Sirus Təbrizlidən sensasion müsahibə - Fotolar
Müsahibə
Oxunub: 4706
15 Jun 2013 | 11:47
Sirus Təbrizlidən sensasion müsahibə - Fotolar

Hakim partiyanın son qurultayında YAP rəhbərliyinə yeni simaların gətirilməsi, bunun fonunda təşkilatın qurucuları olan “91-lər”in toplantıdan və rəhbərlikdən kənarda saxlanılması növbəti dəfə geniş müzakirələrə yol açdı. Xüsusilə seçkilər ərəfəsində iqtidar partiyasında baş verənlərə cəmiyyətin ayrı-ayrı düşərgələrində fərqli münasibət var. YAP-ın “Dədə Qorqudu”, “91-lər”in tanınmış nümayəndəsi və 2007-ci ilin martından hakim düşərgəyə, öz partiyadaşlarına ünvanlandığı cəsarətli mesajlarının qarşılığında partiyadan uzaqlaşdırılmış Sirus Təbrizlinin musavat.com-a verdiyi musahibəni Moderator.az təqdim edir.

- Sirus bəy, YAP-ın son qurultayında verilən qərarları, partiya rəhbərliyindəki yenilikləri partiya qurucusu, sabiq sədr müavini olaraq necə dəyərləndirirsiniz?

- Düz 21 il öncə xalqımızı, vətənimizi sevən vətənpərvər insanlar Azərbaycanı ağır, çətin durumdan qurtarmaq yolunu səriştəli, təcrübəli bir siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Bu məqsədin reallaşdırılması üçün də Heydər Əliyevin partiyasının yaranmasını zəruri saydıq. Bilirdik ki, bu ideya Azərbaycan xalqı tərəfindən həm bəyəniləcək, alqışlanacaq, həm də böyük dəstək tapacaq. O zaman Azərbaycana həm sabitlik, sakitlik, lazımdı həm də totalitar sistemdən çıxmış dövlət yeniləşməli idi. Məhz buna görə də mən partiyanın adını Yeni Azərbaycan qoydum və bu, Heydər Əliyev, həm də o zamankı silahdaşlar tərəfindən bəyənildi və qəbul edildi. 1993-cü ilin iyununda təcrübəli bir siyasətçi olan Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması həm ölkədə sabitlik, sakitlik yaratdı, həm də bir çox yeniliklərlə səciyyələndi. Bu yeniliklər İlham Əliyev dövründə də daha geniş vüsət tapdı və əminəm ki, bundan sonra daha da artacaq. Sözsüz ki, bu işlərin təşəbbüskarları olaraq biz yaxşı işlərə sevindiyimiz kimi, neqativ hallarla bağlı da məyusluq duyğusu keçiririk. Şəxsən mən bu duyğularımı daim tənqidi fikirlərimdə bildirmişəm. YAP-ın son qurultayında Mehriban xanımın 1-ci müavin seçilməsi həm partiyanı yeniləşdirəcək, həm də Azərbaycanı. Mən buna əminəm.

- 2007-ci ildə partiyadaşlarınıza, hakim düşərgəyə ölkədəki vəziyyətlə bağlı sərt mesajlar verib çağırışlar etmişdiniz. Bu gün ölkənin vəziyyəti necədir, sizin çağırışlarınızın hansısa təsiri oldumu?

