Əvvəllər bu adı qazanmaq çox əziyyətli və şərəfli idi. Danışanda çoxumuz Sovet dövrünü bəyənməsək də, o dövrdə hər kəs layiq olduğu qədər sevilir, hər kəsə layiq olduğu ad verilirdi. Bəzən sənətdə sözünü demiş, sözün əsl mənasında xalq tərəfindən sevilmiş sənətkarların bu adı almağa ömrü belə yetmirdi. O zamanlar verilən adlar həqiqi idi. Xalq artisti deyəndə xalqın sənətkarı nəzərdə tutulurdu.
Amma zaman dəyişdi.
Zamanın dəyişməsi
bizə müasirlik gətirdi, bizi əsl kökümüzdən uzaqlaşdırmağa başladı. Zaman dəyişdikcə
xalq artistlərinin də sayı artmağa başladı.
Aygün Kazımovaya xalq artisti adı
veriləndə çox təəccüblənmişdim. Axı,
Aygün Azərbaycan mədəniyyəti üçün, Azərbaycan xalqı üçün nə etmişdi ki, ona
xalq artisti adı verilirdi? Həmin zamanlarda ətrafdakı dostlar dedi ki, indi
xalq artisti adını almaq da ucuzlaşıb, bu adı başqa yollarla, hətta pulla da
almaq mümkündür. Nə isə....Aradan xeyli
zaman keçdi.
Bir müddət əvvəl
İlhamə, Nazpəri, Məleykə davasının şahidi olduq. Yerigəlmişkən, onlar da xalq
artistləridir. Bu yenicə bitmişdi ki, Aygünlə Brilyant özünü ortaya atdı.
Bir-birinə əxlaqsız, səviyyəsiz, küçə söyüşlərini açıq-aydın sosial şəbəkələrdə
yağdıran bu xalq artistləri bir dəfə də olsun düşünmədilər ki, xalqın əsəblərinə
toxunurlar.
Biri o birinə ləkə
dedi, o biri bu birinə .... yedirtdi, hamısı cəmiyyətin gözü qarşısında. Bu qadınlar qadınlıqlarından utanmasalar da cəmiyyətdən,
xalqdan utanmalı idilər. Çünki
onlara biz istəməsək də, biz seçməsək də
“xalq artisti” adını veriblər. Barı bu ada hörmət edəydilər. Yox. Vəziyyət o yerə çatıb ki, bir ”“birini məhkəməyə
verir, bir-birindən iyrənc dilə gətirilməsi belə xoş olmayan sözlər danışırlar.
Onlara bu xalq
artistlərinə xalq içində belə davranmağa kim haqq verir? Niyə evinizə, ailənizə
və özünüzə layiq söhbətlərlə xalqın əsəblərinə toxunursunuz?
Düzünü söyləsəm
mənim heç birinizin sənətinə zərrə qədər də hörmətim yoxdur. Kimin kim olduğunu
xalq daha gözəl bilir. Əgər bu adı “xalq
artisti” adını daşımaq bu qədər ağırlıq edirsə,
ondan imtina edə bilərsiniz.
Bizim sizin bazar söhbətlərinizə qulaq verməyə daha hövsələmiz
qalmayıb.
Gənclərimiz sizdən
nə örnək götürsünlər, nəyi örnək götürsünlər? Açıq saçıq geyimlərinizimi,
davranışlarınızımı, danışıqlarınızımı? Toparlayın özünüzü, ayıbdır sizin
üçün. Şəxsən mən sadə bir vətəndaş sizin kimi xalq artistlərmiz olduğu üçün
utanıram. Siz Azərbaycan mədəniyyətinin simaları sayılırsınız... Budurmu Azərbaycan
mədəniyyəti? Əxlaqsız sözlər, davranışlar, şantaj? Heç olmasa daşıdığınız “xalq artisti” adından
utanın!
Bir-birinizə əxlaqsız
deyirsiniz....Çox maraqlıdır mənim üçün sizin əxlaq meyarlarınız nə ilə
ölçülür? Sizin bir-birinizdən nə fərqiniz var ki?
Sonda, cənab Əbulfəz Qarayev, sizin baş verənlərdən xəbəriniz
yoxdurmu? Varsa niyə bir əncam çəkmirsiniz? Bəlkə cənab Prezident Azərbaycan Mədəniyyətinin
qayğısına qalmağı sizə tapşırmayıb?...Sualıma cavab gözləyirəm!