Milli
Məclisin virtse-spiker Bahar Muradova deputatlara imtiyazlar verilməsi təklifi
ilə çıxış edib.
Moderator.az-ın verdiyi xəbərə görə,
Milli Məclisdə büdcə müzakirəsi zamanı B. Muradova bildirib ki, bu gün
deputatların rayonlarda səmərəli fəaliyət göstərməsi üçün qərargahların və
nəqliyyat vasitələri ayrılmalıdır: Maraqlıdr, müəllim və həkimdən 10 qat çox maaş alan deputatlar doğurdanmı yaradılan şərait darlıq
edir?
Moderator.az-a açıqlama verən ADP
lideri Sərdar Cəlaloğlu deputatların və məmurların ilk öncə xalqın düşünməli
olduqlarını bildirdi:
"Əslində parlament, məhkəmə və digər
dövlət orqanlarında çalışan şəxslərin əməkhaqqı yüksək olmalıdır. Onlar sosial
qayğılardan uzaq olaraq xalq üçün fəaliyyət göstərməlidirlər. Amma görünür ki,
bəzilərinin mövcud durumu onları qane etmir. Vəzifə sahibləri postlarından
istifadə edib öz güzaranlarını daha da yaxşılaşdırmaq üçün çalışmamalıdırlar,
onlar xalqı da düşünməlidirlər”
Xəyal Əzizov