Xəbər lenti
22/07/2019 [19:51]:
“Bütün türk-müsəlman ölkələri bu dövlətin müdafiəsinə qalxmalıdır”
22/07/2019 [19:28]:
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
22/07/2019 [19:24]:
RAİ prezidenti Fuad Muradovu özəl günü münasibətilə təbrik etdi: "Ciddi uğur sayıla bilər"
22/07/2019 [19:18]:
Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb? Video
22/07/2019 [19:17]:
“Kadr islahatları aparılacaq” - Prezidentin köməkçisi
22/07/2019 [19:12]:
"Qəbələ" "Feynoord"la, “Qarabağ” isə... - Püşk atıldı
22/07/2019 [19:11]:
İran 17 MKİ agentini tutduğun açıqladı: onların bəzilərini edam gözləyir
22/07/2019 [19:09]:
Jirinovski: "2024-cü ilə Ukrayna adlı dövlət qalmayacaq"
22/07/2019 [19:04]:
Xəzər dənizində insanları vahiməyə salan qəribə canlı peyda olub — ŞOK VİDEO
22/07/2019 [19:01]:
51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapıldı
22/07/2019 [18:59]:
Ən “gəzəyən” ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlandı
22/07/2019 [18:36]:
Dənizə girmək 10 günlük qadağan edildi - Sahillər selin gətirdiyi odunlarla doludur... ..
22/07/2019 [18:30]:
Vəkillərin ixtisas komissiyasının məlumatı...
22/07/2019 [18:10]:
Ukraynalı naşir Qarabağı “qədim Ermənistanın bir hissəsi” adlandırdı… - VİDEO
22/07/2019 [17:35]:
59 yaşın mübarək, Yunus Oğuz!
22/07/2019 [17:33]:
Azərbaycan Türkiyədən vaqon sifariş etdi - 36 milyon dollar ödəniləcək
22/07/2019 [17:22]:
Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi
22/07/2019 [16:57]:
Vay o gündən ki, bu dəyişiklik olmaya...
22/07/2019 [16:26]:
Parlament seçkilərinin yaratdığı şərait - Ukraynada inqilabi islahatlar başlayır - ŞƏRH
22/07/2019 [16:24]:
Partiya sədrindən jurnalistlərə təbrik - "Qələminiz iti, sözünüz kəsərli olsun"
22/07/2019 [16:22]:
Böyrəyində unudulan kateter teli on il sonra tapıldı- Xəstə məhkəməyə müraciət etdi...
22/07/2019 [15:45]:
Müdafiə naziri qanunu pozduğunu etiraf etdi: “Başqa seçimim yoxdur!”
22/07/2019 [15:36]:
Səhiyyə Nazirliyinə tibb bacılarının maaşıyla bağlı qəti xəbərdarlıq edildi
22/07/2019 [15:19]:
“Sevindiricidir ki, milli mətbuatımız ölkə həqiqətlərini beynəlxalq aləmə lazımınca çatdıra bilir”
22/07/2019 [14:59]:
Ərəblər Marsda da xurma yetişdirəcək – GÖZLƏNİLMƏZ...
22/07/2019 [14:49]:
"22 iyul varisi" olan media qurumları və jurnalistlərin adları - SİYAHI
22/07/2019 [14:42]:
Körpəsi ilə birlikdə yatan ana ona daha yaxşı qulluq etmiş olur - MARAQLI...
22/07/2019 [14:40]:
Yol polisi ölümlə üzləşən azyaşlı uşağı xilas etdi - FOTO + VİDEO
22/07/2019 [14:10]:
Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir
22/07/2019 [14:08]:
Müəllim olmaq istəyənlər imtahan verir
22/07/2019 [14:06]:
“Mercedes” yoldan çıxıb aşdı, bir nəfər öldü - VİDEO
22/07/2019 [14:00]:
Türkiyədən sonra daha bir ölkədə saxta içkidən zəhərlənmə oldu - 19 nəfər öldü...
22/07/2019 [13:59]:
“Jurnalistikamız dövlətçiliyimizin qurulmasında müstəsna rol oynayıb”
22/07/2019 [13:49]:
Deputat Eldar Quliyev təltif olundu - FOTO
22/07/2019 [13:45]:
Yerevan-Tbilisi reysində erməni təxribatı: saxtakarlıqlarını göyə qaldırdılar - FOTO
22/07/2019 [13:36]:
Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO + VİDEO
22/07/2019 [13:32]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ -II Hissə
22/07/2019 [13:16]:
“Mediada əsl peşəkarların sayı azdır: Jurnalistlərin çoxu bu məsələdə axsayır...”
22/07/2019 [13:14]:
Baş Nazirin müavini: "Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur"
