Yeni Müsavat” qəzetinin dünən keçirdiyi abunə marafonuna gözlənildiyi kimi minlərlə adam dəstək verdi və axşam saatlarında qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan Moderator.az saytına bildimişdi ki, artıq 1100-dən artıq abunə yazılıb. Xatırladaq ki, metrostansiya keçidlərində qəzetlərin satışına qadağa qoyulanda qəzetin baş yazarı Rauf Arifoğlu bildirmişdi ki, hər gün metroya 1200 qəzet verilirdi. Deməli, “Yeni Müsvat”ın ictimaiyyətin dəstəyi ilə bu böhranı adlatdığını iddia etmək olar.
Diqqətçəkən bir məqamsa “Yeni Müsavat”dan fərqli olaraq “Azadlıq” qəzetinə cəmiyyətin genişspektrli nümayəndələrinin dəstək ifadə etməkdə tərəddüd etmələridir. Görəsən, “Azadlıq” qəzeti də “Yeni Müsavat”ın yoluyla getməyi düşünürmü? Onla da belə bir marafon təşkil etməyi planlaşdırırmı? Heç şübhəsiz, bu marafon qəzetin durumunu xeyli yüngülləşdirərdi.
Tanınmış media eksperti Qulu Məhərəmli Moderator.az-a açıqlamasında bildirdi ki, “Yeni Müsavat”a dəstək verənlərin “Azadlıq”a dəstək verənlərdən çox olduğunu düşünmür: “Mən deməzdim ki, "Azadlıg"a dəstək verən azdır, yəqin ki, "Azadlıq" da nəsə mütəşəkkil bir kampaniya təşkil edəcək. Xeyriyyə və ya yardım marafonuna ehtiyac var. Cəmiyyət hər iki qəzetə dəstək verir.”