Koronavirus xəstəliyi dünyanın hər yerində olduğu kimi ABŞ-da da ciddi həkim çatışmazlığı yaradıb.
Moderator.az xarici
mediaya istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bu problemi qismən də olsun
həll etmək üçün maraqlı çıxış yolu tapıb. Belə ki, ABŞ hərbi tibb məktəbinin tələbələrini
vaxtından əvvəl məzun etmək qərarına gəlib. Ilkin olaraq 170 tələbənin
koronavirus pandemiyası səbəbi ilə həkimlərə kəskin ehtiyac duyan Merilend
ştatına göndərilməsi nəzərdə tutulur.
Vaxtından əvvəl məzun
edilən tələbələr lisenziyalı həkimlərin nəzarəti altında fəaliyyət göstərəcək.
ABŞ yetkililəri bildiirb ki, hökumət tibbi böhranın baş verməsini önləməyə
çalışır. Çünki indiki məqamda tibbi böhranın baş verməsi koronavirusla mübarizəni
bəribaşdan uduzmaq demək olar.
Seymur ƏLİYEV