Son vaxtlar ABŞ-Türkiyə münasibətlərində ciddi gərginlik müşahidə edilməkdədir.
ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyi və gərginliyin böyüyəcəyi halda, proseslər Azərbaycan və digər türk dövlətlərinə də hansısa formada təsir göstərə bilərmi?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu ABŞ-ın Türkiyəyə qarşı sərt siyasətinin onun digər türk-müsəlman ölkləri ilə münasibətinə də xələl gətirəcəyini vurğuladı:
“Mən hesab etmirəm ki, ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edəcək. Lakin bu baş verərsə, heç şübhəsiz bu, ABŞ-ın Azərbaycan və digər türk-müəslman ölkələri ilə münasibətinə də mənfi təsir göstərəcək. Çünki Türkiyə bu gün bütün türk-müsəlman ölkələrində baş verən problemləri qabardan, onalrın həllini gündəmə gətirən bir dövlətdir. Başqa sözlə desək, bu gün Türkiyə bütün türk-müsəlman dünyasının müdafiəçisi qismində çıxış edir. Buna görə də, əgər ABŞ tərəfindən Türkiyəyə qarşı ciddi addımlar atılarsa, o zaman bütün türk-müsəlman dövlətləri Türkiyənin yannda yer almalı, ona dəstək verməlidir”.
Seymur ƏLİYEV