Azbelediyye.az xəbər verir ki,regionda fəaliyyətə başlayan ilk peşəkar informasiya agentliyi olan “Kanal32” İnformasiya Agentliyinin (Kanal32.info) bu gün-iyulun 22-də 1 yaşı tamam olur.
2018-ci ildə məhz Milli Mətbuat Günündə təsis olunan Kanal32.info saytı bu günə kimi ölkəmizdə və dünyada baş verən müxtəlif səpkili olayları operativ və obyektiv şəkildə oxuculara çatdırmağa çalışıb.Həmçinin, Azərbaycanın tarixi,mədəni və iqtisadi imkanlarını dünyaya tanıtmaq,Qarabağ həqiqətlərini yaymaq üçün də müəyyən addımlar atıb.
1 illik qısa fəaliyyəti dövründə Türk dünyasında qüvvədə olan hüquqi prinsiplər əsasında fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla, QHT-lərlə əməkdşalıq edib. “Kanal32” İnformasiya Agentliyi mütəmadi olaraq araşdırma,təhlil və analitik tipli yazıları da oxuculara təqdim edib.Ən əsası isə Azərbayacan vətəndaşının öz haqq səsini duyurmaq üçün açıq kürsü funksiyasını yerinə yetirib.
Hazırda “kanal32” youtube kanalı da fəaliyyətdədir.Ofisi Mingəçevirdə yerləşən “Kanal32″ Media şirkətinin(İnformasiya Agentliyinin)təsisçisi AJB-nin üzvü,”Həsən bəy Zərdabi”mükafatı laueratı,keçmiş telejurnalist İnqilab Şirinbəylidir.
“Kanal32”