"Qələbə bizimdir - məğlubiyyətlərimiz isə Bakıdakı satqınların...”
Oxunub: 9084
10 Jun 2020 | 14:19
Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir... 
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar. 




“Biz 104/709-cu kazarmalar ətrafındakı  döyüş meydanlarına baxmaqdan ötrü icazə istədik. Bu, filmlərdə  göstərilən dəhşətli mənzərəni xatırladırdı: baş qərargahın özünün toxunulmaz qalmasına baxmayaraq yanğın binanın yataqlar olan arxa hissəsini tamamilə məhv etmişdi. Belə bir təəssürat yaranırdı ki,  kimsə tamaşa üçün kazarmaları yandırıb...  

Hər yerdə dustaqların olduğu tam həqiqət idi. Surət Hüseynovun qərargah rəisi polkovnik Eldar Əliyev bizim qarşımızda qorxuya düşmüş  cavan dustaqların bir neçəsinin üstünə cumdu. “Sizin əlləriniz qardaşlarınıza qarşı necə qalxdı?! - soruşan polkovnik Əliyev gözyaşları yanaqlarından üzüaşağı axa-axa qorxudan başlarını itirmiş gənc əsgərləri otağın bir küncündən  o biri küncünədək şapalaqlayaraq qışqırırdı. Orduya yeni çağırılmış bu əsgərlər bizim kameralara baxaraq Elmiranın mikrofonuna and içirdilər ki,  onları aldadıblar... Əsgərlərin komandirləri deyibmiş ki,  onlar 709-cu alayın qəhrəmanlarına atəş açmağa yox,  Murovdağın başına- erməni yaraqlılarıyla döyüşməyə gedirlər...

Mən xahiş etdim ki,  nəqliyyat vasitələrini.  saxlanıldığı yeri göstərsinlər. Ora mübaliğəsiz ağır texnika ilə dolu idi - onlarla tank, “Qrad” tiipli raket sistemləri... 

“Bunların hamısı döyüşməyə iqtidarı olmayan hökumət qüvvələrindən müsadirə edilib”- Surətin mətbuat katibi Aypara Əliyev belə dedi.  Lakin maşınlara cəld nəzər saldıqda aşkar oldu ki, onların yalnız bir qismində hökumət nişanları var.  Üstəlik, onların çoxunun  Azərbaycanı bir-iki həftə öncə tərk etdikləri güman edilən rusların 104-cü hava desantı alayına məxsus olduğu bilindi...

Bəli, hadisələrin “Surət” versiyası ilə düz gəlməyən  və ziddiyyəti çox elementlər vardı. Lakin onların hamısı emosional bir ittihamın içərisində öz əhəmiyyətini itirirdi - hökumət qardaş qırğını üçün məsuliyyət daşıyırdı. Bu lənətlənmə müxtəlif formalarda yenindən və yenidən hey təkrar edilirdi: “Hökumət qardaş qırğınında günahkardır, hökumət Azərbaycanın 70 ən vətənpərvər övladının ölümü üçün məsuliyyət daşıyır...”

Bu mantra Aypara tərəfindən yenidən və yenidən təkrar olundu.  70 şəhid! Yaxşı, bəs cəsədlər hanı? Biz xəstəxanaları və meyitxanaları gəzdik;  heç bir yerdə cəsəd deyilən şey yox idi. Gəncənin əsas məscidinin axundu etiraf etdi ki, o, yalnız 4 cəsəd görüb – onlar da iyunun 4-də həlak olmuş hərbçilər imişlər...

Onlardan biri kapitan  Mehman Ələkbərov idi. Bizə belə məlumat verdilər ki, o, Surətin dəstəsində “şəxsən 100-dən çox erməni öldürmüş” məşhur komandir imiş... Həmin səhər o, ağ bayraq apararkən hökumət silahlıları tərəfindən güllə ilə vurulub və şəhərin kənardındakı Şəhidlər Xiyabanında  hərbi şərəflə torpağa tapşırılmaqdadır. Biz ora tələsdik və emosional bir dəfn mərasiminin şahidi olduq.  Mərasimin ən təsirli anı Mehmanın bölməsinin dizi üstdə çöküb  “onun qanını yerdə qoymayacaqları”na and içdikləri zaman oldu...

Yaxşı, bəs digərlərinin  cəsədi, yaxud qəbri hanı? Mehmanın son istirahət yerinə yaxın heç bir yeni qəbir yox idi. Artıq nə isə iy verməyə başlayırdı və bu, çürüməyə başlamış cəsədlərin iyi deyildi – bu, onların, ümumiyyətlə, olmaması idi...

...İyunun 6-da Bakıdan ilk “sülh nümayəndəliyi” Surətin baş qərargahında peyda oldu. Onun başında duran Şeyxülislam Allahşükür Paşazadə qara “ZİL” limuzində bir neçə köməkçisi ilə birgə gəlmişdi. Sonra Şadman Hüseynov gəldi – Etibar Məmmədovun birinci köməkçisi(əslində müavini)...  Daha sonra Baş nazirin köməkçisi(əslində müavini-S.L.) Rəsul Quliyev və onun ardınca Mütəllibov erasından salamat çıxmış, Elçibəy erasının icraçısı Abbas Abbasov və yaltaq neo-kommunistlərin bariz nümunəsi, uzun, arıq Rəhim İsazadə(Amerikalı jurnalistin bu ad-soyadı bilərəkdən, yaxud unutqanlıqdan səhv yazdığını demək çətindir. Amma Azərbaycan siyasətində belə bir şəxsin olmamasından arif oxucuya söhbətin əslində kimdən getdiyini anlamaq çətin olmaz- S.L.)... 
Koridorda bir-biri ilə söhbətləşənlərin səslərindən Nemət Pənahov və Rəhim Qazıyev olduğu bilinirdi...

Düzdür, başqaları da vardı. Lakin onların hamısını ümumi bir şey birləşdirirdi: çıxış yolu tapmaqdan çox özlərini elə aparırdılar ki,  sanki təmsil etdikləri hökumətin ordusunu acından qıran hərbi diktatoru uğurlu əməliyyatına görə təbrik etməyə gəlmişdilər...

“Surət nə dedi? O, nə dedi?”- hər dəfə 709-cu qərargahdan “sülhməramlı” nümayəndə heyətinin üzvləri çıxanda bayırda dayanıb gözləyən və getdikcə çoxalan jurnalistlər bu sualı verirdilər...

“Vəziyyət yaxşı deyil - cavab gəlirdi, – Surət qəzəblənib. O, İsa Qəmbərlə Pənah Hüseynovun istefasını istəyir...” 

“İşlər heç də yaxşı deyil – beş dəqiqə sonra içəri otaqdan çıxan dedi, – Surət tələb edir ki, bütün hökumət istefa versin və Elçibəy xain çıxdığına görə həbs edilsin!..”
.
..Surət ittiham edirdi, Surət tələb edirdi, Surət əmr edirdi... Lakin bunların hamısı ikinci şəxs vasitəsilə verilən məlumat idi – çünki bu adamın özünün izi də görünmürdü...

Mən, ümumiyyətlə, Surətin xarici görkəmini yadıma sala bilmirdim. Onu keçmiş rejimlə assosiasiya olunan şişman neo-kommunist timsahlardan biri kimi təsəvvür edirdim...

(Materialın bundan sonra sonadək olan hissəsi ötən il saytımızda təqdim edilib. Lakin  siz -dəyərli oxucularımız üçün xronoloji ardıcıllığın itməməsindən ötrü  Amerika jurnalistinin  Surət Hüseynov haqqında özünəməxsus fikirlərini əsk etdirən həmin epizodu yenidən nəzərinizə çatdırırıq) 

“Azərbaycanda var-dövlət korrupsiya ilə, korrupsiya köklüklə səciyyələnir. Və Surət Hüseynov milyonlara kommunist dövründə sahib olduğuna görə, mən belə düşünürdüm ki, o da şişman olmalıdır... 
Bu putççunu(qiyamçını-S.L.) görəndə  mən heyrətə gəldim. Bu, üçüncü günün axşamı idi... 

Xahişə gəlmiş nümayəndələrin bir qismi belə qərara gəldi ki, mətbuatla görüş Surət üçün yaxşı olar. O zaman Surətin qərargahı Bakıdan və haradansa gəlmiş  jurnalistlərlə qaynayırdı...

Bir neçə dəfə təxirə salınandan sonra, nəhayət, bizi kazarmaların içərisində yerləşən otağa saldılar. Böyük masanın arxasında siyahıda olanlar idi: Şeyx Paşazadə(QMİ sədri A.Paşazadə-S.L.),  fəhlələrin lideri Pənahov(Nemət Pənahlı), Abbas Abbasov, Rəsul Quliyev və səhv etmirəmsə, Dr. Şadman(AMİP sədrinin 1-ci müavini Şadman Hüseynov-S.L.). 

Masanın başında əyninə iki sıra düyməli,  tünd rəngli  kostyum, yaxşı ütülənmiş ağ köynək və konservativ qalstuk taxmış eleqant bir cavan oturmuşdu. Onun fenlə qurudulmuş saçları donmuş kimi tərpənməz görünürdü, üzündə utancaq və səfeh təbəssüm ifadəsi vardı...
Bu idi Surət Hüseynov?..

Bəli, Surət mətbuat üçün özünü nümayiş etdirə bilərdi. Lakin bu o qədər də mətbuat konfransına oxşamırdı. Surət  o qədər anlaşılmaz surətdə danışırdı ki, dedikləri bir-biri ilə rabitəsi olmayan ifadələrdən ibarət idi. Ətrafında olan  yaşlı və təcrübəli şəxslər ona nə demək lazım olduğunu pıçıldayırdılar...

“Sizə kim dəstək verir?”-hadisə ilə əlaqədar Bakı televiziyasından gətirilmiş yaşlı yaltaq jurnalist soruşdu. 

“Nə?”- Surət nərildədi. 

“Dəstəyiniz, başa düşürsüz, sizə dəstək verən insanlar”- jurnalist gənc fatehin ağzından cavabı qoparmağa çalışdı.

“Xalqdan-xalq...”- Dr. Şadman masanın o biri üzündən pıçıldadı.

“Xalq”- Surət mexaniki olaraq replikaya cavab verdi, - məni xalq dəstəkləyir...” 

Onun ortalığa çıxara bildiyi ən uzun cümlə müharibəyə dair suallara verdiyi cavab oldu.

“Milli şərəfimiz yolunda hər döyüşdə qazandığımız qələbə bizimdir. Məğlubiyyətlərimiz isə Bakıdakı satqınlarındır”,-  Surət bəyan etdi. “Ordu bunu bilir, xalq bunu bilir, düşmənimiz də bilir...”

“Bəs Qarabağ?- iti cavab axtarışında olan bir başqa müxbir soruşdu, -  sizin Qarabağa dair mövqeyiniz nədir?”.

Masanın arxasında oturmuş daha kimsə Surətə tərəf əyildi və onun qulağına nə isə pıçıldadı. Nəhayət, o başa düşürmüş kimi gülümsədi.

“Karabax bıl naşim, i budet!”-rusca guruldadı. “Qarabağ bizim olub, həmişə də bizim olacaq”.

Göy gurultusuna bənzər alqış sədaları ucaldı və bununla da mətbuat konfransı başa çatdı...”

(Davamı var)

Təqdim etdi:  Sultan Laçın
 

Oxşar xəbərlər
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB