Min hektar meşəni ermənilərə kimlər verirdi? – Adlar
Oxunub: 1838
27 Jun 2019 | 09:43
Min hektar meşəni ermənilərə kimlər verirdi? –  Adlar
Tovuz respublikamızın aranlı-dağlı bölgələrindədir. Mən Tovuzun dağlıq bölgəsində böyümüşəm. Gözümü açandan “o üz”dən (dağın o üzündən) ermənilərin gəlib-getdiyini görmüşəm; o gəliş-gediş yollarının əskilmişlərindən birinə “gavır (gavur) yolu” deyildiyini eşitmişəm; özümüz ik-üç qonşu bir yük maşını tutub, qışlıq bazarlığana “o üz”ə enmişik və oradakı kəndlərin adı – Çinar, Qula, ara-bərə yer adları – mənə o qədər doğma gəlib, “bəs, ermənilərin kəndləri, yer adları niyə bizim dildədir?” – kimi suallarla yaşamışam o uzaq uşaqlıq illərində. (O illərdə Çinardan keçib Ağdam kəndimizə bağlı ərazidə yerləşən (hazırda atəş altda qalıb, “təhlükəli zona” halına düşən) Alı Dədə ocağını ziyarətə getmişik. İndisə Alı Dədə ocağına Ağdamdan gedən yol bəlli bir məsafədən sonra “DAYAN!” işarəsi ilə durdurulub...)

Bir də atam Usta Mehdinin, Turac mamamın (atamın bacısı), öz əfsanəvi pəhləvan qardaşları haqqında danışarkən “Fətalının itkin canı üçün” dediklərini dərindən xatırlayıram; xatırlayıram ki, o itkinlik fəlakətinin “o üz”dən gəldiyini danışardılar. “Erməni şəri” deyimi də elə o vaxtdan həkk olunmuşdu yaddaşıma...

Belə danışardılar ki, 1938-ci ildə bir də gördük, bir sürü erməni milisi yalı aşıb, tökülüşdülər kəndə, yanlarında da bizim yerli icraçılar... Fətalını tutdular, apardılar... Elə bildik, anlaşılmazlıq var, üç gün-beş gün dindirib, buraxarlar; ancaq o gedən getdi. Eşitdik, Şəmşəddildə (Berd) 3 ay istintaq ediblər, guya erməni evini yarıbmış, elə o ittihamla da iş kəsib, yatab etdilər Komiyə (RSFSR, Komi ASSR)...”

Əlbəttə, mən bu yazıda əmimdən deyil, kəndin digər məsələsindən – yeni dövründən yazacağım üçün qısa kəsim ki, 1942-ci ildə o vaxtkı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kalinin əmri ilə dustaqlar könüllü cəbhəyə göndərilir və dustaqlar arasında sözükeçən, sayğıduyula insan olan əmim də cəbhəyə ilk yollananlardan olur. Müharibədən sonra (1945-ci ilin payızında) kəndə məktubu gəlir – “Məndən narahat olmayın. Sağam. Növbəti məktubum çox gec gələ bilər...” yazıbmış. Həmin üçkünc məktub “polevoya poçta” ünvanından göndərilbmiş. Və atam, mamalarım ölənədək “Fətalının itkin canı” dedilər, gözləri yolda, qulaqları səsdə oldu və elə də köçdülər bu dünyadan... (Bizlər hələ də inanırıq ki, əmim sağdır və illah da ondan bir xəbər bulub, qardaş-bacılarının ruhunu şad edəcəyik...)

Bəli, “o üz” bizim yaddaşımızda öz üzsülüyü ilə nəqş olunmuşdu.

...Günlər ötdü, aylar keçdi, illər dolandı, “yenidənqurma” dövrünə gəlib çıxdıq. Fərasətli (daha doğrusu, üzsüz və bic) ermənilər “yenidənqurma”nı da özlərinə işlətməyə başladı. Ordubad, Qazax, Tovuz və başqa ellərimizin sınırları boyu “sınır korreksiyası” adı ilə torpaqlarımızı “Ermənistan”a qatmağa hüquqi cəhd göstərdilər. O biri ellərimizdə nələr baş verdiyindən elə də çox bilgili deyiləm, ancaq Tovuzda baş verənlərin bir qismini müşahidə etməyə, dirənişdə iştirak etməyə az-çox imkanım olub.

