“Əli Əhmədov deputat mandatından imtina edir, lakin icra orqanlarında yüksək vəzifə tutan 20-yə yaxın deputat var ki, belə addım atmır.” Bu sözləri Moderator.az-a açıqlamasında Ədalət partiyasının sədr müavini Mətləb Mütəllimli deyib. Partiya sədrinin müavini həmçinin yaxın günlərdə Konistitusiya Məhkəməsinə müraciət edərək bir neçə vəzifə daşıyan deputatların ya mandatlarının ləğvini, yada ki, tutduqları vəzifələrindən geri çağrılmasını istəyəcəklərini bildirib.
Maraqlıdır,doğurdanmı parlamentdə təmsil olundan bir neçə profilli deputatlar Azərbaycan qanunlarını pozur?
Moderator.az-a açıqlama verən tanınmış vəkil Aslan İsmayılov deputatların böyük bir qisminin uğurlu biznesmen olduğunu bildirdi:
“Konistitusiya qəbul olunandan bu qadağa mövcuddur. Amma təəsüflər olsun ki, buna məhəl qoyan yoxdur. Qanun deputatların dövlət vəzifəsi tutmağı, bizneslə məşğul olmağı qadağan etsə də, bu qanunları sayan yoxdur. Deputatların böyük bir qismi isə artıq uğurlu biznesmendir”
Xəyal Əzizov