənpərvərlik nümunəsi göstərmişdir.Bu il həm də X.Sultanovun anadan olmasının 140 illiyidir.Azərbaycan milli ordusunun yaranması günündə onun haqqında olan bu yazımı oxuculara təqdim edirəm

XOSROV  BƏY  SULTANOV (1879 – 1943)

Azərbaycanın ilk Hərbi naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində (indiki Laçın rayonu) anadan olub. O, Xarkov Universitetinin tibb fakultəsində təhsil alıb. Bir müddət Müsavat, sonradan isə İttihad  Partiyasının üzvü olub.
Xosrov bəy Sultanov 1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının üzvü seçilmişdir. Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza edənlərdən biri də Xosrov bəy olmuşdur. Mayın 28-də Baş Nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində X.Sultanov Hərbi nazir vəzifəsinə təyin edilib. O, bundan əvvəl Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Parlamentinin üzvü idi. Azərbaycanın ilk Hərbi naziri vəzifəsini qısa müddətə icra etdikdən sonra X.Sultanov F.Xoyskinin başçılığı altında formalaşan Azərbaycanın ikinci və üçüncü hökumətində Əmək naziri təyin edilmişdir. Bu da sübut edir ki, Azərbaycan Cümhuriyyəti üçün ən problemli və ağrılı sahələrə başçılıq etmək X.Sultanova tapşırılıb. Çünki o dövrdə torpaq, xüsusən, aqrar məsələnin həlli Cümhuriyyət hökumətinin qarşısında duran başlıca vəzifələrdən idi. Bəylərə, mülkədarlara məxsus torpaq sahələrindən istifadə olunmasına parlamentdə toxunulsa da, bu, sonraya saxlanılmışdır. 
X.Sultanov 1919-cu ilin yanvarın 15-də Bakıdakı ingilis qoşunlarının komandanı general Tomson tərəfindən Qarabağın general-qubernatoru təyin edilib. Qeyd edək ki, Qarabağ general-qubernatorluğu 1919-cu ilin yanvarın 15-də Gəncə quberniyasından ayrılaraq təşkil edilmişdir. Həmin dövrdə- 1919-cu ildə keçirilən Novruz bayramında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əskəranı zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əskərləri tərəfindən may ayının 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa düşməndən geri alınmışdır.
X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli Şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı.
X.Sultanovun fəaliyyətinin əsas bir dövrünü də onun Birinci Dünya savaşı illərində Rusiya işğalına uğrayan Türkiyə torpaqlarında Anadolu türklərinə göstərilən yardımdakı fəaliyyətidir.
1915-ci ilin noyabrında qərar verildi ki, Bakı Cəmiyyəti Xeyriyyələrindən və hökumətin digər xeyriyyə cəmiyyətlərindən ibarət bir komitə yaradılsın. Komitədə Mirzə Əsədullayevin sədrliyi ilə bu şəxslərdən ibarət  heyət formalaşdı:mühəndis Fətulla bəy Rüstəmbəyov, Həbib bəy Mahmudbəyov, Behbud bəy Cavanşir və Babayev. Müsəlmanlara yardım etmək üçün digər bir dəstə adamın göndərilməsi də qərara alındı. Heyətin təşkili Bakıda Xosrov bəy Sultanova, Gəncədə isə Aslan bəy Səfikürdskiyə tapşırıldı. 1916-cı ilin martın 16-da 10 nəfər köməkçidən (Bakıdan Hüseynov, İlyasov, Mahmudov, Məhəmmədov, Mirzəcamalov, Vəkilov və Gəncədən Axundzadə, Şahsuvarov, Nəzərəliyev) ibarət olan bir heyət X.Sultanov və A.Səfikürdski ilə birgə Qarsa getdilər və orada müsəlmanların vəziyyətinin həqiqətən ağır durumunun şahidi oldular.Məlum oldu ki, Hökumətin (Rusiya hökumətinin) buradakı komitəsi ancaq ermənilərə yardım göstərir, müsəlmanları özlərinə xain hesab edirdi.
Komitənin bu laqeydliyi və qeyri-insani mövqeyindən narazı qalan X.Sultanov komitənin  iclasında müsəlmanlara yardım göstərilməsinin vacibliyini söyləyir. 
X.Sultanov 1917-ci ildə nəşr edilən “Qardaş köməyi” jurnalındakı”Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi Hərbzadələrə Yardım Şöbəsinin fəaliyyəti” məqaləsini çap etdirir.
Xosrov bəy Sultanovun fəaliyyətinin ən mühüm dövrü 1918-1920-ci illərə aiddir. 1918-ci ildə onun Zaqafqaziya Seymindəki fəaliyyətindən sonra daha məsuliyyətli bir dövrü başlayır. O, yaxın ideya və məslək dostları ilə birgə Azərbaycanın müstəqilliyi mücadiləsinin əsas şəxsiyyətlərindən birinə çevrilir. M.Ə.Rəsulzadənin hazırlayıb Batumdan göndərdiyi İstiqlal bəyannaməsini imzalayan iyirmi altı nəfərdən biri də X.Sultanov olur.O, 1918-ci ilin mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının da üzvü seçilmişdir. Azərbaycan İstiqlalını mayın 28-də rəsmi olaraq elan edən qurum X.Sultanovun da üzv seçildiyi Azərbaycan Milli Şurası idi.
Azərbaycan İstiqlalı elan edilən gündə − mayın 28-də Fətəli Xan Xoyskinin başçılığı altında ilk Hökumət kabinəsi formalaşdı. Azərbaycanın ilk Hərbi naziri vəzifəsi X.Sultanova tapşırıldı.
1918-ci ilin iyununda Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsi ilə bağlı ilkin hazırlıq işlərinin aparılması üçün N.Yusifbəyli və Ş. Rüstəmbəyli ilə  birlikdə X.Sultanov da Gəncəyə gəlmiş, burada mühüm işlərə köməklik göstərmişdir.
1918-ci ilin iyunun 17-də Gəncə şəhərində Azərbaycan Milli Şurasının növbəti toplantısında F.Xoyskinin başçılığı altında ikinci Hökumət kabinəsi formalaşdı və  X.Sultanova bu dəfə Azərbaycanın Əkinçilik naziri vəzifəsi tapşırıldı.
1919-cu ilin yanvarın 15-dən X.Sultanov Qarabağın general-qubernatoru təyin edildi. 
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.
1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan  bir yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti”.
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdir. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.
       
