ANS PRESS-in verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov, "Kanal 1" televiziyasına müsahibəsində deyib. O, həm də BMT müfəttişlərinin təhlükəsizliyini təmin etmək üçün Suriyaya ordu göndərməyə hazır olduqlarını deyib.
Rusiyalı nazir qeyd edib ki, Amerika Rusiyanı şantaj etməyə başlayıb: "Əgər Rusiya 7-ci maddəyə əsaslanaraq bir qərar qəbul etməsə, ABŞ Suriyanın Kimyəvi Silahların məhv olunması Təşkilatına girişinə verdikləri dəstəyi çəkəcək. Bu isə bizim ABŞ xarici işlər naziri Con Kerri ilə əldə etdiyimiz razılaşmanın müddəalarına ziddir".
Lavrov qeyd edib ki, bu proses təkcə Yer kürəsini Suriyanın əlindəki kimyəvi silahdan qurtarmaq üçün bir fürsət kimi dəyərləndirilməməlidir: Onun sözlərinə görə, onlar Rusiya və Çinin heç vaxt icazə verməyəcəkləri qərarı, yəni rejimə qarşı gücdən istifadə etməyi nəzərdə tutan, müxalifətə isə qalxan olacaq bir qərarı qəbul et