Bir neçə gün öncə keçmiş millət vəkli, iqtisadçı alim Nazim Məmmədovun qardaşı Nəqliyyat Nazirliyinin müfəttişlərinin basqınına məruz qalmışdı. Nazim Məmmədov mətbuata açıqlamasında bildirmişdi ki, buna biganə qalmaq niyyətində deyil və günühkarların cəzalandırılması üçün hüquqi müstəvidə bütün imkanlara baş vurulacaq.
Moderator.az N.Məmmədovla təkrar əlaqə saxlayaraq
bu işdə hər hansı yenilik olub-olmadığını soruşub. Cavabında keçmiş millət vəkli
deyib ki, hələlik elə bir yenilik olmasa da proses gedir: “O işlə bağlı tədqiqat
gedir, polis cinayət işinin başlanması ilə bağlı prokurorluğa materialı 10 gün ərzində
göndərməlidir, vəkil tədqiqatçı ilə görüşüb yaxınlıqdakı kameralardan görüntülərin
alınması ilə bağlı təkliflərini verib. Ümid edirem ki, obyektivlik qorunacaq və
qərəzsiz istintaq olacaq. Ayın 16-dan sonra isə vəkil tərəfindən maddi və mənəvi
ziyana görə ayrıca məhkəməyə müraciət ediləcək.”