Xəbər lenti
22/07/2019 [19:51]:
“Bütün türk-müsəlman ölkələri bu dövlətin müdafiəsinə qalxmalıdır”
22/07/2019 [19:28]:
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
22/07/2019 [19:24]:
RAİ prezidenti Fuad Muradovu özəl günü münasibətilə təbrik etdi: "Ciddi uğur sayıla bilər"
22/07/2019 [19:18]:
Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb? Video
22/07/2019 [19:17]:
“Kadr islahatları aparılacaq” - Prezidentin köməkçisi
22/07/2019 [19:12]:
"Qəbələ" "Feynoord"la, “Qarabağ” isə... - Püşk atıldı
22/07/2019 [19:11]:
İran 17 MKİ agentini tutduğun açıqladı: onların bəzilərini edam gözləyir
22/07/2019 [19:09]:
Jirinovski: "2024-cü ilə Ukrayna adlı dövlət qalmayacaq"
22/07/2019 [19:04]:
Xəzər dənizində insanları vahiməyə salan qəribə canlı peyda olub — ŞOK VİDEO
22/07/2019 [19:01]:
51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapıldı
22/07/2019 [18:59]:
Ən “gəzəyən” ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlandı
22/07/2019 [18:36]:
Dənizə girmək 10 günlük qadağan edildi - Sahillər selin gətirdiyi odunlarla doludur... ..
22/07/2019 [18:30]:
Vəkillərin ixtisas komissiyasının məlumatı...
22/07/2019 [18:10]:
Ukraynalı naşir Qarabağı “qədim Ermənistanın bir hissəsi” adlandırdı… - VİDEO
22/07/2019 [17:35]:
59 yaşın mübarək, Yunus Oğuz!
22/07/2019 [17:33]:
Azərbaycan Türkiyədən vaqon sifariş etdi - 36 milyon dollar ödəniləcək
22/07/2019 [17:22]:
Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi
22/07/2019 [16:57]:
Vay o gündən ki, bu dəyişiklik olmaya...
22/07/2019 [16:26]:
Parlament seçkilərinin yaratdığı şərait - Ukraynada inqilabi islahatlar başlayır - ŞƏRH
22/07/2019 [16:24]:
Partiya sədrindən jurnalistlərə təbrik - "Qələminiz iti, sözünüz kəsərli olsun"
22/07/2019 [16:22]:
Böyrəyində unudulan kateter teli on il sonra tapıldı- Xəstə məhkəməyə müraciət etdi...
22/07/2019 [15:45]:
Müdafiə naziri qanunu pozduğunu etiraf etdi: “Başqa seçimim yoxdur!”
22/07/2019 [15:36]:
Səhiyyə Nazirliyinə tibb bacılarının maaşıyla bağlı qəti xəbərdarlıq edildi
22/07/2019 [15:19]:
“Sevindiricidir ki, milli mətbuatımız ölkə həqiqətlərini beynəlxalq aləmə lazımınca çatdıra bilir”
22/07/2019 [14:59]:
Ərəblər Marsda da xurma yetişdirəcək – GÖZLƏNİLMƏZ...
22/07/2019 [14:49]:
"22 iyul varisi" olan media qurumları və jurnalistlərin adları - SİYAHI
22/07/2019 [14:42]:
Körpəsi ilə birlikdə yatan ana ona daha yaxşı qulluq etmiş olur - MARAQLI...
22/07/2019 [14:40]:
Yol polisi ölümlə üzləşən azyaşlı uşağı xilas etdi - FOTO + VİDEO
22/07/2019 [14:10]:
Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir
22/07/2019 [14:08]:
Müəllim olmaq istəyənlər imtahan verir
22/07/2019 [14:06]:
“Mercedes” yoldan çıxıb aşdı, bir nəfər öldü - VİDEO
22/07/2019 [14:00]:
Türkiyədən sonra daha bir ölkədə saxta içkidən zəhərlənmə oldu - 19 nəfər öldü...
22/07/2019 [13:59]:
“Jurnalistikamız dövlətçiliyimizin qurulmasında müstəsna rol oynayıb”
22/07/2019 [13:49]:
Deputat Eldar Quliyev təltif olundu - FOTO
22/07/2019 [13:45]:
Yerevan-Tbilisi reysində erməni təxribatı: saxtakarlıqlarını göyə qaldırdılar - FOTO
22/07/2019 [13:36]:
Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO + VİDEO
22/07/2019 [13:32]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ -II Hissə
22/07/2019 [13:16]:
“Mediada əsl peşəkarların sayı azdır: Jurnalistlərin çoxu bu məsələdə axsayır...”
22/07/2019 [13:14]:
Baş Nazirin müavini: "Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur"