22/07/2019 [13:07]:
Çıraqlı yenidən atəşə tutuldu: evlər hədəfdə - FOTOLAR
22/07/2019 [13:05]:
Azərbaycan Prezidenti KİVDF-yə 1 milyon manat ayırıb - SƏRƏNCAM
22/07/2019 [12:59]:
"Belə igid gənclərimiz həmişə olub, olacaq və Qarabağı da onlar xilas edəcək..."
22/07/2019 [12:52]:
AMİP-dən jurnalistlərə təbrik...
22/07/2019 [12:44]:
“Onun xatirəsinin əbədiləşdirilməsi üçün əlimizdən nə gəlirsə, əsirgəməməliyik...”
22/07/2019 [12:44]:
Yük avtomobillərinə məhdudiyyət qoyulur
22/07/2019 [12:43]:
İranda ABŞ-a işləyən 17 casus həbs edilib
22/07/2019 [12:42]:
"Əgər gürcü ekstremistləri ərazi iddiasındadırsa, onda öz "hünərlərini" Cavaxetyada göstərsinlər" - VİDEO
22/07/2019 [12:36]:
Bakıda “Gelandewagen" və “Niva” YPX-dan belə qaçdı - VİDEO
22/07/2019 [12:32]:
55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorladı - Azərbaycanda dəhşətli cinayət
22/07/2019 [12:31]:
Aidə Balayeva Prezidentin müşaviri oldu
22/07/2019 [12:29]:
Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü
22/07/2019 [12:26]:
Bakıda seyfi “laqonda” ilə açdılar - Polis 34 mini aparan oğruları axtarır
22/07/2019 [12:17]:
Məşhur kolbasa şirkəti cərimələndi
22/07/2019 [12:14]:
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır - ƏMR
22/07/2019 [12:02]:
Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət
22/07/2019 [11:59]:
Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər
22/07/2019 [11:54]:
Bakıda narkotik satan qadın saxlanıldı - FOTO
22/07/2019 [11:52]:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru öldü
22/07/2019 [11:48]:
“Bu cür problemlərlə qarşılaşmamaq üçün sürücülər avtomobili öz mülkiyyətinə keçirməlidir...”
22/07/2019 [11:39]:
Rusiyalı ekspert: "Paşinyan vəziyyəti anlamır və səmərəli dialoqda iştiraka hazır deyil"
22/07/2019 [11:34]:
Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlandı - FOTO
22/07/2019 [11:31]:
Erməni müğənni Brilliant Dadaşovanın mahnısını oğurladı - VİDEO
22/07/2019 [11:27]:
Aysel 10 minlik itinə ad günü etdi - VİDEO
22/07/2019 [11:21]:
Bakıda qədim musiqi alətləri nümayiş olunacaq
22/07/2019 [11:21]:
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin olundu
22/07/2019 [11:18]:
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır
22/07/2019 [11:15]:
Azərbaycanda avtobusda “kitayski” oğurluq - FOTO
22/07/2019 [11:05]:
EYOF üçün gələn dörd əcnəbiyə tibbi yardım göstərildi
22/07/2019 [10:59]:
"Jurnalist əgər təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa, əxlaqdan məhrumdursa..."
22/07/2019 [10:50]:
"Jara" festivalında təcili yardıma 7 müraciət oldu
22/07/2019 [10:48]:
"Bu şanlı yol Həsən bəy Zərdabinin Azərbaycan mətbuatındakı roluyla bağlıdır"
22/07/2019 [10:47]:
Azərbaycanda yaşayan ukraynalılar seçkilərdə Zelenskinin tərəfdarlarının partiyasını dəstəklədi
22/07/2019 [10:42]:
Xırdalan sakini Astara polisini aldatmağa çalışdı
22/07/2019 [10:39]:
"Mən parlamentdə dəfələrlə onlayn medianın maliyyələşdirilməsini qabartmışam"
22/07/2019 [10:37]:
Mətbuatımızın 1 Yaşlı Övladı - “Kanal32” + VİDEO
22/07/2019 [10:35]:
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi - FOTOLAR
22/07/2019 [10:35]:
Bakıda narkotik alverçisi tutuldu - FOTO
22/07/2019 [10:32]:
Rezidenturaya ixtisas seçimi başa çatdı
22/07/2019 [10:19]:
Antalyada azərbaycanlının meyiti tapıldı
22/07/2019 [10:16]:
Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
Bütün arxiv bir sırada
05/07/2019 [08:52] - Köşə - ( 1071 dəfə baxılıb)

Təqaüdünü millətinə xərcləyən Ustad

Elşad Paşasoy

Vaxt tapıb görüşmək istəyirdim. Özü də “bunlar telefon söhbəti deyil e, bir gün oturaq, danışaq” söyləyirdi Cümhuriyyət qurucuları barədə hər yeni kəşfindən sonra. Son zamanlar yazılarının bir qismini “Yeni Müsavat”da çap etdirmişdi. “Rəsulzadə 1917-ci ildə Rusiya ilə bağlı nə yazmışdı...”, “İstiqlalımızın iqtisadi təməli”, “Azərbaycan Cümhuriyyəti hankı sistem üzərinə qurulmuşdu?” məqalələrinin dərc olunduğu saylarımızı Ustada çatdıracaqdım. Qismət olmadı...

O, yazılarının unternetdə dərc olunması ilə kifayətlənməzdi. Qəzet, çap mediası onun üçün tamam başqa aləm idi. Ona görə də vaxtaşırı yazılarını dərc olunmaq üçün redaksiyamıza yollayar, Rauf bəy məmnuniyyətlə dərcinə göstəriş verərdi.  

Çox böyük aydınımız, Cümhuriyyətin ən böyük araşdırmaçısı Şirməmməd Hüseynovun özü boyda nəhəng arxivi qalıb özündən sonra. Əski əlifbadan çevirdiyi yazıların dərc olunduğu qəzetimizin nüsxələrini də bir gün ailəsinə təhvil verəcəyəm.  

Şirməmməd Hüseynovu yaşadan, onun ömrünü uzadan məhz bu yazılar, bu tədqiqat materialları idi. Bayram günü təbrik üçün zəng edirdin, deyirdi bir dəqiqə dayan e, bu dəqiqə bir material hazırlayıram, gör tarixdə necə kişilər olub. Doğum günündə, ya Mətbuat Günündə zəng edib şəxsinə ünvanlı xoş sözlər demək istəyirdin, qayıdırdı ki, “bu dəqiqə Mirzə Bala Məmmədzadənin bir yazısını latın qrafikasına çevirirəm, kişilər yaradıblar e, bildin?”

90 illik yubileyi ilə bağlı söhbətimizi xatırlayıram. Yubileyini də Cümhuriyyət qurucuları ilə birgə “qeyd edirdi”. Yazı masasından 17 dekabrda da ayrılmamışdı. “Mən bunlarla oturub-dururam e...” deyib yoxdan bir dövlət quran, bayraq qaldıran kişilər haqda yazdıqlarına işarə etmişdi. Tam ciddi şəkildə deyirdi ki, hər ad günündə ən böyük hədiyyəni özü-özünə edir. “Mən hər ad günümdə Cümhuriyyət tarixinə aid nəyisə tapıb verirəm mətbəəyə, çap eləməyə”.  

Bir dəfə dedim Şirməmməd müəllim, kitab nəşrinin maliyyə tərəfi də var. Sizə çap xərclərində kömək edən kimdir? Cavabını olduğu kimi diqqətinizə çatdırıram: “Şirməmməd Hüseynov. Bilirsən ora nə yazmışam? Yazmışam ki, kitab onu sifarişsiz və təmənnasız hazırlayan Şirməmməd Hüseynovun vəsaiti ilə nəşr olunur. Mən heç vaxt gedib nə heç kəsin qapısını döyənəm, nə də heç kəsdən bir manat pul alanam. Ayda 1000 manat prezident təqaüdü almıram? Həm də universitetdə tam ştatda işləyirəm. Ona görə də nə xərci var, özüm verirəm. Araq içmirəm, çaxır içmirəm, restorana getmirəm. Mənim gündəlik yeməyim 6-7 manat tutur. Yerdə qalanı sərf edirəm cümhuriyyətçilərə”.

Bax, belə kişi idi, bizim Ustadımız! Cümhuriyyət sevdalı insan idi. Peşəsini onun qədər sevən, işinə onun kimi bağlı olan ikinci insan tanımadım bu illərdə...

Yarızarafat, yarıgerçək deyərdi ki, söz vermişəm, Cümhuriyyətin 100 illiyini bayram etməmiş ölən deyiləm. Arzusuna çatdı, hətta Xalq Cümhuriyyətinin 101-ci ildönümünü də bayram etdi. Həmin gün telefon açıb təbrik eləmişdim. Bayram ovqatındaydı, həmişəki tək. Ən gözəl bayramda necə olmalıydı ki? Heç təsəvvür etməzdim ki, üstündən heç bir ay keçməyəcək və böyük dostumuzu itirəcəyik...

Bir dəfə də demişdi ki, söz vermişəm, 100 illiyi bayram eləməmiş bu işdən əl çəkən deyiləm. 100 illiyi hamılıqla bayram etdik, amma Cümhuriyyət qurucusu sevdiyi işdən əl çəkmədi. Son nəfəsinədək araşdırdı... Hər gün ən azı, 8 saat Cümhuriyyət tarixi öyrənməklə, yazmaqla məşğul idi.

Üzbəüz oturub söhbətləşdiyimiz vaxtları xatırlayıram. Məhəmməd Əmindən, Fətəli xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Üzeyir bəydən, Ceyhun bəydən sevə-sevə danışır, danışdıqca da əhvalı durulurdu, gözləri sevincdən alışıb-yanırdı. Bir valideyn öz övladlarından, yaxud bir uşaq öz böyüklərindən danışanda belə olardı ancaq. 90 yaşlı Şirməmməd müəllim 24-34 yaşlarında cümhuriyyət quran gənclərdən bəhs edəndə onlara o qədər sayğılı yanaşırdı ki. Örnək götürəsi nə qədər gözəl xüsusiyyətləri var idi...

Onunla son müsahibəmiz abidələr mövzusuna həsr olunmuşdu. Fərqli yanaşması var idi. Şirməmməd müəllimin nəzərincə, bütpərəstlik ənənələrindən imtina etmək lazımdır. Hətta müsahibələrinin birində Məhəmməd Əmin Rəsulzadəyə istinad etmişdi: “Məhəmməd Əmin heykəllər haqqında bilirsən nə deyirdi? Deyirdi, cümhuriyyətçilərə abidə qoymaq lazımdır. Amma bu, büt abidə olmayacaq, bütpərəstlik dövrü qurtarıb. Yəni bir dənə daş qoyasan, heykəl qoyasan, gəlib onun qabağında durasan... Deyirdi, ruh abidəsi, ideya abidəsi, onun daşıyıcısı olan təşkilatlar, siyasi partiyalar, qanunlar, kitablardır abidə”. Və Rəsulzadənin nəsihətinə, vəsiyyətinə uyğun həyat tərzi seçmişdi bizim böyük ustadımız.  

Bu insandan sevgiyə, həssas münasibətə baxın... Araşdırmaları zamanı məlum olmuşdu ki, Üzeyir Hacıbəylinin çap olunmuş əsərləri senzuraya məruz qalıb, orijinalla kəskin fərqlər var. Arayıb-axtarıb, sözləri, kəlmələri sədəf kimi ipə-sapa düzəndən sonra tarixi ədaləti bərpa etmişdi, Üzeyir Hacıbəyli: “Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” adlı kitabı ərsəyə gətirmişdi. O qədər rahat olmuşdu ki, bu işi başa çatdırandan sonra...

Öz təqaüdü hesabına nəşr etdirdiyi “Müstəqilliyin çətin yolu”, “İstiqlal”, “Məhəmməd Əmin Rəsulzadənin əsərləri”, 3 cildlik “”Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər"i kitablarını şəxsən bağışlayıb. Hər kitabı nəşr olunanda da eyni şəkildə sevinirdi, “Sənə o kitabdan vermişəmmi”, deyə, soruşurdu. Sonuncu kitabına “Qalın və qalan kitab” yazıb bağışlamışdı.

Şərəfli və məhsuldar bir ömür yaşayan Şirməmməd müəllim az qala ömrü boyu çalışdığı BDU-nun 100 illiyində iştirak edə bilmədi. Ancaq onun Cümhuriyyət yadigarı olan universitetdə hər zaman izi olacaq, sözü danışılacaq. Özü bir universitet idi. Onun keçdiyi yol nəsillər üçün “yol xəritəsi”dir. Təqaüdünü də millətə xərcləyirdi ki, bizlər oxuyaq, öyrənək, keçmişimizdən agah olaq...

Vəsiyyətinə, nəsihətinə əməl etsək, öyrənsək, tariximizin qədrini onun kimi bilsək, ruhu daim şad olacaq...

loading...
loading...
"Mən parlamentdə dəfələrlə onlayn medianın maliyyələşdirilməsini qabartmışam"
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
Qarabağdan ötəri qurbanam, nəzirəm mən, əmr elə, komandanım, hücuma hazıram mən!
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Hadisə
Dənizə girmək 10 günlük qadağan edildi - Sahillər selin gətirdiyi odunlarla doludur... ..
Dünya
Böyrəyində unudulan kateter teli on il sonra tapıldı- Xəstə məhkəməyə müraciət etdi...
Gündəm
Müdafiə naziri qanunu pozduğunu etiraf etdi: “Başqa seçimim yoxdur!”
Hadisə
Yol polisi ölümlə üzləşən azyaşlı uşağı xilas etdi - FOTO + VİDEO
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
Sovetlərə məxsus "T-72" tankı ABŞ-ın "M1 Abrams" tankına "hücum" etdi - MARAQLI...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)