Xəbər lenti
20/07/2019 [00:31]:
“JEEP” 50 metrlik hündürlükdən uçuruma yuvarlandı: 2 ölü, 12 yaralı
20/07/2019 [00:25]:
"İçib tank sürmürəm ki, maşın sürürəm" - Ağsaqqal sürücü - VİDEO
20/07/2019 [00:09]:
Bu saatın köməyilə valideynlər övladlarının harada olduğunu görə biləcək - MARAQLI
20/07/2019 [00:05]:
Yaqub Mahmudovdan "Vikipediya"dakı təxribata SƏRT REAKSİYA
19/07/2019 [23:46]:
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
19/07/2019 [23:44]:
“Miran” qayıdır
19/07/2019 [23:39]:
Günəşin yanında iri UNO göründü - VİDEO
19/07/2019 [23:35]:
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
19/07/2019 [23:16]:
13 yaşında yeniyetmə bir saatdan az müddətdə iki təyyarəni qaçırdı və... - VİDEO
19/07/2019 [23:10]:
"Həyatımın başqa mərhələsindəyəm" - “Eurovision 2018” təmsilçimiz
19/07/2019 [22:14]:
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
19/07/2019 [22:05]:
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
19/07/2019 [21:56]:
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
19/07/2019 [21:46]:
Ailəsi ilə dalaşıb damarlarını kəsdi
19/07/2019 [21:42]:
Şirvanda toy mərasimində tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - FOTO - YENİLƏNİB
19/07/2019 [21:39]:
Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirildi
19/07/2019 [21:22]:
ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir
19/07/2019 [21:21]:
“Türkiyə bu raketləri Ermənistan sərhəddi yaxınlığında quraşdırsa...”
19/07/2019 [21:10]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
19/07/2019 [21:08]:
Davudoğlunun müsahibə verdiyi veriliş bağlandı: “Biz susmayacayıq”
19/07/2019 [21:03]:
ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir
19/07/2019 [21:01]:
Şirvanda toy mərasimində 6 nəfər pirotexniki vasitədən zəhərləndi
19/07/2019 [20:41]:
Azərbaycanda 12 yeni məhkəmə yaradıldı - YENİLƏNİB + SİYAHI
19/07/2019 [20:38]:
Fatimə özündən çıxdı: “Ağzıgöyçəklər, üzümü sizə tuturam”
19/07/2019 [20:35]:
Qonşu ölkədə qar yağdı
19/07/2019 [20:32]:
SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı
19/07/2019 [20:25]:
Prezident kommersiya məhkəmələrinin yaradılması ilə bağlı qanunu təsdiq etdi
19/07/2019 [20:16]:
Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi
19/07/2019 [20:12]:
Vurduğu 6 yaşlı uşağı xəstəxanaya aparan sürücü yolda qəzaya düşdü
19/07/2019 [20:07]:
Ərdoğan İlham Əliyevə zəng etdi
19/07/2019 [19:49]:
Rusiyalı ekspert: "Azərbaycan özünü çox yaxşı müdafiə edə bilər"
19/07/2019 [19:45]:
Zelenskidən radikal addım: 11 səfir geri çağrıldı
19/07/2019 [19:42]:
Sabah Rauf Pənahovun dünyasını dəyişdiyi gündür
19/07/2019 [19:37]:
Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN
19/07/2019 [19:30]:
Şöbə rəisi: “Yanacağın plastik kanistrlərə doldurulması təhlükəlidir”
19/07/2019 [19:27]:
Arvadını “Vatsap”da söydüyünə görə türməyə düşdü
19/07/2019 [19:18]:
“Qarabağ” UEFA reytinqində irəlilədi
19/07/2019 [19:15]:
Xızıda 4 yaşlı uşağın üzərinə ağır taxta düşdü
19/07/2019 [19:12]:
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
19/07/2019 [18:52]:
Azərbaycan hərbçiləri NATO-nun dağ təlimində iştirak edirlər - FOTO
19/07/2019 [18:46]:
Türkiyədə terrorçuların hücumu nəticəsində yüksək rütbəli hərbçi öldü
19/07/2019 [18:30]:
İlham Əliyev bir hakimi işdən çıxardı, ikisinin yerini dəyişdi
19/07/2019 [18:27]:
Amerikada mətbuat tarixi
19/07/2019 [18:25]:
Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi
19/07/2019 [18:18]:
Ləyaqətsiz davranışda ittiham olunan mer: "Şalvarımın qabağını harda açmağı bilirəm"
19/07/2019 [18:15]:
Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edildi
19/07/2019 [18:13]:
Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək
19/07/2019 [18:09]:
Rüşvətə görə tutulan polisə hökm oxundu
19/07/2019 [18:06]:
İlham Əliyev məhkəmə sədrinin yerini dəyişdi
19/07/2019 [17:59]:
28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTOLAR
19/07/2019 [17:55]:
Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat etdi
19/07/2019 [17:53]:
Yeganə Cəfərova Toronto şəhərinin “ilin ən yaxşı müəllimi”adına layiq görülüb -FOTOLAR
19/07/2019 [17:47]:
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
19/07/2019 [17:43]:
Qeyri-rəsmi arvadı Bakıda ingilisi döydü - Kişi polisə şikayət etdi
19/07/2019 [17:40]:
SOCAR Tümendə zavod işə salır
19/07/2019 [17:38]:
Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu
19/07/2019 [17:36]:
Merkel İranın tərəfini saxladı
19/07/2019 [17:34]:
DİM abituriyentlərə müraciət etdi
19/07/2019 [17:28]:
"Kiprlə bağlı söz söyləmə haqqları yoxdur" -Avropa İttifaqına etiraz
19/07/2019 [17:25]:
İstanbul hava limanında xeyli silah-sursat ələ keçirildi
19/07/2019 [17:23]:
Keçmiş baş prokurorun müavini həbs edildi
19/07/2019 [17:21]:
Ombudsman: "Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır"
19/07/2019 [17:04]:
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
19/07/2019 [16:59]:
Gülüstan Əliyeva: “Qadınlar gözəlliyimə görə məni qısqanır”
19/07/2019 [16:41]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlandı
19/07/2019 [16:35]:
Maşın nömrəsinə bizim pulla 1.1 milyon sayan kimdir... - maşının özünün qiyməti 22 milyon AZN-ə yaxındı
19/07/2019 [16:31]:
Bakıda mənzildən ər-arvadın meyiti tapıldı
19/07/2019 [16:29]:
Ardanın üç milyonluq yaxtada yay keyfi - FOTO
19/07/2019 [16:27]:
Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlandı
19/07/2019 [16:05]:
Ən çox milyarderin yaşadığı şəhərlər - SİYAHI
19/07/2019 [16:02]:
AQTA antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlaı - FOTO
19/07/2019 [16:01]:
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
19/07/2019 [15:57]:
Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır"
19/07/2019 [15:55]:
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
19/07/2019 [15:53]:
“Çoxları Müdafiə Nazirinin beynəlxalq şəraitlə bağlı bəyanatını doğru anlamamışdı...”
19/07/2019 [15:48]:
Külli miqdarda balıq kürüsü aşkarlandı
19/07/2019 [15:46]:
Azərbaycanda 47 nəfəri ilan sancdı
19/07/2019 [15:44]:
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi
19/07/2019 [15:41]:
Boksçumuz xuliqanlıq maddəsi ilə ittiham edildi
19/07/2019 [15:40]:
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
Bütün arxiv bir sırada
26/06/2019 [10:31] - Cəmiyyət - ( 846 dəfə baxılıb)

Balaca kəndin böyük dirənişi...



Tovuz respublikamızın aranlı-dağlı bölgələrindədir. Mən Tovuzun dağlıq bölgəsində böyümüşəm. Gözümü açandan “o üz”dən (dağın o üzündən) ermənilərin gəlib-getdiyini görmüşəm; o gəliş-gediş yollarının əskilmişlərindən birinə “gavır (gavur) yolu” deyildiyini eşitmişəm; özümüz ik-üç qonşu bir yük maşını tutub, qışlıq bazarlığana “o üz”ə enmişik və oradakı kəndlərin adı – Çinar, Qula, ara-bərə yer adları – mənə o qədər doğma gəlib, “bəs, ermənilərin kəndləri, yer adları niyə bizim dildədir?” – kimi suallarla yaşamışam o uzaq uşaqlıq illərində. (O illərdə Çinardan keçib Ağdam kəndimizə bağlı ərazcidə yerləşən (hazırda atəş altda qalıb, “təhlükəli zona” halına düşən) Alı Dədə ocağını ziyarətə getmişik. İndisə Alı Dədə ocağına Ağdamdan gedən yol bəlli bir məsafədən sonra “DAYAN!” işarəsi ilə durdurulub...)
Bir də, atam Usta Mehdinin, Turac mamamın (atamın bacısı), öz əfsanəvi pəhləvan qardaşları haqqında danışarkən “Fətalının itkin canı üçün” dediklərini dərindən xatırlayıram; xatırlayıram ki, o itkinlik fəlakətinin “o üz”dən gəldiyini danışardılar. “Erməni şəri” deyimi də elə o vaxtdan həkk olunmuşdu yaddaşıma... Belə danışardılar ki, 1938-ci ildə, bir də, gördük, bir sürü erməni milisi yalı aşıb, tökülüşüdülər kəndə, yanlarında da bizim yerli icraçılar... Fətalını tutdular, apardılar... Elə bildik, anlaşılmazlıq var, üç gün-beş gün dindirib, buraxarlar; ancaq o gedən getdi. Eşitdik, Şəmşəddildə (Berd) 3 ay istintaq ediblər, guya erməni evini yarıbmış, elə o ittihamla da, iş kəsib, yatab etdilər Komiyə (RSFSR, Komi ASSR)”...
Əlbəttə, mən bu yazıda əmimdən deyil, kəndin digər məsələsindən – yeni dövründən yazacağım üçün, qısa kəsim ki, 1942-ci ildə o vaxtkı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kalinin əmri ilə dustaqlar könüllü cəbhəyə göndərilmiş və dustaqlar arasında sözükeçən, sayğıduyula insan olan əmim də, cəbhəyə ilk yollananlardan olur. Müharibədən sonra (1945-ci ilin payızında) kəndə məktubu gəlir – “Məndən narahat olmayın. Sağam. Növbəti məktubum çox gec gələ bilər...” yazıbmış. Həmin üçkünc məktub “polevoya poçta” ünvanından göndərilbmiş. Və atam, mamalarım ölənədək “Fətalının itkin canı” dedilər, gözləri yolda, qulaqları səsdə oldu və elə də köçdülər bu dünyadan... (Bizlər hələ də inanırıq ki, əmim sağdır və illa da ondan bir xəbər bulub, qardaş-bacılarının ruhunu şad edəcəyik...) 
Bəli, “o üz” bizim yaddaşımızda öz üzsülüyü ilə nəqş olunmuşdu. 
...Günlər ötdü, aylar keçdi, illər dolandı, “yenidənqurma” dövrünə gəlib çıxdıq. Fərasətli (daha doğrusu, üzsüz və bic) ermənilər “yenidənqurma”nı da özlərinə işlətməyə başladı. Ordubad, Qazax, Tovuz və başqa ellərimizin sınırları boyu “sınır korreksiyası” adı ilə torpaqlarımızı “Ermənistan”a qatmağa hüquqi cəhd göstərdilər. O biri ellərimizdə nələr baş verdiyindən elə də çox bilgili deyiləm, ancaq Tovuzda baş verənlərin bir qismini müşahidə etməyə, dirənişdə iştirak etməyə az-çox imkanım olub. 
Gəlin bu yerdə, sözügedən hadisələri daha yaxşı bilən Vəli müəllimi dinləyək. –
Vəli Ədil oğlu Qasımov (82 yaş): “1986-1987-ci illər idi. Bir gün, Ağdam kəndindən olan meşəbəyi Nəsir kişi bizə qonaq oldu və dedi ki, “Vəli müəllim, torpaq, meşə əldən gedir, erməniyə verilir”. Söz mənə güllə kimi dəydi. Nəsir kişi meşədəki “kvartal”ların nömərsini, hektarlarla sahənin siyahasını mənə verdi. Mən bu sahələri hesablayanda gördüm, nə az-nə çox, düz 989 (doqquz yüz səksən doqquz) hektar edir! Dəhşətə gəldim. Ancaq “bəlkə, keçər gedər, kağız üzərində qalar” deyə özümə ümid aşılamaqdaykən, qara bulud başımızın üstünü kəsdirdi. – Aradan 10 gün keçməmiş onlarla maşın erməni, əli belli-baltalı, dayaq və tikanlı məftillərlə hazır şəkildə, bizim Qoşa, habelə, qonşu Muncuqlu, eləcə də, Qaralar kəndi ərazisində kəndbaşı yollar, yüksəkliklər boyu tökülüşdü. Yanlarında da, onların milis dəstələri, Tovuz rayon milis dəstələri və bizim bəzi tanınmaz olası “tanınmış”larımız...
Xəritə çəkən kim, ölçüb-biçən kim, dayaqları basdırıb, tikanlı məftil çəkən kim, zolaqlar, şırımlar açıb, ağac əkən kim... xülasə hamı iş başında idi. Biz Qoşalılar – 50-60 nəfərlik bir heyət, öz dədə-baba torpağımızı müdafiə üçün hadisə yerinə yığışdıq. Milislər və “baş¬bilənlər” bizi acılayıb, dubinkanın dəminə verdi; bir neçə nəfərisə milis maşınına basıb rayona “dərs verməy”ə apardılar. Beləcə 989 ha dədə-baba torpağımız ermənilərə “verildi”...
Bu ən azı, ən azı ermənilərin donuzlarının yeni “tikanlı məftillər”in yaxınlığındakı qəbirstanlığımızı eşim-eşim eləməsi, əkin-biçin yerlərimizi, məhsulumuzu talaması, mal-qaramızı örüşsüz qoyması, erməni gözətçilərin “sınır”ı keçən hər inəyə cərimə olaraq 300 man, hər danaya 150 man. tələb etməsi, deməkdi. Bu işi belə qoymaq olmazdı.” 

Əziz oxucu, 

məsələnin tarixi və perspektivi, əsli və mahiyyəti 1987-ci ildə qabardılmaya, gizlədilə bilərdi, ancaq camaat öz şüuraltında, bir qədər öncə dediyimiz acılar dolu “yaddaş kartı”nda məsələnin mahiyyətini anlayırdı.
Elə bu anlayışın sonucu idi ki, Vəli müəllim 17 nəfərin imzasını toplayaraq SSRİ Ali Sovetinə və Azərbaycan Ali Sovetinə, bəlli nalayiq hərəkətlərlə bağlı 4 səhifəlik teleqram göndərib. 1 ay keçməmiş Vəli müəllimi Tovuz rayon Partiya Komitəsinə çağı¬rıb¬lar. Təx¬mi¬nən gecə saat 12 civarlarında  onu Çatax sovetliyi, Kalinin ad. sovxozun direktoru ilə birgə qəbul edirlər ( -siz bircə saat ayarlamasına baxın! – 2-ci qrup əlil olan kənd müəllimini, gün boyu həyəcan içində gözlət-gözlət, axırda da, gecənin günortası qəbul elə!). Tovuz rayon Partiya Komitəsinin I katibi, Tovuz İcraiyyə komitəsinin sədri, Tovuz rayon Meşə təsərrüfatı İdarəsinin müdiri, “iş”i yoxlayıb səhmana salmaq üçün Bakıdan gəlmiş Ali Məhkəmənin o vaxtkı sədri (Abdulla İbrahimov) və bir nəfər coğrafiyaşunas da qəbulda olub. Qoşadan bir də, 1941-1945-ci illər müharibəsinin veteranı, bu sətirlərin müəllifinin əmisi düşən Niyaz Namazoğlu olub. 

Vəli müəllim xatırlayır:

“Divan” başladı, nə başladı..! Məni Abdulla İbrahimov sorğu-suala tutanda bir nəfər konflikt sözlər ataraq mənə fikrimi ifadə etməyə imkan vermir, ermənilərin nalayiq hərə-kətlərini müdafiə edərək deyirdi: Balam, biz iki qardaşıq, hərənin öz torpağı, öz yeri var. Mən öz yerimdə, sənin evinin qarşısında tualet tikəcəm, sənə nə dəxli var?” Mən isə öz növbəmdə cavab verdim: “Biz düşünürük, dost millət, mehriban qonşu olaq; yox, əgər sən tualet tikə-cəksənsə,  mən də, tualetimi sənin evinin qarşısında tikəcəm.” 
Söhbətin bu yerində mən Ali Məhkəmənin sədrindən soruşdum ki, “bu vətəndaş kimdir? niyə belə danışır?” O bildirdi ki, “sizin raykomdur”. Artıq külüngü daşa vurmuşdum. Üzr istəməyin də yeri yox idi. Çünki indiyə qədər raykomumuzu tanımamaq mənim “təqsirim” idi və bu iş də ona çox yoxuş gəldiyindən, hər vəchlə özünü mənə “tanıtmağ”a çalışırdı...
Söhbət əsnasında Abdulla İbrahimov məndən rus dilini və coğrafiyanı necə bilməyimi soruşdu. Hər ikisinnən müəyyən qədər anlayışım olduğuna baxmayaraq, heç birini bilmə¬diyimi dedim. Raykom Meşə təsərrüfatının başçısından “989 ha məsələsi”ni mənə kimin çatdırdığını soruşanda, o bir qədər dolayı cavab verdi: “O ərazi çox dikdir, ağac kəsiləndə ermənilərin kənd ərazisinə sürüşüb düşür. Ona görə də meşəni onların qorumasına razılıq vermişik”. Meşəçilərin böyüyü özünü müdafiə üçün belə deyirdi. Raykom ona qışqıraraq, “Səni yer arası kəsməyə çağırmamışıq, məlumatı buna kim verdiyini soruşuram!” dedi.
Mən Meşə təsərrüfatının başçısını vəziyyətdən çıxarmaq üçün məlumatı meşənin özündən aldığımı söylədim. Dedim, hər kvartalın başında kvartalın nömrəsi və sahəsi yazılıb; mən də oradan götürüb, hesablamışam.
Rayonun o zamankı rəhbəri qızmış aslana dönüb, kimisə parçalamağa hazır idi. O, mənim dediklərimə inanmayıb, yalan söylədiyimi buyurdu. Ancaq artıq Meşə təsərrüfatının başçısına vəziyyətdən çıxarmaq üçün ipucu vermişdim. O doğrudan da hər kvartalın nömrəsini və neçə hektar olmasını söylədi. 
...Bakıdan gələn coğrafiyaşünas üzünü mənə tutub xəritədən başım çıxıb-çıxmadığını təkrar soruşub, Azərbaycan SSR xəritəsini açıb mənə izah etməyə başladı: “Bax, burada – Ordubadda ermənidən bizə, Öksüzlüdə ermənidən bizə, Şəmkirdə, Qaralarda ermənidən bizə kəsilib. Xüsusilə Qaralarda 5 ev “erməni üzü”ndə qaldığı üçün ermənidən bizə kəsilib; biz də, onun müqabilində Qoşa, Muncuqlu ərazisindən yararsız yerləri kəsib onlara veririk. Bu məsələni hər iki respublikanın rəhbər orqanları məsləhətləşib, öz aralarında həll ediblər. Hər məsələni siravi vətəndaşlarla məsləhətləşməyəcəklər ki! Bax, bu da, Elmira Qafarovanın imzası...” 
Mən xəritəni özümə tərəf çəkib otaq şəraitində, yerli məhəlləyə uyğun olaraq quzeyi quzeyə, güneyi güneyə fırlayıb başa düşdüyüm tərzdə izah etməyə çalışdım. Xəritədə köhnə sərhədlər qara, yeni kəsilən sərhədlər qırmızı rənglə verilmişdi. Baxdım ki, nəinki ermənidən bizə, hər yerdə bizdən erməniyə torpaq kəsilib, verilib. Dəhşətə gəldim! – Yazıq Azərbaycan, torpaqların, sərhədlərin gör, kimlər tərəfindən kimlərə pay-püş edilir.!? - Mən xəritədə hər yerdə bizdən erməniyə verildiyini izah edəndə raykom Aydın İbrahimova çevrilərək, “Starıy Volk” deyə məni işarə etdi. Mən çiyni üstə qanılaraq, onu kinayəli süzdüm. O, mənə “Bəs deyirdin, rusca bilmirsən, xəritədən də başın çıxmır.?!” 
Mən isə öz növbəmdə: “Özümə görə az-maz anlayışım var” deyib, susmağa üstünlük verdim. O mənim bu hərəkətimdən istifadə edərək, olmazın təhqiredici sözləri başımdan yağdırır və get-gedə daha da əsəbləşirdi. Rayon rəhbəri (bir rəhbərə yaraşmayan tərzdə) sözlər deyirdi: “şikəst adamsan, gedib dərsini cütləsən sənin üçün yaxşı olardı. Sənin siyasətdə, torpaqda nə ölümün qalıb, balalarına yazığın gəlsin, səni ömürlük çörək üzünə həsrət qoyarlar.” 
Mən öz raykomumuzu tanımadığımı etiraf edəndən bilirdim ki, o, özünü mənə tanıt¬dır¬acaq. Artıq təslimçiliyə yol verib geri çəkilməyin mənası yox idi, odur ki cismani şikəst olmağıma baxmayaraq, mənəvi şikəst olmadığımı bildirdim. Dedim: “Qoy, mənəvi şikəst olanlar fikirləşsin və xəcalət çəksin. Mən indiyə qədər çox raykomlar yola salmışam, siz məni işdən azad etdirsəniz də, yenə o torpaq, o camaat mənimdir və mənim olaraq da qalacaq.”
 Mənim belə cavablarım Abdulla İbrahimova ləzzət eləyirdi. Bunu üzünün ifadəsindən sezə bilirdim. Etiraf edim ki bunu hiss etdikcə, daha da cəsarətlənirdim. 
Bizim belə deyişməmiz xeyli çəkdi və söhbət get-gedə uzandı. Söhbətin belə mübahisəli həddə çatdığını görən Abdulla İbrahimov mübahisəni kəsməkçün dilləndi: 
“Dağların qeyrətinə qurban olum! Mən də, dağlı balasıyam. Amma biz səhər saat 10.00-da Moskvaya razılaşma haqqında cavab verməliyik. Gəl, bu razılaşma haqqında protokola qol çək, hər şey yaxşı olar. 
Mən etiraz etdim, teleqrama qol çəkmiş camaatın razılığı olmadan bacarmayacağımı bildirdim. Bu zaman Aslan Nəsirov ona dönərək “Да, сам спокою” dedi. Beləcə məclis dağıldı. Amma məni buraxmadılar, prokurorluqdan çağrılmış 2 nəfər mənim qolumdan tutaraq, öz idarələrinə apardı. Arxamca “Get, ağlın başına gələr!” sözlərini də eşitməmiş deyildim...
Sağ olsunlar, prokurorluqdakılar məni söylədib, əhvalatla tanış olduqdan sonra, nəinki məni hədələdilər, əksinə, mənə kabab gətirdilər. 
Təxminən gecə saat 3 olardı, sovxoz direktoru öz “Niva”sı ilə məni evimizə gətirdi. O, yol boyu çox minnət edib məni zaminə götürdüyünü bildirdi...

***
Bəli, əziz oxucu, 1987-ci ilin yazında – hələ orta məktəbdə oxuyarkən həmin o “qonşu Ermə¬nis¬tan”ın (mərkəzin hüquq¬suz hüququ, rəsmiyyətsiz rəsmiyyəti ilə) bizim kəndin dağətəyi torpaq¬larını, meşə zolağını tikanlı məftillərlə sardığını şəxsən xatırlayıram. Çox şadam ki, indi yazı yazan bu əllərlə, o tikanlı məftillərin sö¬külməsində iştirak etmək nəsibim olub; rəhmətlik atam, (ömrü uzun olsun) qardaşım da daxil olmaqla, kəndin bütün başıpapaqlıları o sünii “sınır”ı dar¬ma¬dağın ediblər. Vəli müəlimin dediyi məqamlara uyğun olaraq, o zamankı rayon rəhbəri – Tovuz partiya komitəsinin I katibi, digər rəsmi şəxslərin darmadağından bir gün sonra gəlib, camaatı məktəbin həyətinə topladığını da yaxşı xatırlayıram, orada deyilən olmazın sözləri də... – Nəymiş? – oralar artıq ermə¬ni¬lə¬rinmiş, istədiklərini edəcəklərmiş, hətta, istəsələr orda bir tualet tikib, ağzını da bəri qoyacaqlarmış-filan və Qoşalıların da dinməyə haqqı yoxmuş.(?!) Rəhmətlik Kamıl əminin və başqalarının haqlı hay¬qırışları bugün də qulaqlarımdan çəkilməyib, ömrü uzun olsun Vəli müəllimin yazısı-pozusu, hüquq müstəvisində dirənişləri artıq müəyyən qədər sizlərə bəlli oldu... 
Tanrı cammatı şen eləsin! – bizlərdə belə deyərlər; kənd möhkəm durdu, geri çəkilmə olmadı və o zaman bir balaca kəndin böyük dirənişi olmasaydı, sonrakı proseslər gərəyi, Tovuzun böyük bir ərazisi gerçək təhlükə altına düşə, hazırda milli istiqsadiyyatımızda özünəməxsus payı olan qızıl mədənləri əldən çıxa, təqribən 25-30 min əhali yurd-yuvasından perikə bilərdi... –  Çünki kənd strateji mövqeyə sahibdir, Qoşanın yuxarılarından nəinki Böyük Qışlaq, Çeşməli bölgəsini, Kirən-Xatıncan bölgəsini, hətta Tovuzun şəhər mərkəzini toplarla vurmaq, atəş nəzarətində saxlamaq mümkündü.
Artıq neçə illərdi, camaatın erməninin əlinə keçməsinə imkan vermədiyi yüksəkliklərdə Azərbaycan əsgəri xidmət keçir, keşik çəkir, Vətənimizi qoruyur. Üstəlik, böyük strateji önəm daşıyan yüksəkliklər əldən getsəydi, bu yalnız Tovuzun adını çəkdiyim dağlı bölgələrini və aran mərkəzini deyil, qarşı illərdə Tovuzla yanaşı, bütün Qərb bölgəsini gerçək təhlükə ilə üz-üzə qoya bilərdi. Kim zəmanət verə bilərdi ki, ermənilər Qoşanın, Muncuqlunun başındaca duracaq, dərəyə enməyəcək, qarşı dağlara həmlə etməyəckdi. Hətta, elə yerlərindəcə dursaydılar belə, durduqları yüksəkliklər onlarçün əlverişli imkan yaradacaqdı. Beləliklə, Qazax-Bakı magistralı, Gədəbəy-Şəmkir yolu, Böyük Qışlaq- Tovuz yolu, bu vəsilə ilə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, iraq olsun, olmazın günlər (daha doğrusu, günzülüklər) yaşaya bilərdi. Təsvüür edin, bu nə demək olardı?!. Düşünmək belə qorxuncdur! O yerlərə, o coğrafiyaya bələd olanlar, bu yazılanların nə dərəcədə həqiqət olduğunu dəqiq bilir; bəlkə azca şübhə edənlərsə xəritəyə baxsa, mstəqilliyin ilk illərində cərəyan edən hadisələri göz önündə canlandırsa, şübhələri dağılar...

***
Sonralar...

Meşə zolaqları, torpaq sahələri ilə bağlı xain planın üstünü açan Nəsir kişinin oğlu Naiq könüllü qatıldığı Koxa Nəbi döyüşündə şəhid oldu (1992, mart), Milli Qəhrəman adına layiq görüldü;
Silahlı Qüvvələrin Qoşa əsilli könüllüsü Yolçu Məhəmmədoğlu əfsanəvi artilleriyaçı kimi şöhrət qazandı, polkovnik oldu, “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə, başqa medallarla, bugünlərdə isə Ali Baş Komandan tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi;
Kamıl kişinin mənəvi övladı Etibar müəllim Tovuzda yerləşən hərbi hissənin Qərargah rəisi oldu, rayonun müdafiəsində özünəməxsus xidmətlər göstərdi, mayor rütbəsində tərxis olundu;
Xanoğlan Məsimoğlu “minbat”ın komandiri oldu, hərbçilər arasında kübar və intellektual zabit imici ilə seçildi, sağlamlığında ciddi problemlər yarandı, mayor rütbəsində tərxis olun¬du;
İlyas dayım hərbi həkim kimi bir neçə ay xidmətdə oldu;
Cahangir əmimin mənəvi övladı Hamlet döyüş illərində (hərbi xidmət zamanı) xəsarət aldı;
Mamamoğlu Zirəddin müəllim, tay-tuşlarım Gündüz, Rasim, Seyhun aktiv döyüş¬lərdən keçdi; 
Bu sətirlərin müəllifi, eləcə də, Qasım Qüdrətoğlu, Əziz Ələkbəroğlu atəşkəs dövründə zabit kimi Milli Orduda xidmətdə oldu;
Osman Nərimanoğlu sülhməramlılarımızın tərkibində İraqda xidmət keçdi;
Seymur Seyhunoğlu 2016-cı ilin aprel döyüşlərində bir əsgər olaraq mətanətlə iştirak etdi;
Müstəqilliyin ilk illərində kəndin, demək olar, bütün kişiləri el-obada özünümdafiədə iştirak etdi, töhfələr verdi. Hərbi xidmətləri bacarmayan da, süfrəsi ilə, maddi-mənəvi imkanları ilə qatqıda bulundu. Qardaşımın yuxusuz gecələrini xatırlayıram; əlbəttə, bu yuxusuz gecələr kəndin bütün o vaxtkı cavanlarına, hətta orta yaşlı kişilərin hamsına aiddir. 
Yaşı çatan cavanların tam əksəri hərbi xidmət keçdi, yaxud ali təhsil aldı, harda oldularsa, öz fədakarlıqları ilə seçildilər, ev-eşik qurdular, ailə-uğşaq yiyəsi oldular;
(Əgər kimisə unutdumsa, qüsura baxmasın inşallah yeni yazılarda onları da mütləq şəkildə qeyd edə, xidmətlərini xatırlayarıq.)
O illərdə Tovuz Xeyriyyə Cəmiyyəti fəal işləyirdi, sınırboyu kəndlərdə müdafiənin təş-kilində özünəməxsus dəstəklə seçilirdi. 
Həyat davam edir. Bugün müstəqil dövlətimiz, nizami ordumuz – öz doğma Silahlı Qüvvələrimiz var! 
Adıbizim Çinar, Qula yüksəkliklərdəki hərbçilərimizin atəş nəzarətindədir;
Dağlarımızın, yüksəkliklərimizn başı üstündə üçrəngli bayrağımız dalğalanır! Bundan böyük xoşbəxtlik olarmı?..
26 iyun – Milli Ordu Günümüz qutlu olsun!

Əkbər QOŞALI

loading...
loading...
Yaqub Mahmudovdan "Vikipediya"dakı təxribata SƏRT REAKSİYA
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
Dünya
Ləyaqətsiz davranışda ittiham olunan mer: "Şalvarımın qabağını harda açmağı bilirəm"
Dünya
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
Dünya
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
Cəmiyyət
“Kitabda Mühüdün uşaqlıq və döyüş yolundan bəhs edilir...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
O deputata medal yox, "pedal" vermək lazımdır...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)