Ermənistan hökuməti X.Sultanovun general-qubernator təyin edilməsinə etiraz edirdilər. General-qubernatorluğun yaradılması ilə bağlı Tomsonun Ermənistan hökumətinin üzvləri ilə İrəvanda 1919-cu ilin martın 28-də və aprelin 6-da keçirilən müşavirələrində ermənilər narazılıqlarını bildirirdilər. İkinci müşavirədə ermənilərin etirazına (xüsusən Xatisyan) cavab olaraq Tomson demişdi: “Sultanov ingilis zabiti Mak Mossenə tabe olacaqdır”.
Ermənistanın o dövrdə Xarici İşlər naziri olan S.Tiqranyan 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə teleqram göndərərək ərazi iddialarını irəli sürmüş və X.Sultanovun təyinatına ciddi etiraz etmişdir.
X.Sultanovun 1919-cu ilin 26 iyulunda Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu. 
X.Sultanovun Qarabağda hadisələrin təhlükəli inkişafı ilə əlaqədar partizan dəstələrinin yaradılması elanı haqqında parlamentin sədri M.Y.Cəfərova teleqramı: “Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya partizanların mobilizasiya edilməsi haqqında əmr göndərilib. General-qubernator Sultanov”.
1920-ci ilin martın 31-də  X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova Şuşada, Xankəndində, Əskəranda ağır vəziyyət və təcili köməklə bağlı digər teleqramında bildirilirdi: “Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əskərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əskəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əskərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm.
General-qubernator Sultanov. Parlament üzvü Əliverdiyev”.
X.Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Tekinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır. 
1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu işğaldan sonra X.Sultanovun həyatında ağır dövr başladı.
Bolşeviklərin Azərbaycanı işğal etməsindən az sonra − 1920-ci ilin mayın 1-də X.Sultanov Qarabağ Hərbi İnqilab Komitəsini yaradıb  sədri oldu. Komitə Şuşa şəhərində yerləşirdi.
     
X. Sultanov 1920-ci ilin mayın 10-da Şuşadan Bakıya gəldi və bununla bağlı ona başçılıq etdiyi Müvəqqəti Qarabağ İnqilab Komitəsinin 50 saylı mandatı verildi.
X.Sultanov Bakıya gəldikdən iki gün sonra - mayın 12-də 519 saylı həbs kağızı əsasında  azadlıqdan məhrum edildi. Onun XI Ordunun Hərbi tribunalının rəisi Pankratovun göstərişi əsasında həbsi qeyd olunur.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR 20584 saylı istintaq işindəki sənədlərdən, onun mayın 12-də həbs edildiyi, həmin işin isə avqustun 9-da dayandırıldığı məlum olur.
İstintaq sənədlərində X.Sultanov özü haqqında müəyyən bilgilər verir: 1879-cu ilin aprelin 10-da anadan olub, Bibiheybətdəki neftsənayeçiləri xəstəxanasında həkim işləyib, cəbhədə Qaçqınlara kömək üzrə ictimai təşkilatın səlahiyyətli nümayəndəsi olub, Müsəlman-kəndli qurultayının sədri seçilib, Seymin üzvü olub.
X.Sultanov istintaq sənədlərində Xarkovdakı Tibb İnstitutunda oxuduğunu, ailəsinin olmadığını da qeyd edib. Həbs edildiyi sonuncu ildə Şuşada yaşayıb
      
Bolşeviklər X.Sultanovu ağır cəzaya məhkum etməyə hazırlaşırdılar. Odur ki, 1920-ci ilin avqust ayının 9-da X.Sultanovun işi Ali Tribunalın məhkəməsinə verildi.
X.Sultanovun həbsdən hansı şəraitdə azad olunması haqqında sənədlərə əsaslanan faktlar yoxdur.
DTK-nın arxivində onunla bağlı saxlanılan PR- 20584 saylı istintaq işində Az.Çekanın səlahiyyətli nümayəndəsi olan Səfikürdlü tərəfindən onun istintaqının yekun sənədlərinin Azərbaycan SSR-nin Ali Tribunalına verildiyi qeyd olunur. 
Bu mərhələdə X.Sultanova ciddi köməklik göstərildi və o, həbsdən azad olundu. Bu köməyin də ona N.Nərimanov və Ç.İldırım tərəfindən göstərilməsi ehtimalı vardır.
X.Sultanov həbsdən azad olduqdan dərhal sonra Azərbaycanı tərk etdi. Bir məlumatda isə X.Sultanov həbsxanadan çıxdıqdan, yaxud təşkil edilib çıxarıldıqdan sonra Qarabağa getmiş, 1920-ci ilin iyun ayında bu bölgədə sovet rejimi əleyhinə baş verən üsyana Nuru Paşa ilə birgə başçılıq etmişdir. Lakin Qızıl Ordu hissələri üsyanı yatırdıqdan sonra Xosrov bəy, Nuru Paşa və Fərhad bəy (o da İttihadın rəhbərlərindən idi) İrana keçməyə məcbur olmuşdular.
1920-ci illərdə, xüsusən Qarabağ bölgəsində İttihad Partiyasının çoxlu tərəfdarları var idi. Bu da hər şeydən əvvəl Xosrov bəy Sultanovun təbliğatı nəticəsində mümkün olmuşdur. Sovet məmurları isə İttihadı bəy-xan partiyası olaraq xalq arasında nüfuzdan salmağa çalışırdılar.
Belə faktlara da rast gəlinir ki, X.Sultanov İrana keçdikdən sonra Azərbaycanın Qarabağa yaxın olan sərhəd bölgələrinə ciddi təsirlər göstərmişdir. 1925-ci ilin sonunda o, Zəngilan rayonu ərazisində İranla sərhəddə yerləşən Mincivan bəylərinə Qarabağda Qızıl Ordu  əsgərlərinin və zabitlərinin sayı, kommunistlərin, milislərin sayı, ərzaq və dövlət anbarları barədə məlumat toplamaq üçün göstəriş vermişdi.
Bundan sonra Xosrov bəy Sultanovun Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı başladı. Həmin ölkələrdən (xüsusən Türkiyədən) onun İrana keçməsi, burada sovet rejiminə qarşı mücadilə əzmində olan əqidə dostları ilə görüşməsi haqqında məlumatlar vardır. 
X.Sultanov mühacirət  həyatının ağır şərtləri daxilində yaşamağa məcbur olmuşdur. Bu ağır şərtlərə aşağıdakı məqamlar daxil idi: vətənsizlik, vəsaitsizlik, sovet casus şəbəkəsinin təqibləri, sovet Azərbaycanında qalan qohum-əqrəbanın həbsi, incidilməsi və s.  Buraya bir problemi də  əlavə etmək mümkündür: müxtəlif ölkələrdən və Azərbaycandan olan mühacirlər arasında ziddiyyətlər və çəkişmələr.
1930-cu ilin aprelin 13-də Sovet Xarici İşlər Nazirliyi İran nümayəndəliyinə azərbaycanlı üsyançı dəstələrin İran Azərbaycanı ərazisində və Sovet-İran sərhədində baza yaratmağından narahatlığını bildirdi, Tehranı Azərbaycan partizanlarının fəaliyyətinin qarşısını almamaqda günahlandırdı. Həmin ilin mayın 24-də Moskvadakı İran səfirliyinə yeni bir nota verildi və burada müsavatçıların Təbrizdə, Ərdəbildə, Astaradakı fəallığından narahatlıq bildirildi. 1931-ci ildə Sovet qoşun hissələri azərbaycanlı üsyançı dəstələri məhv etmək məqsədi ilə Araz çayını keçib İrana daxil oldu, çoxlu mühacirləri həbs edib və öldürüb sıradan çıxardı.
Beləliklə, İranda olan mühacirlərin vəziyyəti olduqca pisləşdi. Azərbaycandan gələnlərin maddi durumu isə çox ağır idi. 1930-cu ilin 10 sentyabrında Azərbaycan diplomatik nümayəndəliyi Parisdə Millətlər Liqası Assambleyasından həmin ağır vəziyyətdə yaşayan qaçqınlara maddi yardım göstərilməsini xahiş etmişdi.
1931-ci ilin dekabrında X.Sultanov bununla əlaqədar Ə.M.Topçubaşova yazırdı: “Vətəndə və İranda hansı dəhşətlərin törədilməsi, həmvətənlərimizin hansı sıxıntılara məruz qalması təsvirə belə gəlməz. İran həbsxanaları azərbaycanlı mühacirlərlə doludur...”.
X.Sultanov 1938-ci ildə Atatürkün dəfn mərasimində Azərbaycan adından Ş.Rüstəmbəyli ilə birgə rəsmi nümayəndə olaraq iştirak etmişdi.
X.Sultanovun ömrünün sonlarındakı siyasi fəaliyyəti ilə bağlı faktlara 1940-cı illərin əvvəllərində rast gəlmək mümkündür. Belə ki, 1940-cı ilin əvvəllərində polyaklar Türkiyə ərazisində Qafqaz Konfederasiya Şurasını yaratmağa çalışırdı. Bu dövrdə Atatürk dövründən fərqli olaraq Türkiyə ingilis-fransız bloku xəttinə meyillənirdi. Yəni Sovet dövlətinin mühacirlərlə bağlı müəyyən təzyiqləri arxa plana keçmişdi və artıq İkinci Dünya müharibəsinin başlanması ilə yeni situasiya yaranırdı.
1940-cı ilin 23 yanvarında Parisdəki Azərbaycan nümayəndəliyinin katibi A.Atamalıbəyov polyaklara Qafqaz Konfederasiya Şurasının İstanbul filialı üçün iki namizədin- Mustafa bəy Vəkilli və  Xosrov bəyin adını çəkmişdi: “Onun əsli İranla sərhəd olan Cənubi Qarabağdandır. Bu ailə çoxsaylıdır və ölkəyə güclü təsiri var. Xosrov bəy öz qohumlarının gücünə ölkə daxilində hərəkət edə bilər. O, parlaq, fəal vətənpərvərdir” . 
       
1942-ci ildə  X.Sultanov Berlində “Adlon” otelində keçirilən konfransda iştirak edib. 1942-1943-cü illərdə Berlindəki Azərbaycan Milli Komitəsinin üzvü olub.

Ü. Hacıbəyli Xosrov bəy Sultanovun Qarabağda əhəmiyyətli bir insan olduğunu belə təqdim edirdi: “Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaatı tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası − Azərbaycanın cənnəti hesab olunan bir  yer  çoxdan bəri cəhənnəmə dönüb, qətl və qital ocağı olmuşdu”.
X.Sultanov  İstanbulda yaşamış, orada 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun Fəriköy qəbiristanlığındadır.

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru

loading...
loading...
Dayanacaqda arılar üçün etdikləri şey maraqla qarşılandı - İBRƏTAMİZ...
Qara pomidor görənləri çaşqına çevirdi - MARAQLI
Miqrantları daşıyan gəmi "üzən kitabxana"ya çevrildi - MARAQLI
Bu metod gələcəkdə hücum vasitəsi kimi istifadə ediləcək - MARAQLI
Aslanı öldürüb yanında öpüşdülər - FOTO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
Cəmiyyət
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
Gündəm
“Zəlzələdən sonra Gəncəni talayaraq  darvazamızı aparıb qaytarmayanlardan nə gözləmək olar?..”
Siyasət
“Sanksiyalar Türkiyəni Rusiya ilə daha da yaxınlaşdıracaq”
Gündəm
“Nə “sülh”, nə “atəşkəs”? – Kim-kimə güllə atır?”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
“Evə gəl, telefonla çılpaq şəkillərimi çək...” -Yaşlı adam doqquz yaşlı uşağı evinə çağırdı, amma...
Bu ölkədə qızlar ağlagəlməz səbəbdən bakirəliklərini qurban verirlər - RƏZALƏT...
Faciə: qadın əkiz uşaqlar doğdu və məlum oldu ki, uşaqlar onun deyil
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
Laçınlı ziyalı BMT rəsmisi ilə sərt danışdı- Torpaqlarla bağlı...VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)