22/07/2019 [13:07]:
Çıraqlı yenidən atəşə tutuldu: evlər hədəfdə - FOTOLAR
22/07/2019 [13:05]:
Azərbaycan Prezidenti KİVDF-yə 1 milyon manat ayırıb - SƏRƏNCAM
22/07/2019 [12:59]:
"Belə igid gənclərimiz həmişə olub, olacaq və Qarabağı da onlar xilas edəcək..."
22/07/2019 [12:52]:
AMİP-dən jurnalistlərə təbrik...
22/07/2019 [12:44]:
“Onun xatirəsinin əbədiləşdirilməsi üçün əlimizdən nə gəlirsə, əsirgəməməliyik...”
22/07/2019 [12:44]:
Yük avtomobillərinə məhdudiyyət qoyulur
22/07/2019 [12:43]:
İranda ABŞ-a işləyən 17 casus həbs edilib
22/07/2019 [12:42]:
"Əgər gürcü ekstremistləri ərazi iddiasındadırsa, onda öz "hünərlərini" Cavaxetyada göstərsinlər" - VİDEO
22/07/2019 [12:36]:
Bakıda “Gelandewagen" və “Niva” YPX-dan belə qaçdı - VİDEO
22/07/2019 [12:32]:
55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorladı - Azərbaycanda dəhşətli cinayət
22/07/2019 [12:31]:
Aidə Balayeva Prezidentin müşaviri oldu
22/07/2019 [12:29]:
Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü
22/07/2019 [12:26]:
Bakıda seyfi “laqonda” ilə açdılar - Polis 34 mini aparan oğruları axtarır
22/07/2019 [12:17]:
Məşhur kolbasa şirkəti cərimələndi
22/07/2019 [12:14]:
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır - ƏMR
22/07/2019 [12:02]:
Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət
22/07/2019 [11:59]:
Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər
22/07/2019 [11:54]:
Bakıda narkotik satan qadın saxlanıldı - FOTO
22/07/2019 [11:52]:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru öldü
22/07/2019 [11:48]:
“Bu cür problemlərlə qarşılaşmamaq üçün sürücülər avtomobili öz mülkiyyətinə keçirməlidir...”
22/07/2019 [11:39]:
Rusiyalı ekspert: "Paşinyan vəziyyəti anlamır və səmərəli dialoqda iştiraka hazır deyil"
22/07/2019 [11:34]:
Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlandı - FOTO
22/07/2019 [11:31]:
Erməni müğənni Brilliant Dadaşovanın mahnısını oğurladı - VİDEO
22/07/2019 [11:27]:
Aysel 10 minlik itinə ad günü etdi - VİDEO
22/07/2019 [11:21]:
Bakıda qədim musiqi alətləri nümayiş olunacaq
22/07/2019 [11:21]:
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin olundu
22/07/2019 [11:18]:
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır
22/07/2019 [11:15]:
Azərbaycanda avtobusda “kitayski” oğurluq - FOTO
22/07/2019 [11:05]:
EYOF üçün gələn dörd əcnəbiyə tibbi yardım göstərildi
22/07/2019 [10:59]:
"Jurnalist əgər təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa, əxlaqdan məhrumdursa..."
22/07/2019 [10:50]:
"Jara" festivalında təcili yardıma 7 müraciət oldu
22/07/2019 [10:48]:
"Bu şanlı yol Həsən bəy Zərdabinin Azərbaycan mətbuatındakı roluyla bağlıdır"
22/07/2019 [10:47]:
Azərbaycanda yaşayan ukraynalılar seçkilərdə Zelenskinin tərəfdarlarının partiyasını dəstəklədi
22/07/2019 [10:42]:
Xırdalan sakini Astara polisini aldatmağa çalışdı
22/07/2019 [10:39]:
"Mən parlamentdə dəfələrlə onlayn medianın maliyyələşdirilməsini qabartmışam"
22/07/2019 [10:37]:
Mətbuatımızın 1 Yaşlı Övladı - “Kanal32” + VİDEO
22/07/2019 [10:35]:
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi - FOTOLAR
22/07/2019 [10:35]:
Bakıda narkotik alverçisi tutuldu - FOTO
22/07/2019 [10:32]:
Rezidenturaya ixtisas seçimi başa çatdı
22/07/2019 [10:19]:
Antalyada azərbaycanlının meyiti tapıldı
22/07/2019 [10:16]:
Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
Bütün arxiv bir sırada
11/07/2019 [22:41] - Cəmiyyət - ( 1036 dəfə baxılıb)

Azərbaycanda ilk dronu biz hazırlamışıq – MÜSAHİBƏ



Bugünkü müsahibimiz Azərbaycanda ilk interaktiv elm muzeyinin sahibi, ilk dəfə ölkədə kompüterlə avtomobil diaqnostikasını həyata keçirən tanınmış mühəndis Elçin Abbasovdur. Elçin Abbasov yaratdığı yeniliklərlə elm və texnologiyaların yalnız nəzəri biliklər əsasında qurulmadığını bir daha sübut etdi. 

Moderator.az-ın məlumatına görə, o, interaktiv elm muzeyi, avtomobil sənayesində olan yeniliklər, avtomobil təmirində məsafədən diaqnostika haqqında Ted.az-a danışıb.

“Azərbaycan qanunvericiliyində radio ilə idarə edilib uçan qurğular haqqında qanun hazırlanandan sonra uçuş etmək üçün icazə prosesi çox çətinləşdi”

- Elçin müəllim, necə oldu ki, texnikaya maraq göstərdiniz?

- Universiteti bitirdikdən sonra 5 il “Azərelektroterm” İstehsalat Birliyində mühəndis-layihəçi işləmişəm. Sonra isə ixtisasımla əlaqədar olaraq, avtomobil sahəsinə gəldim. O zamanlar avtomobil təmiri ilə bağlı insanlar əziyyət çəkirdilər. Çünki ölkəyə xaricdən çoxlu sayda avtomobillər gətirilirdi. Düşündüm ki, bu sahədə işləsəm, daha faydalı olaram. Etiraf edim ki, əvvəllər avtomobil sürməyi bilmirdim. Avtomobil sürməyi də bu işlə məşğul olduqdan sonra öyrəndim. İndi isə ən sevmədiyim iş maşın sürməkdir. Hazırda “Performance Center Servis” şirkətində, “Chevroletin” Azərbaycanda nümayəndəliyində elektrik bölməsinin rəhbəri və texniki məsləhətçi işləyirəm. Texniki ədəbiyyatı çox oxuyuram. Mühərrik düzəltmək ideyası insanların ağlına necə gəlib? Bu mənə hər zaman maraqlı gəlir. Mühərriklərin tarixi inkişafını insanların ideyaları ilə düzəldərək və parktiki olaraq çalışıb, daxili yanma mühərriklərinə qədər gəldim. Texnikaya uşaqlıqdan maraq göstərmişəm. Uşaq vaxtı evimizdə kiçik bir muzeyim, emalatxanam da var idi. Burada kimya, fizika sahəsi ilə bağlı təcrübələr aparırdım. Beləliklə də, bu maraq əsas peşəmə çevrildi. “Facebook”da  “Radiomodernizm” qrupunda adminəm. O qrupu yaratmaqda əsas məqsəd radio ilə uçan avadanlıqlara maraq yaratmaq idi. Maraqlı olan şəxslərlə birlikdə rayonlarda təyyarə uçuşları təşkil edirdik. Bu bir növ texniki idman idi. Azərbaycanda ilk dronu Fərdi Həmidli ilə birlikdə biz düzəltmişik. Eyni zamanda, kompüterlə avtomobil diaqnostikasını da ilk dəfə biz həyata keçirmişik. Sonradan Azərbaycan qanunvericiliyində radio ilə idarə edilib uçan  qurğular haqqında qanun hazırlandı. Uçuş etmək üçün icazə prosesi çox çətinləşdi. Demək olar ki, biz uçuşları dayandırdıq. Amma texniki yaradıcılığa fasilə vermədim. Robotlar, prosessorların proqramlaşdırılması işlərinə yönəldik.

Ukraynalıların “Qafqaz manqalı” adlandırdıqları qurğu var. Həmin qurğunun alt hissəsində alov yandırıb su əlavə etdikdə, fərqli temperaturlar yaranır. Bu isə elektrik enerjisinin yaranmasına səbəb olur. Bu zaman başqa bir qurğu vasitəsilə telefonları bu cihaza qoşmaqla enerji doldurmaq mükündür. 

- İnteraktiv elm muzeyiniz necə yarandı?

- “Badamdar klubu” adında bir klub yaratdım. Orada startapçılar layihələrinə hazırlaşırdılar, təcrübələr aparırdılar. “Badamdar klubu” həm də mənim ev muzeyim idi. Sonra “Hədəf” liseyindən təklif aldım və burada “Elçin Abbasovun İnteraktiv Elm Muzeyi” adında muzey yaratdıq. Bu muzeyin bir filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika kafedrasında açılacaq. “İnteraktiv Ev Muzeyində” bir sıra texniki yeniliklər var. Məsələn, ukraynalıların “Qafqaz manqalı” adlandırdıqları qurğu var. Həmin qurğunun alt hissəsində alov yandırıb su əlavə etdikdə, fərqli temperaturlar yaranır. Bu isə elektrik enerjisinin yaranmasına səbəb olur. Bu zaman başqa bir qurğu vasitəsilə telefonları bu cihaza qoşmaqla enerji doldurmaq mükündür. Xarici ölkələrdə bir neçə texniki muzeylərə gedirdim. Vyana, Budapeşt, Praqa texniki muzeylərində olmuşam. Diqqətimi ən çox Vyanadakı texniki muzey çəkdi. Vyana texniki muzeyinə giriş-çıxış çoxdur. Təsəvvür edin ki, bizim Park Bulvarda olan insan çoxluğu qədər orada adam olur. Demək olar ki, bir gün muzeydə oldum, amma bütün avadanlıqlara baxıb, bitirə bilmədim. Həmin muzeylərlə əlaqə saxlayıram, diskussiya aparıram. Çalışıram ki, elə möhtəşəm texniki muzeylərdən biri də Azərbaycanda açılsın. Azərbaycanın böyük texniki keçmişi olub. Neftayırmaya aid böyük texniki yeniliklər olub. Yeni bulvarda keçmiş elektrik stansiyasının hissələri, qatar hissələri qalıb. Məncə, “Elektro Hall”da texniki muzey yaratmaq istəyiblər, amma tamamlamayıblar. Çox istərdim ki, texniki muzey interaktiv muzey şəklində olsun. Gələn insanlar avadanlığa  baxsınlar, toxunsunlar. “Maraq sərgisi” adlı texniki sərgi keçirmişəm. Bakı Ali Neft Məktəbində, Qafqaz Universitetində, Azərbaycan Diplomatik Akademiyasında sərgilərim olub. Sərgiyə maraq var idi. Amma istənilən halda marağı formalaşdırmaq lazımdır.


- Sizi ən çox təəccübləndirən texnoloji icad nədir?

- Məni ən çox təəccübləndirən texnoloji icad işıq sürətinin ölçülməsidir. Bu sürətin ölçülməsinə dair keçirilən təcrübə mənə maraqlı gəlirdi. İşıq şüası 8,6 kilometr uzaq bir məsafəyə göndərilir və güzgüyə dəyərək eyni nöqtəyə qayıdır. Bu zaman disk fırlanır və bu diskin fırlanma tezliyinə görə işığın sürəti təyin olunur. Bunu fikirləşib, kəşf etmək, doğurdan da, böyük təəccüb doğurur. Məncə, hələ atom energetikası tam şəkildə tədqiq edilməyib. Atom enerjisi tam şəkildə araşdırılsa, yeni enerjilər alınar və bir çox problemlər öz həllini tapar. Xüsusilə də, ekoloji problemlər.

Avtomatik parklama həyata keçirilirsə, az müddət sonra sürücüsüz maşınlar da istifadəyə veriləcək.

- Avtomobil sənayesindəki son yeniliklərdən diqqətinizi ən çox nələr çəkir?

- Ölkə daxilində diqqətimi çəkən məqam hibrid avtomobil sayının çoxalmasıdır. Bu isə qənaətlə əlaqədardır. Dünya çapında isə daxili yanma mühərriklərinə qarşı aparılan mübarizə diqqətimi çəkir. Bu özünü elektromobil sayının çoxalmasında göstərir. Bu kompaniya formalı bir mübarizədir. Bir müddət sonra bu sahədə stabillik yaranacaq. Amma əsas gözlədiyim və yaxın zamanlarda görmək istədiyim sürücüsüz maşınların istifadəsidir. Avtomobil sənayesində artıq bunların elementləri bir-bir gəlir. Müasir avtomobil sistemlərinin bir hissəsində avtomatik parklama sistemi  var. Əgər avtomatik parklama həyata keçirilirsə, az müddət sonra sürücüsüz maşınlar da istifadəyə veriləcək. Kimsə bunun təhlükəsizliyi haqqında danışa bilər. Amma istənilən texnikanın meydana gəlməsi, təhlükəsizlik haqqında fikirlərin yaranmasına səbəb olur. İlk avtomobillər yarananda insan ölümləri haqqında çox danışılırdı. Avtomobildən imtinaya səslənilirdi. Bu gün isə cəmiyyətimizi avtomobil olmadan təsəvvür etmək olmur. Düzdür, bu gün sürücüsüz avtomobilləri dəstəkləyəndə Həmkarlar Təşkilatı buna etiraz edir. Onlar hesab edirlər ki, texnika və texnologiya inkişaf etdikcə işsizlik sayı çoxalacaq. Amma texnologiyanın sürətlə inkişaf etdiyi ölklərdə işsizlik halları müşahidə olunmur.

Sovet dönəmlərində avtomobil daha uzun müddət üçün istifadəyə verilirdi, amma bu gün 4-5 il istifadə üçün nəzərdə tutulur.

- Avtomobil alan sürücülərə nə tövsiyyə edərdiniz. Onlar nələrə diqqət yetirməlidirlər?

- İlk olaraq avtomobilin tarixçəsini bilməlidirlər. Diaqnostikadan da öncə tarixçə önəmlidir. Əgər avtomobiliniz Amerikadan alınıbsa, Siz “carfax” sistemi ilə Avropa modelləri üçün isə dillerə müaricət edərək maşının tarixçəsini çıxara bilərsiniz. Bunu daha çox ikinci əl avtomobil alanlar etməlidirlər. Diaqnostika avtomobilin təxmini göstəricisidir, dəqiq yox. Ümumiyyətlə, avtomobil alarkən, ikinci əl maşın almasalar daha yaxşı olardı. Avtomobilin ilk istifadəçisi olduqda onun zəmanəti də olur. Diller zəmanətə görə, yaranmış nasazlığını təmir etdirir. Çalışsınlar güvəndikləri ünvandan avtomobil alsınlar. Ümumiyətlə, Sovet dönəmlərində avtomobil daha uzun müddət üçün istifadəyə verilirdi. Çox gec xarab olurdu. İndi isə 4-5 il istifadə üçün nəzərdə tutulur. Bu da ki, satış və dövriyyə üçün edilir. Avtomobil uzun müddətli istifadə üçün nəzərdə tutulub istehsal edilsə, qiyməti baha olacaq, proses ağır olacaq, yanacaq sərfiyyatı çox olacaq. Bütün istehsalat sahəsində olduğu kimi avtomobildə də tendensiya bu istiqamətdə gedir. Mənim ilk avtomobilim Sovet maşını “GAZ 24-10”olub. Hazırda da “Chevrolet corvette” istifadə edirəm. Maşın seçimində  etibarlılıq mənim üçün çox vacibdir.

- Avtomobillə uzun müddət səyahətə çıxan sürücü hansı texniki parametrlərin sazlığına əmin olmalıdırlar?

Avtomobil sürücüsü hər zaman uzun səfərlərə hazır olmalıdır. Ona görə də, avtomobil resursu bir yağdəyişmə intervalı qədər hazır vəziyyətdə saxlanmalıdır. Hər zaman texniki parametrlərə nəzarət etmək vacibdir. Səfərə çıxdıqda diqqət yetiriləcək məqamlar ehtiyat lampaların maşında olmasıdır. Çünki lampa xarab olduqda onu dəyişmək lazımdır. Bundan başqa, avtomobil yağı, maşın üçün su minik vasitələrində olmalıdır. Lakin parametr sazlığına hər an diqqət yetirilməlidir.

- Bu gün dünyada avtomobil təmirində istifadə olunan, lakin Azərbaycanda tətbiq edilməyən üsullar varmı?

Bəli, elə üsullar var. Hər ölkənin avtomobil təmirinə yanaşması fərqlidir. Tutaq ki, Almaniyada heç bir aqreqatı təmir etmirlər. Çindən alınmış ehtiyat hissəsini avtomobilə yerləşdirmirlər. Bu, Avropada olan bir standartdır. Rusiyada təmir işlərinə daha dərin baxırlar. Biz də yaxın zamanlarda ötürmələr qutusunun tam təmiri üzrə istehsalat sexi fəaliyyətə başlayacaq. Orada avtomobil ötürmə qutusu verilib, təmir olunacaq və yenidən əvvəlki kimi yeni birötürmələr qutusu şəklində avtomobilin üzərinə qoyulacaq. Avtomobillərin diaqnostikası onlayn şəkildə aparılır. Məsələn, “General Motorsun” rəsmi səhifəsi ilə əlaqə saxlayaraq avtomobilin onlayn şəkildə proqramını dəyişirik. Amma məsafədən diaqnostika proqram təminatını dəyişilməsi zamanı mümkün olur. Təkər dəyişimində mütləq müdaxilə lazımdır. Mexaniki hərəkət lazımdır. Amerikanın “Oil star” deyə bir sistemi var. Bu sistem artıq Avropada da işləməyə başlayıb. Bu sistem belədir ki, siz açarı avtomobildə unudursunuzsa, “Oil stara”da xüsusi bir nömrəyə zəng edirsiniz. Onlar parol kodu deyərək, onlayn şəkildə avtomobilin qapısını açırlar. Avtomobil hava yastıqlarının açılacağı şəkildə qəzaya düşəndə həmin sistem özü qəza xidmətinə zəng vurur. Avtomobilin kordinatları, maşın və sürücüsü haqqında məlumat ötürür. Bu sistemlərin hazırda Azərbaycanda işləməsi üçün infrastruktur normal deyil.

Əvvəl, avtomobillərin uzaqdan diaqnostika metodu sistemi üzərində işləyirdim. Avtomobil hərəkətdə olarkən, bu proqram mənə saat neçədə haradan çıxdığımı, hansı ərazilərdən keçdiyimi, nə qədər yol və yanacaq sərf etməyim haqqında xəbər verirdi. Bu sistemi servis xidmətlərinə  birləşdirərək  düyməni sıxıb servisə xəbər gönədərmək mümkün idi. Həmin servis xidməti də avtomobildə hansı problemin olmasını müəyyənləşdirir. Yolda olarkən hər hansı bir hadisə baş verdikdə, düyməni sıxmaqla mərkəzdən avtomobili diaqnostika etmək olardı. Burada xüsusi qurğu diaqnostika konnektoruna qoşulur və qurğu telefonla əlaqə saxlayır. Əgər müştəri avtomobilini diaqnostika etmək istəyirsə, orada müəyyən düyməni seçir və mərkəzlə əlaqə yaradır. Bu zaman avtomobil dianoqstika olunur. Bu sistem dünyada çox istifadə edilir. Bizdə tamamlanmadı. Gələcəkdə bu sistem Azərbaycanda da aktual ola bilər. Çünki bu gün insanlar mobil  tətbiq vasitələrindən daha çox istifadə edirlər.
 
- Avtomobil, həqiqətən də, qeyri-adi kəşfdir. Siz danışdıqca daha da maraqlı gəlir və çoxlu suallar vermək istəyirəm. Yadımda olmuşkən, mənim üçün hər zaman düşündürücü olub, maşın yağlarının nömrələrlə adlandırılmasının xüsusi bir səbəbi varmı?

Maşın yağları çox qəliz bir mövzudur. Burada bir arqumenti bayraq tutmaq lazımdır ki, hər bir avtomobil mühərrikinə onun istehsalçısının tövsiyə etdiyi yağı tökmək lazımdır. Avtomobilin “anası” onun istehsalçısıdır. İstehsal prosesində onun bütün parametrləri, ara boşluqlarını elə hesablayır ki, müəyyən etdiyi yağ ona uyğun olsun. Avtomobil yağlarının rəqəmlərlə adlandırılması özüllü indekslərdir. Soyuq və isti temperaturlarda özüllük göstərir. Birinci rəqəm soyuq temperaturda, ikinci isə isti temperaturda  özüllük indeksidir. Bu tam olaraq yağı xarakterizə etmir. Maşın yağlarını xarakterizə edilməsi üçün onun spesifikasına baxmaq lazımdır. Çünki bir nömrədə olan maşın yağını istənilən avtomobildə istifadə etmək olmaz. Hətta uyğun olmayan yağlar maşınları sıradan çıxarır.

loading...
loading...
"Mən parlamentdə dəfələrlə onlayn medianın maliyyələşdirilməsini qabartmışam"
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
Qarabağdan ötəri qurbanam, nəzirəm mən, əmr elə, komandanım, hücuma hazıram mən!
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Hadisə
Dənizə girmək 10 günlük qadağan edildi - Sahillər selin gətirdiyi odunlarla doludur... ..
Dünya
Böyrəyində unudulan kateter teli on il sonra tapıldı- Xəstə məhkəməyə müraciət etdi...
Gündəm
Müdafiə naziri qanunu pozduğunu etiraf etdi: “Başqa seçimim yoxdur!”
Hadisə
Yol polisi ölümlə üzləşən azyaşlı uşağı xilas etdi - FOTO + VİDEO
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
Sovetlərə məxsus "T-72" tankı ABŞ-ın "M1 Abrams" tankına "hücum" etdi - MARAQLI...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)