Gəlin bu yerdə, sözügedən hadisələri daha yaxşı bilən Vəli müəllimi dinləyək.

Vəli Ədil oğlu Qasımov (82 yaş): “1988-1989-cu illər idi. Bir gün Ağdam kəndindən olan meşəbəyi Nəsir kişi bizə qonaq oldu və dedi ki, Vəli müəllim, torpaq, meşə əldən gedir, erməniyə verilir. Söz mənə güllə kimi dəydi. Nəsir kişi meşədəki “kvartal”ların nömrəsini, hektarlarla sahənin siyahasını mənə verdi. Mən bu sahələri hesablayanda gördüm, nə az-nə çox, düz 989 (doqquz yüz səksən doqquz) hektar edir! Dəhşətə gəldim. Ancaq “bəlkə, keçər gedər, kağız üzərində qalar” deyə özümə ümid aşılamaqdaykən, qara bulud başımızın üstünü kəsdirdi. Aradan 10 gün keçməmiş onlarla maşın erməni, əli belli-baltalı, dayaq və tikanlı məftillərlə hazır şəkildə, bizim Qoşa, habelə qonşu Muncuqlu, eləcə də Qaralar kəndi ərazisində kəndbaşı yollar, yüksəkliklər boyu tökülüşdü. Yanlarında da onların milis dəstələri, Tovuz rayon milis dəstələri və bizim bəzi tanınmaz olası “tanınmış”larımız...

Xəritə çəkən kim, ölçüb-biçən kim, dayaqları basdırıb, tikanlı məftil çəkən kim, zolaqlar, şırımlar açıb, ağac əkən kim... Xülasə hamı iş başında idi. Biz Qoşalılar – 50-60 nəfərlik bir heyət, öz dədə-baba torpağımızı müdafiə üçün hadisə yerinə yığışdıq. Milislər və “baş­bilənlər” bizi acılayıb, “dubinka”nın dəminə verdi; bir neçə nəfərisə milis maşınına basıb rayona “dərs verməy”ə apardılar. Beləcə, 989 ha dədə-baba torpağımız ermənilərə “verildi”...

Bu, ən azı, ən azı ermənilərin donuzlarının yeni “tikanlı məftillər”in yaxınlığındakı qəbiristanlığımızı eşim-eşim eləməsi, əkin-biçin yerlərimizi, məhsulumuzu talaması, mal-qaramızı örüşsüz qoyması, erməni gözətçilərin “sınır”ı keçən hər inəyə cərimə olaraq 300 manat, hər danaya 150 manat tələb etməsi deməkdi. Bu işi belə qoymaq olmazdı”.

Əziz oxucu, məsələnin tarixi və perspektivi, əsli və mahiyyəti 1987-ci ildə qabardılmaya, gizlədilə bilərdi, ancaq camaat öz şüuraltında, bir qədər öncə dediyimiz acılar dolu “yaddaş kartı”nda məsələnin mahiyyətini anlayırdı.

Elə bu anlayışın sonucu idi ki, Vəli müəllim 17 nəfərin imzasını toplayaraq SSRİ Ali Sovetinə və Azərbaycan Ali Sovetinə, bəlli nalayiq hərəkətlərlə bağlı 4 səhifəlik teleqram göndərib. 1 ay keçməmiş Vəli müəllimi Tovuz rayon Partiya Komitəsinə çağırıb­lar. Təxmi­nən gecə saat 12 civarlarında onu Çatax sovetliyi, Kalinin adına sovxozun direktoru ilə birgə qəbul edirlər (siz bircə saat ayarlamasına baxın! – 2-ci qrup əlil olan kənd müəllimini gün boyu həyəcan içində gözlət-gözlət, axırda da gecənin günortası qəbul elə).