- Azərbaycanın vəziyyətində hansı bir dövlət olsaydı, lap elə Amerikanın özü kimi böyük dövlətin əhalisinin 20 faizi qaçqın, ərazisinin 20 faizi işğalda olsaydı, o dövlət müvazinətini itirəcəkdi. Bu çətin bir vaxtda gəlib işləri yoluna qoymaq, bu qədər qaçqınlı, problemli ölkədə bu qədər tikmək, qurmaq, yaratmaq elə-belə iş deyil. Saakaşvili əbəs yerə deməmişdi ki, prezidentlər içərisində İlham Əliyev qədər öz dövləti üçün iş görən adam tanımıram. Saakaşvili sıradan bir siyasətçi deyil, mən onun səmimiyyətinə də inanıram. Düzdür, Azərbaycan zəngin dövlətdir. Amma bunu etməkdən ötrü o başıpozuqluqdan-filandan qurtarmaq lazım idi. Bugünlərdə mənə danışıblar ki, bir dəfə Əbülfəz Elçibəy öz iqamətgahından dövlət bağına, Azad Mirzəcanzadənin yanına gəlir, çay içib söhbət edirlər. Durub gedəndə Əbülfəz bəy baxır ki, gül-çiçəyin içində zir-zibil var. Elçibəy rəhmətlik əyilib kağız-kuğuzu götürür, onu ötürənlərə deyir ki, a bəylər, bunun yiyəsi, sahibi sabah gələcək və bizdən soruşacaq ki, niyə buranı belə zibilləmisiniz. Bu, çox simvolik bir şeydir. Dövlət zibillənmişdi. Çox təəssüf ki, həmin o zibillərdən, simasız quldurlardan bu gün də dövlət bağında var. Ona görə də mən və mənim kimi ziyalılar bu tənqidi etməlidirlər də. Amma ümumi götürəndə bəli, bu cür problemli bir ölkə, hərənin bir silahlı dəstəsi vardı, prezidentin başının üstündən öz sözünü keçirirdi, bu vəziyyəti qısa müddətdə yoluna qoymaq, qısa müddətdə abadlıq işləri aparmaq asan məsələ deyildi. Dədə Qorquddan bu yana heç kim Azərbaycanda bu qədər abadlıq işləri görməyib, Azərbaycana yenilik gətirməyib. Mən əminəm ki, bunun davamı olacaq. Amma tənqidə dözümlü olmaq lazımdır. Yaponiya, Hindistanda partiyalar olub ki, 50-60 il hakimiyyətdə olub. Ona görə ki, partiyanın içində fraksiyalar var idi. Yəni hətta partiyanın üzvləri müxtəlif düşüncələrə malik idilər. YAP-ı yaradanda mən Heydər Əliyevlə bütün bu məsələləri müzakirə edirdim. İndi bəziləri mənim haqqımda deyirlər ki, partiyanın xəttinə zidd gedirdi. Utanmırlar! Yadlarına salsınlar ki, mən nəyi tənqid eləmişdim. Mən rüşvətxorluğu, riyakarlığı, yaltaqlığı, satqınlığı tənqid etmişdim. Bir soruşan yoxdur ki, necə olur bu millət həm Heydər Əliyevi sevir, həm də onun düşməninə, onu bəyənməyən, tənqid edən adamlara səs verib onu deputat edir. Siz jurnalistlər bu tədqiqatları aparmalısınız, ya yox? Mənim ürəyim ağrıyır, İctimai Palatanın yaranması da bu iqtidarın səhvidir. Dünya dağılmazdı ki, müxalifət düşərgəsindən heç olmasa cümləni düzgün quran 5-10 adam parlamentə buraxılsaydı. Nə olar, qoy tənqid də eləsinlər. Bu gün Milli Şuranı da yenə iqtidarın səhvi yaradır. Əgər tənqidə, zamanın tələb etdiyi demokratik proseslərə dözümlü yanaşılsaydı, heç bu təşkilatlara ehtiyac qalmazdı. Yəni Sirus Təbrizli o partiyada hesab elə ki, təkbaşına bir fraksiya idi. Mən o vaxt tənqidi fikirləri deyəndə Heydər Əliyevə arxayın idim. Mən bu gün də öz fikrimdən dönməmişəm, nə demişəm də düz demişəm. Mən bu gün də İlham Əliyevə arxayınam. YAP-ın qurultayında Elmlər Akademiyasının prezidentinin müavin seçilməsi, xüsusən Mehriban xanımın partiya rəhbərliyinə gəlməsi tamamilə yenilikdir. Hakim partiyaya yeni adam gəlib, deməli, partiya yeniləşəcək. Beynəlxalq aləmdə gördüyü işlər də diqqətəlayiqdir. Müsəlman aləmində qadının siyasətdə yuxarı pillədə olmasının özü böyük bir yenilikdir. Sabah ölkə cazibədar bir ölkəyə çevrilə bilər. Yaxud çox həssas bir təbəqə olan qaçqınlarla bağlı bir insanın YAP rəhbərliyinə gətirilməsi təsadüfi deyil. Mən bu yenilikləri zəhmət çəkdiyim partiyada görəndə əlbəttə sevinirəm. Amma mən partiyada dönük, alçaq, riyakar adamları görəndə sarsılıram. Belə çıxır ki, YAP-ın xətti rüşvətxorları, satqınları, ikiüzlüləri, minsifətliləri müdafiə etməkdir? Xeyr! Bu, xətt ola bilməz! Nə Heydər Əliyev, nə də İlham Əliyev bunu bəyənməz, nə Allah götürməz, nə bəndə istəməz və əgər belə adamlar çoxluq təşkil etsə, o dövlət batar. Mən sevinirəm ki, Qurtuluş günü ərəfəsində keçirilən qurultayda o yeniliklər baş verdi. Bəli, ötən 20 il bir cavanın ömrüdür, ölkə yaşayır, həyat davam edir. Mən əminəm ki, əgər xalqın istədiyini, demokratik ölkələrin istədiyini etsələr, hətta Qarabağ problemi də onun içərisində tezliklə həll olunacaq.

-"91-lər" məsələsi, onlara münasibət bugünlərdə yenə də aktuallaşdı, partiya quruculuğunda iştirak etmiş şəxslər onlara qarşı biganəlikdən, qurultaydan kənarda saxlanılmasından narazılıqlarını açıqladılar. Onlara haqq verirsinizmi?

- “91-lər”in siyahısının başında Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Zeynəb Xanlarova, Ömər Eldarov kimi şəxsiyyətlər var idi. Onların hamısı vətənpərvər insanlar idi. Biz bilmirdik ki, başımıza nələr gələcək. Həmin dövrdə bu işlərə baş qoşan insanlar yalnız hörmətə layiqdirlər. Bu gün İlham Əliyevin ətrafında elə namərd adamlar var ki, onlar onu hörmətdən salmaqdan ötrü “91-lər”ə arxa çevirirlər ki, millət desin İlham Əliyev atasının silahdaşlarını qoruya bilməyibsə, biz bundan nə umacağıq? Bu, çox təhlükəli siyasətdir. Bu insanların böyük iddiaları yoxdur. Mənim özümün həyat tərzim var, heç vaxt bilmədiyim şeyə baş qoşan deyiləm. Amma mən o insanların hamısını ləyaqətli insan sayıram. O dövrdə kim bu işə qoşulubsa, Azərbaycan xalqı, dövləti naminə qoşulub. Mən hətta rəhmətlik Heydər Əliyevin özünə deyirdim ki, sizin qaş-gözünüzə aşiq olmamışam. Mən xalqın vəziyyətini görürdüm və bundan qurtuluş kimi... O dövrdə Etibar Məmmədovdan güclü siyasətçi yox idi. Mən bu gün Etibarla münasibətdəyəm, çox şeyləri ondan də ondan öyrəniləm, dünyanı gəzib, görüb, çox püxtələşib. Yeri gəlmişkən, Heydər Əliyevə kömək edənlər arasında Nemət Pənahlının da çox böyük rolu olub. O vaxt Naxçıvana gəldi, mənimlə birgə mitinqi apardı... İndi Etibara sual verirəm ki, Heydər Əliyev olmasaydı, sən həmin dövrdə ən güclü partiyanın sədri kimi hakimiyyət gəlib bu işlərin öhdəsindən gələ bilərdin? Deyir, “yox”. Bunu ziyalı adam olan, mitinq pafosu ilə yaşamayan Etibar Məmmədov deyir. O, çox püxtələşib, bu gün də ondan istifadə etmək olar, nə olsun müxalifətdə olub... Əsl siyasətçi vəziyyəti düzgün qiymətləndirməyi bacarmalıdır. Çünki o, ziyalı adamdır. Ona görə də Etibar Məmmədovun özü də, bir çox AMİP-çilər də Heydər Əliyevin hakimiyyətə gəlməsində çox mühüm rol oynadılar. O vaxt da Heydər Əliyevə deyirdim ki, şərait yarat, bu insanlar namizədliklərini versinlər, lap Bakı şəhər merini seçilsinlər. Əgər biz buna şərait yaratmırıqsa, onlar da prezident seçkilərini gözləyirlər. Hamı gözünü o yerə dikib. Amma biz şərait yaratsaq, Əli Kərimli gedib bir rayonda vali olsa, yaxşı olarsa da, bu iqtidarın xeyrinədir, pis işləsə də. Pis olacaqsa, deyəcəklər bu bir rayonu idarə edə bilmədi, ölkəni necə idarə edəcək? Təbii ki, əxlaqsız kommunist rejiminin təfəkkürü ilə düşünən adamlarla mənim düşüncəm eyni ola bilməz. Mənim oturub-durduğum insanlar olub. Nə Xudu Məmmədov, nə Azad Mirzəzadə, nə Xəlil Rza, nə Ziya Bünyadov, nə Sabir Əhmədov həmin təfəkkürü qəbul etməyib. Mənim bu dairəm olub və onlarla ləzzət almışam. Həmin Sabir Əhmədov-hansı ki, Heydər Əliyevi tənqid etmişdi-amma Heydər Əliyev gəldi, ona prezident təqaüdü verdi, İlham Əliyevin vaxtında Sabir Əhmədova ev verdilər. AXC heç ev tikə bilirdi ki? 5 manat pul qazandılar ki, kiməsə təqaüd versinlər? Bunlar da axı insandırlar.
Sirus Təbrizlidən sensasion müsahibə <i style=- Fotolar" src="//old.moderator.az/fotobaza/original/5.jpg">Sirus Təbrizlidən sensasion müsahibə <i style=- Fotolar" src="//old.moderator.az/fotobaza/original/6.jpg">Sirus Təbrizlidən sensasion müsahibə <i style=- Fotolar" src="//old.moderator.az/fotobaza/original/7.jpg">

Oxşar xəbərlər
22:55, Bu gün
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
22:48, Bu gün
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
22:40, Bu gün
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
22:38, Bu gün
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
22:32, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
22:29, Bu gün
Ermənistanda aksiyalar davam edir - VİDEO
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
GÜNLÜK
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər