"ABŞ prezidenti Barak Obamanın Moskvada bu gün keçirilməsi planlaşdırılan ikitərəfli görüşdən imtina etməsi Rusiyada təəssüf hissi ilə qarşılandı".
Moderator.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin "Associated Press"in suallarını cavablandırarkən bildirib: "Onun bu görüşdən imtina etməsi bizi zənnimizdə yanıltdı. Amma mən onun Moskvaya gəlməsini və yığılan problemləri müzakirə etmək istəyirdim".
Rusiya prezidenti, bunu böyük fəlakət hesab etmir: "Çünki nazirliklər arasında davamlı danışıqlar davam edir. Bəzi məsələlərdə Rusiyanın mövqeyi Ağ Evi həmişə narahat edib. Bundan narahat olmamaq lazımdır. Səbirli olmaq və problemlərin ortaq həllini axtarmaq lazımdır. Ümidim yalınz "G-20" görüşünədir. Yəqin ki, amerikalı həmkarımla görüşmə imkanı əldə edəcəm. Obama ilə danışmaq çox maraqlıdır. Dəqiq və işini bilən insandır".
Putin qeyd edib ki, Kreml əvvəlki kimi "ABŞ-ın Rusiyanı zəif görmək istəyir" fikrində qalmaqdadır: "Bunu açıq şəkildə deyirəm. Amerikalı həmkarıma da demişdim. Bizim Vaşinqton səfirliyimizin, "Occupy Wall Street" hərəkatının nümayəndələri ilə görüşməsini düşünmək belə istəmirəm. Çünki diplomatiya çox incə bir işdir. Əlaqələri düzəltmək, sərt nöqtələri yumşaltmaq, uyğunlaşma tapmaq, razılaşmağa zəmin hazırlamaq lazımdır. Ancaq sizin bəzi səfirlik əməkdaşları fərqli vəziyyətlərdə gördük. Bu diplomatiyaya uyğun deyil və biz bunu etmirik. Bu məsələ ilə bağlı artıq səs-küy qaldırmadıq. Demək ki, bu, onların tərzidir, dedik. Münasibətlərimiz buna görə pozulmadı. İnsanlar gəlir, gedir. Rusiya və ABŞ kimi böyük ölkələrin maraqları üzərində çalışmaq lazımdır".
İki ölkə arasında soyuq müharibə qalıqlarının hələ də olduğunu deyən Putin, bununla bağlı çox düşünmək istəmədiyini deyib: "İnanmıram ki, bu, yüksək səviyyədə olan əlaqələrimizə təsir etsin".