Tovuz rayon Partiya Komitəsinin I katibi, Tovuz İcraiyyə komitəsinin sədri, Tovuz rayon Meşə Təsərrüfatı İdarəsinin müdiri, “iş”i yoxlayıb səhmana salmaq üçün Bakıdan gəlmiş Ali Məhkəmənin keçmiş sədri, Ali Sovetin Hüquq şöbəsinin müdiri (Abdulla İbrahimov) və bir nəfər coğrafiyaşunas da qəbulda olub. Qoşadan bir də 1941-1945-ci illər müharibəsinin veteranı, bu sətirlərin müəllifinin əmisi düşən Niyaz Namazoğlu olub.

Vəli müəllim xatırlayır:

“Divan” başladı, nə başladı! Məni Abdulla İbrahimov sorğu-suala tutanda bir nəfər konflikt sözlər ataraq, mənə fikrimi ifadə etməyə imkan vermir, ermənilərin nalayiq hərə­kətlərini müdafiə edərək deyirdi: “Balam, biz iki qardaşıq, hərənin öz torpağı, öz yeri var. Mən öz yerimdə, sənin evinin qarşısında tualet tikəcəm, sənə nə dəxli var?” Mən isə öz növbəmdə cavab verdim: “Biz düşünürük, dost millət, mehriban qonşu olaq; yox, əgər sən tualet tikə­cəksənsə, mən də tualetimi sənin evinin qarşısında tikəcəm”.

Söhbətin bu yerində mən Ali Məhkəmənin sədrindən soruşdum ki, bu vətəndaş kimdir. niyə belə danışır? O bildirdi ki, sizin raykomdur. Artıq külüngü daşa vurmuşdum. Üzr istəməyin də yeri yox idi. Çünki indiyə qədər raykomumuzu tanımamaq mənim “təqsirim” idi və bu iş də ona çox yoxuş gəldiyindən, hər vəchlə özünü mənə “tanıtmağ”a çalışırdı...

Söhbət əsnasında Abdulla İbrahimov məndən rus dilini və coğrafiyanı necə bilməyimi soruşdu. Hər ikisindən müəyyən qədər anlayışım olduğuna baxmayaraq, heç birini bilmə­diyimi dedim. Raykom Meşə Təsərrüfatının başçısından “989 ha məsələsi”ni mənə kimin çatdırdığını soruşanda, o bir qədər dolayı cavab verdi: “O ərazi çox dikdir, ağac kəsiləndə ermənilərin kənd ərazisinə sürüşüb düşür. Ona görə də meşəni onların qorumasına razılıq vermişik”.

Meşəçilərin böyüyü özünü müdafiə üçün belə deyirdi. Raykom ona qışqıraraq, “Səni yer arası kəsməyə çağırmamışıq, məlumatı buna kimin verdiyini soruşuram!” dedi.

Mən Meşə Təsərrüfatının başçısını vəziyyətdən çıxarmaq üçün məlumatı meşənin özündən aldığımı söylədim. Dedim, hər kvartalın başında kvartalın nömrəsi və sahəsi yazılıb; mən də oradan götürüb, hesablamışam.

Rayonun o zamankı rəhbəri qızmış aslana dönüb, kimisə parçalamağa hazır idi. O, mənim dediklərimə inanmayıb, yalan söylədiyimi buyurdu. Ancaq artıq Meşə Təsərrüfatının başçısına vəziyyətdən çıxarmaq üçün ipucu vermişdim. O doğrudan da hər kvartalın nömrəsini və neçə hektar olmasını söylədi.

...Bakıdan gələn coğrafiyaşünas üzünü mənə tutub xəritədən başım çıxıb-çıxmadığını təkrar soruşub, Azərbaycan SSR xəritəsini açıb mənə izah etməyə başladı: “Bax, burada – Ordubadda ermənidən bizə, Öksüzlüdə ermənidən bizə, Şəmkirdə, Qaralarda ermənidən bizə kəsilib. Xüsusilə Qaralarda 5 ev “erməni üzü”ndə qaldığı üçün ermənidən bizə kəsilib; biz də onun müqabilində Qoşa, Muncuqlu ərazisindən yararsız yerləri kəsib onlara veririk. Bu məsələni hər iki respublikanın rəhbər orqanları məsləhətləşib, öz aralarında həll ediblər. Hər məsələni sıravi vətəndaşlarla məsləhətləşməyəcəklər ki! Bax, bu da Elmira Qafarovanın imzası...”

Mən xəritəni özümə tərəf çəkib otaq şəraitində, yerli məhəlləyə uyğun olaraq quzeyi quzeyə, güneyi güneyə fırlayıb başa düşdüyüm tərzdə izah etməyə çalışdım. Xəritədə köhnə sərhədlər qara, yeni kəsilən sərhədlər qırmızı rənglə verilmişdi. Baxdım ki, nəinki ermənidən bizə, hər yerdə bizdən erməniyə torpaq kəsilib, verilib. Dəhşətə gəldim! – Yazıq Azərbaycan, torpaqların, sərhədlərin gör, kimlər tərəfindən kimlərə pay-püş edilir?!

Mən xəritədə hər yerdə bizdən erməniyə verildiyini izah edəndə raykom Abdulla İbrahimova çevrilərək, “Starıy Volk” deyə mənə işarə etdi. Mən çiyni üstə qanılaraq, onu kinayəli süzdüm. O, mənə “Bəs deyirdin, rusca bilmirsən, xəritədən də başın çıxmır?!” – dedi.

Mən isə öz növbəmdə: “Özümə görə az-maz anlayışım var” deyib, susmağa üstünlük verdim.

O, mənim bu hərəkətimdən istifadə edərək, olmazın təhqiredici sözləri başımdan yağdırır və get-gedə daha da əsəbləşirdi. Rayon rəhbəri bir rəhbərə yaraşmayan tərzdə sözlər deyirdi: “Şikəst adamsan, gedib dərsini cütləsən, sənin üçün yaxşı olardı. Sənin siyasətdə, torpaqda nə ölümün qalıb, balalarına yazığın gəlsin, səni ömürlük çörək üzünə həsrət qoyarlar”.

Mən öz raykomumuzu tanımadığımı etiraf edəndən bilirdim ki, o özünü mənə tanıt­dır­acaq. Artıq təslimçiliyə yol verib geri çəkilməyin mənası yox idi, odur ki, cismani şikəst olmağıma baxmayaraq, mənəvi şikəst olmadığımı bildirdim. Dedim: “Qoy, mənəvi şikəst olanlar fikirləşsin və xəcalət çəksin. Mən indiyə qədər çox raykomlar yola salmışam, siz məni işdən azad etdirsəniz də, yenə o torpaq, o camaat mənimdir və mənim olaraq da qalacaq”.

Mənim belə cavablarım Abdulla İbrahimova ləzzət eləyirdi. Bunu üzünün ifadəsindən sezə bilirdim. Etiraf edim ki, bunu hiss etdikcə, daha da cəsarətlənirdim.

Bizim belə deyişməmiz xeyli çəkdi və söhbət get-gedə uzandı. Söhbətin belə mübahisəli həddə çatdığını görən Abdulla İbrahimov mübahisəni kəsməkçün dilləndi:

“Dağların qeyrətinə qurban olum! Mən də dağlı balasıyam. Amma biz səhər saat 10.00-da Moskvaya razılaşma haqqında cavab verməliyik. Gəl, bu razılaşma haqqında protokola qol çək, hər şey yaxşı olar”.

Mən etiraz etdim, teleqrama qol çəkmiş camaatın razılığı olmadan bacarmayacağımı bildirdim. Bu zaman Aslan Nəsirov ona dönərək “Да, сам спокою” dedi. Beləcə məclis dağıldı. Amma məni buraxmadılar, prokurorluqdan çağrılmış 2 nəfər mənim qolumdan tutaraq, öz idarələrinə apardı. Arxamca “Get, ağlın başına gələr!” sözlərini də eşitməmiş deyildim...

Sağ olsunlar, prokurorluqdakılar məni söylədib, əhvalatla tanış olduqdan sonra nəinki məni hədələdilər, əksinə, mənə kabab gətirdilər.

Təxminən gecə saat 3 olardı, sovxoz direktoru öz “Niva”sı ilə məni evimizə gətirdi. O, yol boyu çox minnət edib məni zaminə götürdüyünü bildirdi...

***

Bəli, əziz oxucu, 1989-ci ilin yazında – hələ orta məktəbdə oxuyarkən həmin o “qonşu Ermə­nis­tan”ın (mərkəzin hüquqsuz hüququ, rəsmiyyətsiz rəsmiyyəti ilə) bizim kəndin dağətəyi torpaq­larını, meşə zolağını tikanlı məftillərlə sardığını şəxsən xatırlayıram. Çox şadam ki, indi yazı yazan bu əllərlə o tikanlı məftillərin sö­külməsində iştirak etmək nəsibim olub; rəhmətlik atam, (ömrü uzun olsun) qardaşım da daxil olmaqla, kəndin bütün başıpapaqlıları o süni “sınır”ı dar­ma­dağın ediblər. Vəli müəlimin dediyi məqamlara uyğun olaraq, o zamankı rayon rəhbəri – Tovuz partiya komitəsinin I katibi, digər rəsmi şəxslərin darmadağından bir gün sonra gəlib, camaatı məktəbin həyətinə topladığını da yaxşı xatırlayıram, orada deyilən olmazın sözləri də... – Nəymiş? – Oralar artıq ermə­ni­lərinmiş, istədiklərini edəcəklərmiş, hətta istəsələr, orda bir tualet tikib, ağzını da bəri qoyacaqlarmış-filan və qoşalıların da dinməyə haqqı yoxmuş (?!)

Rəhmətlik Kamil əminin və başqalarının haqlı hay­qırışları bugün də qulaqlarımdan çəkilməyib, ömrü uzun olsun Vəli müəllimin yazısı-pozusu, hüquq müstəvisində dirənişləri artıq müəyyən qədər sizlərə bəlli oldu...

Tanrı camaatı şen eləsin! – bizlərdə belə deyərlər; kənd möhkəm durdu, geri çəkilmə olmadı və o zaman bir balaca kəndin böyük dirənişi olmasaydı, sonrakı proseslər gərəyi, Tovuzun böyük bir ərazisi gerçək təhlükə altına düşə, hazırda milli iqtisadiyyatımızda özünəməxsus payı olan qızıl mədənləri əldən çıxa, təqribən 25-30 min əhali yurd-yuvasından perikə bilərdi... Çünki kənd strateji mövqeyə sahibdir, Qoşanın yuxarılarından nəinki Böyük Qışlaq, Çeşməli bölgəsini, Kirən-Xatıncan bölgəsini, hətta Tovuzun şəhər mərkəzini toplarla vurmaq, atəş nəzarətində saxlamaq mümkündü.

Artıq neçə illərdi, camaatın erməninin əlinə keçməsinə imkan vermədiyi yüksəkliklərdə Azərbaycan əsgəri xidmət keçir, keşik çəkir, Vətənimizi qoruyur. Üstəlik, böyük strateji önəm daşıyan yüksəkliklər əldən getsəydi, bu yalnız Tovuzun adını çəkdiyim dağlı bölgələrini və aran mərkəzini deyil, qarşı illərdə Tovuzla yanaşı, bütün qərb bölgəsini gerçək təhlükə ilə üz-üzə qoya bilərdi. Kim zəmanət verə bilərdi ki, ermənilər Qoşanın, Muncuqlunun başındaca duracaq, dərəyə enməyəcək, qarşı dağlara həmlə etməyəcəkdi. Hətta, elə yerlərindəcə dursaydılar belə, durduqları yüksəkliklər onlarçün əlverişli imkan yaradacaqdı.

Beləliklə, Qazax-Bakı magistralı, Gədəbəy-Şəmkir yolu, Böyük Qışlaq-Tovuz yolu, bu vəsilə ilə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, iraq olsun, olmazın günlər (daha doğrusu, günsüzlüklər) yaşaya bilərdi. Təsəvvür edin, bu nə demək olardı?!. Düşünmək belə qorxuncdur! O yerlərə, o coğrafiyaya bələd olanlar, bu yazılanların nə dərəcədə həqiqət olduğunu dəqiq bilir; bəlkə azca şübhə edənlərsə xəritəyə baxsa, müstəqilliyin ilk illərində cərəyan edən hadisələri göz önündə canlandırsa, şübhələri dağılar...

***

Sonralar...

Meşə zolaqları, torpaq sahələri ilə bağlı xain planın üstünü açan Nəsir kişinin oğlu Naiq könüllü qatıldığı Koxa Nəbi döyüşündə şəhid oldu (1992, mart), Milli Qəhrəman adına layiq görüldü;

Silahlı Qüvvələrin Qoşa əsilli könüllüsü Yolçu Məhəmmədoğlu əfsanəvi artilleriyaçı kimi şöhrət qazandı, polkovnik oldu, “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə, başqa medallarla, bugünlərdə isə Ali Baş Komandan tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi;

Kamıl kişinin mənəvi övladı Etibar müəllim Tovuzda yerləşən hərbi hissənin Qərargah rəisi oldu, rayonun müdafiəsində özünəməxsus xidmətlər göstərdi, mayor rütbəsində tərxis olundu;

Xanoğlan Məsimoğlu “minbat”ın komandiri oldu, hərbçilər arasında kübar və intellektual zabit imici ilə seçildi, sağlamlığında ciddi problemlər yarandı, mayor rütbəsində tərxis olun­du;

İlyas dayım hərbi həkim kimi bir neçə ay xidmətdə oldu;

Cahangir əmimin mənəvi övladı Hamlet döyüş illərində (hərbi xidmət zamanı) xəsarət aldı;

Mamamoğlu Zirəddin müəllim, tay-tuşlarım Gündüz, Rasim, Seyhun aktiv döyüş­lərdən keçdi;

Bu sətirlərin müəllifi, eləcə də Qasım Qüdrətoğlu, Əziz Ələkbəroğlu atəşkəs dövründə zabit kimi Milli Orduda xidmətdə oldu;

Osman Nərimanoğlu sülhməramlılarımızın tərkibində İraqda xidmət keçdi;

Seymur Seyhunoğlu 2016-cı ilin aprel döyüşlərində bir əsgər olaraq mətanətlə iştirak etdi;

Müstəqilliyin ilk illərində kəndin, demək olar, bütün kişiləri el-obada özünümdafiədə iştirak etdi, töhfələr verdi. Hərbi xidmətləri bacarmayan da süfrəsi ilə, maddi-mənəvi imkanları ilə qatqıda bulundu. Qardaşımın yuxusuz gecələrini xatırlayıram; əlbəttə, bu yuxusuz gecələr kəndin bütün o vaxtkı cavanlarına, hətta orta yaşlı kişilərin hamsına aiddir.

Yaşı çatan cavanların tam əksəri hərbi xidmət keçdi, yaxud ali təhsil aldı, harda oldularsa, öz fədakarlıqları ilə seçildilər, ev-eşik qurdular, ailə-uşaq yiyəsi oldular (Əgər kimisə unutdumsa, qüsura baxmasın, inşallah, yeni yazılarda onları da mütləq şəkildə qeyd edə, xidmətlərini xatırlayarıq).

O illərdə Tovuz Xeyriyyə Cəmiyyəti fəal işləyirdi, sınırboyu kəndlərdə müdafiənin təş­kilində özünəməxsus dəstəklə seçilirdi.

Həyat davam edir. Bugün müstəqil dövlətimiz, nizami ordumuz – öz doğma Silahlı Qüvvələrimiz var!

Adıbizim Çinar, Qula yüksəkliklərdəki hərbçilərimizin atəş nəzarətindədir;

Dağlarımızın, yüksəkliklərimizn başı üstündə üçrəngli bayrağımız dalğalanır! Bundan böyük xoşbəxtlik olarmı?..

26 iyun – Milli Ordu Günümüz qutlu olsun!

Əkbər Qoşalı
(axar.az)
Oxşar xəbərlər
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO