Hakim Yeni Azərbaycan Partiyası
"Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu
tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin seçkiöncəsi mitinqi zamanı səsləndirilən bəzi
fikirlərinin Seçki Məcəlləsinin tələblərinə zidd olduğunu açıqlayıb.
Yeni Azərbaycan Partiyasının icra katibinin
müavini Siyavuş Novruzov Trend-ə bildirib ki, mitinqdə həm
YAP-ın ünvanına, həm iqtidarın ünvanına təhqiramiz ifadələr işləndi: "Bu
Seçki Məcəlləsinin tələblərinə ziddir."
Onun sözlərinə görə, bu mitinq tam bir-birinə
zidd olan insanların toplantısı idi: "Vaxtı ilə İsa Qəmbərə yəhudi casusu
deyən İsgəndər Həmidov gəlib onunla çiyinə-çiyinə dayanmışdı. Əli Kərimlini
fərari adlandıran İsgəndər Həmidov gəlib onlarla bir yerdə dayanmışdı. Orada
mənim ünvanıma da İsgəndər Həmidovun və bir neçə şəxsin təhqir ifadələri
işlədiblər. İsgəndər Həmidov getsin müəyyənləşdirsin ki hansı tövlədə hansı
heyvanlardan əmələ gəlibdir, onda sonra gəlsin mitinqdə çıxış eləsin".