Moderator.az xəbər verir ki, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bölgələrdə vətənpərvərlik etüdləri” adlı layihə artıq başa çatmışdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi müsabiqədə qalib olan layihə çərçivəsində icra planında nəzərdə tutulmuş işlər uğurla başa çatdırılmışdır. Bu ilin avqust ayının 1-dən başlayan layihə respublikamızın müxtəlif bölgələrində mədəniyyət, xüsusilə rəssamlıq sahəsində fəaliyyət göstərən gənclərə dəstək olmaq, multikulturalizmin və tolerantlığın geniş inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclər arasında vətənpərvərliyin, milli dəyərlərin təbliğ olunması, bölgələrin tarixi-mədəni abidələrinin tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində gənc rəssamların 200-ə yaxın müraciəti qeydə alınmış, ekspertlər tərəfindən seçilmiş 100 rəsm əsəri layihədə iştirak etmək üçün məqbul hesab edilmişdir. Ümumilikdə “Bölgələrdə vətənpərvərlik etüdləri” layihəsində 400 nəfərə yaxın gənc cəlb olunmuşdur. Layihədə demək olar ki, ölkəmizin bütün regionlarını təmsil edən gənc gəssamlar fəal iştirak etmişdir. Daxil olmuş rəsmlər qiymətləndirilmiş, qaliblər müəyyən edilmiş, həmçinin layihənin sonunda Facebookun room xidməti vasitəsilə gənc rəssamların və layihənin ekspertləri, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsgəndərovaların iştirakı ilə onlayn görüş keçirilmişdir. Layihə ekspertlərinin və cəlb edilmiş digər rəssamların seçimi əsasında respublikamızın 5 regionu üzrə 5 nəfər 1-ci, 5 nəfər 2-ci, 5 nəfər isə 3-cü yer tutmuşdur. Qaliblərə diplomlar təqdim edilmişdir. Nəticələrə əsasən Abdullayeva Səadət Əlizadə qızı (Şirvan şəhəri), Fətullayeva Sara Vüqar qızı (Laçın rayonu), Məmmədova Aytən Xalid qızı (Ucar rayonu ), Fərzəliyeva Məlahət Əhəd qızı (Şamaxı şəhəri), Məmmədov Tamerlan Etibar oğlu (Naxçıvan MR) regionlar üzrə 1-ci yerin, Əliyeva Fatma Arif qızı (Bakı şəhəri Sabunçu rayonu), Babayev Özcan (Naxçıvan MR), Hüseynova Ulduz Yelmar qızı (Ağdaş rayonu), Maxsudlu Misir Bahadur oğlu (İmişli rayonu), Məmmədova Elmira İmran qızı (Gəncə şəhəri) 2-ci yerin, Musayev Nicat Azər oğlu (Ağdaş rayonu), Nəcəfzadə Səma Fariz qızı (Ağdam rayonu), Rəhmanzadə Vəsxanım Valeh qızı (Gəncə şəhəri), Mirəliyeva Xədicə Gülağa qızı (Bakı şəhəri Sabunçu rayonu), Kərimova Təhminə Rəşad qızı (Ağdaş rayonu) 3-cü yerin qalibi olublar.
Qeyd edək
ki, ölkədə Covid -19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar
kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyindən layihə çərçivəsində
hazırlanmış rəsm əsərlərinin sərgisinin keçirilməsi nəzərdə tutulmamışdır. Bununla
əlaqədar, layihəyə qəbul olunmuş rəsm əsərləri “Abşeron” Gənclərin İnkişafı
İctimai Birliyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.